Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4600/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi,İddiaçı MMC-nin nümayəndəsi X3 və vəkili X2, Cavabdeh və vəkili X5 iştirakı ilə, İddiaçı MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: T. X.Əkbərova; 2(003)-2692/2018) iddia qismən təmin edilmiş, Cavabdeh 7759,81 (yeddi min yeddi yüz əlli doqquz manat səksən bir qəpik) manat, faiz borcu üzrə 1228,64 (bir min yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat, cəmi 8988,45 (səkkiz min doqquz yüz səksən səkkiz manat qırx beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi hesabına 30(otuz) manat alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.İddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov(sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov; 2(103)-876/2019), Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh 9017,81 manat pulun və 30(otuz) manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə iddiası təmin edilməmişdir. İşin halları İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9017.81 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21 iyun 2014-cü il tarixdə İddiaçı MMC-yə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və Mülki Məcəllələrin tələbinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. X1 rayonu ərazisin də yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan Cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını Cavabdeh sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirkətin xəzinəsinə ödəmişdir. Cavabdeh öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti (öz istəyinə əsasən) dayandırılaraq 03 mart 2015-ci il tarixdə işdən azad edilmişdir. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün ona 1 (bir) ay müddət verilmişdir. Lakin, Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə pul vəsaitini şirkətə təhvil vermədiyindən "İddiaçı"MMC-yə 7759.81 (yeddi min yeddi yüz əl li doqquz man. 81 qəp.) manat məbləğində zərər vurmuşdur. Bundan əlavə, Cavabdeh vurduğu 7759.81 manat zərəri vaxtında ödəməyərək, gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 1257.74 ( bir min iki yüz əlli yeddi man. 74 qəp.) manat məbləğində faiz pulu hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 9017.81 manat zərər hesablanmışdır. Məhkəmə iclasında cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 2014-cü ilin iyun ayında İddiaçı şirkətinə işə qəbul olanda sənədlərlə tanış olmuşdur. Müdiriyyət tərəfindən ona balansı təhvil almağı təklif olunmuş və o, balansı təhvil almışdır. Aktda iştirakçıların hamısının imzası var. lakin möhür yoxdur. O, öz xoşuna görə yox, ixtisara düşdüyü üçün işdən azad olunmuşdur. Fevral ayında işdən azad olunduğu zaman ondan ərazidən pulları yı ğıb şirkətə təhvil verməsi tələb olunmuşdur. O. şirkətdən Yasamal rayonunda ondan başqa 5 işçi olduğunu, pulu yığmağın onlardan tələb olunmasını xahiş etmişdir. Çünki o, özü də işə qəbul olunanda ona əvvəlki işçinin pullarını yığmaq tapşırılmışdır. O, şirkətdən dəfələrlə xahiş etsə də, şirkət razılaşmamış, özü may ayına qədər şirkətə pul ödəmişdir. Onun pulları yığmağa maddi cəhətdən imkanı olmamışdır. Pulları yığmağın yol pulu və s. xərcləri var idi. Onu şirkətə dəvət edib 2 gecə 3 gün şirkətdə saxlamışlar. Həmin ərəfədə o, 200 və 350 manat pul ödəmişdir. Şirkətdə olduğu müddətdə 550 manat pul ödədiyi barədə qəbz almışdır. İşə qəbul olarkən şirkət rəhbərliyinin göstərişi ilə ondan öncə Yasamal rayonunda işləyən T/n-nin ərazidə qalan 8200 manat pul onun üzərinə dövr olunmuşdur. T/n-nə əraz idəki pulların yığılmasına bir ay vaxt verilir. Bir ay ərzində ərazidəki pullardan 10000 manata yaxın pul yığıb təhvil vermişdir. Ərazidə qalan 8900 manat pulu yığa bilməmişdir. Belə bir halda şirkət rəhbərliyinə dəfələrlə müraciət etməyinə baxmayaraq, onun ərazidə qalan pulların ondan sonra gələn T/n-ə dövr etməmişlər. Qalan pulları yığılmasma cəhd etsə də, satıcılar ona işdən çıxması səbəbindən pul verə bilmədiklərini demişlər. Şirkət tərəfindən qanunsuz olaraq mart və aprel aylarında satışdan qaytarılan malın qəbulu da ləğv olunmuşdur. Bu halda yerdə qalan məbləği yığmaq mümkün olmamışdır, çünki satış nöqtələri pul əvəzinə ona mal qaytarmaq istəyəndə o, mah şirkətə təhvil verə bilməmişdir. İşlədiyi müddətdə problemli marketlərdən pulları yığa bilmədiyi üçün şirkət rəhbərliyinə dəfələrə müraciət etməyinə baxmayaraq şirkət tərəfindən ona köməklik göstərilməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Xəzər rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8,9.1, 9.3,14,71,77,80,88,372,217.4,218.3,384,402,405-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 789.2.3448.1-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 12,60-cı maddələrinin tələblərinin pozulması ilə hərtərəfli tam və obyektiv olmayan əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа İddiaçı MMC-nin nümayəndəsi X3 və vəkili X4 kasassiya şikayətinə uyğun izahat verərək kasassiya şikayətinin təmin еdilməməsini хаhiş еtdilər. Məhkəmə kоllеgiyаsının iclаsındа Cavabdeh və vəkili X9 kasassiya şikayətinin təmin еdilməməsini хаhiş еtdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassas iya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmi ş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən o, cümlədən iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 21 iyun 2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi miiddətsiz bağlanılmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ona həvalə edilmiş maddi (malların) və natural vəsaitlərin (pul) qeydiyyata alınmasını, qorunmasını, saxlanılmasını təmin etmək üçün tam maddi məsuliyyəti üzərinə götürmüşdür. İddiaçı MMC-nin 23 may 2018-ci il tarixli balansından görünür ki, ticarət nümayəndəsi Cavabdeh alıcılarının 7759,81 manat məbləğində borcu vardır. Аzərbаycаn Respublikаsı Mülki Məcəllə sinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktl arda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (maddə 191). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar (maddə 192). Məcəllənin 195-ci maddəsi işəgötü rənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı halları müəyyən etmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Baxılan iş üzrə cavabdeh iddiaçının işçisi olmuşdur. Hazırkı mübahisəyə mülki qanunvericiliyin ticarət nümayəndiliyi (agenti) ilə bağlı müddəalarının tətbiqi mümkün deyildir Tərəflər arasında bağlanmış əm ək müqaviləsinə əsasən, müştərilərdən yeni sifarişlər qəbul etmək, onların pulunu almaq, pulu müəssisənin xəzinədarlığına ödəmək, ticarət obyektlərinə çatdırılan malların fakturada göstərilən məbləğdə və çeşiddə tam həcmdə çatdırılıb-çatdırılmamasını yoxlamaq, borcları vaxtında almaq onun əmək funksiyalarına daxil olmuşdur. İddiaçının tələb etdiyi məbləğ birbaşa cavabdehin əmək funksiyalarının icrası ilə bağlı olan münasibətlərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh ticarət obyektlərindən sifarişlər qəbul edib iddiaçıya təqdim etsə də, sifariş olunan mallar cavabdehə deyil, sürücülər vasitəsilə birbaşa ticarət obyektlərinə təhvil verilib. Bu baxımdan məhsulların satışına dair ayrı-ayrı ticarət subyektləri nisyə alğı-satqı müqavilələri iddiaçı ilə h əmin subyektlər arasında bağlanıb. Həmin malların dəyərini yığıb iddiaçıya təhvil vermək isə cavabdehin əsas əmək funksiyalarından biri olub. Bu baxımdan işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra satış nöqtələrində (alıcılarda) qalmış və ya onlar tərəfindən qiyməti ödənilməmiş məhsulların dəyəri cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan kimi qiymətləndirilə və cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh tutduğu vəzifədən öz ərizəsinə əsasən azad edilmiş, əmək funksiyalarını pozduğuna, işəgötürənə əmək funksiyalarını,vəzifə borcunu, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduğuna görə ona heç-bir intizam tənbehi tətbiq edilməmişdir. Digər tərəfdən iddiaçı satıcı qismində ticarət obyektlərində qalmış məhsulları və ya onların dəyərini birbaşa alıcılardan tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinə xitam verildikdən sonra iddiaçını təmsil etmək, onun adından müəyyən tapşırıqları yerinə yetirmək səlahiyyətləri olmadığı üçün cavabdehin alıcılara qarşı tərəfi (satıcısı) olmadığı alğı-satqı müqaviləsindən irəli gələn tələblər irəli sürmək hüququ yoxdur.İddiaçı cavabdehdən zərərin ödənilməsini o zaman tələb edə bilərdi ki, cavabdehin işlədiyi ticarət obyektləri tərəfindən məhsulların dəyərinin ona ödənildiyini, lakin iddiaçıya təhvil verilmədiyini sübut etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddianın əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdehlə əmək münasibətlərinə xitam verərkən alıcılarda (ticarət obyektlərində) qalmış mal qalığı barədə, cavabdehin alıcılardan alıb iddiaçıya ödəmədiyi məbləğlər üzrə heç bir araşdırma aparmamışdır. İddiaçı iddia ərizəsində də belə bir halın mövcudluğuna istinad etməmişdir. Halbuki cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi və iddiaçının mötəbərliyini mübahisələndirmədiyi sənədlərin surətlərindən görünür ki, cavabdeh işə qəbul edildikdən sonra müvafiq ərazidə ondan əvvəl çalışmış işçinin işdən azad olunması ilə əlaqədar onun b alans hesabında olan ticarət obyektləri üzrə müştərilərin iştirakı və imzası ilə təsdiq edilmiş faktiki borc qalıqları iddiaçıya təhvil-təslim edilmişdir.Əksinə iddiaçının iddia ərizəsinə əlavə etdiyi balansdan da görünür ki, iddiaçının sistemində tələb olunan məbləğ cavabdehin işlədiyi ticarət obyektlərinin borcu kimi qeydə alınıb. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi tələb olunan məbləğin məhz ticarət obyektlərində olan mal qalığının dəyəri olduğunu təsdiq etmiş, öz mövqeyini onunla əsaslandırmışdır ki, bu məbləğin yığılıb iddiaçıya təhvil verilməsi cavabdehin vəzifəsidir. Apellyasiya baxışı zamanı ticarət obyektlərinə verilən malların dəyərinin cavabdeh tərəfindən alınaraq iddiaçıya ödənilməməsini təsdiq edən sübutların məhkəməyə təqdim olunması iddiaçı tərəfə təklif olun muş, lakin iddiaçı bununla bağlı hər hansı sübutlar təqdim etməmişdir. Ona görə də apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının müştərilərinə təhvil verilmiş, dəyərinin iddiaçı tərəfindən müştərilərdən alındığı barədə heç bir sübutun olmadığı pul məbləğinin cavabdehdən tutulması qanunsuz və əsassızdır. 7759,81 manat pul tələbinə aid hissədə əsassız olduğundan həmin məbləğə hesablanmış faizlərə aid hissədə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib,iş üzrə toplanmış sübutlarla, həmçinin tərəflərin izahatlarına tədqiq olumuş digər sübutlarla birlikdə hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki,iddiaçının müştəriləri nə təhvil verilmiş, dəyərinin iddiaçı tərəfindən müştərilərdən alındığı barədə heç bir sübutun olmadığı pul məbləğinin cavabdehdən tutulması qanunsuz və əsassızdır. 7759,81 manat pul tələbinə aid hissədə əsassız olduğundan həmin məbləğə hesablanmış faizlərə aid hissədə əsassızdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4600/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4600/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver