Məhkəmə qərarları › İş №2(102)-4565/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4565/2019

05.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4565/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı2, vəkili X2 oğlunun və Cavabdeh MMCnin vəkili Salmanlı Mirkəbir Əliheydər oğlunun iştirakı ilə, Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1908/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rаyоn Məhkəməsinin (N.T.Tağıyeva) 12 oktyabr 2018- ci il tarixli, 2(006)-4743/2018 nömrəli qətnаməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC ilə bağlanmış 25 yanvar 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onlar tərəfindən nağd qaydada ödənilmiş 15.000 ABŞ dolları pul vəsaitinin ödənildiyi zaman milli manat ilə dəyərinin, mənəvi zərərə görə 100.000 manat, əldən çıxmış faydaya görə 100.000 manat, etibarnamə üçün ödənilmiş 11,5 manat, dövlət rüsumu kimi ödənilmiş 30,4 manat, vəkilə ödənilmiş 500 manat olmaqla, cəmi 15.000 ABŞ dolları və 200.541,90 manat pul vəsaitinin alınaraq onlara verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) 2(103)-1908/2019 nömrəli, 06 fevral 2019-cu il t arixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4743/2018 saylı iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi” tələblərinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh MMC-dən 5.736 (beş min yeddi yüz otuz altı) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul, habelə iddianın qaldırılması üçün ödənilmiş 30,4 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,4 manat olmaqla, cəmi 45,8 (qırx beş manat, səksən qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı1 və İddiaçı2 veril məsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi” tələblərinə dair məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış 25 yanvar 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, onlar tərəfindən nağd qaydada ödənilmiş 15.000 ABŞ dolları pul vəsaitinin ödənildiyi zaman milli manat ilə dəyərinin, mənəvi zərərə görə 100.000 manat, əldən çıxmış faydaya görə 100.000 manat, etibarnamə üçün ödənilmiş 11,5 manat, dövlət rüsumu kimi ödənilmiş 30,4 manat, vəkilə ödənilmiş 500 manat olmaqla, cəmi 15.000 ABŞ dolları və 200.541,90 manat pul vəsaitinin alınaraq onlara verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilm işdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1908/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili Salmanlı Mirkəbir Əliheydər oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı2 və vək ili X2 oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1908/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin müəyyən edilmiş faktiki hallarına görə, alıcılar İddiaçı2 və İddiaçı1 25 yanvar 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh MMC-dən bir ədəd 3D Lazer T808+ aparatı almış və əşyanın dəyəri olan 15.000 ABŞ dolları məbləğində pulu satıcıya ödəmişlər. Müqavilənin 5.1-ci maddəsinə əsasən satıcı meydana çıxmış qüsur və çatışmamazlıqlara satış günündən etibarən 12 ay müddətində zəmanət verir. Buna uyğun cavabdehin “Kosmetoloji avadanlıqların, materialların satışı və texniki servis mərkəzi" tərəfindən eyni tarixdə təsdiq edilmiş zəmanət vərəqəsi verilmişdir. Lakin sonradan lazer aparatında qüsur olduğuna görə, iddiaçılar aparatı geri qaytarmış və Cavabd eh MMC, əşyanı təhvil alaraq bunu əməkdaşının imzası və şirkətinin möhürü ilə təsdiqləmişdir. Buna baxmayaraq, malın dəyəri kimi ödənilmiş vəsait iddiaçılara tam qaytarılmamışdır. İddiaçı, mala görə ödədiyi vəsaitin 7.500 ABŞ dollarının qaytarıldığını, aldığı 3.000 manatın isə aparatı istifadə etmədikləri dövr üçün əşyanın icarə haqqı kimi cavabdeh şirkət tərəfindən ona ödənildiyini və bu ödənişin əşyanın dəyərinə aidiyyəti olmadığını, cavabdeh isə sözügedən aparatın iddiaçıların özləri tərəfindən əvvəlcə icarəyə verilərək 3.000 manat aldıqlarını, sonradan isə malı 7.500 ABŞ dollarına satdıqlarını bildirmişdir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi hər iki iddiaçı birgə alıcı kimi 25 yanvar 2018ci il tarixdə Cavabdeh MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq, 3D Lazer T808+ a paratını 15.000 ABŞ dollarına almışlar. Kollegiya nəzərə alır ki, alqı-satqı müqaviləsinin predmeti daşınar əşya olduğundan bu əqdin yazılı formada bağlanması məcburi şərt deyil (əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. MM, maddə 615 ). Tərəflər arasında tərtib olunmuş yazılı alqı-satqı müqavilənin giriş hissəsində alıcı kimi İddiaçı1 qeyd olunsa da, alınmış izahatlardan və işin hallarından açıq şəkildə görünür ki, İddiaçı2 və İddiaçı1 hər ikisi birgə vəsait qoyaraq aparatı almış və əşyanın ümumi mülkiyyətçisi olmuşlar. Belə ki, İddiaçı1 malın dəyəri üçün ödənilmiş 5.000 dolların onun, qalan 10.000 dolların isə İddiaçı2 tərəfindən qoyulduğunu təsdiqləmişdir. Bundan əlavə, yazılı müqaviləni də İddiaçı2 imzalamışdır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, İddiaçı2, malın alıcısı, dolayısı ilə ümumi birgə mülkiyyətçisi olduğundan, qüsurlu malın qaytarılması ilə əlaqədar ödənilmiş vəsaitin geri qaytarılması iddiasını qaldırmağa subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1 və 222.2-ci maddələrinə görə, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sah iblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 587.2-ci və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən düzgün olaraq hesab etmişdir ki, iddiaçılar qüsurlu olması ilə əlaqədar geri qaytardıqları lazer aparatı üçün ödədikləri pulun tam qaytarılmasını cavabdehdən tələb etməyə haqlıdırlar. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavil ə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7.1-ci və 7.2-ci maddələrinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İşin hallarından görünür ki, iddiaçıların aldıqları mal qüsurlu olduğundan cavabdehə geri qaytarılmışdır. Cavabdeh MMC-nin nümayəndəsi malın qüsurlu olmadığını bildirs ə də, Kollegiya onun bu etirazını əsaslı və inandırıcı saymamışdır. Ona görə ki, əvvəla, lazer aparatının şirkətə geri təhvil verilməsi onun əməkdaşının imzası və möhürü ilə təsdiqlənmişdir. Yeni alınmış malın geriyə təhvil alınması qüsurla bağlı olmasaydı, şirkət əməkdaşının geri götürmənin başqa səbəblə bağlı olması barədə sənədə hansısa qeyd-şərt düşməsi lazım idi. İkincisi, tərəflərin izahatlarından görünür ki, hətta mal geri qaytarıldıqdan sonra əşyanın başqasının istifadəsinə və ya sərəncamına verilməsi, habelə iddiaçılara pul məbləğlərinin qaytarılması ilə bilavasitə Cavabdeh MMC-nin əməkdaşları məşğul olmuşlar. Qeyd edilənlər ona dəlalət edir ki, cavabdeh qüsurlu olan malı iddiaçılardan geri götürmüş və ona görə ödənilmiş pulun qaytarılması üçün müəyyən tədbirlər görmüş, lakin malı n ödənilmiş dəyərini tam qaytarmamışdır. Hər iki tərəf ödənilmiş vəsaitlərin (3.000 manat və 7.500 ABŞ dolları) müxtəlif müqavilələr üzrə ödəniş olmasını bildirir. İddiaçılar, 3.000 manatın əşyanın icarəyə verilməsi müqabilində onlara ödənilmiş pul hesab olunmasını, cavabdehin nümayəndəsi isə 7.500 ABŞ dollarının İddiaçı2 tərəfindən malın satılmasının əvəzi olaraq sonuncuya ödənildiyini ifadə edir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış irad ə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Göründüyü kimi, mülki hüquqda müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, etibarlı bir müqavilə bağlanması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalı, eyni zamanda əşya verilərkən sərəncam verənin buna səlahiyyəti olmalıdır. Qeyd edilən şərtlər olmadan əşyaya dair müqavilə bağlanmış sayılmır və hüquqi nəticə yaranmır. Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Baxılan işdə isə tərəflər iddia olunan icarə müqaviləsinin nə vaxt, kiminlə və hansı şərtlərlə bağlanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda etiba rlı bir icarə müqaviləsinin bağlandığı qəbul edilə bilməz. Cavabdehin istinad etdiyi və İddiaçı2 imzaladığı 08.05.2018-ci il tarixli qəbz isə, aşağıdakılara əsasən etibarlı alqı-satqı müqaviləsi hesab oluna bilməz. Belə ki, iddiaçılar, 25.01.2018-ci ildə lazer aparatının dəyərini ödəyib onu əldə etməklə, həmin daşınar əşya üzərində mülkiyyət hüququnu qazanmışlar. Lakin sonradan qüsura görə müqavilə ilə bağlı olmadıqlarını bildirməklə, əşyanı cavabdehin sahibliyinə qaytardıqları (təhvil verdikləri) andan etibarən iddiaçıların aparat üzərindəki mülkiyyət hüquqları aradan qalxmışdır. Yəni, əşyanı öz sahibliyinə qəbul etdiyi andan onun üzərində mülkiyyət hüququ cavabdehə keçmiş, iddiaçıların isə cavabdehə qarşı ödədikləri pul həcmində tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə görə, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Qeyd edilənlər ona dəlalət edir ki, iddiaçılar lazer aparatını cavabdehə təhvil verdikdən sonra həmin əşyanın mülkiyyətçiləri olmadıqları üçün əşyaya dair icarə, yaxud alqı-satqı müqaviləsi bağlamaqla ona sərəncam vermək səlahiyyətində olmamışlar. Bu səbəbdən, cavabdehin istinad etdiyi, İddiaçı2 tərəfindən imzalanmış 08.05.2018-ci il tarixli qəbz, lazer aparatının satılmasına dair etibarlı alqı-satqı müqaviləsi sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticəl ər istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, İddiaçı2, özünə məxsus əşyanı özü satmış olsaydı şifahi, yaxud yazılı alqı-satqı müqaviləsini cavabdehin iştirakı olmadan, müstəqil şəkildə bağlaya və pulunu da alıcısından ala bilərdi. Lakin tərəflərin izahatından görünür ki, satış kimi qeyd olunan qəbzdəki məbləği də cavabdeh şirkət İddiaçı2 vermişdir. Bütün bunlar ona dəlalət edir ki, əslində qaytarılmış (geriyə təhvil aldığı) lazer aparatına sərəncamı elə Cavabdeh MMC-nin özü vermiş və bu səbəbdən 7.500 ABŞ dolları məbləğində pulu da şirkətin əməkdaşı iddiaçıya qaytarmışdır. Ona görə də, sözügedən qəbz, İddiaçı2 geri qaytardığı və Cavabdeh MMC-nin sərəncam verdiyi əşyanın satıcısı sayılmasına əsas ola bilməz. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıların əşyaya dair icarə müqaviləsi, cavabdehin isə İddiaçı2 tərəfindən qəbz əsasında alqı-satqı müqaviləsi bağlanmasına istinadları əsassızdır. Ona görə də, iddiaçılara ödənildiyi mübahisəsiz olan 3.000 manat və 7.500 ABŞ dolları cavabdeh tərəfindən əşyanın dəyərinin iddiaçılara qaytarılması kimi qəbul olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərba ycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1908/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1908/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar