Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4592/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən “XXX” MİK və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-1360/2018, hakim N.Ə.Misirzadə) X1 “XXX” MİK və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, ünvan 1 ünvanda 17 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 36 saylı mənzilə dair “XXX” MİK və iddiaçı X4 arasında bağlanmış 25 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 67.480 manat məbləğində pulun Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8303/2018 N.Ş.Cəfərov, V.Ə.Baxışova, V.T.Həsənov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəf verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmi şdir. İşin halları: “XXX” MİK ilə X4 arasında bağlanmış 25.05.2017-ci il tarixli müqaviləyə əsasən, MİK ünvan 1 ünvanda 17 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 36 saylı mənzili X2 verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzilin dəyəri olan 67.480 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.X1 67.480 manat məbləğində pulu ödədiyini təsdiq edən maliyyə arayışı verilmişdir. 30 avqust 2017-ci il tarixdə X4 “XXX” MİK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “XXX” MİK ilə bağladığı 25 may 2017-ci il tarixli müqaviləyə əsasən tam dəyərini təşkil edən 67.480 manat ödədiyi, ünvan 2 ünvanda 17 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 36 saylı mənzilə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda hə min mənzilin sahibliyinə və istifadəsinə verilməsinin “XXX” MİK və Cavabdeh2 həvalə edilməsi və mübahisəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək “XXX” MİK ilə bağladığı 25 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin alınması üçün ödənilmiş 67.480 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “XXX” MİK-inn sədri kimi Cavabdeh2 tərəfindən iddiaçıya maliyyə arayışı verilməmiş, eyni zamanda iddiaçı tərəfindən ona hər hansı məbləğ ödənilməmişdir. Bundan başqa maliyyə arayışında olan imza və möhür Cavabdeh2 məxsus deyil. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina “XXX” MİK tərəfindən deyil, “xxxx” MMC tərəfindən inşa edilmişdir, həmin binada mənzillərin satılması ilə əlaqədar “XXX” MİK –in hər hansı səlahiyyəti olmamışdır. Buna baxmayaraq “XXX” MİK –in sədri Cavabdeh2 həmin binadakı 36 saylı mənzilin iddiaçıya satılması barədə iddiaçı ilə 25 may 2017-ci il tarixli müqavilə bağlamış və mənzilin dəyəri kimi iddiaçıdan 67.480 manat pul almış dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə “XXX” MİK arasında bağlanmış 25 may 2017-ci il tarixli müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasənəqd etibarsız hesab edildikdə t ərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi həmin norma əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmaqla alıcının ödədiyi məbləğin ona qaytarmasını ehtiva edir. Bu halda apellyasiya instansiyası məhkəməsi 67.480 manat məbləğində pulun Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4592/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4592/2019
20.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver