Məhkəmə qərarları › İş №2(102)-4606/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4606/2021

30.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4606/2021 30.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbi; əsl olmayan cavabdeh) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı i lə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2983/2021 saylı iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 28V ünvanındakı fərdi yaşayış evi X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və 230 saylı reyestr kitabının 21289 nömrəli vərəqində 01.11.2013-c ü il tarixdə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 28b ünvanındakı mənzil X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və 121 saylı reyestr kitabının 10435 nömrəli vərəqində 19 avqust 2015-ci il tarixdə qeydiyyata alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbinə dai r” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın Cavabdeh hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, Cavabdeh mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 01 noyabr 2013-cü il tarixli ********** saylı çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28V saylı evin mülkiyyətçisidir. Haz ırda o, mülkiyyətində olan mənzildə yaşamır. Bir gün evinə gedərkən evin həyətə giriş yolu hissəsində qonşusu Cavabdeh tərəfindən həyətə gediş-gəlişi çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikilinin inşa edildiyini görüb bu işin dərhal dayandırılmasını və özbaşınalığa son qoyulmasını tələb etmişdir. Lakin, Cavabdeh etdiyi işin qanunsuz olduğunu bilə-bilə, hətta dövlət qurumlarının belə hərəkətlərə yol verilməməsi barədə xəbərdarlığına məhəl qoymayaraq qanunsuz tikilini davam etdirərək başa çatdırmış, onun həyətə giriş qapısını bağlamışdır. O, hər dəfə mülkiyyətində olan həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və ordan həyətə daxil olmalıdır. Bu hal iş materiallarına əlavə etdiyi fotoşəkillərdə də açıq-aşkar öz əksini tapır. Həmin sahədə əvvəllər onun evə daxil olmağı üçün qapının olması texniki pasportda da öz əksini tapmışdır.

5. Məhkəmənin 2(005)-3592/2019 nömrəli 10 oktyabr 2019-cu il tarixli Qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli 26563 nömrəli Ekspert Rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Həmçinin, həmin ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28B saylı yaşay ış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilmişdir.

6. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 24 sentyabr 2019-cu il tarixdə verilmiş 35/871 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28b ünvanında yerləşən fərdi yaşayış evi və hasarı 08 aprel 20 04-cü il tarixli 249 saylı Sərəncama əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihəyə uyğun tikilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(005)-162/2020 saylı qətnaməsi (hakim V.Ş.Quliyev) ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi, həmin həyətə girişçıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin Cavabdeh qadağan olunması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti ev 28 V saylı ünvanda olan əmlaka keçid qapısı hörülmüş və Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti ev 28 B saylı ünvana aid hasarın arxasında qalmışdır. 13.10.2020-ci il tarixdə mübahisəli sahəyə məhəmə tərəfindən baxış keçirilmiş və baxış keçirilərkən Cavabdeh qanunsuz tikilmiş hasarın onun tərəfindən inşa edildiyini bildirmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair” iddia tələbi təmi n edilməlidir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 180.1, 180.4-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir.

10. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli 2(005)162/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2983/2021 saylı mülki iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli 2(005)-162/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan hasarın iki il yarım əvvəl çəkilməsi, iddiaçının ərinin buna razılıq verməsi, hazırki mübahisənin yaranmasının iddiaçının qapısının üç metr irəli çəkmək istəməsinə cavabdehin etiraz etməsi səbəb olduğu kimi hallar həqiqi olsa belə bunlar iddianın əsaslılığına təsir etmir. Başqa sözlə həmin hallar iddiaçının hazırki iddiasının rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdehin inşa etdiyi tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüquqlarını pozması iş materialları ilə açıq- aşkar təsdiq olunur. İkincisi, məhkəmə mühəndis-texniki ekspertizasının 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyi ilə də müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28V saylı ü nvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Göründüyü kimi, ekspert rəyi ilə də cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan evə və onun həyətinə keçmək üçün nəzərdə tutulmuş giriş qapısının tam bağladığı təsdiq olunur. Bu cür vəziyyətdə cavabdehin inşa etdiyi hasarın layihəyə uyğun tikildiyi heç bir halda həqiqi ola bilməz.

13. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələrinə, istinad etmişdir.

14. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2983/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli hasarın Cavabdeh aidiyyəti hər hansı bir sənədlərlə təsdiq edilmir. Belə olan halda, Səlim Yusubovun üzərinə həmin hasarın sökülməsinə dair hər hansı öhdəliyin qoyulması tamamilə əsassızdır. Məhkəmə sözügedən əmlakın hüquqi rejimini bu günədək dəqiqləşdirməyib. Bu isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Yəni söküntü ilə əlaqədar iddia əsl cavabdehə qarşı qaldırılmayıb. Mübahisələndirilən hasarın qanuni olmasını yoxlamaq üçün jekin və rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən gəlib baxıblar və bildirilmişdir ki, hasar sərəncam və layihədə qeyd edilən cizgidən 1.2 metr arxadan çəkilib, yəni hal-hazırda hasarımı hətta 1.2 m. irəli çəkmək hüququm da var. Mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən 24 avqust 2019-cu il tarixdə verilmiş 35/871 nömrəli arayışdan göründüyü kimi Bakı şəhəri, M.K.Atatürk prospekti 28b ünvanında təsdiq edilmiş layihədən kənarlaşma aşkar edilməmişdir. Ev və həyətyanı torpaq sahənin daş hasarı layihəyə uyğun aparılmışdır. Bakı şəhəri Nərimanov Rayon İ cra Hakimiyyəti Başçısının 08.04.2004-cü il tarixdə verilmiş 249 nömrəli sərəncamının surətindən görünür ki, A.S.Məmmədovaya özünə məxsus M.K.Atatürk prospekti 28b saylı ünvanda yerləşən şəxsi mülkü söküb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yenidən tikintisinə icazə verilmişdir. Lakin bu halların heç birinə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə hasarın tikilməsi zamanı iddiaçının razılığını məhkəmə iclasları zamanı araşdırmamışdır. İşin hallarından göründüyü kimi iddiaçının hərəkətlərində Mülki Məcəllənin 16-cı maddəsinin əlamətləri var. O, ilk əvvəl məqsədli şəkildə hasarın tikilməsinə razılıq verib daha sonra isə cavabdehə maddi və mənəvi ziyan vurmaq niyətilə həmin hasarın sökülməsi barədə hazırkı iddianı qaldırmışdır. Kassator kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinə, Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3-cü maddələrinə və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad etmişdir.

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıl malarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 50.3 İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

20. Maddə 51.3 Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.

21. Maddə 54.1 İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 2

2. Maddə 54.2 İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

23. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

28. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəmə sinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§25).

30. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§26).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§25). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən və qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini istədiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Odur ki, qətnamə ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

34. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisəli hasarın Cavabdeh aidiyyəti hər hansı bir sənədlə təsdiq edilmir. Belə olan halda, Cavabdeh üzərinə həmin hasarın sökülməsinə dair hər hansı öhdəliyin qoyulması tamamilə əsassızdır. Məhkəmə sözügedən əmlakın hüquqi rejimini bu günədək dəqiqləşdirməyib. Bu isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Yəni söküntü ilə əlaqədar iddia əsl cavabdehə qarşı qaldırılmayıb.

35. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə İddiaçı özbaşına tikilinin sökülmə si, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbi üzrə cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. İş materialında olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestridən çıxarış əsasında Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 28v ünvanında yerləşən fərdi yaşayış evinin iş üzrə İddiaçı məxsus olması müəyyən edilsə də, özbaşına tikili olduğu iddia edilən hasarın Cavabdeh məxsus olması iş materialları müəyyən edilmir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində və apellyasiya qaydasında baxılarkən mübahisənin həllindən ilk öncə iddianın tələbə cavab verməli olan şəxsə qarşı qaldırılıb-qaldırılmadığının müəyyən edilməsi baxımından əhəmiyyətli hal olan hasarın aid olduğu torpaq sahə sinin və ya fərdi yaşayış evinin kimin mülkiyyətində olması halı aydınlaşdırılmadan iş üzrə qətnamə qəbul etməklə prosessual hüquq normasının pozuntusuna yol verilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

38. Nəzərə alınmalıdır ki, MPM-in 80-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bu baxımdan əgər məhkəmə təqdim olunan sübutu işə aid olmayan h esab edərsə, həmin sübutu qəbul etmir və onu nəzərə almır. Bununla yanaşı, MPM-in 88-ci maddəsi tələb edir ki, əgər məhkəmə təqdim olan sübutu işə aid olan sübut kimi qəbul edibsə onda həmin sübuta işdə olan digər sübutlarla yanaşı obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı və bütün sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Be lə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

40. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan prosessual hüquq normalarının tələblərinə riayət etməklə, yeni məhkəmə aktı qəbul etməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə mövcud deyildir.

42. Maddi və prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§28).

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (§27).

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2983/2021 saylı iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar