Məhkəmə qərarları › İş №2(102)-4584/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4584/2019

01.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4584/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)809/2019 nömrəli iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Ramil Həsənov) 26 iyul 2017-ci il tarixli 2(010)-4491/2017 saylı qətnaməsi ilə il k iddia təmin edilərək «xxxx» MMC ilə Cavabdeh arasında 36 ay müddətində bağlanmış 29.09.2015-ci il tarixli 372/15 saylı daxili maliyyə lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh 6336 ABŞ dolları məbləğində borc pulun qaytarılma (ödəniş) gününə manat məzənnəsinə uyğun olaraq və 30,40 manat məbləğində məhkəməyə ödənilən dövlət rüsumunun əvəzinin «xxxx» MMC-nin xeyrinə tutulması, «xxxx» MMC-nin mülkiyyətində olan “Chery Fulwin” markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilin «xxxx» MMC-yə qaytarılması qət edilmiş, Cavabdeh «xxxx» MMC-yə qarşı “Chery Fulwin” markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilin istifadəyə verilməsinə dair «xxxx» MMC ilə onun arasında bağlanmış 29.09.2015-ci il tarixli 372/15 saylı daxili maliyyə lizinq müqaviləsinin etibarsız hesab edilməs i barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilk iddianın tam təmin edilməsi və borcun tutulması hissəsində ləğv edilmiş, ilk iddia qismən təmin edilərək Cavabdeh 5645,85 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC ilə Cavabdeh arasında 36 ay müddətində bağlanmış 29.09.2015-ci il tarixli 372/15 saylı daxili maliyyə lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh 6336 ABŞ dolları məbləğində borc pulun qaytarılma (ödəniş) gününə manat məzənnəsinə uyğun olaraq və 30,40 manat məbləğində məhkəməyə ödənilən dövlət rüsumunun əvəzinin «xxxx» MMC-nin xeyrinə tutulması, «xxxx» MMC-nin mülkiyyətində olan “Chery Fulwin” markalı, **AC-*** dövlət nömrə nişanlı avtomobilin «xxxx» MMC-yə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün «xxxx» MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, “Chery Fulwin” markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilin istifadəyə verilməsinə dair «xxxx» MMC ilə onun arasında bağlanmış 29.09.2015-ci il tarixli 372/ 15 saylı daxili maliyyə lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cav abdeh və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yən i işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında 29.09.2015-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 25% ödəmək şərti ilə qiyməti 10973 şərti vahidi təşkil edən “Chery Fulwin” markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobili lizinqə vermişdir. Həmin müqavilənin əsas anlayışlar adlanan 1-ci maddəsində isə göstərilmişdir ki, tərəflər qəbul edirlər ki, bu müqavilə üzrə öhdəliklər şərti vahidi ilə ifadə olunur. Bu şərti vahidi öhdəliyin yaranma tarixinə Azərbaycan Mərkəzi Bankının bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir. Bütün ödənişlər ödəmə gününə bu ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğlə Azərbaycan manatı ilə ödəniləcək. İddiaçı iddia edir ki, cavabdeh lizinq müqaviləsinə aid ödəniş cədvəli üzrə ödənişləri aparmamış və öz üzərinə düşən öhdəlikləri pozmuşdur. Onun müqavilə üzrə ödənilməmiş borcu 6336 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz etmiş və qarşılıqlı iddia irəli sürərək bildirmişdir ki, onunla «xxxx» MMC arasında heç bir lizinq münasibətləri olmamış və cəmiyyət tərəfindən “Chery Fulwin” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomobil lizinq şərtləri əsasında onun istifadəsinə verilməmişdir. 2016-cı ilin mart ayında əvvəllər yaşadığı ünvanda üzdən tanıdığı X1 adlı şəxs ona “Chery Fulwin” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomobili satdığını bildirmişdir. O, X1dən həmin avtomaşının onun adına olub-olmamasını soruşduqda ona bildirmişdir ki, avtomobil «xxxx» MMC lizinq şirkətinindir, beh verərək avtomobili lizinq şirkətindən götürüb, avtomobili sənədsiz idarə edir. X1 bildirmişdir ki, həmin avtomaşının lizinq ödənişi manatladır və ödənişini ödəyə bilmədiyi üçün satır. O, X1ə 700 manat məbləğində beh vermişdir. O, X1lə birlikdə «xxxx» MMC-yə gəlmiş və oranın işçisi X3 bildirmişdir ki, həmin avtomobil ABŞ dolları ilə lizinqə verilir. Avtomobil dollarla lizinqə verildiyi üçün o, avtomaşını almaqdan imtina etmiş, lakin X1ə verdiyi behi X1in qaytarmağa imkanı olmadığından və behi geri almaq üçün avtomobilə alıcı axtarmağa məcbur olmuşlar. Həmin avtomobili Salyan rayonunda qeydiyyatda olan X1 almaq istəmiş və birlikdə 08.04.2016-cı il tarixdə «xxxx» MMCyə gəlmişdir. Lakin həmin vaxt X2un sürücülük vəsiqəsi olmadığından müqaviləni on un adına rəsmiləşdirmək mümkün olmamışdır. Buna görə də, «xxxx» MMC-nin nümayəndəsi X3 müqavilənin müvəqqəti olaraq onunla bağlanmasını təklif etsə də, o, bundan imtina etmişdir. Lakin X3 ona söz vermişdir ki, lizinq müqaviləsi 1 aylıq onun adına rəsmiləşdiriləcək, 1 aydan sonra onun adından çıxarılaraq X2un adına rəsmiləşdiriləcəkdir. Bundan sonra lizinq müqaviləsi onun adına rəsmiləşdirilmiş və cəmiyyət tərəfindən ona avtomobillə bağlı 10 günlük qüvvədə olan etibarnamə verilmişdir. 19.04.2016-cı il tarixdə X2 lizinq şirkətinə bir aylıq ödəniş edərək, öz adına etibarnamə almışdır. Sonralar o, dəfələrlə «xxxx» MMC-yə gedərək lizinq müqaviləsinin onun adından çıxarmağı tələb etsə də, şirkətdən narahatçılığa heç bir səbəb olmadığını bildirmişlər. «xxxx» MMC-nin Nizami rayon Pİ-nin 23-cü PB-y ə ünvanlandığı 13.02.2017-ci il tarixli ərizəsində də faktlar bir daha sübut olunur. Buna görə də, həmin lizinq müqaviləsi etibarsız hesab edilməlidir. Onun 08.04.2016-cı il tarixinə etibarnamə rəsmiləşdirilməsinə baxmayaraq lizinq müqaviləsində tarix 29.09.2015-ci il tarix göstərilmişdir. Bu fakt lizinq şirkəti tərəfindən ona verilmiş 08.04.2016-cı il tarixli etibarnamə ilə təsdiq olunur. «xxxx» MMC tərəfindən bir dəfə də olsun ona qarşı heç bir bildiriş, pretenziya göndərilməmiş, ondan lizinq avtomobili tələb edilməmişdir. Əksinə həmişə özü «xxxx» MMC-yə müraciət etmiş, lakin hər dəfə cəmiyyət bu məsələnin ona heç bir aidiyyatı olmadığını bildirmişdir. Cəmiyyət avtomobili verdikdən sonra ümumiyyətlə taleyi ilə maraqlanmamış, avtomobilin geri qaytarılması ilə bağlı müvafiq tədbirlər görmə mişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, ilk iddia qismən əsaslıdır. Belə ki, müqavilənin ləğv edilməsi, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin qaytarılması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətlər i üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Bu baxımdan iddiaçı müqavilənin ləğv edilməsi, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, lizinq ödənişləri üzrə yaranmış borcun ABŞ dolları ilə tələb edilməsi əsassız olduğuna görə həmin tələblər qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində isə təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. İddiaçı xarici hüquqi şəxs deyil və onunla cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə cavabdehin pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin və onun tərkib hissəsi olan ödəniş cədvəlinin ABŞ dolları ilə bağlı müddəaları özü-özlüyündə etibarsız şərtlərdir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Sadalanan normalara istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, lizinq obyektinin dəyəri manat kimi qəbul edilməli və borc məbləği də həmin valyuta ilə hesablanmalıdır. Belə ki, iş materiallarında olan lizinq ödənişləri cədvəlinə əsasən müəyyən olunur ki, müqavilə üzrə cavabdeh tərəfindən ilkin ödəniş 29 oktyabr 2015-ci il tarixdə olmaqla, hər ay 283 şərti vahidi ödəniş həyata keçirilməli idi. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 13.04.2017-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 13.04.2017-ci il tarixə qədər (cəmi 19 ay) olan borc tələb olunur. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında olan məlumatlara əsasən müəyyən olunur ki, 29 oktyabr 2015-ci il tarixə 1 ABŞ dollarının 1 Azərbaycan manatına olan məzənnəsi 1,05 təşkil edirdi. Ona görə də, cavabdehin 1 ay üçün borcu 297,15 manat (283 x 1,05 = 297,15), 19 ay üçün cəmi borcu isə 5645,85 manat (297,15 x 19 ay = 5645,85) təşkil edir. Ona görə də, cavabdehdən ümumilikdə 5645,85 manat pul tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, qarşılıqlı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 339.2, 339.3, 340.1 və 340.2-ci maddələri ilə təşkil etmişdir. Həmin maddələrin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlum at verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (maddə 340.1). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əsli ndə nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iddiaçı bu halların təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin «xxxx» MMC tərəfindən DİN Nizami rayon Pİ-nin 23-cü polis bölməsinə ünvanlanmış 13.02.2017-ci il tarixli ərizəyə istinad etməsi əsassızdır. Çünki cavabdehin bildirdiyi hallar həqiqətən mövcud olsaydı, o zaman tərəflər sonradan müqaviləni dəyişdirər, yenidən bağlayar, yaxud qarşılıqlı razılaşmaya əsasən ləğv edərdilər. Lakin hazırkı işdə qeyd edilən hallardan heç biri baş verməmişdir. Ona görə də, həmin ərizənin heç bir hüquqi əsası yoxdur. İddiaçının nümayəndəsi də apellyasiya instansiyası məhkəməsinin iclasında bildirmişdir ki, ərizədə 08 aprel 2016-cı il tarixə istinad edilməsi texniki səhv olaraq baş vermişdir. Əslində müqavilənin tarixi 29 sentyabr 2015-ci ildir. Həmçinin məhkəmə qeyd etmişdir ki, daxili lizinq müqaviləsinin 29 sentyabr 2015-ci il tarixdə bağlanması həm müqavilə ilə, həm də təhvil-təslim aktı ilə təsdiq olunur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən irəli sürülmüş müqavilənin etibarsız hesab edilməsi barədə dəlilləri əsassız hesab edilməlidir. Apellyasiya şikayətinin də dəlilləri qarşılıqlı iddia tələbinin dəliləri ilə eynilik təşil etdiyindən əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası mülk i işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüq uq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-809/2019 nömrəli iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar