Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4572/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-2277/2022 nömrəli, 2022-ci il 12 aprel tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə 2022-ci il 5 oktyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. X3 (bundan sonra – “3 şəxs”) 2010-cu il 6 aprel tarixdə Bakı şəhəri 45 saylı Notariat Kontorunda (bundan sonra – “cavabdeh”) İddiaçı (bundan sonra – “iddiaçı”) harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakının idarə edilməsinə və üzərində sərəncam verilməsinə dair 2040-cı il 6 aprel tarixə kimi qüvvəsi olan etibarnamə vermişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2011-ci il 25 aprel tarixli qərarı ilə 3-cü şəxs Azərbaycan Respublikası CPM-nin 469.4-cü maddəsinə əsasən prosessual fəaliyyət qabili yyəti olmayan hesab edilmişdir.
3. Cavabdeh tərəfindən 3-cü şəxs adından iddiaçıya verilmiş etibarnamənin hüquqi qüvvəsinə Qaradağ Rayon Məhkəməsinin qərarına istinad edilməklə xitam verilmiş və bu barədə məlumat “Elektron notariat” informasiya sistemində 2012-ci il 1 aprel tarixdə yerləşdirilmişdir
4. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 2012-ci il 3 sentyabr tarixli sərəncamı ilə 3-cü şəxs fəaliyyət qabiliyyəti olmayan 1937-ci il 1 iyun təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir.
5. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 2020-ci il 8 oktyabr tarixli sərəncamı ilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 2012-ci il 3 sentyabr tarixli sərəncam etibarsız hesab edilmiş, vətəndaş X2 (bundan sonra – “nümayəndə”) Qaradağ Rayon Məhkəməsinin 2011-ci i l 25 aprel tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan 3-cü şəxs üzərində qəyyum təyin edilmişdir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 9 avqust tarixli qətnaməsi ilə 3cü şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və qətnamə 2021-ci il 17 sentyabr tarixindən qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs tərəfindən 2010-cu il 6 aprel tarixdə cavabdehin ofisində iddiaçıya verilmiş, 2040-cı il 6 aprel tarixinə kimi qüvvəsi olan ƏN-İ seriyalı 198855 reyestr nömrəli etibarnamənin cavabdeh tərəfindən ləğv edilməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılm ışdır ki, 3-cü şəxs 2010-cu il 6 aprel tarixdə cavabdehin ofisində iddiaçıya məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair 2040-cı il 6 aprel tarixinə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamə vermişdir. ƏN-İ 198855 nömrəli etibarnamə cavabdeh tərəfindən qeyri-müəyyən tarixdə ləğv edilmişdir. Cavabdeh etibarnamənin ləğvini etibarnamə üzərində etdiyi Qaradağ rayon Məhkəməsinin 2011-ci il 25 aprel tarixli qərarı Mülki Məcəllənin normasına uyğun əsaslandırmışdır. Cavabdehin qeydindən görünür ki, etibarnamə vermiş 3-cü şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qərarı olmuşdur.
9. Qaradağ rayon Məhkəməsinə edilmiş sorğuya verilmiş cavabdan görünür ki, Qaradağ rayon Məhkəməsində 3-cü şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi ba rədə heç bir material aşkar edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, 3-cü şəxs tərəfindən 2010cu il 6 aprel tarixdə cavabdehin ofisində iddiaçıya məxsus bütün əmlaklarının idarə edilməsi və üzərində sərəncam verilməsinə dair verdiyi 2040-cı il 6 aprel tarixinə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamə əsassız və qanunsuz ləğv edilmişdir.
10. İddiaçı 2020-ci ilin oktyabr ayında qeyd olunan etibarnamə üzrə ona verilmiş tapşırığı yerinə yetirmək istəyərkən etibarnamənin ləğv edilməsi ona məlum olmuşdur. İddiaçı müvafiq orqanlara müraciət edib araşdırmalar aparmış və zəruri sənədləri əldə etmişdir. Həmin sənədlərdən aydın olmuşdur ki, cavabdeh iddiaçını qeyd olunan etibarnamə üzrə ona verilmiş tapşırıqlarını yerinə yetirməkdən məhrum etmiş və belə olan halda hüquqlarının bərpas ı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən 3-cü şəxsin verdiyi 2010-cu il 6 aprel tarixli 2040-cı il 6 aprel tarixinə kimi qüvvəsi olan ƏN-İ 198855 nömrəli etibarnamənin ləğv edilməsi əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməlidir.
11. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – “birinci instansiya məhkəməsi”) 2021-ci il 22 fevral tarixli, 2(002)-307/2021 nömrəli qətnaməsi ilə (hakim G.İ.Əhmədova) iddia təmin edilmiş, Bakı şəhəri 45 Saylı Notariat Ofisinin 3-cü şəxs tərəfindən iddiaçının adına verilmiş 2010-cu il 6 aprel tarixli ƏN-İ 198855 nömrəli etibarnamənin ləğv edilməsinə dair hərəkəti etibarsız hesab edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, 3-cü şəxs tərəfindən bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam veril məsinə dair iddiaçıya 2010-cu il 6 aprel tarixli etibarnamə vermiş, etibarnamənin qüvvədə olma müddəti 2040-cı il 6 aprel tarixi kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən Qaradağ Rayon Məhkəməsinin 3-cü şəxsin “cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair 2011-ci il 25 aprel tarixli Qərarını əsas götürərək həmin etibarnaməni Mülki Məcəlləyə (bundan sonra – “MM”) əsasən xitam vermişdir.
13. İddiaçı 3-cü şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyini, bu barədə heç bir məhkəmə qətnaməsi olmadığını əsas gətirərək, notariusu müvafiq etibarnamənin ləğv edilməsinin etibarsız hesab edilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Notariat haqqında qanunvericiliyin tələbinə əsasən etibarnaməyə xitam verilməsi mülk i qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi etibarnaməyə xitam verilməsi üçün əsasdır. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər, fiziki şəxslərin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur, fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.
14. Eyni zamanda mülki qanunvericiliyin tələbinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. 3-cü şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırlımasının prosedur qaydaları və əsasları mülki və mülki prosessual qanunvericilikdə birmənalı, dəqiq şəkildə ehtiva edilmişdir.
15. Cavabdeh tərəfindən müvafiq etibarnaməyə xitam verilərkən notariat haqqında və mülki qanunvericiliyin normalarına əməl edilməmişdir. Belə ki, cavabdeh tərəfindən müvafiq etibarnaməyə məhz etibarnaməni vermiş şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması əsası ilə xitam verildiyi halda, məhkəmə araşdırması zamanı etibarnamə vermiş şəxs qismində çıxış edən 3-cü şəxsin fəaliyyət qabiliyyətinin olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırlmasına dair hər hansı məhkəmə qətnaməsinin olması halı müəyyən edilməmişdir. Belə ki, cavabdeh tərəfindən müvafiq etibarnamənin ləğv edilməsinə dair hərəkəti etibarsız hesab edilməli, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 31.2, 31.3, 32.1, 32.2, 33.1, 152.8, 354.1, 362.1, 362.2, 363.1, 365.1.7, “Notariat haqqında” Azərbaycan Respublikasının 1999-cu il 26 noyabr tarixli 762 saylı Qanunun 49 maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarının 79-cu bəndi, “Mahmudov Rusiya Federasiyasına qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 2007-ci il 26 iyul tarixli Qərarı, “Qavazov Bolqarıstana qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 2008-ci il 6 mart tarixli Qərarı, “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1, 185.5, 317, 321.2-ci maddələrinə istinadla əsaslandırmışdır. 17. 3-cü şəxsin qanuni nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2021-ci il 26 may tarixli, 2(103)-4687/2021 saylı qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) nümayəndənin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 22 fevral tarixli, 2(002)-307/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh tərəfindən müvafiq etibarnaməyə xitam verilərkən 3-cü şəxsin prosessual fəaliyyət qabiliyyətli olmadığı əsas götürülməklə notar iat haqqında və mülki qanunvericiliyin normalarına əməl edilməmişdir. Belə ki, 3-cü şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına dair hər hansı məhkəmə qətnaməsinin olması halı müəyyən edilməmişdir. Apellyasiya şikayətinin iddia müddətinin ötürülmüş olması ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə göstərmişdir ki, iddia tələbi notariusun hərəkətinin etibarsız hesab edilməsi olduğundan, qanunvericilikdə hazırki iddia tələbi üzrə iddia müddətinin olması nəzərdə tutulmamış, bununla da hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.
20. Məhkəmə gəldiyi nəticəni MM-in 31.1, 31.2, 31.3, 32.1, 32.2, 362.1, 362.2, 365.1.7, 373.1, 373.2, MPM-in 119.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 31 may tarixində tərəflərə göndərilmişdir. 22. 3-cü şəxsin qanuni nümayəndəsi 2021-ci il 18 avqust tarixində kasasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsindəki icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2(102)-6143/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir (sədrlik edən hakim – E.Şamayev, hakimlər – E. Vəliyeva və A.Abbasov).
24. Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, etibarnamə təm silçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil edilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər. Qeyd olunan məsələlər araşdırılmadan təmsil edilən şəxsin fəaliyyət qabiliyyətinə malik olub-olmaması və bunun nəticəsi olaraq etibarnamənin qüvvəsinə xitam verilməsinin əsaslılığı məsələlərinin araşdırılmasına zərurət yoxdur.
25. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə ai d bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
26. Apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. 2
7. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, MM-in 5.3, 359.1, 359.3, 362.1, 365.1.7, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 Saylı Qərarın 1, 2.2, 2.4, 17-ci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hiro Balani İspaniyaya qarşı” 1994-cü il 9 dekabr tarixli Qərarı, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli Qərarı, “N.Babayevin şikayəti üzrə” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 28 dekabr tarixli Qərarı, MPM-in 14.2, 76.1, 77.1, 88, 217.4, 416.1, 416.2, 418.1, maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 12 aprel tarixli, 2(103)-2277/2022 saylı qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) 3-cü şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmiş, iddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı iddiaçıya aid edilmiş, apellyasiya və kasasiya şikayətləri verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 40 qəpik bank xi dmət haqqının iddiaçıdan alınaraq 3cü şəxsin qanuni nümayəndəsinə ödənilməsi qət edilmişdir.
29. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından, notariat orqanının hərəkətlərinin qanuniliyi və iddia müddətinin buraxılıb-buraxılmaması araşdırılmadan iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
30. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli Qərarı, MPM-in 5.1, 384.0.2, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
31. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 15 aprel tarixində tərəflərə gön dərilmiş və 2022-ci il 10 may tarixində tərəflərin vəkillərinə məxsus Elektron kabinetdə yerləşdirilmişdir.
32. İddiaçı 2022-ci il 4 iyul tarixində həmin qətnamədən kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Kasasiya şikayətinin və ona etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri:
33. MM-in 362, 365.1.7-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, etibarnamə verən 3-cü şəxs iddiaçının qohumudur və əmlaklarının idarə edilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçıya verilmiş etibarnamənin əsassız ləğv edilməsinin etibarsız sayılmasını iddia etməkdə haqlı və subyektiv hüququ olmuşdur. Bundan başqa 3-cü şəxsin nümayəndəsi Almaniya Federa tiv Respublikasının vətəndaşıdır və məhkəmə bu kimi dəlili obyektiv araşdırmadan nümayəndənin apellyasiya şikayəti vermək hüququnun olub-olmamasına, həmçinin 3-cü şəxsin qəyyumu təyin edilməsinin əsaslarını da araşdırmamış və qeyd edilən dəlillərə hüquqi qiymət verilməmişdir.
34. MPM-in 77.1, 88, 217.4, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçıdan cavabdehə qarşı irəli sürülən pul tələbinin əsası kimi istinad edilən hallara dair heç bir sübut təqdim olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. III. TƏTBİQ EDİLƏN HÜQUQ.
36. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
37. Mülki Məcəllə: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Maddə 31.2. Fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur. Maddə 31.3. Fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətində n tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Maddə 32.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabili yyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 32.2. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keç irilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında idd ia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs ba rəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 38. “Notariat haqqında” Azərbaycan Respublikasının 1999-cu il 26 noyabr tarixli 762 saylı Qanunun 49 maddəsi: Maddə
49. Notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Notariuslar videoyazı vasitəsilə etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Etibar edilmişi başqasına etibar etmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibar etmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir. Etibar edilmişi başqasına etibar etmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır. Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçiril ir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarının 79-cu bəndi: Etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. 40. “N.Babayevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 28 dekabr tarixli Qərarı: Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adı ndan çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. 41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli Qərarı: Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
42. Mülki Prosessual Məcə llə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kasasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. IV.ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edi ldiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 12 aprel tarixli, 2(103)-2277/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir.
46. İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. İş materiallarına əsasən, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il 8 oktyabr tarixli sərəncamı ilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 2012-ci il 3 sentyabr tarixli sərəncam et ibarsız hesab edilməklə, X1 Qaradağ Rayon Məhkəməsinin 2011-ci il 25 aprel tarixli qərarı ilə fəaliyyət qabiliyyəti olmayan 1937-ci il 1 iyun təvəllüdlü X3 üzərində qəyyum təyin olunmuşdur.
48. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üçüncü şəxs tərəfindən verilmiş etibarnamənin qüvvəsinə notariat orqanı tərəfindən xitam verilməsi ilə bağlı olduğundan ilkin olaraq etibarnaməyə xitam verilməsi ilə bağlı notariat orqanının hərəkətini mübahisəiəndirməyə iddiaçının subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Hazırkı halda etibarnamə ilə təmsilçi olan iddiaçı ona verilmiş etibarnamənin ləğvini mübahisələndirsə də, notariat orqanının həmin hərəkətinin onun hansı hüquq və vəzifələrinə toxunduğunu əsaslandırmamış, etibarnamənin ləğvi təmsil edilənin hüquq və mənafelərin ə toxunursa, onun yeni etibarnamə vermək və ya notariat orqanının müvafiq hərəkətini mübahisələndirmək imkanları vardır, etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Yəni qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil edilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər və Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla X3 tərəfindən İddiaçı verilmiş etibarnamənin ləğv edilməsi iddiaçının hər hansı hüquq v ə mənafeyinin pozulmasına səbəb olmamışdır. İddiaçı hazırkı iş üzrə iddianı qaldırmağa subyektiv hüququ olmadığından, notariat orqanının hərəkətlərinin qanuniliyi və iddia müddətinin buraxılıb-buraxılmaması araşdırılmadan iddia rədd edilməlidir.
49. Kasasiya şikayətində aşağı instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə istinad edilsə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kasasiya şikayətində göstərilən dəlillər isə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
50. Beləliklə, işə kasasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kasasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Respublikası MPM-nin 417419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 12 aprel tarixli, 2(103)2277/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.