Məhkəmə qərarları › İş №2(102)-4559/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4559/2022

01.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4559/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2(103)3132/2022 nömrəli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinə üzvlüyü haqqında MTK-nın üzvlərinin ümumi yığıncağının ümumi iclasının 2 nömrəli protokolundan çıxarışın (qərarın) etibarsız hesab edilməsi, ünvan 1 ünva nında yerləşən 75 saylı mənzilin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 nömrəli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin edilərək, Cavabdeh2 "xxxx" MTK üzvlüyü haqqında ümumi yığıncağın iclasının 02 saylı protokolundan çıxarışın (qərarın), həmçinin Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75 və 76 saylı mənzillərinin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsinə dair "xxxx" MTK tərəfindən verilmiş 11 dekabr 2015-ci il tarixli maliyyə arayışlarının, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75-ci mənzilinə dair Cavabdeh2 adına verilmiş 19 dekabr 2015-ci il qeydiyyat tarixli Çıxarışın, həmin evin 76-cı mənzilinə dair 19 dekabr 2015-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməsi, dövlət rüsumunun əvəzi qismind ə ödənilmiş 10 manatın Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(103)13172/2019 nömrəli qətnaməsi ilə (hakimlər- R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) 2(102)-2658/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs X2 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 19 noyabr 2019-cu il tarixli, 2(103)-13172/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 26 may 2021-ci il tarixli, 2(103)-672/21 nömrəli qətnaməsi ilə üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsinın ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilərək iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) 2(102)-371/2022 nömrəli iş üzrə 09 fevral 2022-ci il tar ixli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(103)-672/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) 27 aprel 2022-ci il tarixli, 2(103)-3132/22 nömrəli qətnaməsi ilə üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Üçüncü şəxs X2 tərəfindən iş üzrə 2(102)-3132/2022 nömrəli xx.xx.2022-ci il tarixli kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin Mülki Prossesual Məcəlləsinin 407.1-ci maddəsin əsasən kassasiya şikayəti bu məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Kassasiya şikayətinin forması Mülki Prossesual Məcəlləyə 3 saylı əlavədə müəyyən edilmişdir. Kassasiya şikayəti qeyd edilən formada tərtib edilmədiyinə görə geri qaytarılmalıdır. Mülki Prossesual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə,... kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, şikayət geri qaytarıl ması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir Şərh olunanları və Mülki Prosessual Məcəllənin 10-1.3 və 408.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb sürməyən 3-cü şəxs X2 (Vəkil3) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3132/2022 nömrəli 27 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar