Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4605/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Cəbrayılov Mehman Hümsi oğlu, “xxxx” ASC-nin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-nin Ləğvedici Əmanətlərin Siğortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən P.Hüseynov, iş 2(006)-1952/2018) iddia qismən təmin edilmiş, 04.02.2015ci il tarixli 280011402/ZM №-li zaminlik müqaviləsinin (kreditor “xxxx” ASC, borcalan X6, zaminlər İddiaçı və X7 qeyd olunmuş), 04.02.2015-ci il tarixli ********* №-li zami nlik müqaviləsinə Əlavə №1 (kreditor “xxxx” ASC, borcalan X6, zaminlər İddiaçı və X7 qeyd olunmuş) və ********* saylı 05.02.2015-ci il tarixli zaminlik müqaviləsinə 29.05.2015-ci il tarixli 03/15-ƏS №-li Əlavə Sazişin (kreditor “xxxx” ASC, borcalan X6, zamin İddiaçı qeyd olunmuş) etibarsız hesab edilməsi (hər üç müqavilə üzrə zamin İddiaçı aid hissədə) qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və V.Həsənov, iş № 2(103)-12185/2019) cavabdeh “xxxx” ASC-nin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ləğv olunmu ş, İddiaçı cavabdeh “xxxx” ASC-nin Ləğvedici Əmanətlərin Siğortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinixahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Cəbrayılov Mehman Hümsi oğlu izahatında göstərmişdir ki, işə baxar kən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. “xxxx” ASC-nin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi işin həlli ilə bağlı aşağıdakıları qeyd etmişdir: “1-ci əqdin etibarsız sayılması barədə tələb onunla əsaslandırılıb ki, həmin əqddə iddiaçının (zaminin) imzası yoxdur. Mülki Məcəllənin 331.1-cü maddəsindən görünür ki, yazılı əqdə dair tələblərdən biri də onun imzalanmasıdır. 1-ci əqd etibarsız hesab oluna bilməz, çünki əqddə zaminin imzası var. Belə ki, əqd 4 vərəqdən ibarətdir (iş v. 57-60), zaminin imzası 3-cü və 4-cü vərəqlərdə icr a edilib. 3-cü vərəqdə yalnız imzanın olması (yəni müqaviləyə dair digər məlumatların yazılmaması) əqdin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, birincisi, sıra ardıcıllığına görə 3-cü vərəq əvvəlki vərəqlərin davamıdır; ikincisi, 3-cü vərəqdəki imzanın başqa əqdə və ya sənədə aid olduğu müəyyən edilmir. İddiaçının özü “əgər 3-cü vərəqdəki imza həmin əqdə aid deyildisə, hansı əqdə və ya sənədə aiddir ?” sualına cavab verə bilməmişdir. İddiaçının heç bir məqsəd olmadan boş vərəqlərə imza icra etdiyi müəyyən olunmur. Belə vəziyyətdə, əgər imzanın başqa əqdə və ya sənədə aid olduğu müəyyən edilmirsə, məntiqə görə imza həmin əqdə aiddir. 1-ci əqdin 1 №-li əlavəsinin (iş v. 60) etibarsız sayılması barədə tələb onunla əsaslandırılıb ki, 1-ci əqd etibarsız olduğuna (imza olmadığına) görə onun əlavəsi də etibarsız hesab olunmalıdır. Lakin müəyyən olunur ki, 1-ci əqd imzalanıb, ona görə də həmin əqd etibarsız sayıla bilməz. 2-ci əqdin etibarsız sayılması barədə tələb onunla əsaslandırılıb ki, onun imzalandığı zaman borcalan ölkədə olmamışdır, lakin həmin əqddə onun imzası var. Bu hal həqiqi olub-olmadığından asılı olmayaraq 2-ci əqdin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsində zaminlik müqaviləsinə verilmiş anlayışdan görünür ki, həmin müqavilənin bağlanmış sayılması üçün onu kreditor və zamin tərəfindən imzalaması kifayətdir, borclunun imzası zəruri deyil. Eyni qayda, zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə müqaviləyə də şamil olunur.” Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 331.1-ci və 470-ci maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4605/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4605/2019
05.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver