Məhkəmə qərarları › İş №2(102)-4617/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4617/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4617/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçının vəkili X2 və cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.02.2019-cu il tarixli 2(103)-2628/2019 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiy a şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-ti Cavabdeh qarşı “Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı” MMC ilə bağlanmış 27 fevral 2014-cü il tarixli 111 saylı “X8”nin ləğv edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 27 fevral 2014-cü il tarixli 111 saylı “X8”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 sentyabr 2017ci il tarixə 6162 manat əsas, 2103.83 manat mükafat və həmin günə hesablanmış 7793.83 manat dəbbə pulu, 6581 manat dəymiş ziyan cəmi 22640.7 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim Ramil Hə sənov) 2(010)5713/2018 saylı 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 6162 (altı min bir yüz altmış iki) manat əsas, 2103.83 (iki min bir yüz üç manat səksən üç qəpik) manat mükafat və 200 (iki yüz) manat dəbbə pulu olmaqla cəmi 8465,83 (səkkiz min dörd yüz altmış beş manat səksən üç qəpik) manat məbləğində lizinqə görə yaranmış borc pulun, həmçinin 6581 (altı min beş yüz səksən bir) manat iddiaçıya vurulmuş maddi ziyana görə pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X5) 14.02.2019-ci il tarixli 2(103)-2628/2019 say lı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5713/18 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2019-ci il tarixli 2(103)-2628/2019 saylı qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi avtomobilin kimin tərəfindən yararsız hala salınması faktını araşdırmamış, hüquqi qiymət verməmi ş, eyni zamanda, cavabdehin dələduzluqla aldadılmasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına düzgün qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Y.Allahverdiyev kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətlənd irilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Belə ki, məhkəmələr tərəfindən işin araşdırılmış hallarından görünür ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 27 fevral 2 014-cü il tarixli 111 saylı “X8”nə əsasən X1 ilə 2013-cü il buraxılışlı, “Runna” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE1ET036797 ban, 68012 mühərrik nömrəli, qara rəngli avtomobil 9600 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "X8nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X6 illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 276.81 manat, ümumilikdə isə 13286.81 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13286.81 manatın 9600 manatı əsas məbləğ təşkil edir. Daha sonra 12 sentyabr 2014-cü il tarixdə X6, X4 və “İddiaçı" MMC arasında 111 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamışdır və 27 fevral 2014-cü il tarixli 111 saylı “X8” üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Bundan sonra isə 21 yanvar 2015-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında 111 (2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamışdır və 27 fevral 2014-cü il tarixli AL192 saylı “X8” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 02 mart 2015-ci il tarixdə 280 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Runna” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 sentyabr 2017-ci il tarixdə istifadəyə yararsız vəziyyətə şirkətin Bakı şəhərində yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6581 manat ziyan dəymişdir. Lizin q alan Cavabdeh 27 fevral 2014-cü il tarixli 111 saylı "Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 sentyabr 2017-ci il tarixə 6162 manat əsas, 2103.83 manat mükafat və həmin günə hesablanmış 7793.83 manat dəbbə pulu, cəmi 16059.7 manat borcu vardır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh lizinq müqaviləsinin şərtlərini pozduğundan və lizinqə verilmiş əmlakdan istifadə haqlarını vaxtı-vaxtında ödəmədiyindən, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Həmçinin lizinq obyekti artıq iddiaçı təşkilata qaytarılmışdır, lakin həmin əmlak yararsız vəziyyətdə iddiaçı təşkilata qaytarıldığından iddiaçı cavabdehdən həmçinin vuru lmuş maddi ziyana görə də 6581 manat məbləğində pul tələb etməkdə də haqlı olmuşdur. Belə ki, cavabdeh lizinqə verilmiş obyektin salamat saxlanılmasına və mühafizəsinə görə bir başa məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mübahisə ilə bağlı düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq pozuntularına yol verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddəsinə əsasən lizin q alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır - 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlər inin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Göründüyü kimi, 21 yanvar 2015-ci il tarixli öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən cavabdeh Cavabdeh 27 fevral 2014-cü il tarixli AL- 192 saylı “X8” üzrə əvvəlki borclunun bütün öhdəliklərini öz üzərinə götürmüş, lakin lizinq müqaviləsi üzrə lizinq ödənişlərini ödəməmişdir. Lizinq obyekti 09.09.2017-ci il tarixdə yarasız vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Cavabdeh kassasiya şikayətində avtomobilin kimin tərəfindən yararsız hala salınması faktının araşdırılmadığını, buna hüquqi qiymət verilmədiyini, eyni zamanda, özünün dələduzluqla aldadıldığını qeyd etsə də, bu qeyd edilənlərlə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə öz mövqeyini bildirməmiş, avtomobilin onun tərəfindən deyil, başqa şəxs tərəfindən yararsız hala salınması, həmin avtomobilin başqa şəxsin istifadə olması, kim tərəfindən aldadılması barədə heç bir fikir söyləməmiş, sübutlar təqdim etməmişdir. Belə olan halda, cavabdehin kassasiya şikayətində bu halların araşdırılmamasına istinad etməsi əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumun un müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə q anun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.02.2019-cu il tarixli 2(103)2628/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar