Məhkəmə qərarları › İş №2(102)-4615/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4615/2022

20.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4615/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4615/22 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, iddia müddəti ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Mə sələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)30/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 dekabr 1996-cı il tarixli, 3M107 №li bağışlama müqaviləsi ilə Şərur şəhəri Ş.İsmayıl 37/48-də yaşayan İddiaçı (bundan sonra-iddiaçı) Şərur şəhəri Şah İsmayıl 37/48-də yerləşən iki otaqlı yaşayış mənzilini bacısı X3 bağışlamış, X4 xx.xx.2019-cu il tarixdə beyinə qansızmadan vəfat etmişdir.

2. Naxçıvan TİB-nin may 1992-ci il tarixli, 98 inventa r nömrəli Şərur şəhəri Sovet küçəsi 37/48 (indiki Şərur şəhəri, Heydər Əliyev prospektində 37 saylı evin 48 saylı mənzil) nömrəli mənzil X1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru (hal-hazırda Şərur rayon 2 saylı notariat ofisi) tərəfindən rəsmiləşdirilmiş Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti), 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilədə (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir) o lan imza hədiyyə alan qismində qeyd olunmuş X3 məxsus olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın ləğv edilməsi və buna dair müvafiq qeydlərin aparılmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində 20 dekabr 1996cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru tərəfindən ona mülkiyyət hüququ əsasında məxsus Şərur şəhəri, Heydər Əliyev prospekti (o vaxt Şah İsmayı l küçəsi, bundan əvvəl isə Sovet küçəsi) 37 saylı evin 48 saylı mənzilinin (bundan sonra mətndə-Mənzil) bağışlaması haqqında müqavilə (bundan sonra- Müqavilə) rəsmiləşdirildiyini (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir), müqavilədə hədiyyə alan qismində onun bacısı X1 qeyd olunduğunu, həmin gün (20 dekabr 1996-cı il) o və bacısının bir yerdə Şərur rayon Dövlət notariat kontorunda olmadığını, əvvəl onun tərəfindən müqavilənin rəsmiləşdirilməsi ilə bağlı hazırlıq işlərinin həyata keçirildiyini (sənədləri təqdim etməsi) sonra onun notariat kontorundan çıxıb getdiyini, bacısının isə notariat kontoruna gəlməli və müqavilə imzalamalı olduğunu, o notariat kontoruna qayıtdıqda artıq müqavilədə “Vəliyeva” sözünün qarşısında imzanın olduğunu, bundan sonra onun müqaviləni imzalamış olduğunu, yalnı z 2019-cu ildə bacıları X2 mənzillə bağlı iddia verməsindən sonra müqavilədə olan imzanın bacısı X3 məxsus olmadığının ona məlum olduğunu, müqavilənin bacısı İddiaçıa tərəfindən imzalanmadığından Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmadığını, bacısı X1 5 iyul 2019-cu ildə vəfat etdiyini, onun qanun üzrə yeganə vərəsəsinin əri Cavabdeh1 olduğunu, hazırki iddia ərizəsinə əlavə edilən X1 əmək kitabçasının surətindən müqavilədə olan imzanın həmin sənədin 1-ci səhifəsində olan İddiaçıanın imzasından tam fərqləndiyini qeyd etmişdir.

5. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-380/21 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

6. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 0 9 iyul 2021-ci il tarixli, 152 nömrəli ekspert rəyinə əsasən ekspertizaya göndərilmiş 2(110)-380/2021 №l mülki işin 03-cü vərəqəsində olan 20 dekabr 1996-cı il tarixli 3M107№li müqavilənin kserosurətinin aşağısında “imzalar” qrafasında 2-ci sırada “Vəliyeva“ soyadı qarşısında əks olunmuş imzanın X4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmaması haqqında tədqiqi hissədə göstərilən səbəblərə görə rəy vermək mümkün olmamışdır.

7. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-380/21 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

8. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 245 nömrəli ekspert rəyi ilə ekspertizaya göndərilmiş 20 dekabr 1996-cı il tarixl i, 3M107 №li müqavilənin aşağısında “imzalar” qrafasında 2-ci sırada “Vəliyeva“ soyadı qarşısındakı imza X4 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir.

9. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahatında 2006-cı ildə X4 ilə ailə qurduqlarını, ailə qurduqları gündən Rəşidəyə məxsus olan Şərur şəhəri, Heydər Əliyev prospektində 37 saylı evin 48 saylı mənzilində yaşamağa başladıqlarını, Rəşidənin 2019cu ilin iyul ayının 5-də rəhmətə getdiyini, hazırda özünün həmin mənzildə yaşamağa davam etdiyini, həmin mənzili Rəşidin 1996-cı ildə Rəşidəyə bağışladığını, həmin ildə də Rəşidənin adına qeydiyyata alındığını, indi iyirmi beş il keçəndən sonra müqavilənin etibarsızlığını istədiyini, iddia müddətini buraxdığını, ona görə də iddia müddətini tətbiq edərək məhkəmədə n iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. 10.Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 onunla eni məzmunlu izahat verərək məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(110)-380/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Qarayev ) iddianın rədd edilməsi qət olunmuşdur. 12.Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının bağışlama müqaviləsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüququ olsa da, 20 dekabr 1996-cı il tarixli, 3M107 nömrəli bağışlama müqaviləsindən irəl i gələn tələblər üzrə iddia müddətini ötürülmüşdür. Belə ki, Azərbaycan SSR-in 1964-cü ildə qəbul olunmuş və 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən ümumi iddia müddəti üç il təşkil etdiyindən iddia müddətinin axımı xx.xx.1996-ci il tarixdən başlamış və xx.xx.1999-cu il tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı xx.xx.2021-ci il tarixdə, yəni iddia müddəti başa çatdıqdan təqribən 22 ilə yaxın bir müddətdən sonra qaldırmışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan SSR Mülki Məcəllənin 73, 77, 82, 230, 245, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 14.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-30/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Abbasov (sədrlik edən və məruzəçi), Ə.Allahverdiyev və V.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olduğu tələbinə əsaslanaraq mübahisənin həlli ilə bağlı bağışlama müqaviləsinin bağlandığı tarixdə qüvvədə olmuş Azərbaycan SSR-in 1964-cü ildə qəbul olunmuş Mülki Məcəlləsinin 73, 230, 245-ci maddələrinə istinad edərək 15 sentyabr 2021-ci il tarixli, 245 nömrəli ekspert rəyi ilə ekspertizaya göndərilmiş 20 dekabr 1996-cı il tarixli, 3M107 № li müqavilənin aşağısında “imzalar” qrafasında 2-ci sırada “Vəliyeva“ soyadı qarşısındakı imza X4 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasının müəyyən olunmasına baxmayaraq iddiaçının iddia müddətini buraxdığından hazırki vəziyyətdə məhkəmənin iddia tələbinin əsaslı olubolmamasına münasibət bildirməsini mümkün hesab etməmişdir. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları məhk əmədə sübut etməyə borcludur. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 19.İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 20.Kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus Şərur şəhəri, Heydər Əliyev prospekti (o vaxt Şah İsmayıl küçəsi, bundan əvvəl isə Sovet küçəsi) 37 saylı evin 48 saylı mənzilinin (bundan sonra mətndə – Mənzil) bağışlaması haqqında müqavilə (bundan sonra – Müqavilə) (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir) X4 tərəfindən imzalanmamışdır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Yalnız 2019-cu ildə, İddiaçı və Rəşidə Vəliyevanın bacısı X5 tərəfindən Mənzillə bağlı iddia verildikdən sonra İddiaçı məlum olmuşdur ki, Müqavilədə olan imza onun bacısı Vəliyeva Rəşidəyə məxsus deyildir. Həmin mülki işə qədər İddiaçı bunu bilməmişdir. İddia müddəti İddiaçı tərəfindən ötürülməm işdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 22.01.09.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi 23.Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 24.Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 25.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi idd ia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 26.Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-in 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-in 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən h üququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 28.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir. 31.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 32.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 33.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 34.Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instan siyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 35.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 36.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərəkişə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 37.Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.Məhkəmə k ollegiyası qeyd edir ki, iddiaçının bağışlama müqaviləsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüququ olsa da, 20 dekabr 1996-cı il tarixli, 3M107 nömrəli bağışlama müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddətini ötürülmüşdür. 40.Belə ki, Azərbaycan SSR-in 1964-cü ildə qəbul olunmuş və 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən ümumi iddia müddəti üç il təşkil etdiyindən iddia müddətinin axımı xx.xx.1996-ci il tarixdən başlamış və xx.xx.1999-cu il tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı xx.xx.2021-ci il tarixdə, yəni iddia müddəti başa çatdıqdan təqribən 22 ilə yaxın bir müddətdən sonra qaldırmışdır. 41.Kollegiya qeyd edir ki, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Mu xtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə vəsatətindən asılı olmayaraq, məhkəmələr tərəfindən haqlı olaraq i iddia rədd edilmişdir 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-in 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-in 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəl ki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 43.Kollegiya, qeyd olunan əsasların iddianın rədd olunması üçün kifayət etdiyini nəzərə alaraq, prosessual qənaət prinsipinə əsasən kassasiya şikayətinin digər dəlillərinə münasibətdə hüquqi dəryərləndirmə aparmağa zərurət görmür. 44.Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişiklik edilmədən saxlanılmalıdır. 45.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-30/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar