Məhkəmə qərarları › İş №2(102)-4579/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4579/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4579/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçının vəkili ***in, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5, vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 fevral 2019-cu il tarixli qətnaməsindən “xxxx” MMC-nin və vəkili ***nun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(002)-2308/2018 saylı qətnamə si ilə iddia qismən təmin edilmişdir. Cavabdeh1 ilə iddiaçı “xxxx” MMC arasında bağlanmış 08 mart 2014-cü il tarixli, 02/0006/LİZ saylı X2 ləğv edilməsi, Cavabdeh1 710 manat məbləğində gecikdirilmiş lizinq borcu, cavabdeh “xxxx” ASC-dən isə 5.495 manat sığorta ödənişi, habelə cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə cavabdehlərdən 60 manat, iddiaçı “xxxx” MMC-dən 60 (altmış) manat məbləğində pul tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Sadıqov, hakimlər A.Hüseynov və A.İmanov, İş № 2(103)-2323/2019) cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti tə min edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2308/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” ASC-dən 5.495 manat sığorta ödənişinin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “dəymiş zərər üzrə sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməyərək, məhkəmə xərclərinin (dövlət rüsumu və ekspertiza xərci) cavabdeh “xxxx” ASC-dən tutulmuş hissəsi iddiaçı “xxxx” MMC-yə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı “X2 ləğv edilməsi, həmin müqavilə üzrə borcun və dəymiş zərər üzrə sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə мəhkəmяйə müraciət edərək, “xxxx” MMC ilə Cav abdeh1 arasında bağlanmış 08.03.2014-cü il tarixli 02/0006/LİZ saylı X2 ləğv edilмяsi, müqaviləyə əsasən 710 manat məbləğində gecikdirilmiş lizinq borcu və 5.665 manat məbləğində lizinq predmetinə vurulmuş ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-PS-*** dövlət qeydiyyat nişanlı “***” minik markalı avtomobilə dəymiş ziyanla bağlı ödəmənin cavabdeh “xxxx” ASC tərəfindən ödənilməli olan sığorta məbləğinə yönəldilməsi və həmin sığorta məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanılmış 08.03.2014-cu il tarixli, 02/0006/LİZ saylı X2 ləğv e dilməsi, müqaviləyə əsasən 710 manat məbləğində gecikdirilmiş lizinq borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini və iddiaçının mülkiyyətində olan və Cavabdeh1 lizinqə verilmiş “***” minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 5.665 manat məbləğində ziyan üzrə sığorta ödənişinin “xxxx” ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “xxxx” MMC-ti və vəkili *** kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının, 25, 60, Azərbaycan Respublikası MPM-in 14.1, 77, 88, 217.1, 217.3, 220.4, 372, 380. 385, 386, 389, 390, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.6, 906.1, 922.1, 923.1, 924.2, 926, 933.1-ci maddələrinə və “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olmadığından ləğv edilməli, kassasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 417.1 və 417.1.4-cü maddələrinə əsasən iş üzrə iddia tələbinin cavabdeh “xxxx” ASC-yə münasibətdə təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili *** kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 və vəkili X4 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq ş ikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən ol unması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 08.03.2014-cü il tarixli 02/0006/LİZ saylı X3 əsasən “xxxx” MMC ümumi dəyəri 15.800 manat olan **-PS-*** dövlət qeydiyyat nişanlı “***” minik markalı avtomobili öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə 14.000 manat məbləğində əsas borcu və 7.330 manat məbləğində lizinq verənin mükafatını 60 ay müddətində ödəməyi öz öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etmədiyinə görə ödənilməmiş 710 manat lizinq borcu qalmışdır. Qətnamə ilə Cavabdeh1 aid hissədə iddia təmin edilmiş və sonuncu qətnaməni mübahisələndirməmişdir. “xxxx” ASC-yə qarşı yönəlmiş tələbin mahiyyəti isə ondan ibarətdir ki, Cavabdeh1 lizinqə verilmiş avtomobil Mİ 007335 saylı “Nəqliyyat vasitələrinin kompleks sığortası” Şəhadətnaməsinə əsasən 11.03.2019-cu il tarixinə qədər 15.800 manat məbləğində sığortalanmış, sığortalı qismində Cavabdeh1, faydalanan şəxs qismində “xxxx” MMC göstərilmiş, 500 manat azadolma məbləği nəzərdə tutulmuşdur. 02.11.2014-cü il tarixdə avtomobili Cavabdeh1 qardaşı *** idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilə zərər dəymişdir. İddiaçı “xxxx” MMC sığorta hadisəsinin baş verdiyini və “xxxx” MMC tərəfindən tərtib edilmiş 24.05.2017-ci il tarixli qüsur aktına əsasən avtomobilə 5.665 manat məbləğində zərər vurulduğunu əsas tutaraq, “xxxx” ASC tərəfindən həmin zərərin fayda əldə edən şəxs kimi ona ödənilməsini tələ b etmiş, sonuncu isə sığorta müqaviləsi üzrə sığortalı Cavabdeh1 baş vermiş hadisəni araşdırmaq üçün şirkətə gəlmədiyi və sığorta ödənişindən imtina etdiyi, sürücü ***un isə sərxoşluq hallarına dair tibbi müayinədən keçmədiyi və avtomobili sığorta şirkətinə təhvil verməli olduğu halda hadisədən cəmi 12 gün sonra iddiaçıya təhvil verdiyi üçün sığorta ödənişindən imtina etmiş, işə məhkəmədə baxılarkən isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və 25.09.2018-ci il tarixli 22626 nömrəli ekspert rəyi ilə avtomobilin 02 noyabr 2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesabla ma yolu ilə təxminən 5.495 manat müəyyən edilmişdir. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyil belə ki, işin mübahisə edilməyən hallarına görə 02.11.2014-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə DYP əməkdaşı və qəza komissarı gəlmiş, sonuncu “Avtomobil sığorta hadisəsi barədə” Raport tərtib etmiş, avtomobilin fotoşəkillərini çəkmiş, sürücü ***a “İnsan psixikasına təsir edən maddələrin istehlak hallarının bütün növlərini təyin edən tibbi müayinəyə göndəriş” vermiş, ondan tibbi müayinədən keçməkdən imtina etməsinin nəticələrinin izah olunması barədə ərizə almışdır. X8 izahatından aydın olur ki, o, nəinki tibbi müayinədən keçmiş, heç sığorta ödənişində maraqlı olmamış, bu məqsədlə sığorta şirkətinə müraciət etməmiş və 14.11.2014-cü il tarixli aktla avtomobili “xxxx” MMC-yə təhvil vermişdir. Həmçinin müəyyən olunur ki, lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 olsa da, avtomobili o, idarə etməmiş və sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisəsinin araşdırılması və sığorta ödənişi ilə maraqlanmamışdır. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmuşdursa o, faydalanan şəxs sayılır və sığorta ödənişi də məhz həmin şəxsə verilməlidir. Cavabdeh1 və üçüncü şəxs *** sığorta ödənişi alan şəxs olmadıqlarına görə sığorta ödənişində maraqlı olmamış, ona görə də avtomobili iddiaçıya təhvil verməklə kifayətlənərək, sığorta şirkətinə sığorta hadisəsini araşdırmaq üçün imkan yaratmamışlar. Əslində bu hal avomobili təhvil almış iddi açıya da bəlli olmuş, lakin sonuncu, fayda əldə edən şəxs kimi sığorta ödənişində maraqlı olmasına baxmayaraq, uzun müddət “xxxx” ASC-dən sığorta ödənişini tələb etməmiş, ilk dəfə yalnız 28.07.2017-ci ildə həmin şirkətə ödənişlə bağlı müraciət etmiş, hazırki iddianı isə məhkəmədə 22.05.2018-ci ildə qaldırmışdır. Lakin, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Apellyasiyainstansiyasıməhkəməsigəldiyinəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə görə,müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozu lduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. 884.6-cı maddəsinə əsasən, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqav iləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yaranan haldır. 933.1.1-ci maddəsinə görə isə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişinin verilməsinin əsası hesab olunur. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.» Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Az ərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etm əyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.» Məhkəməkollegiyasıhesabedirki, apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçünqanunivəəsaslıdır. Məhkəmə kollegiyası iddiaçı “xxxx” MMC-nin kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiyainstansiyasıməhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, sığorta müqaviləsi və sığorta şəhadətnaməsi üzrə öhdəliklərin icra müddəti 11.03.2019-cu il tarixədək müəyyən edilsə də, sığortaçı üçün müqavilə şərtlərinin icra edilməsi məhz sığorta hadisəsinin baş verməsi ilə bağlı olur. Sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsi halında sığortalını (fayda əldə edəni) mümkün zərərdən sığortalamaq məqsədini güdür. Müqavilə müddəti ərzində sığorta hadisəsinin baş verməsi sığortaçı üçün sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı öhdəliklərinin icra edilməsi, sığortalı və fayda əldə edən üçün isə sığorta ödənişini tələb etmək üçün əsasdır. Tələb hüququna isə müddət tətbiq edilir. Qanuna görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır ki, hazırki işdə də iddiaçı “xxxx” MMC hüquqlarının pozulduğunu 2014-cü ilin noyabr ayında bilmişdir. Sonuncu bu müddət ərzində s ığorta ödənişi ilə bağlı heç bir addım atmamış, vaxtında məhkəmədə iddia qaldırmamış, bununla da qanunda nəzərədə tutulmuş üç illik iddia müddətini ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar