Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4609/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri barədə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun vəkili Quliyev Turhan Ceyhun oğlunun iştirakları ilə, İddiaçı "xxxx" MMC-nə qarşı “hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə bağlanmış alqı-sat qı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3223/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzil öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmişdi. Öhdəlik vaxtında icra edilmədiyi üçün məhkəmənin müvafiq qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş həmin mənzilə yönəldilməsi qət edilmişdir. Həmin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli 2(004)6702/2017 saylı icra sənədinin icrası ilə əlaqədar Nəsimi Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən mübahisəli mənzilə dair hərracın keçirilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. İddiaçı hərracın qanua müvafiq şəkildə keçirilməsiyini əsas gətirərək, hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" MMC-nə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15 saylı evin 33 nömrəli mənzilinə dair MMC tərəfindən keçirilmiş 80/01 saylı 12.12.2019-cu il tarixli hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmla kın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6702/2017 saylı, 14.09.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 09.09.2014-cü il tarixli,02/0035/OBK saylı kredit razılaşması üzrə 9 527.4 manat məbləğində kredit borcu, 4297.89 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 13 825.29 manat məbəğində kredit borcunun, 31 manat məbləğində dövlət rüsumunun və 31 manat ipoteka bildirişinin DƏDRX-də qeydiyyatı ilə bağlı xidmət haqqının, ümumilikdə cəmi 13 886 (on üç min səkkiz yüz səksən altı) manat 29 (iyirmi doqquz) qəpik pul vəsaitinin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətini n xeyrinə ödənilməsi və qeyd edilən börc tələbinin ipoteka predmeti olan İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzilinə yönəldilmişdir. İpoteka predmeti olan İddiaçı məxsu olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzilinə 34 000 (otuz dörd min) manat ilkin satış qiyməti qoyulmuşdur. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borcluların qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrasının təmin edilməsindən ötürü Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Azər Heydərov tərəfindən 19.09.2019-cu il tarixində 16360-44258/2019-2-1 saylı məktubla İpoteka predimeti olan Bakı şəhəri, Nəsimi rayonu, Asif M əhərrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzili Açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kredit borcunun qaytarılması üçün "xxxx" MMC-yə sifariş vermişdir.Yaranmış işsizilik, maddi sıxıntılar və borclunun ani səhəti ilə əlaqədar olaraq yaranmış vəziyyət səbəbi ilə qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosessləri zamanı çətinliklər yaranmış və bu haqda "xxxx" ASC-yə təsdiqedici sənədlərlə birlikdə dərhal məlumat verilsə də, hec bir ortaq razılığa gəliniməsinə dair cəhdlər Bank tərəfindən qarşılanmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Azər Heydərov tərəfindən 19.09.2019-cu il tarixində 16360-44258/2019-2-1 saylı məktubla İpoteka predimeti olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhə rrəmov küçəsi, 15 saylı evin 33 nömrəli mənzili açıq hərrac vasitsəi ilə realizə edilərək tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kredit borcunun qaytarılması üçün "xxxx" MMC-yə sifariş vermişdir Verilmiş sifariş əsasında ixtisaslaşdırılmış hərrac təşkilatı olan "xxxx" MMC, sifarişi “İpoteka haqqında” Azərbaycan Respubliksının qanunun və digər qanunvercilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bunlarla yanşı ipotekaqoyan olaraq konstitusion hüquqlarından məhrum edilmişdir. Belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi hərraca sifariş göndərərkən məktubunda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli 2(004)-6702/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədini deyil, ona məlum olmayan, tam başqa icra sənədi olan Bakı şəhəri Yasamal rayon Məhkəməs inin 2(004)-6702/2017 saylı, 12.03.2019-cu il tarixli icra qeydi üzrə hərracın keçirilməli olmasını əsas gətirmişdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsiinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir. Hərrac sifarişinin alındığı gündən isə 30 təqvim günündən gec olmayaraq keçirilir. İlk hərrac 28.10.2019-cu ildə olmuş, amma elanı 27.09.2019-cu il tarixində verilmiş və göndərilmişdir, yəni, 31 gün qalmış verilmiş və göndərilmişdir ki, qeyd edilən Qanunun 42-ci maddəsinin tələbi kobud pozulmuşdur. Hərrac sifarişi Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən 19.09.2019-cu il tarixli 16360- 44258/2019-2-1 saylı məktubla göndərilmiş, "xxxx" MMC tərəfindən 25.09.2019-cu il tarixində 846-nömrə ilə qəbul edilmiş və ilk hərra c isə 28.10..2019-cu il tarixində olmuşdur, yəni, 33 gün sonra təyin edilmişdir ki, qeyd edilən Qanunun 42-ci maddəsinin tələbi kobud pozulmuşdur. “İpoteka haqqında” AR-nin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 (üç) təqvim günü gec olmayaraq dərc etdirilir. Buna baxmayaraq hec bir hərracın baş tutmaması barədə elan belə verilməmişdir ki, qeyd edilən Qanunun 43.2-ci maddəsinin tələbi kobud pozulmuşdur. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinc i hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. İkinci hərrac 12.11.2019-cu ildə, yəni 14 gün sonra keçirilmişdir. Həmçinin 80/01 saylı, 12.12.2019-saylı yekun protokolu və 12.12.2019-cu il tarxil alqısatqı müqviləsində də sifariş üçün əsas olmuş icra sənədi bu işlə əlaqəsi olmayan, məlum olmayan icra sənədi əsas göstərilib. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən 27.09.2019-cu il tarixli a/3323 saylı məktubla birinci hərracı 28.0.2019-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin bildirişlərdə tələbin.... 12.03.2019-cu il tarixli icra qeydi üzrə Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı evin 33 nöm rəli mənzilə yönəldiyi və hərracda satılmalı olduğu qeyd edilmişdir. 01.11.2019-cu il tarixli a/213 saylı məktubla ikinci hərrac 12.11.2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirilməmişdir. Qeyd edilir ki, ona və ünvanına hec bir hərrac keçirilməsi ilə bağlı bildirişlər daxil olmamışdır. Nəsimi rayonu üzrə İcra və probasiya şöbəsindən edilmiş müraciətlə ondan xəbərsiz ona məxsus əmlakın artıq satıldığını bilmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim. K.Əmirxanova) iddia tələbl əri təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 18 mart 2021-ci il tarixli, 2(103)-3223/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2995/2020 saylı iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış; İddia tələbi təmin edilmiş;. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15 sa ylı evin 33 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 12 dekabr 2019-cu il tarixli 80/01 saylı Protokol və eyni tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur.
8. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 319.5, 415.2, 416; “İpoteka haqqında” Qanunun 42.1, 43.1, 43.3, 43.4, 43.5, 43.6, 43.7-ci maddələrinə istinad etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" ASC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, 14.09.2017-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı hərracın keçirilməsindən məlumatı olmuş, hərrac tərəfindən göndərilən bildirişləri sırf həmin borcluların qeydiyyatda olan ünvanlarına göndərilmişdir. İcra şöbəsinə, "xxxx" ASC-yə bildirişlər göndərilmiş, ‘Market” qəzetində elanlar yerləşdirilmişdir. İddiaçı hərrac hərəkətləri barəsində məlumatlı olub. Bütün bunlar bir daha sübut edir ki, iddiaçı ipoteka predmeti olan mənzilin açıq hərracda satışa çıxarılmasından xə bərdar olmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun vəkili Quliyev Turhan Ceyhun oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Aşirov Kənan Şərif oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasın a gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
17. Maddə. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birin ci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
18. Maddə.
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərr acın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanununu:
19. Maddə. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir
20. Maddə. 43.1.hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və öz ünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə Kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşdır.
28. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılmamış, ilkin hərracın baş tutmaması barədə müəyyən olunmuş müddətdə elan dərc olunmamış, həmçinin “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiymətinə alması üçün müqavilənin bağlanması ilə əlaqədar heç bir tədbir görülməmiş, hərraclar barədə bildirişlərin göndər ilməsi və elanların dərc olunması qaydalarına da əməl edilməyərək əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətə tələbkar banka verilmişdir. 29. “İpoteka haqqında” Qanun, təkrar hərracın keçirilməsini “ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiyməti ilə alması üçün müqavilənin baş tutmaması ” faktından asılı etmişdir. İşdə bu qaydalara riayət edilməsi öz təsdiqini tapmır.
30. Apellyasiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçıya yazılı bildirişlər göndərilməmiş, hərrac ondan xəbərsiz və qanun pozuntuları ilə keçirilmişdir. Buda şəxsin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
31. Mülki Məcəllənin əsas vəzifələrindən biri m ülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsindən ibarətdir. Tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Ona görə işə baxan apellyasiya məhkəməsi mülkiyyətçinin əmlak hüquqlarının müdafiəsinə dair maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin etməkdə də haqlı olmuşdur.
32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3223/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.