Məhkəmə qərarları › İş №2(102)-4610/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4610/2020

05.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4610/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2, İddiaçı1 Cavabdeh1, X4 və Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4610/20 (Açar sözlər: Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı2 və vəkili İsgəndərli Könül Teyyub qızının, Cavabdeh2 və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X4 və Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı “şəhadətnamənin və çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10515/2019 nömrəli qətnaməsindən İddiaçı2 və vəkili Vəkil kassasiya şikayətinə açıq məhkəmə iclasında baxraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıların xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.

2. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, keçid 1, ev Rzayev Elçin Sərhəng oğlundan miras qalıb.

3. Həmin miras əmlak atalarının adına qeydiyyata alınsa da, valideynlərinin birgə nikah müddətində əldə edilib. X1 xx.xx.2018-ci il tarixdə vəfat edib.

4. Bundan sonra təsadüfən biliblər ki, at alarından qalmış miras əmlak atalarının digər qadınla qeyri-rəsmi nikahından doğulmuş bacı və qardaşları tərəfindən 2016-cı ildə qəbul edilib.

5. Qardaş və bacıları atalarından miras qalmış əmlakın qəbul edilməsi üçün ərizə verərkən orada digər vərəsələr kimiiddiaçılar barəsində məlumat qeyd etməli və onların çağırılmaları üçün tədbirlər görülməli idi. Notarius isə miras əmlakın nikah dövründə əldə edilmiş ərlə arvadın ümumi əmlakı olub-olmadığını müəyyən etməli idi.

6. Onlar həmin əmlakdan yalnız analarına çatası əmlakın qanun üzrə vərəsəlik qaydasında aralarında bölünməsini, atalarından onlara çatası paydan isə imtina edərək bacı və qardaşlarına keçməsini istəyirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehl ər Cavabdeh1, X4 və Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-37 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx xxxxxx 2012-ci il tarixdə vəfat etmiş xxx miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehlərin və onların hər birinin payının ¼ hissədə olmaqla qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılıb ki, valideynləri X və X5 1987-ci ildə nikah giriblər. ünvan 1 atanın adına qeydə alınıb. 9. xx xxxxxx 2012-ci ildə, ana X5 xx xxx 2018-ci ildə vəfat edib.

10. Cavabdehlər atalarının başqa qadınla qeyri-rəsmi nikahından olan övladlarıdır.

11. Analarının vəfatından sonra təsadüfən bilmişlər ki, atalarından qalmış miras əmlak atalarının digər qadınla qeyri-rəsmi nikahından doğulmuş bacı və qardaşları tərəfindən 2016-cı ildə qəbul edilib. Bundan 2018-ci ilin sentyabrın 18-də xəbər tutublar.

12. Miras əmlak olan ev valideynlərinin ümumi əmlakı olmuşdur. Buna görə də cavabdehlər iddiaçıların anasına çatası əmlaka vərəsəlik əldə edəb bilməzdilər.

13. İddiaçılar Ailə Məcəlləsinin 32.1, Mülki Məcəllənin 225.1, 1159.2, 1162, 1246 və 1248-ci maddələrinə istinad etmişlər.

14. Cavabdehlərin vəkili və nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

15. Ərizədə ona istinad edilib ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələblərinə 3 illik iddia müddəti tətbiq edilir. Rzayev Elçin Sərhəng oğlu xx xxxxxx 2012-ci ildə vəfat etdiyindən Ailə Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq onun X5 ilə nikahı ləğv edilib. X5 əmlakın bölünməsi tələbi ilə 3 illik iddia müddətindən istifadə etməmiş və öldüyü günə qədər iddia müddətini bərpa edərək məhkəmədə iddia qaldırmamışdır.

16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1707/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.(hakim Zaur Hacıyev)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, X10 sağlığında və onun ölümündən sonrakı 6 ilə yaxın müddət ərzində XXX və onun ölümündən sonra mübah isəli evi miras əmlak kimi əvvəl faktiki, sonra isə rəsmi qaydada qəbul etmiş cavabdehlərə qarşı heç bir tələb və ya məhkəmədə iddia irəli sürməmişdir. Cavabdeh tərəf mübahisəyə Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Həmin maddəyə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

18. Birinci instansiya məhkəməsini mövqeyinə görə xx.xx.2012-ci ildə Elçin Rzayevin ölümü ilə onunla XXX arasındakı nikah qanunun birbaşa göstərişinə görə xitam olunmuşdur. Sonuncu bununla hüququnun pozulduğunu bilmiş, lakin qanunun ona verdiyi müddət çərçivəsində ümumi əmlakdan payının ayrılması barədə heç bir tələb irəli sürməmişdir. Beləliklə, baxılan iş üzrə ailə q anunvericiliyində müəyyən edilmiş 3 illik müddət vərəsələrin miras tələbinə deyil, XXX birgə nikah dövründə əldə edilmiş əmlakda payın ayrılması tələbinə şamil edilir. Eyni zamanda sonuncu müəyyən edilmiş müddət ərzində əmlakdan payının ayrılmasını tələb etmədiyi üçün onun vərəsələrinin də həmin əmlakda analarının hissəsinə miras payı tələb etməklə bağlı subyektiv hüquqları yoxdur.

19. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 14.1, 36.9, Mülki Məcəllənin 1133, 1145, 1146, 1159, 1164, 1243.1, 1243.2, 1274-cü maddələri, “R. Salamovun şikayəti üzrə” və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq xx xxxxx 2007-ci il və xx xxx 2019-cu il tarixli qərarları ilə əsaslandırmışd ır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçılar qətnamədən apelyasiya şikayəti verib.

21. Apelyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəlləsinin 1164-cü və Ailə Məcəlləsinin 36.9-cu maddələrini düzgün tətbiq etməmişdir. Çünki Ailə Məcəlləsinin 36.9cu maddəsində nəzərdə tutulan iddia müddəti sağ olan ər-arvad arasında olan əmlak tələblərinə aiddir.

22. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10515/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1707/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Abiddin Hüseynov(sədrlik edən və məruzəçi) İkram Şirinov, Elşən Kazımov)

23. Apelyasiya məhkəməsinin mövqeyinə görəbirinci instansiya məhkəməsi hazırkı mübahisəyə Ailə Məcəlləsinin 36.9-cu maddəsini tətbiq etməklə və iddianı həmin əsasla rədd etməklə qanuni nəticəyə gəlmişdir. Həmçinin iddiaçılar mirasın qəbulu ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddətləri də ötürmüşlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı İddiaçı2 qətnamədən kassasiya şikayəti verib.

25. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, məhkəmələr iddia müddəti ilə əlaqədar hüquqlarının itirildiyini əsas gətirərək iddiaçıların tələbini rədd etsə də, iddia müddətinin axımının başlandığı anı dəqiqləşdirməmişlər. Bundan başqa, məhkəmələr iddiaçılara münasibətdə deyil, iddiaçıların anasına münasibətdə subyektiv hüququn olub-olmamasını araşdırıblar. İddiaçıların atası X ölənə qədər iddiaçıların anası X5 ilə nikahda olub. Buna görə də Ailə Məcəlləsinin 36.9-cu maddəsi düzgün tətbiq edilməyib. İddiaçılar cavabdehlərin mirası əldə etmələrindən babalarının yas mərasimində xəbər tutmuşlar. Həmçinin iddiaçıların anası da öz sağlığında ½ hissədə pay hüququna dair hər hansı pozuntunun olduğunu bilməmiş və bu baxımdan hüquqlarının bərpa edilməsini tələb etməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında İddiaçı2 və X kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

28. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Hüseynov Kamandar Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mülki Məcəllə Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o ha lda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 127

4. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Hüququn tətbiqi ilə bağlı ali məhkəmə orqanlarının istinad edilən qərarları “R. Salamovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2007-ci il tarixli qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Hazırkı kassasiya şikayətində tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsasında məhkəmələr tərəfindən Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tətbiq i hazırki işin müəyyən edilmiş hallarına uyğun deyildir.

32. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

33. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan iddia müddəti nikahı pozulmuş ər-arvadın əmlak tələblərinə aiddir. Hazırki işdə isə müəyyən edilmişdir ki, iddiaçıların valideynləri arasında nikah pozulmamış, iddiaçıların atasının ölümü ilə nikaha xitam verilmişdir.

34. Ailə Məcəlləsinin 36.9-cu maddəsinin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulan iddia müddəti üçüncü şəxslərlə olan iddialara tətbiq edilə bilməz. Bu normadakı müddət yalnız ər-arvadın biri-birinə qarşı iddialarına tətbiq edilə bilər. Üçüncü şəxslərə münasibətdə bütün digər hallarda isə ər və ya arvad mülkiyyət hüququnun daşıyıcısı kimi çıxış edir və bu halda iddia müddətinin tətbiqi istisna olunur. (Mülki Məcəllənin 384.0.4)

35. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsini əsaslandırmaq üçün istinad etdiyi “R. Salamovun şikayəti üzrə” və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq xx xxxxx 2007-ci il və xx xxx 2019-cu il tarixli Qərarları vəfat etmiş ər-arvadın əmlak münasibətlərinə aid iddia müddəti ilə deyil, sağ olan ər-arvadın nikahın pozulması və ya nikaha faktiki üç il əvvəl xitam verildiyi hallardakı əmlak münasibələri ilə bağlıdır.

36. Miras əmlak olan evin iddiaçıların valideyn lərinin birgə nikah vaxtı alınması, bu səbəbdən həmin əmlakın ½ hissəsinə iddiaçıların anasının mülkiyyət hüququnun olması işin mübahisə edilməyən halı kimi müəyyən edilib. İddiaçıların atası xx xxxxxx 2012-ci ildə vəfat etmiş və onun həmin əmlakda ½ payına vərəsəlik açılmışdır. İddiaçıların anasına aid ½ hissəyə isə miras açılmamışdır. İddiaçıların anası həmin hissədə mülkiyyətçi olaraq qalmışdır.

37. Belə olan halda iddiaçıların anası xx xxx 2018-ci ildə vəfat etsə də, artıq 2016-cı il tarixdə onun mülkiyyətində olan əmlakın ½ hissəsi də vərəsəlik qaydasında cavabdehlərin adına keçmişdir. Halbuki Mülki Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

38. Göründüyü kimi birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmayıb, apelyasiya məhkəməsi də həmin pozuntuları aradan qaldırmayıb.

39. Bu baxımdan, hazırki mübahisəyə Ailə Məcəlləsinin 36.9 və Mülki Məcəllənin 1162-ci maddələri düzgün tətbiq edilmədiyindən, iddiaçıların anasının müəyyən edilmiş müddət ərzində əmlakdan payının ayrılmasını tələb etmədiyi üçün onun vərəsələrinin də həmin əmlakda analarının hissəsinə miras payı tələb etməklə bağlı subyektiv hüquqlarını olmaması və iddiaçıların analarından qalan mirasın qəbulu ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddətləri ötürmələri barədə gəlinən nəticə də düzgün olmamışdır.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qət naməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yeni baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı 2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)10515/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar