Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4559/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdehlər Cavabdeh1, vəkili Kərimov İmran Kərim oğlu, Cavabdeh2 və vəkili Talıbova Cəmilə İdris qızının iştirakı ilə, Cavabdehlər Cavabdeh1, vəkili Kərimov İmran Kərim oğlunun və Cavabdeh2, vəkili Talıbova Cəmilə İdris qızının Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsindən ayrı-ayr ılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rаyоn Məhkəməsinin (A.B.Əliyev) 2(005)-494/2018 nömrəli, 30 oktyabr 2018-ci il tarixli qətnаməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikintinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin olunaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş maddi zərərə görə 400 (dörd yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "mülkiyyətində olan evin pəncərəsinin qarşısında tikilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, verilmiş pul vəsait inin geri qaytarılması”tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 2(103)-759/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməsi, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli, 2(005)-494/2018 saylı qətnaməsi İddiaçı ilkin iddiasının təmin olunmayan hissəsində qismən ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi iddia tələbləri “qanunsuz tikintinin sökülməsi və damın boşadılması” hissəsində təmin edilməsi, ünvan1, 99D (yeni ünvan 55A) ünvanında yerləşən İddiaçı məxsus olmaqla istifadəsində olan qeyri-yaşayış sahəsin in (“X7”) və ünvan1, 99/1 ünvanında yerləşən, 25 saylı mənzilin üzərindədamında Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz inşa edilmiş özbaşına tikililər, o cümlədən eyvan kimi istifadə olunan özbaşına tikililər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, həmin qeyriyaşayış sahəsi ilə mənzilin damı boşadılması, qətnamə İddiaçı ilkin iddiası üzrə qalan hissələrdə və Cavabdeh1 qarşılıqlı iddiasının rədd olunması hissəsində verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikintinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan1, 99D (yeni ünvan 65A) “X10” yaşadıqları mənzil, istərsə də qeyri-yaşayış sahəsi olan “X10” iddiaçının şəxsi mülkiyyətidir. Obyekt mütəmadi olaraq iki qonşu tərəfindən istismara məruz qalıb. Belə ki, qonşunun pəncərələri dama baxdığı halda bu "qonşular” iddiaçının mülkiyyətinin damını zəbt edərək, iki qonşu arasında hasar çəkərək, damın üstünə yük vuraraq, dövlət tərəfindən aqlay daşla üzlənmiş dama çıxışın qarşısını almışlar. Yüksək səviyyədə təmir olunmuş, dövlət tərəfindən alınmış, lisenziyalı klinika sel suları altında qalaraq yararsız hala düşmüşdür. Dövlətə vergi ödəyicisi kimi, klinikanın həkim və digər heyəti işsiz qalmışdır. “xxxx” şirkəti ilə bağlanmış müqavilə təmirdə öz əksini tapa bilmir. Çünki dama çıxış bağlanıb. Miri adlı şəxs ayrı-ayrı insanların imzasını toplayaraq böhtanlar atır, onların yaradıcı işimizə mane olur. Göstərilənlərə əsasən, cavabdehlər tərəfindən iddiaçının şəxsi mülkiyyəti üzərində aparılan qanunsuz tikilinin sökülməsinə və zəbt edilən damın boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 18.12.2017-ci il tarixdə İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ona məxsus olan ünvan1, 99/1 ünvanında yerləşən mülkiyyət üzərində tikilən təqribən 70 kv.m otaqların sökülməsinin cavabdehlər tərəfindən həyata keçirilməsi, ünvan1 99D (yeni ünvan 65a) ünvanında yerləşən “X10” nın damında tikilmiş qanunsuz tikintiyə görə ona 4000 manat maddi və 10000 manat mənəvi və ya Həcc Ziyarəti səfərinin məbləğini ödəmək şərtilə ümumi 14000 manat məbləğində maddi və mənəvi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş e tmişdir. 22.05.2018-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, qanunsuz tikilinin sökülməsinə, klinikanın üstünün boşaldılmasına, reyestr xidmətindən alınmış çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı “mülkiyyətində olan evin pəncərəsinin qarşısında tikilmiş tikilinin cavabdeh vəsaiti hesabına sökülməsi, cavabdehin şantaj yolu ilə atasının vasitəçiliyi ilə əri tərəfindən aldığı pul vəsaitinin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandınlmışdır ki, ünvan 4 ünvanında ümumi sahəsi 217,6 kv.m, yaşayış sahəsi 134,1 kv.m, yardımçı sahəsi 83,5 kv.m, o cümlədən də ikinci mərtəbədə yerləş ən 48.0 kv.m-lik eyvan da daxil olmaqla 9 otaqlı mənzil seriya RX, ******* nömrəli, 25.12.2013-cü il tarixli "çıxarış"a əsasən onun xüsusi mülkiyyətindədir. İkinci mərtəbədə yerləşən 48.0 kv.metrlik eyvan hissəsi reyestr xidmətindən keçən zaman “texniki pasport”'da da öz əksini tapmışdır. Bundan əlavə evin arxa həyətə baxan hissəsində isə ona məxsus avtomobil qarajı vardır, İddiaçı həmin qarajla paralel olan və təxminən 15 kv metrdən ibarət tikilini dolayı yollarla əldə edərək öz adına keçirmiş, həmin sahəni öz mənzilinə qataraq orada özəl klinika yaratmış və həmin klinika hal-hazırda fəaliyyət göstərir. Qeyd edilən tikili evin birinci mərtəbəsindəki pəncərənin qarşısını tamamilə bağlamış, günəş işığının və hava axının qarşısını tamamilə məhdudlaşdırmışdır. Bu da tikinti norma və qaydaları na zidd olmaqla bərabər, evə ciddi fəsadlar yaratmişdir. Bundan əlavə, avtomobil qarajı ilə sözü gedən tikili bitişik olduğundan onların üst hissəsi - yəni dam hissəsi bütöv sahə olmaqla ikinci mərtəbədə yerləşən pəncərələrin qarşısına düşür və yuxarıda qeyd etdiyi eyvandır. Həmin eyvanın kənarları açıq olduğundan oraya istənilən şəxs qalxa və oradan ikinci mərtəbədə olan mənzilinə daxil ola bilər, oğurluq hadisəsi baş verə bilər və eləcə də azyaşlı uşaqlar həmin eyvandan yıxıla bilərdi. Hətta, İddiaçı arxa həyət tərəfdən nərdivan qoymaqla bir neçə dəfə həmin sahəyə qalxaraq mübahisə yaratmış, hətta müxtəlif adamları da özü ilə eyvana çıxarmışdır. Buna görə də oğurluq hadisəsinin və digər hər hansı bir hadisənin baş verməməsi, eləcə də azyaşlıların təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin sahəni dəmir barmaqlıqlar vasitəsilə bağlatmışdır. İddiaçı mübahisələndirdiyi və ikinci mərtəbədə yerləşən həmin sahədə onlar tərəfdən heç bir ağır yük yığılmamışdır. Əksinə, ilk iddiaçı və qarşılıqlı cavabdeh İddiaçı özünə aid olan hissədə klinikanın üzərinə ağır su çəni yerləşdirmişdir. Yaşadıqları bina və digərləri şəhərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar dövlət tərəfindən üzlük daşla (aqlay daş) üzlənərək təmir edilmişdir. Həmr üzlük daşların (aqlay daş) yuxarı sonuncu hissəsi sementbetonla doldurulmadığına görə divarla üzlük daş arasında müəyyən məsafə qalmış və yağış yağan zaman həmin boşluqlardan da ona aid olan hissəyə nəmişlik vermişdir. Dövlət tərəfindən təmir işləri aparılan zaman İddiaçı evinin həyətə baxan hissəsinin üzərində əlavə tikinti işləri aparılmış, o c ümlədən ona aid olan hissədə də əlavə bir otaq tikilmişdir. Yəni ona aid olan eyvanı dəyişərək bir otaq etmişlər. Lakin İddiaçı buna etirazını bildirmiş, həmin artırılmış otağın üstünü tikməyə qoymamışdır. Sonra İddiaçı atası yaxınlaşaraq bu iş üçün 1000 manat istəmiş, o, da İddiaçı atasının vasitəçiliyi ilə onun əri X3 23.05.2010cu il tarixli “razılaşmaya” əsasən 1000 (bir min) manat pul vermişdir. Bundan sonra yarımçıq qalmış tikintini tamamlamışdır. İddiaçı onunla bərabər digər qonşu Cavabdeh2 da məhkəməyə veribdir. Göstərilənlərə əsasən, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi, mülkiyyətində olan evin pəncərəsinin qarşısında tikilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin şantaj yolu ilə atasının vasitəsiçiliyi ilə, əri X5 tərəfindən onda n aldığı 1000 (bir min) manat məbləğində pul vəsaitinin geri qaytarılması və eləcə də bu mülki mübahisənin məhkəmə qaydasında araşdırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytanlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Cavabdeh1 və vəkili Kərimov İmran Kərim oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edib, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh2 və vəkili Talıbova Cəmilə İdris qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-759/2019 nömrəli iş ü zrə 28 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edib, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, vəkili Kərimov İmran Kərim oğlu, Cavabdeh2 və vəkili Talıbova Cəmilə İdris qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublik asının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasi ya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı N-li ******* nömrəli çıxarışın n otarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan1, 99 D ünvanındakı 36.6 kv.m sahədən ibarət qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx nömrəli reyestr kitabının 2805 nömrəli vərəqində 19.05.2012-ci ildə qeydiyyata alınmışdır. 18.01.2013-cü il tarixli, 16 №-li Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının ünvan1dəki 99/1 N-li evin, 20 №-li mənzilinin və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında Sərəncamından görünür ki, ünvan1-dəki, 99/1 №-li evin 20 №-li mənzilinin ümumi sahəsi 237 kv.m, yaşayış sahəsi 148,4 kv.m, köməkçi sahəsi isə 88,6 kv.m olmaqla 9 otaqlı hesab edilmişdir. Cavabdeh1 adına mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövtət Komitəsi y anında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı Ne ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6, ümumi sahəsi 217,6 kv.m mənzil 20 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2029 nömrəli reyestr kitabının 187581 nömrəli vərəqində 25.12.2013-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 68.8 kv. metr təşkil edən mənzil 27 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2800 nömrəli reyestr kitabının 261092 nömrəli vərəqində 27.01.2018-ci ildə qeydiyyata alınmışdır. MH seriyalı № xxxxx nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanda, ümumi sahəsi 97,9 kv.m olan mənzil 25 tam mülkiyyət hüququ üzrə X2 adına 28.08.1996-cı ildə qeydiyyata alınmışdır. xxxxxx saylı nikah haqqında şəhadətnaməsindən görünür ki, o, 19 noyabr 1987-ci il tarixdən X4 ilə birgə nikahdadırlar. Məhkəmə mühəndis-texniki ekspertizasının 10 aprel 2018-ci il tarixli, 2085 nömrəli ekspert rəyi ilə ünvan1, 99D (yeni ünvan 55A) ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasında id diaçılar tərəfindən eyvan kimi istifadə edilən sahələrdən yağış sularının axdığı və nəticədə qeyri-yaşayış sahəsinəin əsas tikilisındəki divarın bir hissəsinə ziyan dəydiyi, eləcə su sızmasının Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan qeyri-yaşayış sahəsində yağış sularının kənarlaşdırması (axıb getməsi) üçün nəzərdə tutulan dəliklərin (şırımların) düzgün quraşdırılmaması səbəbindən baş verdiyi müəyyən olunmuşdur. Tədqiq olunan qeyri-yaşayış sahəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin, eləcə də həmin işlər zamanı sərf edilməli tikinti materiallarının dəyərini müəyyən etmək məqsədilə orta bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq edilməklə smeta tərtib olunmuşdur. Smeta üzrə aparılmış hesablamalar nəticəsində, həmin qeyri-yaşayış sahəsinə dəymiş ziyanın ümumi dəyəri 400 (dörd yüz) manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31.05.2018-ci il qərardadı ilə məhkəmə mühəndistexniki (torpaqşünaslıq) ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssislərinin rəyi alınmaqla, Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2018-ci il tarixli, xxxxx nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: İddiaçı faktiki istifadəsində olan ünvan1-də yerləşən 99D saylı qeyri-yaşayış sahəsinin birləşdirilmiş mənzillə birlikdə ümumi sahəsinin 174,7 kv.metr olmaqla, MA seriyalı ******* №-li çıxarışda qeyd edilən (36,6 kv.metr) sahədən 138,1 kv.metr artıq təşkil etdiyi müəyyən olunmuşdur. Belə k i, həmin qeyri-yaşayış sahəsi tədqiq olunan binada yerləşən 25 saylı mənzillə birləşdirilmiş, yenidənqurma işləri aparılmış və əlavə tikili inşa edilmişdir. Cavabdeh1 faktiki istifadəsində olan ünvan1-də yerləşən 99/1 saylı evin, 20 saylı mənzilinin və köməkçi tikililərinin ümumi sahəsinin 265 kv.m olmaqla, RX seriyalı, ******* №-li çıxarışda 25.12.2013-cü il tarixli texniki pasportda qeyd edilən (217,6 kv.m) sahədən 48,0 kv.m olan eyvan tikilisi texniki pasportda əks olunmasına baxmayaraq, tikili kimi ümumi sahəyə daxil edilməmişdir. X1 (mərhum) faktiki istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 99/1 saylı evin, 27 saylı mənzilinin ümumi sahəsinin 153,5 kv.metr olmaqla, ÖM seriyalı xxxxx №-li qeydiyyat vəsiqəsində və 06.04.1999-cu il tarixli texn iki pasportda qeyd edilən (54,3 kv.metr) sahədən 99,2 kv.metr artıq təşkil etdiyi müəyyən olunmuşdur. Belə ki, həmin mənzilə bitişik əlavə tikililər və eyvan inşa edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyat keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərd ə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. İş materiallarında olan X2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən mənzili həyat yoldaşı İddiaçı istifadəsinə verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -32.1-ci maddəsinə əsasən nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyə ti sayılır. -36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. -36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subye ktin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Adıçəkilən Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, İddiaçı iddia tələblərində göstərdiyi ünvan1, 99D ünvanında (yeni ünvan 65A) yerləşən qeyri-yaşayış sahəsi (“X10”) mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur, ünvan1, 99/1 ünvanında yerləşən mülkiyyət isə, yəni 25 saylı mənzil isə mülkiyyət hüququ üzrə İddiaçı əri X2 adına qeydiyyata alınmaqla birgə nigah dövründə əldə olunmuş əmlak kimi onların paylı mülkiyyətindədir. Belə olan halda, İddiaçı ünvan1, 99/1 ünvanında yerləşən 25 saylı mənzillə bağlı da pozulmuş hüquqlarının bərpası barədə iddia qaldırmaq hüququna malikdir. Apellyasiya baxışı zamanı keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, ünvan1, 99D (yeni ünvan 65A) ünvanında yerləşən binanın birinci mərtəbəsində ilkin İddiaçı məxsus “X10” (bundan sonra Klinika) yerləşir. Həmin klinikanın üstü, yəni damı bağlanılmaqla eyvan tikilisi mövcüddur, həmin eyvan arakəsmə ilə bölünərək bir hissəsi Cavabdeh1, digər hissəsi Cavabdeh2 istifadəsindədir. Klinikanın damına qalxmaq üçün Klinika tərəfdən hər hansı keçid və ya pilləkan mövcüd deyil. Yəni Klinikanın damına giriş tamamilə məhdudlaşdırılmışdır. Kinikanın arxasında Cavabdeh1 məxsus qaraj var. Qaraja daxil olarkən qarajda mənzildən qaraja baxan i ki pəncərə var. Pəncərədən soldakı ərazi İddiaçı Alahverdi qızına məxsusdur. Klinikaya daxil olarkən sağ tərəfdə yerləşən, sağ divarda suyun axması nəticəsində təmirə ehtiyacı var. Ondan sonra həmin birinci mərtəbədə Klinika ilə birləşdirilmiş şəkildə olmaqla İddiaçı istifadəsində olan mənzil yerləşir. Mənzil təmirlidir. Həmin mənzilin üstündə Cavabdeh2 məxsus mənzilə bitişik sənədsiz tikili (otaq) yerləşir. Ondan sonra klinikanın üstündə eyvan yerləşir. Apellyasiya baxışı zamanı işdə olan mötəbər sübutlara, o cümlədən keçirilmiş yerli baxış zamanı, ekspert rəylərinə əsasən mübahisəsiz müəyyən edilmişdir ki, İddiaçı məxsus olan ünvan1, 99D (yeni ünvan 55A) ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının (“X7”) və həmin qeyri-yaşayış sahəsinə birləşdirilməklə birgə nikah dövründə əldə olunmuş əmlak kimi onun da istifadəsində olan ünvan1, 99/1 ünvanında yerləşən, 25 saylı mənzilin üzərində-damında Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz özbaşına tikililər, o cümlədən eyvan tikilisi inşa edilmişdir və həmin tikililərdən yağış sularının axması və sızması nəticəsində qeyri-yaşayış sahəsinin əsas tikilisindəki divarına ziyan dəymişdir. Belə ki, hazırda mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan1-də yerləşən 99/1 saylı evin 27 saylı mənzilin ümumi sahəsi 27.01.2018-ci ildə qeydiyyata alınmış RX seriyalı № ******* nömrəli çıxarışa əsasən 68.8 kv. metr olduğu halda, faktiki olaraq həmin mənzilə bitişik ilkin İddiaçı əmlakı üzərində əlavə tikililər və eyvan inşa edilərək mənzilin ümumi sahəsi artırılaraq 153,5 kv.metr təşkil etmişdir. Sonradan artırılımış həmin əl avə tikililər və eyvana dair Cavabdeh2 tərəfindən hər hansı hüquq müəyyənedici sənəd və müvafiq icazə sənədi olmamış və təqdim edilməmişdir ki, bu səbəbdən sözügedən əlavə tikililər və eyvan qanunsuz inşa edilməklə özbaşına tikili hesab olunurlar. Həmçinin müəyyən olunmuşdur ki, ünvan 12 ünvanında yerləşən 27 saylı mənzilə bitişik sözügedən əlavə tikililər və eyvan həmin ünvanda yerləşən, İddiaçı birgə nikah dövründə əldə etdiyi və istifadəsində olan 25 saylı mənzilin üzərində yerləşir. Bundan başqa, Cavabdeh1 məxsus olan ünvan1-də yerləşən 99/1 saylı evin, 20 saylı mənzilinin ******* seriyalı çıxarışa əsasən yardımçı sahə ilə birlikdə ümumi sahəsi 217.6 kv. m (134.1 kv.m yaşayış sahəsi + 83.5 kv.m yardımçı sahə) olduğu halda, faktiki olaraq həmin mənzilə bitişik ilkin İddiaçı məxsus Kli nikanın üzərində eyvan kimi istifadə olunan 48,0 kv.m sahəsi olan əlavə tikili inşa edilməklə mənzilin faktiki hazırda istifadə olunan ümumi sahəsi 265 kv.m təşkil etmişdir. Həmin eyvana dair Cavabdeh1 tərəfindən hər hansı hüquq müəyyənedici sənəd və müvafiq icazə sənədi təqdim edilmədiyindən, sözügedən eyvan tikilisi qanunsuz inşa edilməklə özbaşına tikili hesab olunurlar. Həmçinin iş üzrə verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10 aprel 2018-ci il tarixli, 2085 nömrəli ekspert rəyi ilə ünvan1, 99D (yeni ünvan 55A) ünvanında yerləşən İddiaçı məxsus qeyriyaşayış binasında iddiaçılar tərəfindən eyvan kimi istifadə edilən sahələrdən yağış sularının axdığı və nəticədə qeyri-yaşayış sahəsinin əsas tikilisındəki divarın bir hissəsinə ziyan dəydiyi, eləcə su sızmasının Cavabdeh1 və Cav abdeh2 istifadəsində olan qeyri-yaşayış sahəsində yağış sularının kənarlaşdırması (axıb getməsi) üçün nəzərdə tutulan dəliklərin (şırımların) düzgün quraşdırılmaması səbəbindən baş verdiyi müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçının istifadəsinə olan əmlakların damında özbaşına tikililərin inşa edilməsi iddiaçının həmin əmlakların damına müdaxiləsinin, onun əmlakından maneəsiz istifadə hüququnun, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olur. Bütün bu hallar isə, İddiaçı maraqları və mənafeyi baxımından onun tələblərini qanunsuz tikintinin sökülməsi və mülkiyyətində olan əmlakın damının boşadılması hissəsində əhəmiyyətli etməklə ilkin iddianın həmin hissədə əsaslı olduğunu təsdiq edir v ə təmin olunmasını zəruri edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göstərilən Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin s axlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd olunan Məcəllənin 180.4-cü maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 7 7.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallar ın müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1, vəkili Kərimov İmran Kərim oğlunun və Cavabdeh2, vəkili Talıbova Cəmilə İdris qızının ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4559/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4559/2019
05.07.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver