Məhkəmə qərarları › İş №2(102)-4594/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4594/2019

05.07.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4594/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Əliyev Mehman Əlizaman oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3388/2019 nömrəli iş üzrə 18 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nizami Rаyоn Məhkəməsinin (R.T.Əhmədov) 31 iyul 2018-ci il tarixli, 2(007) 17/2018 nömrəli qətnаməsi ilə iddiaçı “xxxx” ASC Cavabdeh qarşı cavabdehin ünvan1 kuçəsı ərazısındə inşa etdiyi özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və müəssisənin obyektindən çıxarılması tələbinə dair iddiası təmin edilməsi, Cavabdeh tərəfindən ünvan1 küçəsi ərazisində inşa etdiyi özbaşına tikilinin sonuncunun hesabına sökülməsi, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 150 manat məbləğində pulun Cavabdeh Hatəm oğlundan tutularaq X1 hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və X.Ə.Sarıyev) 2(103)-3388/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-17/2018 saylı, 31 i yul 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı “xxxx” ASC-nin cavabdeh X3 oqluna qarşı cavabdehin ünvan1 küçəsi ərazisində inşa etdiyi özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və müəssisənin obyektindən çıxarılması” barədə iddia tələbi təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu “xxxx” ASC-dən alınaraq Cavabdeh ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 150 manat məbləğində pul “xxxx” ASC-nin hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CREAZ22) ödənilməsi qət edi lmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı cavabdehin ünvan1 kuçəsı ərazısındə inşa etdiyi özbaşına tikililərin cavabdehin hesabına sökülməsi və müəssisənin obyektindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakışəhəritikintimexanikləşdırmə ASC təsis edilmiş, Cəmiyyət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin D-3419 saylı şəhadətnaməsi ilə 29.03.2002-ci il tarixində dövlət qeydiyyatına alınmış və dövlət müəssisəsi olan Bakı şəhəri İcra Hakimiyyətinin Bakı Tikinti və Şəhərin İnkişafı Departamentının tabeliyində yaradılmış "xxxx" trestinin çevrilməsi nəticəsində, yaradılmış "xxxx" ASC-nin Nizamnaməsi təsisçilərinin 28.08.2014-cü il tarixli qərarı, 11 saylı protokolu ilə təsdiq edilmiş 08.10.2014 -cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X7 Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alınmışdır. Bu barədə müəssisəyə D-3419 saylı, şədətnamə verilmişdir. Müəssisənin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-cı məhəllədə yerləşir. Lakin bundan başqa müəssisənın Bakı şəhəri, Nizami rayonu Çobanzadə küçəsində yerləşən filialı və tikinti sahəsi vardır. Həmin tikinti sahəsi müəssisəsinin balansındadır. Lakin müəssisənin fəaliyyətinin azalması nəticəsində bir neçə müddət müəssisənin Nizami rayon ərazisində yerləşən obyekti və torpaq sahəsində istehsal fəaliyyəti dayandırılmışdır. Ona görə həmin obyektə gəlib getməkdə çətinlik yaranmışdır. Bundan istifadə edən cavabdeh müəssisənin obyektinin ərazisini özbaşına t utaraq orada tikinti işlərı aparmışdır. Müəssisə rəhbərliyi cavabdehın qanunsuzluğundan xəbər tutduqdan sonra ona dəfələrlə qanunsuzluq etməməyi və özbaşına inşa etdiyi tikililəri sökməyi tələb etmişdir. Lakin cavabdeh özbaşınalığını davam etdirmiş və tikintini sökməmiş və müəssisənin obyekti zəbt etmişdir. Göstərilənlərə əsasən, xxxx” ASC Bakı şəhəri Nizami rayon Çobanzadə küçəsi ərazisindəki obyektində Cavabdeh Hatəm oğlu tərəfindən özbaşına inşa edilən tikililərin məhkəmə qaydası ilə cavabdehin hesabına sökülməsini və müəssisənin obyektindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)3388 /2019 nömrəli iş üzrə 18 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması, ya da iddia tələbi üzrə xxxx” ASC-nin Bakı şəhəri Nizami rayon Çobanzadə küçəsi ərazisindəki obyektində Cavabdeh Hatəm oğlu tərəfindən özbaşına inşa etdiyi tikililərin məhkəmə qaydası ilə cavabdehin hesabına sökülməsi, obyektin giriş-çıxış yolunun açılması barədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məh kəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili Əliyev Mehman Əlizaman oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3388/2019 nömrəli iş üzrə 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti t əmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələb lərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, işdən müəyyən olunur ki, "İddiaçı ASC-yə məxsus təsis və sonrakı hüquqmüəyyənedici sənədlərə əsasən ünvan1 küçəsi ilə Naxçıvanski küçəsinin kəsişməsində yerləşən 2245,4 kv.m torpaq sahəsi iddiaçı cəmiyyətin balansındadır. Həmin torpaq sahəsinin sxeminə və planına əsasən torpaq sahəsinə giriş və çıxış müəyyən edilmişdir. Hazırda iddiaçıya məxsus torpaq sahəsinin planına əsasən müəyyən edilmiş giriş-çıxış qapısının qarşısında tikili inşa edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 15 sentyabr 1988- ci il tarixli 9/503 nömrəli qərarı ilə Nizami rayonu ərazisində 2403-cü məhəllədə “Qaranquş” Koperativinə təmir və texniki xidmət üçün tikinti işlərinin aparılmasına icazə verilmişdir. “xxxx” Şirkətinin nizamnaməsi 30724 nömrəsi ilə 03.09.1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Həmin nizamnamənin 1.1-ci bəndinə əsasən “xxxx” Şirkəti Bakı şəhəri Nizami rayon XDS İK-nin 08.06.1990-cı il tarixli 9/xxx nömrəli qərarı ilə qeydə alınmış “xxxx” Kooperativinin hüquqi davamçısıdır. 1.3-cü bəndinə əsasən müəssisənin sahibkarı və əmlakının mülkiyyətçisi aşağıdakı vətəndaşlardır: - Cavabdeh Hatəm oğlu və X6. 1.5-ci bəndinə görə müəssisə müstəqil balansa malik olan hüquqi şəxsdir. Onun ayrıca əmlakı, möhürü və künc ştampı, respublikanın banklarında haqq-hesab, valyuta və başqa hesabları, öz adı ilə blankı və ticarət markası var. 1.6-cı bəndinə görə müəssisənin hüquqi ünvanı ünvan2 rayonu, 2403-cü məhəllə, Mikayıl Əliyev küçəsi, 23”C” ünvanında yerləşən əmlak kompleksi 30.01.2014-cü il tarixdə qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ “xxxx” Şirkətinə məxsusdur. Eləcə də, müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə dair 29.01.2014-cü il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsindən texniki pasport verilmişdir. Apellyasiya instnasiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəylərindən də aydın olur ki, mübahisəli tikililərin yerləşdiyi sahə, yəni "İddiaçı ASC-nin balansında olan torpaq sahəsinin mübahisəli giriş-çıxış qapısı olan hissədə "xxxx" şirkətinin istifadə etdiyi torpaq sahəsi ilə həmsərhəddir. Mülki Məcəllənin: - 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. -44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. -49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uy ğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. -49.2-ci maddəsinə görə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. -49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. H əmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. -52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. -52.2-ci maddəsinə görə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. İşdən müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin planına əsasən müəyyən edilmiş girişçıxış qapısının qarşıs ında tikili inşa edilmiş torpaq sahəsi "xxxx" şirkətinin balansındadır. Həmin torpaq sahəsində inşa edilmiş əmlak kompleksi, eləcə də mübahisəli tikili "xxxxx" şirkətinin əmlakı sayıldığından həmin əmlaka dair cavabdehlik həmin hüquqi şəxsə aiddir. İddiaçının hazırki halda cavabdeh qismində qoyduğu fiziki şəxs Cavabdeh Hatəm oğlu isə adı çəkilən hüquqi şəxsin təsisçilərindən biridir. Göründüyü kimi, iddiaçı ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən tikililər inşa etdiyini iddia etsə də, həmin daşınmaz əmlakın hazırki iş üzrə cavabdehə məxsusluğu iş materialları ilə müəyyən olunmamış, bununla da iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə, səlahiyyəti olmayan cavabdehə yönəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim s übutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3388/2019 nömrəli iş üzrə 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3388/2019 nömrəli iş üzrə 18 mart 2019-cu il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar