Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-46/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4158/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2012-ci il tarixli sığorta şəhadətnaməsi ilə "xxxx" ASC ilə Nəsirov Vəli İmamverdi oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən "xxxx" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər avtokasko riskləri üzrə tam sığortalanmışdır;
3. AYP 012687 nömrəli, 23 avqust 2012-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh özünə məxsus “HYUNDAİ İX-35” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22 avqust 2012-ci il tarixdə, saat 15:30-da “Yol hərəkəti haqqında” Qanununun 42-ci maddəsinin 8-ci bəndinin tələbini pozaraq, Bakı-Sumqayıt yolu, 16-cı km.də geriyə hərəkət edərkən təhlükəli manevr etm iş və “Mazda CX9” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir;
4. Abşeron Rayon Məhkəməsinin 3(012)-886/2012 saylı, 04 noyabr 2012-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinsə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; 5. 24 avqust 2012-ci il tarixli, CM-300/2012 saylı Zərər aktı ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədri R.Ağayev və sığortalı Nəsirov Vəli İmamverdi oğlu tərəfindən aparılan baxış nəticəsində sığortalı V.İ.Nəsirova məx sus "xxxx" markalı, 99-CH394 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək tədbirlərin nədən ibarət olması müəyyənləşdirilmişdir; 6. "xxxx" ASC-nin 06 noyabr 2012-ci il tarixli, 313/20**-CM-***/2012 saylı Sığorta aktından müəyyən olunur ki, xx.xx.2012-ci iİ tarixli yol nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6157,66 manat məbləğində zərər dəymişdir, sığorta ödənişi dəymiş zərərdən MİB-HO-02542/12 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 5.657,66 manat təşkil edir; 7. 06 noyabr 2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən Nəsirov Vəli İmamverdi oğluna ödənilən məbləğ 5.657,66 təşkil edir; 8. 22 sentyabr 2022-ci il tarixli məktub la Cavabdeh "xxxx" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5.657,66 manat sığorta ödənişi məbləğini 5 gün müddətində "xxxx" ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" ASC xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5657,66 manat və dövlət rüsumunun əvəzi olan 76,57 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli, MİB-HO-0254/12 saylı “avtomobillərin tam sığortası üzrə sığort a şəhadətnaməsi”dən müəyyən olunur ki, "xxxx" markalı, 99-CH394 dövlət nömrə nişanlı avtomobil ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 500 manat azadolma məbləği müəyyən edilməklə “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2012-ci il tarixli zərərin hesablanması aktına əsasən, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, 99-CH394 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 6157,66 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2012-ci il tarixli sığorta aktı və xx.xx.2012-ci il tarixli, 779 saylı kassa məxaric orderinə əsasən, 500 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalan 5657,66 manat məbləğində sığorta ödənişi dəymiş ziyanın ödənilməsi üçün ASC tərəfin dən həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2012-ci il tarixli, AYP 012687 saylı protokolunun surətindən müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmişdir və onun barəsində o vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, BS-S-22/4470 saylı geriyə tələb məktubunun surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən 5657,66 manat məbləğində pulun 5 gün müddətində ödənilməsi barədə cavabdehə rəsmi məktub göndərilmişdir.
11. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müaciət edərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi x x.xx.2012-ci il tarixdə baş vermiş, xx.xx.2012-ci il tarixdə DİN BDYPİ tərəfindən protokol tərtib olunmuş, xx.xx.2012-ci il tarixdə "xxxx" ASC tərəfindən zərər aktı tərtib olunmuş, xx.xx.2012-ci il tarixində "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna pulun ödənilməsinə dair "xxxx" ASC-yə məktub göndərilmiş, xx.xx.2012-ci il tarixində "xxxx" ASC tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna sığorta ödənişi olunmuş, xx.xx.2013-cü il tarixində "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında pulun tələbinə dair məktub göndərilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixində eyni məzmunlu məktub yenidən göndərilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, sığorta hadisəsi xx.xx.2012-ci il tarixdə baş versə də, iddiaçı tərəfindən 10 il 2 ay sonra məhkəməyə müraciət olunmuşdur.Həmçinin xx.xx.2012-ci il tarixində "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına və sonuncuya xx.xx.2012-ci il tarixində "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna pulun ödənilməsinə dair göndərilmiş məktuba əsasən, iddiaçı subroqasiya hüququnun yarandığını bilmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayşən Sultanova-Məmmədova) 2(004)-278/2023 saylı, 05 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, sığorta şirkəti kasko sığortası üzrə sığortalanan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzini ödəyirsə, deliktdən əmələ gəlmiş mülki hüquq münasibətində sin qulyar hüquq varisliyi baş verir, bu zaman sığortalanan nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişi həddində sığorta şirkətinə keçir. İddia müddətinin axımında dəyişiklik baş vermir. Müddətin axımı zərərin vurulması ilə başlayır və ümumi qaydada davam edir, çünki deliktdən əmələ gələn münasibətdə yalnız əvəzetmə baş vermişdir. Mülki Məcəllənin 378-ci maddəsinə görə öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Göründüyü kimi subroqasiya zamanı iddia müddətinin axımı zərərin vurulması anından başlayır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC xx.xx.2012-ci il tarixdə baş vermiş sığorta hadisəsindən məlumatlı olduğu və xx.xx.2012-ci il tarixdə zərər aktı ilə sığorta lanan nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etdiyi halda, iddia müddətini ötürərək xx.xx.2022-ci il tarixdə iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyinə görə iddia tələbi rədd edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2, 375.2, 936.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.C.Kazımov sədrlik edən və məruzəçi, A.Ə.Hüseyn və S.X.Bəhrəmzadə) 2(103)-4158/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-278/2023 saylı, 05 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh dəymiş 5.264 (beş min iki yüz altmış dörd) manatın alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ekspertiza xərci olan 100 (yüz) manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə iddia müddətinin 10 il təşkil etməsi işin mübahisəsiz halıdır və ən azından tərəflər bu fak tı mübahisələndirmir. Mübahisələndirilən hal iddia müddətinin axımının hansı vaxtdan başlanılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı cavabdehin mövqeyi ilə razılaşaraq hesab edib ki, iddiaçı xx.xx.2012-ci il tarixdə baş vermiş sığorta hadisəsindən məlumatlı olduğu və xx.xx.2012-ci il tarixdə zərər aktı ilə sığortalanan nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etdiyi halda, iddia müddətini ötürərək xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı isə nə cavabdehin, nədə məhkəmənin bu mövqeyi ilə razılaşmır və səbəblərini apellyasiya şikayətində göstərir.
20. Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 936.1-ci maddəsində də subroq asiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İddiaçı sığortaçı olaraq könüllü sığorta müqaviləsi üzrə(sığorta şəhadətnaməsi üzrə) baş vermiş sığorta hadisəsinə görə sığortalıya 06 noyabr 2012-ci il tarixdə sığorta ödənişini vermişdir. Demək ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı subroqasiya hüququ sığorta ödənişini etdiyi vaxtdan yarandığından, iddia müddətinin axımı da 06 noyabr 2012-ci ildən başlanır və müddətin sonuncu günü 06 noyabr 2022-ci il tarixdə bitməli idi. İddiaçı da 10 il müddət bitməmiş, yəni 10 oktyabr 2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət edib, deməli iddia müddətini ötürməmişdir.
21. Abşeron Rayon Məhkəməsinin 3(012)-886/2012 saylı, 04 noyabr 2012-ci il tarixli qərarı ilə Nəbiyev X1 Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinsə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, bu faktın özü də iddiaçının sığortaçı olaraq həm sığortalıya sığorta ödənişinin ödənilməsində, həm də subroqasiya hüququ yaranacaq təqsirli şəxsin müəyyən edilməsində əhəmiyyət kəsb edirdi. Çünki, sığorta hadisəsinin baş verməsinə səbəb olmuş yol nəqliyyat hadisəsinin törədilməsində təqsiri müəyyən edilməyən hansısa şəxsə, o cümlədən hazırkı iş üzrə cavabdehə qarşı subroqasiya hüququ yarana bilməzdi.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, id dia müddətinin axımının başlanılmasının zərərin vurulması yaxud müəyyən edilməsi tarixi ilə başlanılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı sığortalı avtomobilə 6157,66 manat məbləğində zərər dəydiyini müəyyən etdiyindən, sığorta ödənişi dəymiş zərərdən sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 5657,66 manat ödənilmişdir. Ancaq birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyi ilə zərərin məbləği 5264 manat müəyyən edilmişdir. Düzdü, sual oluna bilər ki, iddiaçı sığorta ödənişi olaraq sığortalıya 5657,66 manat ödəmişdir və həmin məbləği də zərər vuran şəxsdən tələb edə bilər. Lakin zərər v uran, yəni hazırki iş üzrə cavabdeh də törətdiyi mülki hüquq pozuntusu həcmində mülki hüquqi məsuliyyət daşımalı və həddindən artıq maliyyə itkisinə məruz qalmamalıdır. Ona görə də 5.264 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 377.1, 377.4, 936.1, 936.2, 936.3, 936.4, 936.5, 1096.1,1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi kimi iddia müddətinin sığorta ödənişini n ödənildiyi tarixdən hesablanması fikri ilə razılaşmaq mümkün deyil. İddiaçı xx.xx.2012-ci il tarixində (zərər aktı tərtib olunan tarix) və xx.xx.2012-ci il tarixində ("xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən "xxxx" ASC-yə məktub göndərildiyi tarix) dolayısı ilə öz hüquqlarının pozulduğunu bilirdi. Nəzərə alsaq ki, subroqasiya hüququ üzrə iddia müddəti 10 ildir və iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət olunmaqla əslində iddia müddəti keçmişdir. İddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim olunmuş ərizə əsas götürülməli və həmin ərizədə qeyd olunan xüsusatlar üzrə iddia tələbi rədd edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərb aycan Respublikasının Mülki Məcəlləsi:
28. Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
29. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəzifələrindən biridir.
30. Maddə 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
31. Maddə
202. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur.
32. Maddə 372.1. Başqa şəxs dən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
33. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
34. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
37. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
38. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
39. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
40. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütö vlükdə yoxlanılır.
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. İddiaçı bildirir ki, cavabdehin 22 avqust 2012-ci il tarixdə törətdiyi mülki hüquq pozuntusu nəticəsində "xxxx" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə xx.xx.2012-ci ildə zərər çəkmiş şə xsə 5.657,66 manat sığorta ödənişi vermişdir. Ona görə də həmin məbləğdə pulu subroqasiya qaydasında cavabdehdən tələb edir (§ 9-10).
55. Cavabdeh isə müdafiə vasitəsi kimi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, zərərə səbəb olan hadisə 22 avqust 2012-ci il tarixdə baş vermiş, lakin iddiaçı xx.xx.2022-ci ildə tələb irəli sürməklə on illik iddia müddətini ötürmüşdür. Ona görə də iddianın rədd olunmasını xahiş edir (§ 11).
56. Göründüyü kimi iddiaçının tələb hüququ mübahisəli olmasa da, cavabdeh iddia müddətinin ötməsinə istinad etmişdir.
57. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşaraq iddia müddətinin keçməsinə görə tələbi rədd etmiş, lakin apellyasiya məhkəməsi qətnaməni ləğv edərək iddianı qismən təmin etmişdir. Yuxarı məhkəmə bu qənaətə gələrkən, Mülki Məcəllənin 377.4-cü və 936.1-ci maddələrinə əsaslanmışdır.
58. Həmin normalarda göstərilir ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (§ 37-38).
59. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
60. Məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 32-33, 35).
61. Kollegiya qeyd edir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını arad an qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir.
62. Qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir (§ 34).
63. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
64. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır (§ 36-37).
65. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilm əz.
66. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır.
67. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz.
68. Odur ki, ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərəfli hərəkəti ( sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə artıra bilməz (məsələn, sığortaçı ödənişi hadisənin və zərərin baş verməsindən 9 il sonra ödəməklə borclunun yararlana biləcəyi ümumi iddia müddətini 19 ilə uzada bilməz).
69. Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyri-müəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır.
70. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, h üquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
71. Kassasiya kollegiyası qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu tələb hüququnun qanuna əsasən sığortaçıya keçməsindən irəli gəlir. İlkin kreditorun zərər vuran şəxsə qarşı tələb hüququ on illik iddia müddəti ilə məhdudlaşırsa, yəni borclu ilkin kreditor qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyırsa, yeni kreditora keçən həmin tələb üzrə müddət bundan artıq ola bilməz.
72. Əks yanaşma “heç kəs özündə olandan artığını başqasına verə bilməz” prinsipinə, borclunun ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditora qarşı da irəli sürmək hüququna dair Mülki Məcəllənin 199.1-ci və 202-ci maddələrinə zidd olardı (§ 30-31).
73. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin iştirakçıları özlərinin birtərəfli hərəkətləri ilə başqa şəxslərin vəziyyətini ağırlaşdıra bilməzlər. Bu səbəbdən mülki dövriyyənin azadlığında üçüncü şəxslərin hüquqlarına xələl gətirilməməsi, eləcə də mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması Mülki Məcəllənin məqsəd və vəzifələri kimi nəzərdə tutulmuşdur (§ 28-29).
74. Məhkəmə tərkibi vurğulayır ki, mülki hüquq normaları yuxarıda göstərilən ümumi prinsiplərə, məqsəd və vəzifələrə zidd şəkildə tətbiq edilə bilməz.
75. Hazırkı işdə məhkəmələr müəyyən etmişlər ki, istinad olunan mülki hüquq pozuntusu cavabdeh tərəfindən 22 avqust 2012-ci il tarixdə törədilmişdir, iddia isə 10 oktyabr 2022-ci ildə qaldırılmışdır. Belə olan halda qanunla müəyyən olunmuş on illik ümumi iddia müddəti ötmüş, cavabdeh bu barədə yazılı ərizə vermişdir. Bu hal iddianın rədd edilməsi üçün əsasdır.
76. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (§ 47).
77. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər (§ 50-51).
78. Ona görə də qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhk əməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmalı, yuxarıda şərh olunan hüquqi mövqelərə əsasən iddia rədd edilməlidir.
79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4158/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.