Məhkəmə qərarları › İş №2(102)-4601/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4601/2022

06.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4601/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: quraşdırılmış darvazaların sökülməsi və daş hasarının əvvəlki vəziyyətinə salınmasının cavabdehə həvalə edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə və X4 qarşı quraşdırılmış darvazaların sökülməsi və daş h asarının əvvəlki vəziyyətinə salınmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia tələbi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1033/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masazır kəndi, Qaçaq Nəbi küçəsində yaşayan Cavabdeh özünün mülkiyyətində olan torpaq sahəsindən daşla hörülmüş divarı söküb, orada yaşadığı həyətdən ikinci qapı quraşdırmışdır.

2. Abşeron Rayonu Masazır Bələdiyyəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz və lazımı icazə almadan quraşdırdığı iki dəmir darvazanın sökülməsini, daş hasarın əvvə lki vəziyyətinə salınmasının ona həvalə edilməsi məqsədi ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Masazır kəndi, Qaçaq Nəbi küçəsində Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəmir darvazanın sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınmasının cavabdehə həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1orpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəfə iki dəmir darvazanın (böyük və balaca) sökülməsi, daş h asarın əvvəlki vəziyyətinə salınmasının cavabdehə həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masazır Bələdiyəsinin ərazisində 1 ədəd 0.0172 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə müsabiqə yolu ilə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq satılmasına etiraz edilməməsinə dair Abşeron Rayon İcra Hakimiyyətinin 21 noyabr 2018-ci il tarixli rəyi vardır. Həmçinin cavabdeh qanunsuz açdığı dəmir darvaza vasitəsi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi məqsədilə etmiş və həmin ərazidə qanunsuz hasarlama işlərini həyata keçirməyə çalışmışdır. Bələdiyyənin vaxtında məsələyə müdaxilə edilməsi nəticəsində cavabdeh bu hərəkətləri etməkdən çəkinmişdir. Torpaq sahəsinin lazımi icazə almadan zəbt edilməsi bələdiyyə mülkiyyətinin pozulması deməkdir. Masazır bələdiyyəsi cavabdehin qanunsuz əlavə darvaza açmaqla bələdiyyənin öz mülkiyyəti üzərində idarəetməni həyata keçirilməsinə maneəçilik törədir. Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə də müraciət olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, vətəndaş X5 cavabdeh ilə bağlı polis idarəsinə şikayət etmişdir. Şikayətlə bağlı Abşeron RPİ-nin TŞ tərəfindən araşdırma işləri aparılmışdır və bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında 7 avqust 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Aparılan təhqiqatdan məlum olmuşdur ki, cavabdeh özünə aid olmayan torpaq sahəsinə hər hansı bir dövlət qurumuna müraciət etmədən evə giriş-çıxış üçün bir-birindən məsafəli şəkildə iki qapı qoymaqla bələdiyyə mülkiyyətində olan t orpaq sahəsinə məhdudiyyət yaratmışdır. O da məlum olmuşdur ki, bu torpaq sahəsinin cavabdehə hər hansı bir aidiyyəti yoxdur, cavabdeh tərəfindən qapı açılmış həmin torpaq sahəsi bələdiyyə hesabında olsa da, faktiki olaraq həmin torpaq sahəsi ilə bağlı başqa bir vətəndaşın adına sənədləşmə işləri aparılmışdır. Həmçinin cavabdeh sözügedən torpağı vətəndaş X2 alqı-satqı müqaviləsi ilə almışdır. Həmin ərazidə 3 darvaza vardır və həmin darvazaların açılmasına görə cavabdeh tərəfindən İcra Hakimiyyətindən icazə alınmalıdır. Darvazanın biri əraziyə açılır və bununla bağlı polisə də müraciət olunmuşdur. Sözügedən torpaq X7 Komitəsi tərəfindən Masazır Bələdiyyəsinə ayrılmışdır. Cavabdeh bələdiyyə mülkiyyətinə qapı açarkən müvafiq icra hakimiyyətinə müraciət etməli və bununla bağlı rəsmi razılıq almalı idi. Lakin cavabdehin həyata keçirtdiyi quraşdırılmış dəmir darvazalar qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

6. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsas ən Masazır kəndi, Y.Məmmədəliyev küçəsi, ev 17 ünvanında cavabdehə verilmiş ******* saylı, xx.xx.3018-ci il tarixli reyestrdən çıxarışla mülkiyyətində olan Qaçaq Nəbi küçəsi ünvanında ikinci dəmir darvazanın olub-olmadığı, həmin darvazanın açılmasına icazənin olub-olmaması və ikinci dəmir darvazanın layihə sənədlərinə uyğun olub-olmaması barədə mütəxəssis rəyinin təqdim olunması xahiş olunmuşdur. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və eskiz layihədə küçəyə hansı istiqamətdən qapıların açılması razılaşdırılmışdır. Qeyd olunan eskiz layihəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş eskiz layihədə nəzərdə tutulan qapılardan əlavə Rayon İcra Hakimiy yəti tərəfindən cavabdehə küçəyə qapı açılmasına icazə verilməmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın təmin edilməsi, ünvan 1orpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəfə iki dəmir darvazanın (böyük və balaca) sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınmasının cavabdehə həvalə edilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz və lazımı icazə almadan quraşdırdığı ikinci dəfə iki dəmir darvaza sökülməli, daş hasarın əvvəlki vəziyyətinə salınması cavabdehə həvalə edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77. 1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə X1 olan Abşeron rayonu Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 0.10 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsini və həmin torpaq sahəsində tikdirdiyi evlə birlikdə 85000 ABŞ dollarına almış, aldığı torpaq sahəsi avtobus marşurut xəttinin işlədiyi əsas küçə yolunun kənarında yerləşmişdir. Torpaq sahəsini və torpaq sahəsində yerləşən evi ona F.B.Quliyevin adından E.A.Xəlilov satmışdır. O, torpaq sahəsini aldıqdan sonra müəyyən etm işdir ki, torpaq sahəsi 0.05 ha deyil bir qədər azdır, o, torpaq sahəsinin sərhəddini küçə yolu tərəfdə olan istiqamətdə artıraraq torpaq sahəsinin çatmayan hissəsini bərpa etmək istəyərkən Abşeron RİH-nin və Masazır bələdiyyəsinin nümayəndələri buna imkan verməmiş və onun torpaq sahəsi ilə küçə yolu arasında olan təxminən 3-metr enində olan məsafənin yolun mühafizə zonası və piyada yolu olduğunu bildirmişlər. 2018-ci ildə onun sahibliyində olan torpaq sahəsinə və torpaq sahəsində yerləşən evinə ƏMDK yanında DƏDRX-nin 4-saylı Abşeron Ərazi İdarəsindən Texniki Pasport və Çıxarış verilərkən onun torpaq sahəsi dəqiqliklə ölçülmüş və 0.05 ha deyil, 0.0457 kvm olduğu göstərilmişdir. O, 2019-cu ildə mülkiyyətində olan torpaq sahəsində oğluna ev tikdirmək istəmiş və bu məqsədlə Abşeron RİH-nə m üraciət edərək tikdirəcəyi evin eskiz layihəsini təqdim etmişdir. Abşeron RİH-nə etdiyi müraciətə müsbət cavab verilmiş və tikdirəcəyi evin eskiz layihəsi təsdiq edilmişdir. O, 2019-cu ildə mülkiyyətində olan torpaq sahəsində oğluna Abşeron RİH-i tərəfindən təsdiq olunmuş eskiz layihə əsasında ev tikdirmiş, ev tikilərkən küçə yolu tərəfdən tikdirdiyi evin qarşısından həyətə girmək üçün avtomobil yolu açmış və evin tikintisi üçün həyətə tikinti materialları gətirən yük avtomobilləri məhz həmin giriş yolundan istifadə etmişlər. Tikdirdiyi evin tikintisi qurtardıqdan sonra həyətə giriş üçün açdığı yola kubik daşları yığmışdır ki, imkanı olanda müasir tipli dəmir darvaza qoydursun. Bir müddətdən sonra həmin kubik daşlarını götürərək dəmir darvaza qoydurmuşdur. Heç bir özbaşına tikintidən söhbə t getmədiyi halda birinci instansiya məhkəməsinin hakiminin qərarında belə bir qanun normasına istinad etməsi anlaşılan deyil. İddiaçı tərəfin mübahisələndirdiyi darvaza nə bina, nədə qurgu adlandırmaq olmaz.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1033/22 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, T.Quliyev) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehin icra hakimiyyəti ilə razılaşdırılmaqla tikilmiş 2 mərtəbəli tikintiyə giriş çıxışı təmin etmək üçün quraşdırdıgı darvazanı özbaşına tikinti ad landırmaq olmaz. Cavabdehin bələdiyyə vasitəsi ilə əldə etdiyi torpaq sahəsində yerləşən tikiliyə maneəsiz giriş-çıxış hüququnu müvafiq bələdiyyə təmin etməli oldugu halda cavabdehin mülkiyyət hüququna mane olan hərəkətlər etmişdir.

14. Apelyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi MM-nin 180.4-cü maddəsinin dispozisiya şərtləri hazırkı işdə mövcud deyil.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 180.2, 180.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişd ir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi icazə almadan tikilən iki dəmir darvazanı qanuni hesab etmişdir. Halbuki, qanunvericiliyə əsasən bu qurğuların tikintisi icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihələr əsasında icra edilməlidir. Əgər fərdi yaşayış evi tikilərkən layihədə bu iki dəmir darvaza göstərilməyibsə, deməli bunlar layihədən kənar icra edilmiş və bu qanun pozuntusudur.

18. Yəni hər bir mənzilə və fərdi yaşayış evinə daxil olmaq üçün qapı olmalıdır. Lakin hər bir qapı da lazımı icazə alındıqdan sonra quraşdırılmalıdır.

19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsi 3.0.10 və 3.0.12, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

21. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

22. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Ma ddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllən in 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün qərar qəbul etmişdir.

35. İddiaçı cavabdehin öz şəxsi evinin qarşısında giriş-çıxış kimi istifadə etdiyi darvazanın və kiçik dəmir qapının bağlanmasını tələb edir və bunu onunla əsaslandırır ki, qeyd olunan darvazaların açılmasına müvafiq icra hakimiyyəti orqanı razılıq verməmişdir.

36. Məh kəmələr müəyyən etmişlər ki, cavabdeh Abşeron rayonu Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş evi satın almış, torpaq sahəsi və ev onun mülkiyyətindədir. 2018-ci ildə onun sahibliyində olan torpaq sahəsinə və torpaq sahəsində yerləşən evinə ƏMDK yanında DƏDRX-nin 4-saylı Abşeron Ərazi İdarəsindən Texniki Pasport və Çıxarış verilərkən onun torpaq sahəsi dəqiqliklə ölçülmüş və 0.05 ha deyil, 0.0457 kvm olduğu göstərilmişdir. 2019-cu ildə cavabdeh mülkiyyətində olan torpaq sahəsində ev tikdirmək üçün Abşeron RİH-nə müraciət etmiş və Abşeron RİH-nə etdiyi müraciətə müsbət cavab verilmiş və tikdirəcəyi evin eskiz layihəsi təsdiq edilmişdir.

37. Müvafiq icra hakimiyyəti orqanına lazım gəlirdi ki, şəxsin evinin inşasına razılıq verər əkən həmin evin giriş-çıxış qapılarının da müəyyən edilməsi məsələsini həll etsin. Apelyasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, öz şəxsi torpaq sahəsindən və evindən istifadə üçün cavabdeh darvaza açmaqda haqlı olmuşdur. Mübahisə darvazanın açılması ilə bağlıdırsa, onda əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında maraqlı olan (həm də vəzifəsi olan) müvafiq icra hakimiyyəti orqanı həmin məsələni vaxtında həll etməliydi.

38. İddiaçı hazırkı tələbin təmin olunmasının onun hansı maraqlarını təmin edəcəyini sübuta yetirə bilməmişdir. O, müxtəlif dəlillər irəli sürmüşdür. O cümlədən, darvaza açılan torpaq sahəsinin bələdiyyəyə aid olması, ondan təyinatı üzrə istifadə edə bilməməsi, cavabdehin başqa hissədən darvazasının olması, müvafiq icra hakimiyyəti orqanından razılıq almaql a darvaza açılmalı olması və.s.

39. İşdə olan fotoşəkillərdən görünür ki, cavabdehin özünə məxsus olan şəxsi evindən istifadə üçün ən əlverişli yol hazırda mübahisələndirilən sahədəndir. Eyni zamanda həmin sahə yolun kənarından keçən səkidən sonra başlayır və gələcəkdə bələdiyyənin həmin sahəni hansısa məqsədlər üçün istifadə etməsi qeyri-mümkündür. Ona görə bələdiyyənin torpaqdan məqsədləri üçün istifadə edə bilməməsi barədə dəlili açıq-aşkar əsaslı deyil.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Eyni zamanda kassatorların nəzərinə çatdırılır ki, şikayətdə irəli sürülən digər dəlillər əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1033/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar