Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4574/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi və Gədəbəy rayon Notariat Kontoru) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı2, iddiaçıların vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(104)-238/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X3 adına Gədəbəy rayonu, Qumlu kəndində 1480.48 kv.m həyətyanı sahəsi, 0.13 ha həyətyanı torpaq sahəsi və 0.03 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X5 ilə X16 1949-cu ildə faktiki nikaha daxil olmuşlar, onların nikahından 8 uşaqları anadan olmuşdur: X20, X21, X11, X30, X14, X25, X17 və Cavabdeh (bundan sonra – cavabdeh). X16 1993-cü ildə, X5 isə 2005-ci ildə vəfat etmişlər. X30 ilə İddiaçı1 (bundan sonra – iddiaçı) 1989-cu ildə nikaha daxil olmuşlar, onların birgə nikahından 2 uşaqları anadan olmuşdur: xx.xx.1991-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1993-cü il təvəllüdlü İddiaçı3 (bundan sonra – iddiaçılar). X30 13.05.2018-ci il tarixdə Şəmkir şəhərində vəfat etmişdir. İddiaçı1 12.10.2018-ci il tarixdə notarial qaydada ərizə verərək, əri X22 ölümündən sonra nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qalan miras əmlakı qəbul etdiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi və Gədəbəy rayon Notariat Kontor u) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış əmlakın X30 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 1480.48 kv.m və 0.13 ha həyətyanı torpaq sahələrindən ibarət həmin əmlakın ½ hissəsinə X10nun vərəsə tanınması, sonuncudan qalmış mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsə tanınmaları, onların həmin miras evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Şəmkir şəhəri, Rabitə evi, 16 saylı evdə yaşayırlar. Cavabdeh İddiaçı1 qayını, digər iddiaçıların doğma əmisidir. X6 rayonunda anadan olmuşdur. X37 hələ öz valideynlərinin sağlığında, yəni 1981-ci ildə valideynlərinin razılığı ilə anasının adına olan, Gədəbəy ra yonu, Qumlu kəndində yerləşən 1480.48 kv.m həyətyanı torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. Həmin ev yaşayış üçün tam yararlı olmuşdur. Həmin evdə iddiaçılardan başqa heç kim yaşamamışdır. X8 və X3 vəfatından sonra qeyd olunan evdən və həyətyanı torpaq sahəsindən iddiaçılar mübahisəsiz istifadə etmişlər. X37 anasından miras qalmış, 1480.48 kv.m torpaq sahəsindən və həmin torpaqda yerləşən fərdi yaşayış evindən istifadə etməklə mirası faktiki qəbul etmişdir. Eyni zamanda, iddiaçılar notariusa XXXdan qalmış mirası qəbul etmələri ilə bağlı rəsmi ərizə vermişlər, bununla da həmin mirası rəsmi olaraq onlar qəbul etmişlər. Lakin hazırda iddiaçılarla cavabdeh arasında narazılıq vardır və cavabdeh mübahisəli mülkün və mülkün yerləşdiyi həyətyanı torpaq sahəsinin iddiaçıların a dına rəsmi qeydə alınmasına razılıq vermir. Cavabdeh X7 və X2 miras qalmış evdə yaşayır və həmin ev iddiaçıların evinin qonşuluğunda 0.13 ha həyətyanı torpaq sahəsində yerləşir. X10 anasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. Buna görə də o, həmin əmlaka, iddiaçılar da X10ndan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmalıdırlar. Buna cavabdehdən başqa XXXnın bütün vərəsələri razıdır. Eləcə də, iddiaçılar həmin evə köçüb yaşamaq istəyirlər. İddiaçılar tərəfindən məhkəməyə surəti təqdim edilmiş və məhkəmədə tədqiq olunmuş “Fərdi yaşayış evinə daxil olan evin Texniki pasportu”nda qeyd olunmuşdur ki, həmin pasport Gədəbəy şəhəri, Qumlu massivində yerləşən ümumi sahəsi 20 kv.m, yaşayış sahəsi 20 kv.m olan fərdi yaşayış evinə dair X22 adına tərtib edilmişdir. Birinci instansiya məh kəməsinin iclasında cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, o, evin kiçik övladıdır. Mərhum anası XXXdan qalmış torpaq sahələrini miras olaraq o qəbul etmiş, həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Onun anasından miras qalmış torpaq sahələrini kiməsə vermək fikri yoxdur. Mərhum qardaşı XXX həm anasının ölümündən əvvəl, həm də anasının ölümündən sonra sözügedən torpaq sahəsində tikilmiş evdə yaşamamış, Şəmkir şəhərində məskunlaşmışdır. Bununla da mərhum qardaşı anasının ölümündən sonra qalmış miras torpaq sahələrini qəbul etməmiş, həmin mirası o qəbul etmişdir. İddiaçıların köçüb yaşamaq istədiyi, mərhum anası XXXX məxsus torpaq sahəsindəki tikiliyə gəldikdə isə, həmin tikili iddiaçıların köçmək istədiyi fərdi yaşayış evi deyildir. Anasının sa ğlığında və onun istəyi ilə həmin tikili tikilməmiş, yarımçıq qalmış, heç vaxt istifadə edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X26 bildirmişdir ki, o, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. İddiaçı1 onun mərhum qardaşı XXXXX arvadıdır. Mübahisəli 0.13 ha torpaq sahəsində köhnə tikili vardır ki, həmin tikilini mərhum qardaşı XXXXXtikmişdir. Həmin ev yolun üstündədir. Cavabdeh olan qardaşı XXXX isə həmin köhnə evlə qonşuluqda olan, mərhum anası XXXXin yaşadığı evdə yaşamışdır. XXXXX tikdiyi evdə cavabdeh heç vaxt yaşamamışdır. XXXX sağlığında anasının yanına gəlib baş çəkib gedirdi. Anası XXXX öləndən sonra XXXXXXX həmin evə qoymamışdır. XXXX Şəmkirdə kirayədə yaşayıb. Şahid qismin də dindirilən X19 bildirmişdir ki, o, 1993-cü ildən Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. X24 ilə qonşu olmuşdur. XXXX ölən günə kimi oğlu XXXXX yaşamışdır. O, XXXX yanında həmişə XXXXgörmüşdür. XXXX ərazidə bir dənə də uçuq tikilisi vardır. Uçuq tikilinin dam örtüyü olmamış və həmin evi kimin tikdiyini bilmir. Həmin evdə yaşayış olmamışdır. XXX öləndən sonra torpaq sahələrini yalnız XXX əkibbecərmişdir. Şahid qismində dindirilən X1 XXXX qızının ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(042)-735/2019 nömrəli iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, torpaq sahələrinə dair mərhum X3 mülkiyyət hüququ rəsmi qeydə a lınmasa da, onların sonuncuya məxsusluğu mübahisələndirilmir, həmin əmlaklara dair onun mülkiyyətə qanuni gözləntisi olmuşdur və həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Odur ki, onun ölümündən sonra adına Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.14 ha və 0.13 ha həyətyanı torpaq sahələri və 0.03 ha pay torpaq sahəsi miras qalmışdır və həmin torpaq sahələri X2 qalmış miras kütləsinə daxil edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən mirasın qəbul edilibedilməməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarından X21, X25, X26 və X23 mərhum X3 ölümündən uzun müddət əvvəl ayrılaraq başqa təsərrüfata köçmüşlər və hazırda da başqa təsərrüfatda yaşayırlar. Həmçinin, miras qoyanın uşaqlarından X26 notarial qaydada ərizə verərək anasından miras qalmış əmlakı qəbul etmədiyini bildirmişdir. Eyni zamanda miras qoyanın digər övladı X30 13.05.2018-ci il tarixdə Şəmkir şəhərində ölmüşdür. O, mərhum anası X3 ölümündən əvvəl, həm də anasının ölümündən sonra ölən günədək Şəmkir şəhərində yaşamışdır. Bunu həm iddiaçıların vəkilinin izahatı, həm də XXXa məxsus ölüm haqqında şəhadətnamədə onun öldüyü yer kimi Şəmkir şəhəri qeyd edilməsi də təsdiq edir. İddiaçılar mübahisəli torpaq sahələrinin miras olaraq X37 tərəfindən qəbul edilməsini təsdiq etmək üçün onun adına tərtib olunmuş “Fərdi yaşayış evinə daxil olan evin Texniki pasportu"nu təqdim etmişlər. Lakin iddiaçılar həmin pasportun kserosurətini təqdim etdiklərindən o, mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, sözügedən texn iki pasport sübut kimi qəbul edilsə belə, həmin pasport orada qeyd edilmiş, ümumi sahəsi 20 kv.m olan fərdi yaşayış evinin X24dan miras qalmış torpaq sahəsində inşa edilmiş evlə eyni ev olması qənaətinə gəlinməsi üçün kifayət etmir. Belə ki, mübahisəli ərazidə olan yarımçıq tikilinin kim tərəfindən tikildiyi sübuta yetmir. İddiaçılar həmin tikiliyə hüququn mövcudluğu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Təqdim edilmiş texniki pasport adlı sənəddə pasportda qeyd olunan eskizin hansı torpaq sahəsində olan tikiliyə aid olması, onun məhz mübahisəli tikiliyə aid olması təsdiqini tapmır. Eləcə də iddiaçılar XXXdan miras qalan əmlakların XXX tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mə rhum X3 yuxarıda adları qeyd olunan uşaqları qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiklərindən ondan miras qalmış əmlaka vərəsə olmaq hüququnu itirmişlər. Cavabdeh mərhum X3 ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Hazırda torpaq sahələri cavabdehin nəzarətində və sahibliyindədir. Həmin torpaq sahəsində tikilmiş evdə də o yaşayır. İddiaçılar mərhum X2 qalmış mirasdan o vaxt pay ala bilərdilər ki, X3 vəfat etmiş oğlu XXX anasından qalmış miras əmlakı qəbul etmiş olardı. Bu zaman XXXa miras əmlakdan çatacaq paya münasibətdə iddiaçıların vərəsəlik hüququ yaranmış olardı. Lakin mərhum X4 məxsus həyətyanı və pay torpaq sahələrinin miras olaraq oğlu XXX tərəfindən qəbul edilməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi əsassız olma qla rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1, 1133.1, 1133.2, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1159.1.3, 1243.1-1243.3, 1246-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 89.1, 89.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Şikayətdə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə heç bir əsas olmadan iddia tələbini təmin etməmişdir. Ona görə də, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını x ahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi texniki pasportun miras mülkə aid olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin etmişdir. “Alternativ” Ekspertiza Mərkəzinin 07 dekabr 2020-ci il tarixli, 403 saylı rəyində X22 mülkiyyətində olan fərdi yaşayış evinə dair 28 mart 2005-ci il tarixdə tərtib edilmiş texniki pasportun “torpaq sahəsinin planı və şərhi” bölməsində, evin həyətyanı torpaq sahəsi barədə məlumatın əks olunmadığı nəzərə alınaraq, texniki pasportda göstərilmiş torpaq sahəsinin X3 adına verilmiş JN-114A KOD 50501004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bund an sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-238/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Qətnamədən iddiaçılar kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş in yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, işin həqiqi hallarına qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Şikayətin əsası kimi Mülki Məcəllənin 1133.1, 1151.1, 1151.2, 1159.1, 1243.1, 1243.2, 1246-cı maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator və kassatorların vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə icla sının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələ lərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir(maddə 1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik oldu ğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1). Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar (maddə 1159.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir( maddə 12 43). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır (maddə 1252). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-238/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4574/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4574/2021
18.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver