Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4604/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 Firudin qızına, X1 və X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4604/21 (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 Firudin qızının vəkili Əliyev Mehman Qardaşxan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1204 /2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Firudin qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Firudin qızı, X2 və X4 qarşı "mənzilin boşaldılması və ona olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Firudin qızı, X2 və X3 mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 21 saylı evin 15 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması, "xxxx" ASC-yə təhvil verilməsi və bu şəxslərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə 08.11.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 21 saylı evin 15 saylı mənzilini alaraq tam mülkiyyətinə əldə etmişdir. Hal-hazırda cavabdehlərin "xxxx" ASC-yə məxsus mənzildən istifadə etmələri bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 sentyabr 2020-ci il tarixli 2(006)-195/2020 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 Firudin qızı, X2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 21 saylı evin 15 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1 Firudin qızı, X2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 21 saylı evin 15 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki,, iddiaçı "xxxx" ASC Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, mənzil 15-i mülkiyyətinə qəbul etdiyinə görə cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının qanun la müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehlərin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 29.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.4, 386.1-ci və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9.5-cu maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 Firudin qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Elşən Kazımov) 2(103)-1204/2021 saylı, 05 fevral 2021 -ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzil əvvəlcə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olub, kreditin qaytarılmasının təminatı kimi bankın (hazırkı işdə iddiaçının) xeyrinə ipoteka ilə yüklü edilib. Kredit vaxtında qaytarımadığına görə məhkəmə qətnaməsinə əsasən mənzilə tutma yönəlilib, iddiaçı mənzili hərracda alıb, mənzil üzərində iddiaçının mülkiyyət hüququ 08.01.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Mənzil hazırda iddiaçının mülkiyyətindədir. Mənzil “ipoteka predmeti”, iddiaçı “ipoteka saxlayan”, cavabdehlər isə “ipoteka qoy an və onun ailə üzvləri” olduğundan, hazırkı iddia ipoteka münasibətlərinə əsaslandığından cavabdehlərin mənzildən çıxarılmalı olub-olmadığı haqqında məsələ “İpoteka haqqında” Qanunun müddəalarına uyğun həll edilməlidir. Həmin Qanunun 59.3cü maddəsinə görə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Göstərilən müddəanın tələbləri baxımından cavabdehlərin mənzili tərk etmək vəzifəsi yaranmışdır, çünki mənzil ipoteka predmetinə tutma yönəldilməsi proseduru daxilində iddiaçının mülkiyyətinə keçmişdir və bundan 1 aydan çox vaxt keçmişdir. Ona görə də iddia əsaslıdır. Bu ndan başqa, mənzil üzərində iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə mənzilə istifadə hüquqları xitam olunduğundan onlar iddiaçının mənzilinə qanunsuz sahiblik edirlər. Beləliklə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 Firudin qızı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin mahiyyəti üzrə yenidən araşdırılması üçün apelyasiy a instansioyasına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağı instansiya məhkəməsi onların mənzildə yaşamaq hüquqlarını pozaraq qətnamə qəbul etmişlər. Bu da onlara görə maddi və porsessual hüquq normasının pozulmasıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı "xxxx" ASC məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, kasasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh kasasiya şikayətində maddi və porsessual hüquq normalarının düzgün tətəbiq edilməməsinin nədən ibarət olmasını qeyd etməmişdir. Ona görə də kasasiya şikayətinin təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraa tı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1 Firudin qızı, X2 və X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Firudin qızının vəkili Əliyev Mehman Qardaşxan oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən i nsan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara q iymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahis ələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ape lyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Firudin qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1204/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar