Məhkəmə qərarları › İş №2(102)-4608/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4608/2023

20.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4608/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və qeyrisinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı və qeyrisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2023-cü il tarixli, 2(103)-3656/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətinə əsasən Cavabdeh1 onun adına olan ünvan 1 ünvanında fiziki şəxs X8 tərəfindən inşa edilımş yüksək mərtəbəli evinin 3 blok, 14-cü mərtəbədə yerləşən, üınumi sahəsi 135 kv.m olan 3 otaqlı 229 nömrəli mənzil və paydan imtina edir. Həmin nənzilin İddiaçı adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etir az etmir. Onun gələcəkdə bu mənzilə və X3 qarşı heç bir iddiası olmayacaq.

2. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-16317 reyestr nömrəli ərizəyə əsasən Cavabdeh2, əri Cavabdeh1 adına olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi. 2319- cu məhəllə ünvanında fiziki şəxs X8 tərəfindən inşa edilmiş yüksək mərtəbəli evin, 3 blok, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 135 kv.m olan 3 otaqlı 229 nömrəli mənzil və paydan imtina etməsinə etiraz etmir.Həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və X3 qarşı heç bır iddiası olmayacaq.

3. Cavabdeh3 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzil xx.xx.2022-ci il tarixdə almış və bu günə qədər heç bir borcu yoxdur. 4. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 sədri X4 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzili 170000 manat qiymətinə İddiaçı satmışdır.

5. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-17019 reyestr nömrəli ərizəyə əsasən Cavabdeh1 Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-16318 reyestr nömrəli ərizədən imtina etdiyini bildirmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-16817 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 14 saylı notariat ofisində 8İ-16317 reyestr nömrəli ərizədən imtina etdiyini bildirmişdir.

6. Cavabdeh1 (payçı) ilə X8 (icraçı) arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, icraçı Xətai rayonu, S.Ə,Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin İİİ blok, XlV mərtəbə, ümumi sahəsi 135 kv.m. olan 229 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilə üzrə mənzilin dəyəti bir kv.m. sahə üçün 445 manat təşkil edir. Cəmi 135 kv.m.sahə üçün 60000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 1

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçının həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzili cavabdehlərdən pul verib almışdır. Sonra həmin mənzillə bağlı "xxxx" MTK-nın sədri X4 ilə həmin mənzilə pay hüququnun əldə edilməsi barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlamışdır. “Hidayət N" M TK tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli maliyyə arayış verilmişdir. Arayışda sözügedən mənzilin xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən alındığı və bu günə qədər heç bir borcunun olmaması qeyd edilmişdir. Lakin cavabdehlər ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxmaq istəmirlər, müxtəlif bəhanələr gətirirlər. Dəfələrlə cavabdehlərə aldığı mənzilə köçmək istədiyini bildirsə də, onlar mınzili boşaltmaqdan imtina etmişlər. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməyi qarara almışdır.

14. Cavabdeh1 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 01 sentyabr 2022-ci il tarixli "xxxx" MTK ilə İddiaçı Hafiz oğlu arasında bağlanılmış müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və ilkin iddia üzrə İddiaçı qeyri-qanuni yolla əldə etdiyi müqavilənin yoxlanması barədə xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 avqust 2013-cü il tarixdə X6 ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok 14- cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135 kv.m olan 229 nömrəli mənzili Cavabdeh1 adına pay hüququnun əldə edilməsi barədə müqavilə bağlanmışdır. Avqust 2022-ci il tarixdə müqavilə əsasında adına olan sözügedən mənzili satmaq qərarına gəlmişdir. İddiaçı ilə görüşərək mənzilini 170000 (yüz yetmiş min) manata satmağa dair danışıqlar olmuşdur. Bu məqsədlə ilkin olaraq 03 se ntyabr 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində MTK-nın məsləhəti ilə ərizə verərək paylarından imtina barədə ərizə almışlar. Mənzili alan şəxslə eyni rayondan olduqlarından ona inanmışlar. İddiaçı onlara pul vermək niyyətinin olmadığını, aldatdığını bildikdə alqı-satqı fikrindən imtina etmişlər. Sonradan ərizədən istifadə edilməməsi üçün xx.xx.2022-ci il tarixdə 14 saylı notariat ofisinə gedərək paydan imtina barədə verdikləri ərizəni ləğv etdirmişlər. Sonradan məhkəmədən bildiriş gələndə bəlli oldu ki, İddiaçı hansı yollasa qanunsuz müqavilə əldə edərək ona aid olan mülkiyyətində olan S.Ə. Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok 14-cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135 kv.m olan 229 nömrəli mənzili ələ keçirmək istəyir. İddiaçı adına olan müqavilədən iddiaçının xəbəri yoxdur. Aldadıldığından mənzilin satışına heç bir razılığı olmamışdır.01 sentyabr 2022-ci il tarixli qeyri-qanuni yolla əldə etdiyi müqavilənin yoxlanması barədə xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi və müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməlidir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh3 arasında ünvan 3 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməsi qət edilmişdir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, mənzilin tikilib təhvil verilməsi barədə X8 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində podrat müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə X8 "xxxx" MTK-nın nümayəndəsi kimi çıxış etmişdir. Bu işin faktiki halları və "xxxx" MTKnın nümayəndəsi və vəkilini etiraf edici ifadələri ilə öz təsdiqini tapır. Daha sonra 2022-ci ilin avqust ayında İddiaçı ilə Cavabdeh1 sözügedən mənzilin alqı-satqısı barədə razılığa gəlmişdirlər. Həmin razılaşmanın rəsmiləşdirilməsi məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, mənzildən və paydan imtina barədə ərizə imzalamı şdırlar. Lakin Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixidnə notariusa ərizə ilə müraciət edərək yuxarıda qeyd edilən ərizələrdən imtina etdiklərini qeyd etmişdirlər. Buna baxmayaraq, yuxarıda qeyd edilən imtina ərizələri təqdim edildikdən 2 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı pay xx.xx.2022-ci il tarixdə isə "xxxx" MTK tərəfindən 170000 manat müqabilində İddiaçı istifadəsinə verilməsi ilə bağlı "xxxx" MTK ilə X9 arasında müqavilə bağlanılmışdır. Mübahisəli mənzil ilə bağlı müqavilə ilkin olaraq "xxxx" MTK-yə X11 arasında bağlanılmış, mənzilin dəyəri də "xxxx" MTK-yə sonuncu tərəfindən ödənilmişdir. Daha sonra, mənzil X11 tərəfindən Cavabdeh1 satılmış, sonuncu ilə "xxxx" MTK-nın nümayəndəsi arasında mübahisəli mənzil ilə bağlı müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən mübahisəli mənzilə görə hər hansı bir məbləğdə pul vəsaiti "xxxx" MTK-yə ödənilməmişdir. Eyni zamanda İddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri olaraq Cavabdeh1 170000 manat məbləğində pul vəsaitinin ödənildiyi iddia edilsə də, İddiaçı bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 mübahisəli mənzilin dəyəri olaraq 170000 manat məbləğində pul vəsaitini ödədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və "xxxx" MTK ilə İddiaçı arasında müqavilə mənzilin əsl sahibi Cavabdeh1 tərəfindən mənzildən İddiaçı xeyrinə imtina edilməsi ilə bağlı ərizə verilməmişdən 2 gün əvvəl bağlanıldığından, "xxx x" MTK-nın həmin məznilə dair sərəncam vermək və mənzil ilə bağlı mübahisələndirilən əqdi bağlamaq hüququ olmamışdır.

19. Məhkəmənin qənaətinə görə "xxxx" MTK ilə İddiaçı arasında ünvan 3 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilin sonuncunun istifadəsinə verilməsi haqqında müqavilə bağlanılan zaman müqavilənin etibarlı olması üçün əqdin subyektiv tərkibinə aid olan şərtə əməl edilməmişdir. Belə olan halda, "xxxx" MTK ilə İddiaçı arasında ünvan 3 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilin sonuncunun istifadəsinə verilməsi haqqında müqavilə etibarsız hesab edilməlidir. Digər tərəfdən, İddiaçı mübahisəli mənzilə dair sahiblik hüququnu əldə etmədiyinə görə onun Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xəta i rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçı həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb etmək hüququ yoxdur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2,157.4,158.2, 178.8, 337.1, 340.2, 646.1, 752.1, 770-1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

21. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilkin iddia tələblərinin təmin edilməsi, qarşılıqlıiddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə,yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzilin "xxxx" MTK tərəfindən 170000 manat müqabilində İddiaçı istifadəsinə verilməsi ilə bağlı "xxxx" MTK ilə İddiaçı arasında müqavilənin bağlanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən tərəflər arasındakı müqaviləyə Mülki Məcəllənin etibarsız əqdlərə dair müddəalarının tətbiq olunması düzgün deyildir. Məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən iddiaçıya evin alınması üçün 170000 manat pul vəsaitinin verilməsini nəzərə almamışdır. Bildirmək istəyir ki, iddiaçı alqı-satqı razılaşması üzrə öz öhdəliklərini vaxtında və tam yerinə yetirmişdir. "x xxx" MTK-nın xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, İddiaçı ünvan 3, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzil xx.xx.2022-ci il tarixdə almış və bu günə qədər heç bir borcu yoxdur. İşin hallarından göründüyü kimi, iddiaçının cavabdehə dəfələrlə söhbət aparmağına və etdiyi xəbərdarlıqlara baxmayaraq cavabdeh mənzildən çıxmaqdan imtina etdiyini, evin iddiaçının sahibliyinə verməyəcəyini bildirmişdir. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edə rək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tələbini əsaslandırdığı hallarla təsdiq edilən iddiaçının izahatına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə öz qətnaməsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiya sının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bildiririk ki, İddiaçı müqavilə bağlanmazdan bir gün qabaq Cavabdeh1 oglu ilə Bakı şəhəri,Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin qarşısında (mübahisəli mənzilin yerləşdiyi binanın həyətində) görüşmüşlər və iddiaçının avtomobilində Kamal 170000 manat pulu sayaraq Hafizə vermişdir. Bundan sonra, yəni, Hafiz pulu alandan sonra öz iradəsini MTK-ya bildirmiş və artıq sentyabr ayının 1-də MTK ilə müqavilə bağlanılmışdır. Müqavilə bağlanan zaman MTK tə rəfindən bildirilmişdir ki, gələcəkdə hər hansı problemin olmaması üçün imtina ərizələri olmalıdır. Həmin imtina ərizələrinin alınması və MTK-ya təqdim olunmasını zəruriliyi Cavabdeh1 bildirmiş,Hafiz də öz növbəsində imtina ərizələrinin hazırlayıb verəcəyinə söz vermiş və sonradan cavabdeh tərəfindən imtina ərizələri notariat qaydasında ayının 3-ü hazırlanıb MTK-ya təqdim olunmuşdur.

23. Həmçinin qətnamədən narazı qalan cavabdeh "Hidayət-N” MTK qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddia tələblərinin təmin edilməməsi və ilkin iddia üzrə iddia tələblərinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə pay hüququndan imtina və pay hüququnun ilkin iddi a üzrə iddiaçının adına sənədləşdirilməsinə razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizələrin pay hüququnun bağlanmış müqavilə ilə ilkin iddia üzrə iddiaçının adına sənədləşdirilməsindən sonra verilməsi həmin müqavilənin subyekt tərkibinə görə qüsurlu olmasına və bu əsasla etibarsız sayılmasına səbəb ola bilməzdi. Çünki istinad olunan maddənin nəzərdə tutduğu mənada ağlabatan mühakimə əsasında belə bir nəticəyə gəlmək mümkün deyildir ki, iş üzrə cavabdeh MTK qarşılıqlı iddia üzrə iddaçının və onu həyat yoldaşının, yəni mənzilə pay hüququ olan şəxslərin razılığı olmadan həmin mənzili başqa şəxsin adına sənədləşdirərək qanunsuzluğa yol versin, bundan sonra isə MTK-nın bu qanunsuzluğu bir neçə gündən sonra mənzilə pay hüququ olan şəxslər tərəfindən bəyənilərək razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizələr verilsin. Əslində ağlabatan mühakimə əsasında sonradan verilmiş notarial ərizələr mənzilə pay hüququ olan qarşılıqlı iddia üzrə iddiaçının və onun həyat yoldaşının hələ müqavilə bağlanmamışdan əvvəl mənzilin ilkin iddia üzrə iddiaçının adına sənədləşdirilməsi barədə iradə ifadəsinin mövcudluğunu təsdiq etmişdir. İşə baxmış məhkəmə işin bu hallarını nəzərə almayaraq, MTK ilə ilkin iddia üzrə iddiaçı arasında bağlanmış əqd hesab edilən müqavilə üzrə razılıq verən şəxslərin iradə ifadəsinin məzmununu ağlabatan mühakimə əsasında düzgün müəyyənləşdirməməklə göstərilən maddi hüquq normasını pozmuşdur. Bununla da həmin sübutlara məhkəmə düzgün qiymət verməməklə MPM-in 88-ci maddəsinin tələblərini də pozmuşdur. "xxxx" MTK Azərbaycan Respublikasının mülki qanunverici liyində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin iradə sərbəstliyinə uyğun hərəkət edərək mənzilə pay hüququnun digər şəxsin adına keçirilməsi barədə müqavilə bağlamışdır. Müqavilənin bağlanması, müqavilə bağlanarkən mənzilə pay hüququ olan şəxslərin müqavilənin bağlanmasına dair iradə ifadəsinin mövcudluğu iş üzrə ilkin iddia üzrə iddiaçının və qarşlıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsinin verdiyi izahatlar, şahid ifadəsi, notarial qaydada təsdiq edilmiş ərizələr və s. ilə təsdiq edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamamış,prosessual və maddi hüquq normaları pozulmuşdur. qətnamənin tamamilə ləğv edilməsi, qarşılıqlı iddia üzrə iddia tələblərinin təmin edilməməsi və ilkin iddia üzrə iddia tələblərinin təmin edilməsi ha qqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3656/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və K.H.Əkbərov) İddiaçı və cavabdeh "xxxx" MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən ə mlakları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə köçürülməsi,qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilkin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumunun İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdeh "xxxx" MTKya cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq verilməsi qət edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, hazırkı mülki işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur ki, ünvan 4 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli 3 otaqlı, ümumi sahəsi 135.km. olan mənzil Cavabdeh1 məxsus olmuş (bax, xx.xx.2013-cü il tari xli müqavilə) cavabdeh tərəf bildirir ki, mənzilin faktiki sahibi onun qudası M.Rzayevdir)) mənzilin əvvəlki sahibi pula ehtiyaclarının olması səbəbindən mənzilin satılması qərarına gəlmiş, bununla bağlı iddiaçı tərəflə 2022-ci ilin avqust ayının sonlarında danışıqlar aparmış, tərəflər arasında buna dair razılıq əldə olunmuş, tərəflər mənzilin qiymətinin 170.000 manata razılaşdırmış, satılan mənzil müvafiq qaydada qeydiyyatdan keçmədiyindən (mənzilin çıxarışı olmadığından) əldə olunmuş razılaşmaya əsasən alqı-satqı mövcud praktikaya uyğun olaraq MTK-da əvvəlki sahibin imtinası və mənzili əldə edən şəxsin adına yeni müqavilənin bağlanması qaydasında həyata keçirilmiş, buna dair MTK-ya müraciət olunmuş, əvvəlki sahib mənzilini alıcı İddiaçı satdığını və mənzilin onun adına keçirilməsini MTK- dan xahiş etmiş, MTK-da olarkən tərəflərə, gələcəkdə mübahisə olmasın deyə, əvvəki sahibin həm özünün, həm də arvadının notariat qaydada ərizələrinin lazım olduğu bildirilmiş, satıcı tərəf mənzilin məhz həmin günü, yəni xx.xx.2022-ci il tarixində alıcının adına keçirilməsini, yaxın bir iki gün ərzində isə notariat qaydada təsdiqlənmiş ərizələri də təqdim edəcəyini bildirmiş, xx.xx.2022-ci il tarixində həmin mənzilə dair MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və İddiaçı borcunun olmamasına dair ona elə həmin tarixli maliyyə arayışı verilmiş, xx.xx.2022-ci il tarixində isə həm Cavabdeh1, həm də onun arvadı Cavabdeh2 notariat qaydasında ərizə verərək mənzilin K. Həsənovun adına sənədləşdirilməsini (satılmasını) xahiş etmişlər. Bundan sonra, xx.xx.2022-ci il tarixində mənzilin əvvəlki sah ibi Cavabdeh1 və onun arvadı Cavabdeh2 notariat qaydasında ərizə verərək mənzilə dair verilmiş xx.xx.2022-ci il tarixli ərizələrindən imtina etmişlər (həmin ərizələrdə səbəb olaraq narazılıq olması qeyd olunmuşdur)

27. Hazırda iddiaçı işin qeyd olunan hallarına istinadən cavabdeh tərəfindən mənzilin boşaldılması və mənzilin təhvil verilməsini, cavabdeh də öz növbəsində qarşılıqlı iddia verərək mənzilin alqı-satqısı zamanı razılaşdırılmış məbləğin sonradan alıcı tərəfindən ödənilmədiyinə istinadən müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir.

28. Rayon məhkəməsi ilkin iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən mənzilə görə pulun ödənilməsi təsdiq olunmur, həm də MTK ilə İddiaçı arasında mənzilə dair müqavilə Cavabdeh1 notariat razılığından iki gün qabaq bağlanmışdır ki, bununla da MTK-nın həmin tarixdə müqaviləni bağlamaq hüququ olmamışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin hər iki halla bağlı, həm pulun ödənilməməsi, həm də xx.xx.2022-ci il tarixində MTK ilə İddiaçı arasında müqavilə bağlanarkən MTK-nın mənzilin ilkin sahibinin iradəsi olmadan yeni şəxslə müqavilə bağlamasının, buna isə onun hüququnun olmaması barədə mövqeyi hazırkı işin müəyyən olunmuş hallarına uyğun olmamaqla yanaşı, maddi hüquqi baxımdan da əsassızdır.

30. Çünki əqdlərlə bağlı ümumi münasibətləri tənzimləyən MM-in Xİİİ Fəslində təsbit olunmuşdur ki, (maddə, 324.5.) iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Eyni qayda müqavilələrlə bağlı m ünasibətləri tənzimləyən MM-in XX Fəslində də təsbit olunmuşdur. Belə ki, qanunun tələbinə görə (maddə 404.1.) müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.) Nəzərə almaq lazımdır ki, qanunun istinad olunan həm əqdlərlə bağlı tələbi, həm də müqavilərlə bağlı tələbi imperativ xarakterlidir.

31. Demək ki, xx.xx.2022-ci il tarixli müqavilə bağlanarkən əvvəlki sahib Cavabde h1 mənzilini satmaq niyyətinin olmaması barədə rayon məhkəməsinin gəldiyi qənaət işin faktiki halllarına aşkar uyğun olmamaqla, həm də istinad olunan maddi hüquq normalarının tələbləri baxımından əsassız olmuşdur. Rayon məhkəməsi onu da nəzərə almamışdır ki, hətta müqavilə bağlanan xx.xx.2022-ci il tarixində mənzilin əvvəlki sahibinin iradəsi olmamış olsaydı belə, onlar tərəfindən iki gün sonra, yəni xx.xx.2022-ci il tarixli notariat qaydasında verilmiş razılıq ərizələrinin MM-in 357-ci maddəsinin (bəyənmə, sonradan verilən razılılq) tələbləri baxımından geriyə qüvvəsi olmuşdur.

32. İddiaçı iddia tələbini təmin etməyən rayon məhkəməsinin onun istinad etdiyi müqaviləni (əqdi) etibarsız hesab edərkən gəldiyi qənaətin ikinci əsası isə alıcı tərəfindən mənzilə görə pulun ödənilməsinin sübut ol unmaması ilə bağlıdır. Kollegiya hesab edir ki, rayon məhkəməsinin bu qənaəti də əsassız olmuşdur.

33. Əvvəla, ona görə ki, təcili pula ehtiyacı olan və buna görə də mənzilini satmaq qərarına gələn şəxsin mənzilə görə razılaşdırılmış məbləği almadan mənzilin alıcının adına keçirilməsini təşkil etməsi, mənzilin alıcının adına keçirilməsindən iki gün sonra isə notariat ofisinə gedərək buna dair həm özünün, həm də arvadının yazılı ərizə vermələri nə ağlabatan, nə də inandırıcı görünmür. Ən azından ona görə ki, bu işdə təcili pul lazım olan şəxs mənzili satan olmuşdur, mənzili alana mənzilin qaçılmaz lazım olması işdən görünmür, demək ki, bu halda təcili pulun alınması vacib olmuşdur, nəinki mənzilin sənədləşdirilməsi. Mənzilin sahibi Cavabdeh1, eləcə də mənzilin həqiqi sahibi kimi təqdim olun an və şahid kimi ifadə verən onun qudası M.Rzayev rayon məhkəməsində bu xüsusatla, yəni pul alınmadan mənzilin alıcının adına, həm də tam olaraq sənədləşdirilməsinin səbəbləri barədə hər hansı inandırıcı izah verə bilməmişlər, elə apellyasiya icraatı zamanı da cavabdeh tərəf bu məsələdə tutarlı dəlil gətirə bilməmiş, yalnız “inam olub”, “söz vermişdilər az vaxtda verəcəklər” deməklə kifayətlənmişlər.

34. Pulun ödənilməsinin sübuta yetirilməməsinə görə əqdin etibarsız olmasına dair rayon məhkəməsinin qənaətinin əsassız olmasının ikinci və başlıca səbəbi isə ondan ibarət olmuşdur ki, əqdlərin etibarsızlığının əsasları MM-in XİV Fəslində (337-354 -cü maddələr) nəzərdə tutulmuşdur və əsasən onun bağlanmasındək (məsələn; aldatma, zorakılıq, hədə təsiri altında, tərəflərin nümayəndələrinin pis n iyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, uydurma və yalan əqd, qeyri -ciddi əqd, fəaliyyət qabiliyyəti olmayan şəxsin və s.) mövcud olan hallarla bağlı olur. Cavabdeh1 qarşılıqlı iddiasında həmin Fəsildə təsbit olunmuş halların-əsasların hər hansı birinə istinad etməmiş, hazırkı işdə belə əsaslar, ümumiyyətlə mövcud olmamışdır. Cavabdeh1 özü də qarşılıqlı iddia ərizəsində və məhkəmələrdə verdiyi izahatlarında mənzilini satmaq qərarına gəldiyini, bununla bağlı İddiaçılə görüşüb danışıqlar apardığını, mənzilin 170.000 manata satılmasına dair tərəflər arasında razılığın olduğunu, bu razılaşmaya əsasən də mənzilin İddiaçı adına keçirildiyini, pulun sonradan ödənilməli olmasını, lakin sonradan İddiaçı sözünə əməl etməyərək mənzilə görə pulu ödəmədiyini bildirmiş və bu əsasla d a əqdin etibarsızlığını xahiş etmişdir. Güründüyü kimi, Cavabdeh1 tələbinin faktiki əsası kimi əqdin etibarsızlığını deyil, mənzilin alıcısı İddiaçı tərəfindən müqavilə öhdəliyinin icra edilməməsinə istinad etmişdir.

35. Öhdəliklərin icrası və öhdəliklərin icra edilməməsi ilə bağlı məsələlər isə MM-in müvafiq olaraq XXİ və XXİİ Fəsillərindəki normalarla tənzimlənir. Belə olan halda aydın olur ki, rayon məhkəməsi öhdliklərin icra edilməməsi ilə bağlı olan münasibətlərə əqdlərin etibarsızlığına dair normaları tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə çıxarmışdır.

36. Beləliklə də, hazırkı mülki işin müəyyən olunmuş faktiki hallarına yuxarıda istinad olunan maddi hüquq normalarını tətbiq etdikdə aydın olur ki, Cavabdeh1 özünə məxsus mənzilin İddiaçı satılmasıyla bağlı onun həqiqi iradə ifadəsinə uyğun tərəflər arasında müvafiq razılaşma olmuş, tərəflər arasında əldə olunmuş həmin razılaşmaya əsasən həmin mənzilin alıcının adına keçirilməsi çoxmənzilli binalarda özəlləşdirilməmiş mənzillərlə bağlı mövcud praktikaya uyğun müqavilənin “addan-ada keçirilməsi” qaydasında həyata keçirilmişdir ki, bununla da İddiaçı həmin mənzilin qanuni sahibi, İnsan Hüquqlarının və X2 X1 İ saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından isə mənzilin mülkiyyətçisi olmuşdur ki, onun hazırkı tələbi də məhz bu əsasa bağlıdır. MM-in 157.2-ci maddəsinin tələbinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla da, İddiaçı cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması və ona təhv il verilməsi barədə tələblə çıxış etməyə subyektiv hüququnun olmaması barədə rayon məhkəməsinin mövqeyinin düzgün olmadığı müəyyən olunur. Bütün bunlar isə ona dəlalət edir ki, İddiaçı tələbi əsaslı olmuşdur və təmin olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilkin iddia tələbinin təmin olunması Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin olunmasını öz-özlüyündə istisna etdiyindən, onun əlavə əsaslandırılmasına zərurət qalmır.

37. Rayon məhkəməsinin alıcı İddiaçı tərəfindən MTK-ya da hər hansı məbləğdə pulun ödəməməsi ilə bağlı mülahizəsi ilə əlaqədar qeyd olunmalıdır ki, bunu tərəflərdən heç biri, xüsusən də iddiaçı da iddia etmir, çünki bu halda MTK -ya pulun ödənilməsi nəzərdə tutulmur, həmin qayda mənzilin sonrakı özəlləşdirilməsi məqsədi güdür və formal xarakter daşıyır.

38. Konstitusiya Məhkəməsinin özünün bir çox qərarlarında nümayiş etdirdiyi hüquqi mövqe də ondan ibarət olmuşdur ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr nəzərə almalıdırlar ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

39. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).

40. Konstitusiya Məhkəməsinin Plenumu M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il Qərarındakı hüquqi mövqe də hazırkı mülki işin halları baxımından əhəmiyyətlidir:...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiis tifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata ke çirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. 4

1. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1,157.2, 157.8, 324.1, 324.2, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.3, 337.4, 357, 404.1, 404.2, 404.3, 404.4, 404.5, 405.1, 405.2, 406.1, 406.2, 406.3, 407.1, 407.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(103)-3656/2022 saylı qətnaməsinin ləğv olunması və hazırki mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kooperativ fiziki və (və ya) hü quqi şəxslərin könüllü birliyi olduğundan onların kooperativə qəbul edilmələri onların könüllülük iradəsini ifadə edən rəsmi müraciətləri əsasında həyata keçirilməlidir. Kooperativə qəbul olunmaq üçün həmin şəxslər bu barədə ərizə verməlidirlər. 17 sentyabr 2013-cü il tarixdə "xxxx" MTK-nin nümayəndəsi Venera Əhəd qızıRüstəmova ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu,S,Ə.Şirvani küşəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok 14-cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135kv.m olan 229 nömrəli mənzilin dəyəri Cavabdeh1 adına pay hüququnun əldə edilməsi barədə müqavilə bağlanmış və koperativin üzvülüyünə qəbul edilmişdır. İş materiallarında olan Cavabdeh1 (payçı) ilə X8(icraçı) arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilədən də görünür ki, icraçı Bakı şəhəri, Xə tai rayonu,S,Ə.Şirvani küşəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok 14-cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135kv.m olan 229 nömrəli mənzili izolə edilmiş 3 otaqdan ibarət payçının istifadəsinə verir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m nsahə üçün 445 manat olmaqla, cəmi 135 kv.m sahə üçün 60000 manat təşkil edir. Beləliklə, sözügedən ünvanda yerləşən mənzilin Cavabdeh1 sahibliyində olması işin mübahisəsiz halıdır. Belə olan halda qeyd olunan qanunun normasının analogiyasına görə Cavabdeh1 tərəfindən sahibliyində olan mənzilin ilkin iddia üzrə İddiaçı adına pay hüququnun keçməsi barədə rəsmi ərizə ilə müraciət olunmalı idi. Lakin Cavabdeh1 tərəfindən koperatvə belə bir ərizə verilməmşdir. 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində "xxxx"MTK-nı n məsləhəti ilə Cavabdeh1 və Səhraya Məmmədovun paylarından imtina barədə ərizə notariat qaydasında təsdiqlənsə də, iş üzrə İddiaçıla aralarında olan razılığa əsasən 170 000 AZN manat pul verilmədiyindən Cavabdeh1 ərizəni özündə saxlamış, bir müddət gözlədikdən sonra pulun verilməyəcəyinə əminlik yarandığından ərizədən istifadə edilməməsi üçün xx.xx.2023-ci il tarixdə 14 saylı notariat ofisinə gedərək paydan imtina barədə verdikləri ərizəni ləğv etdirmişlər. Yəni Cavabdeh1 tərəfindən koperativə paydan imtina barədə heç bir ərizə təqdim edilməmişdir. Həmin ərizənin verilməsi qanunvericiliyin tələbinə əsasən mütləqdir. Onu da qeyd etmək istəyirəm ki, həmin notariat ofisinə də iş üzrə ilkin İddiaçı atasının göstərişi ilə getmişlər. 44. xx.xx.2013-cü il tarixdə "xxxx" MTK ilə Cavabdeh1 arasınd a bağlanmış müqavilə əsasında koperatv Bakı şəhəri, Xətai rayonu, S,Ə.Şirvani küşəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok. 14-cü mərtəbəsində yerləşən, 3 otaqlı 229 saylımənzili payçı Cavabdeh1 istifadəsinə vermişdir. xx.xx.2022-ci il tarixdə sözügedən ünvanda yerləşən payçıCavabdeh1 sahibliyində olan mənzilə dair paydan İddiaçı xeyrinə imtina barədə ərizəsi olmadan nsonuncunun adına olan müqavilə mülki qanunvericiliyin tələblərini pozmaqla bağlandığığından etibarsızdır.

45. İş üzrə məhkəmədə alınmış izahatlardan da görünür ki, MTK-nin nümayəndəsi paydan imtina barədə ərizənin notariat qaydasında təsdiqlənib verilməsinə özü göstəriş verdiyi halda (bilirdi ki, paydan imtina barədə ərizənin olmasımütləqdir) ərizə olmadan İddiaçı ilə danışığa gedərək tələm-tələsik 2 gün ə vvəlki tarixə yəni, xx.xx.2023-cü il tarixə saxtakarlıq etməklə yalançı müqavilə bağlamışdır. Bu cür bağlanan əqdlər etibarsızdır.

46. İş üzrə qəbul eilmiş məhkəmə qətnaməsi ilə tərəflərin izahatları zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir, ki, mübahisəli mənzil ilə bağlımüqavilə ilkin olaraq "xxxx" MTK ilə X11 arasında bağlanılmış, mənzilin dəyəri "xxxx" MTK-yə sonuncu tərəfindən ödənilmişdir. Daha sonra, X11 həmin mənzili Cavabdeh1 satmış, 17 sentyabr 2013-cü il tarixdə Cavabdeh1 ilə Hidayət N” MTK-nin nümayəndəsi Venera Əhəd qızıRüstəmova arasında müqavilə bağlanmaqla həmin mənzilə pay hüququ əldə etmiş və kooperativin üzvülüyünə qəbul edilmişdir. İddiaçı tərəfindən mübahisəli mənzilə görə hər hansı bir məbləğdə pul vəsaiti "xxxx" MTK-nə ödənilməmişdir.

47. Kooperativin üzvülüyü nə qəbul edilməsi üçün əmlak pay haqqının ödənilməsi mütləqdir. Lakin iş materiallarında nə İddiaçı nə də koperativ tərəfindən bunu təsdiq edəcək heç bir sənəd təqdim olunmamışdır. Eyni zamanda da İddiaçı mübahisəli mənzilin dəyəri olaraq Cavabdeh1 170 000 manat məbləğində pul vəsaitini ödənildiyini iddia etsə də, İddiaçı bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. "xxxx" MTK ilə İddiaçı Mehdi oğlu arasında bağlanmış müqavilə paydan imtina barədə xx.xx.2022-ci il tarixli ərizənin notariat orqanında qeydə alındığı vaxtdan 2 gün əvvəl, xx.xx.2022-ci il tarixdə bağlanmışdır. "xxxx" MTK ilə İddiaçı Mehdi oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin olması barədə Cavabdeh1 məhkəmədən bildiriş gələndə məlum olmuşdur. Qeyd olunan müqavilə mülki qanunvericili yin tələblərinə zidd olmuşdur. Bununla da "xxxx" MTK payçı Cavabdeh1 ərizəsi olmadan sonuncunun sahibliyində olan mənzilə dair İddiaçıla yalan müqavilə bağlanmışdır. İddiaçı tərəfindən Cavabdeh1 mübahisəli mənzilin dəyəri olaraq 170000 manat məbləğində pul vəsaitini ödədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və "xxxx"MTK ilə İddiaçı arasında müqavilə mənzilin əsl sahibi Cavabdeh1 tərəfindən mənzildən İddiaçı xeyrinə imtina ediməsi ilə bağlı ərizə verilməmişdən 2 gün əvvəl bağlanıldığından, "xxxx" MTK-nın həmin mənzilə dair sərəncam vermək və mənzil ilə bağlımübahisələndirilən əqdi bağlamaq hüquqi olmamışdır.

48. İddiaçı tərəfindən Cavabdeh1 mübahisəli mənzilin dəyəri olaraq 170 000 manat məbləğində pul vəsaitini ödədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığınd an və "xxxx"MTK ilə İddiaçı arasında müqavilə mənzilin əsl sahibi Cavabdeh1 tərəfindən mənzildən İddiaçın xeyrinə imtina ediməsi ilə bağlı ərizə verilməmişdən 2 gün əvvəl bağlanıldığından, "xxxx" MTK-nın həmin mənzilə dair sərəncam vermək və mənzil ilə bağlı mübahisələndirilən əqdi bağlamaq hüquqi olmadığından iş üzrə izahatı alınmış X10 mənzilin satılmasına dair Hidayət N” MTK-də olmasını və mənzili satmaq istədiyini bildirməsini məhkəmə kollegiyası tərəfindən sübut kimi qiymətləndirilməməli idi.

49. Əgər ilkin iddia üzrə iddiaçı mübahisələndirilən mənzilə pay hüququnu əldə etdiyini iddia edirsə tərəfindən pulun ödənilməsini sübut etməlidir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S,Ə.Şirvani küşəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok. 14-cü mərtəbəsində yerləşən, 3 otaqlı 229 saylımənzilin "xxxx" MTK tərəfindən 170 000 manat müqabilində İddiaçı istifadəsinə verilməsi ilə bağlı sonuncu tərəfindən ümumiyyətlə nə payçı Cavabdeh1 nə də koperativə pulun ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. 50. 17 sentyabr 2013-cü il tarixdə "xxxx" MTK-nin nümayəndəsi X6 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu,S,Ə.Şirvani küşəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok. 14-cü mərtəbə, 3 otaqlı ümumi sahəsi 135kv.m olan 229 nömrəli mənzili Cavabdeh1 adına pay hüququnun əldə edilməsi barədə müqavilə bağlanmışdır. Daha sonra 2022-ci ilin avqust ayında Cavabdeh1 müqavilə əsasında adına olan həmin mənzili satmaq qərarına gəlmişdir. O, İddiaçı ilə görüşərək müqavilə əsasında adına olan həmin mənzili 170000 manata satmaq üç ün razılğa gəlmişlər. Həmin razılaşmanın rəsmiləşdirilməsi məqsədi ilə Cavabdeh1 ilə X5Bakı şəhəri, Xətai rayonu, S,Ə.Şirvani küçəsi, 2319-cu məhəllədə yüksək mərtəbəli yaşayış evinin 3 blok, 14-cü mərtəbəsində yerləşən 3 otaqlımənzildən və paydan imtina barədə ərizəni imzalamışdırlar. 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində "xxxx"MTKnın məsləhəti ilə paylarından imtina barədə ərizəni qeydiyyatdan keçirmişlər. Cavabdeh1 mənzili alan şəxs İddiaçıla eyni rayonun sakinləri olduqlarından ona inanmışlar. Lakin sonradan İddiaçı onlara pul vermək niyyətində olmadığını, onları aldatdığını bildikdə alqı- satqı fikrindən imtina etmişlər. Bu səbəbdən də ərizədən istifadə edilməməsi üçün xx.xx.2023-ci il tarixdə 14 saylı notariat ofisinə gedərək paydan imtina barədə ver dikləri ərizəni ləğv etdirmişlər. İş üzrə qəbul eilmiş məhkəmə qətnaməsi ilə tərəflərin izahatları zamanımübahisəsiz qaydada müəyyən edilmişdir, ki, mübahisəli mənzil ilə bağlımüqavilə ilkin olaraq "xxxx" MTK ilə X11 arasında bağlanılmış, mənzilin dəyəri "xxxx" MTK-yə sonuncu tərəfindən ödənilmişdir. Daha sonra, mənzil X11 tərəfindən Cavabdeh1 satılmış, sonuncu ilə "xxxx" MTK-nin nümayəndəsi arasında mübahisəli mənzil ilə bağlı müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən mübahisəli mənzilə görə hər hansı bir məbləğdə pul vəsaiti "xxxx" MTK-nə ödənilməmişdir. Eyni zamanda da İddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri olaraq Cavabdeh1 170 000 manat məbləğində pul vəsaitinin ödənildiyi iddia edilsə də, İddiaçı bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

51. Kassator kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin109-3, 109-4, 337.1, 340.2, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

54. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

55. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

56. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmi ş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

57. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

58. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

59. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

60. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

61. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiy yətsiz əqdlər ola bilər.

62. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

63. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

64. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

65. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geri yə təsir qüvvəsinə malikdir.

66. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

67. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

68. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

69. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

70. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

71. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

72. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin on u aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

73. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

74. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 75. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

76. Maddə 407.1. Müqavilə ofe rta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

77. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 78. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

79. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

80. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

81. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan m ühakimə əsasında müəyyənləşdirilməlidir.. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

82. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

83. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

84. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkü n olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

85. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

86. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

87. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

88. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

89. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

90. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

91. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

92. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

93. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

94. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

95. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

97. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

98. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2023-cü il tarixli 2(103)-3656/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar