Məhkəmə qərarları › İş №2(102)-4597/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4597/2019

08.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4597/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh 1nın vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli, 2(103)11858/2018 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim F.Abdıyev) 13 fevral 2018-ci il tarixli, 2(005)-137/2018 nömrəli qə tnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və 1na qarşı “müqavilələrin etibarsız hesab olunması və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli, 2(103)11858/2018saylı qətnaməsi ilə (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, 2(005)-137/2018 saylı qətnaməsinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli, 2(103)-11858/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 Cavabdeh1 və 1na qarşı «m üqavilələrin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən 29,5 kv.m olan 1 otaqlı, 17 saylı mənzilə və D saylı sahədə yerləşən 0,075 ha torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, 01.11.2012-ci il tarixli, ******* nömrəli çıxarışın və 18.04.2012-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi, həmçinin 08.09.2016-cı il tarixdə Cavabdeh1 ilə 1 arasında daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında 1na verilmiş ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərə flərin izahatları: İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmənin çəkişmə, tərəflərin məhkəmə və qanun qarşısında bərabərliyi prinsipləri pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11858/2018 saylı, 03.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı1, cavabde hlər Cavabdeh1 və 1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh 1nın vəkili X7 kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından və işdə olan Bakı şəhərinin 6 saylı notariat kontorunun xüsusi notariusu A.B.Əhmədo v tərəfindən təsdiq edilmiş 11.10.2012-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən satıcı X10 özünə məxsus E nömrəli mənzilini 20.000 manata alıcı Cavabdeh1 satmışdır.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən BB nömrəli mənzil xüsusi mülkiyyət hüququ kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1158 nömrəli reyestr kitabının 105034 nömrəli vərəqində 01.11.2012-ci il tarixdə qeydiyyata alınmışdır.İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən D saylı sahə xüsusi mülkiyyət hüququ kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 312 nömrəli reyestr kitabının 29429 nömrəli vərəqində 18.04.2012-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhərinin 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilmiş 08.09.2016-cı il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətinə əsasən hədiyyə verən Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Yeromenko küçəsi, 3 saylı evin, 17 saylı mənzilini hədiyyə alan X3 mülkiyyətinə vermişdir.İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən BB nömrəli mənzil xüsusi mülkiyyət hüququ kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1158 nömrəli reyestr kitabının 105034 nömrəli vərəqində 17.09.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 17.06.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 270566 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 ilə X9 arasında bağlanmış nikah 17.06.2017-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 211 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qa dına Qurbanova soyadı verilmişdir. İşdə olan Bakı şəhərinin notariusu X5 tərəfindən verilmiş N/X-137 nömrəli, 05.02.2018-ci il tarixli arayışa əsasən İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş 7E-1336 saylı, 30.01.2015-ci il tarixli etibarnamə İddiaçı1 ərizəsinə əsasən 11.08.2016-cı il tarixdə qüvvədən düşərək ləğv edilmişdir.İş materiallarında olan Bakı şəhərinin notariusu X1 tərəfindən verilmiş N/X1016 nömrəli, 11.08.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 verilmiş 7E-1336 saylı, 30.01.2015-ci il tarixli etibarnamə, İddiaçı1 ərizəsinə əsasən 11.08.2016-cı il tarixdə ləğv edilərək etibarsız hesab edilmişdir.İşdə olan Bakı şəhərinin notariusu X1 tərəfindən verilmiş N/X-1017 nömrəli, 11.08.2016-cı il tarixli arayışın surətinə əsasən İddiaçı1 tərəfindən X6 verilmiş 7E-2813 saylı, 25.02.2016-cı il tarixli etibarnamə, İddiaçı1 ərizəsinə əsasən 11.08.2016-cı il tarixdə ləğv edilərək etibarsız hesab edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.12.2016-cı il tarixli qərarın surətinə əsasən İddiaçı1 şikayət ərizəsi əsasında aparılmış araşdırma nəticəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mübahisənin mülki xarakterli olması izah olunmuşdur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən İddiaçı1 ilə cavabdeh 1 nikahda olmuş, nikahları 17.06.2017-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh1 iddiaçının keçmiş qaynatasıdır. İddiaçı tərəfindən mübahisələndirilən BB saylı mənzili və D saylı, 0,075 ha tor paq sahəsi 2012-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 mülkiyyətində keçmişdir. D saylı, 0,075 ha ölçülü torpaq sahəsi hazırda Cavabdeh1 mülkiyətindədir. Lakin, D saylı, 0,075 ha ölçülü torpaq sahəsi onun tərəfindən 08.09.2016-cı il tarixdə digər cavabdeh 1na bağışlanmış və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neç ə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mə nsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2013-cü il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericili kdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış sahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən əqdlər (alqı-satqı, bağışlama müqavilələri) üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamışdır. Apellyasiy a instansdiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən əqdlərin aldatma yolu ilə bağlanmasına istinad etsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mübahisələndirdiyi əqdlərin etibarsızlığının hüquqi əsası kimi Cavabdeh1 tərəfindən aldadıldığını və etibarından sui-istifadə edildiyini və nəticədə onun tərəfindən verilmiş etibarnamə əsasında onun adından çıxış etməli və onun adına rəsmiləşdirməli olduğu təqdirdə əmlakı öz adına rəsmiləşdirdiyini göstərmişdir. Lakin, iş materiallarından görünür ki, iddiaçı bildirmişdir ki, bu əmlakların alqı-satqısının rəsmiləşdirilməsi zamanı Cavabdeh1 etibarnamə əsasında iştirak etməmişdir. Həmin əmlaklar onun tapşırığı və vəsaiti hesabına Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər də bu mövqeydən çıxış etmişlər. Apellyasiya instansdiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar (mübahisəli əmlaklara dair çıxarışların əslinin onda olması, bir əmlak üzrə satış qiymətinin əmlakın həmin vaxt mövcud olan real dəyərindən xeyli az olması, Cavabdeh1 məxsus olan əmlakların çıxarışlarının və həmin əmlakların özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələrinin onda olması və sair) alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanuni əsas təşkil edə bilməz. Məhkəmə araşdırılması zamanı mübahisəli əmlakların 2012-ci ildə bilavasitə iddiaçının öz adına rəsmiləşdirilməsi üçün hər hansı maneənin olması müəyyən edilməmişdir. Q anunverici müqavilənin qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən etməmiş və müqavilənin tərəflərinə digər şərtlərlə yanaşı müqavilənin qiyməti barədə sərbəst surətdə razılığa gəlməsi hüququ vermişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş əsaslar arasında (Mülki Məcəllənin 337-354-cü maddələri) belə bir hal nəzərdə tutulmadığından əmlakın dəyərinin tərəflərin qarşılıqlı razılığı əsasında real dəyərindən aşağı və ya yuxarı müəyyən edilməsi həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas ola bilməz. Şahid ifadələri ilə bağlı qeyd edilmişdir ki, torpaqların alqı-satqısı ilə məşğul olan şahid X4 2012-ci ildə xeyli sayda əmlakın alqı-satqısı müqaviləsinin rəsm iləşdirilməsində vasitəçi olmasına baxmayaraq, onların heç birini xatırlamır (ümumiyyətlə hər hansı məlumat verə bilmir), lakin Cavabdeh1, onun kim olmasını (iddiaçının qaynatası), hansı əmlakı almasını təfərrüatı ilə xatırlayır. Hər iki şahid rəsmiləşdirmə zamanı əmlakın dəyərinin Cavabdeh1 tərəindən ödənildiyini bildirmiş, bu pulun ona iddiaçı tərəfindən verilməsini söyləsələr də, bu prosesdə iştirak etmədiyini və pulun iddiaçı tərəfindən cavabdehə verilməsini görmədiklərini qeyd etmişlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə biliməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı əqdlərin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət müddətini də ötürmüşdür. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Be ləliklə, iddiaçının2012-ci il tarixdə mübahisəli əmlakların Cavabdeh1 adına rəsmiləşdirilməsindən məlumatı olmuşdur (iddiaçı bu halı mübahisələndirməmişdir). Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə həmin tarixdən 5 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinin etibarsızlığının mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Cavabddeh Cavabdeh1 isə öz növbəsində iddia müddətinin tətbiq edilməsini və iddianın həmçinin bu əsasla rədd edilməsini xahiş edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. A vropa Məhkəməsi «Novakovic Xorvatiyaya qarşı» iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipi nə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş müvafiq müddət buraxılmışdır və bu halın özü də iddianın rədd olunması üçün qanuni əsas təşkil edir. Apellyasiya instansiyası məhkəmə si belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator İddiaçı1 kassasiya şikayətində işə baxılan zaman məhkəmənin çəkişmə, tərəflərin məhkəmə və qanun qarşısında bərabərliyi prinsiplərinin pozulduğunu, sübutlara düzgün hüquqi qiymət verilmədiyini, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını qeyd etsə də, iş materialları ilə bu hal təsdiq olunmur. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli, 2(103)-11858/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar