Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4581/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Özbaşına tikintinin sökülməsi 30.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4282/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, xxx küçəsində istifadədə olan 0.08312 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın yarımzirzəmisində 243.5 kv.m ümumi, 243.5 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi 06.02.2009-cu ildə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Səbail rayon İcra Hakimiyyətinin 01.07.2009-cu il tarixli arayışından görünür ki, Cavabdeh Ağdam rayonundan məcburi köçkündür, xxxx qeydiyyatdan keçmişdir, xxx (yarımzirzəmidə) yaşayır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı məxsus 243.5 kv.m. qeyri-yaşayış sahəsi xxxx küçəsi, 1 nömrəli 5 mərtəbəli yaşayış binasının yarımzirzəmi hissəsində yerləşir. Qeyri-yaşayış sahəsinə giriş faktiki olaraq xxx küçəsi tərəfdə olan keçiddən keçməklə binanın baş tərəfində yerləşən qapı vasitəsilədir. Baxış zamanı qeyri-yaşayış sahəsinə gedən keçidin üstündə uzunluğu 8,0 metr, eni 5,3 metr, hündürlüyü 3,2 metr olan bir mərtəbəli tikili inşa olunduğu və həmin tikilinin faktiki olaraq mağaza kimi istifadə edildiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən, iş üzrə Cavabdeh məxsus mübahisəli tikilinin xxx küçəsində yerləşən 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə inşa edildiyini nəzərə alaraq, həmin tikilinin İddiaçı özünə məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratdığı müəyyən edilir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmədə iddia qaldıraraq, xxx küçəsində istifadəsində olan 0.08312 ha torpaq sahəsində 1 nömrəli binanın yarımzirzəmisində yerləşən 243.5 kv.m qeyri-yaşayış sahəsinə gedən yolun qarşısında cavabdeh tərəfindən inşa edilən tikililərin onun hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xxx küçəsində istifadəsində olan 0.08312 ha torpaq sahəsində 1 nömrəli binanın yarımzirzəmisində yerləşən 243.5 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətindədir və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi həmin qeyri-yaşayış sahəsini qeydiyyata alaraq ona 06 fevral 2009-cu il tarixli seriya MH ***** ** nömrəli çıxarış verilmişdir. Cavabdeh ona məxsus daşınmaz əmlaka gedən yolun qarşısında özbaşına olaraq tikintilər tikərək mülkiyyətində olan əmlakdan istifadə hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehdən göstərilən tikililərin kimin icazəsi ilə inşa edilməsini xəbər alarkən məlum olmuşdur ki, həmin ünvanda cavabdeh tərəfindən inşa edilən tikililər özbaşına olaraq tikilmişdir. Cavabdehdən həmin özbaşına tikililərin öz hesabına sökülməsi tələb edilsə də, o bundan imtina edərək tikililəri könüllü sökmək istəmir.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xxx küçəsi, 1 №-li binanın yarımzirzəmisində yerləşən İddiaçı istifadəsində olan 243.5 kv.m qeyri-yaşayış sahəsinə həmin ünvan üzrə xxx küçəsindən gedən yolun (keçidin) üstün də Cavabdeh tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m. olan bir mərtəbəli özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətinə gətirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh xxx küçəsi, 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə qanunsuz tikinti işləri apararaq, iddiaçıya məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratmışdır.
8. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Cavabdeh məxsus mübahisəli tikilinin xxxx küçəsində yerləşən 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə inşa edildiyini nəzərə alaraq, həmin tikilinin İddiaçı özünə məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratdığı müəyyən edilmişdir.
9. Məhkəmə mülkiyyət hüququnun mütləq hüquq olmadığını nəzərə alıb hesab etmişdir ki, qeyd edilən məhdudiyyətə məhz qanunilik və mütənasiblik prinsipi baxımından yanaşılmalıdır. Məhkəmə, tikilinin qanunsuz olduğunun müəyyən edilməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, İddiaçı mülkiyyətinə edilən müdaxilə qanuni xarakter daşımır və bu səbəbdən iddiaçının mülkiyyət hüququ pozulmuşdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 157.4, 180-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-4282/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 nömrəli mülki iş üzrə 25.11.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 21 oktyabr 2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tikilinin qanunsuz olduğunun müəyyən edilməsini nəzərə alaraq, İddiaçı mülkiyyətinə edilən müdaxilə qanuni xarakter daşımadığından və bu hal iddiaçının mülkiyyət hüququnu pozduğundan iddianın təmin olunmu ş hissəsində qətnamə qanuni və əsaslıdır.
14. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Cavabdehin mübahisəli tikilinin sökülməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti verməsi, həmin şikayətin məzmunu və mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə dair əlavə etdiyi sənədlərin surəti onun qeyd edilən tikiliyə aid olmaması barədə dəlilinin əsassız olmasını təsdiq edir. Həmçinin, Badamdar Bələdiyyəsinin 18.08.2020-ci il tarixli, 08/97 nömrəli məktubundan görünür ki, mübahisəli ünvanda 100 kv.m torpaq sahəsinin cavabdehin qeyd etdiyi bacısı X1 verilməsi barədə 30.12.2006-cı il tarixli qərar, eləcə də həmin qərarın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər Badamdar Bələdiyyəsinin arxiv və kompyuter b aza məlumatlarında qeydə alınmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
19. Məhkəmə i clasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)
25. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hə rəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4)
26. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini poz ursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (maddə 180) Mülki Prossesual Məcəllə
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4282/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.