Məhkəmə qərarları › İş №2(102)-4618/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4618/2022

30.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4618/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Meyralı oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli Çıxarışına əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli Çıxarışına əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,29 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarışına əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsinin surətinin qət hissəsinin 2-ci bəndinə əsasən İddiaçı Meyralı oğlunun adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı kod nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK 1959/2077 saylı 21 iyun 2007-ci il tarixli 1MK-1959/2007 saylı qətnaməsinə əsasən, Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2310,2005 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, Cavabdeh qanunsuz sahibliyindən 0.39 ha torpaq sahəsinin alınaraq ona geri qaytarılması və 0.39 ha torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə Seriya RX № ******* qeydiyyat nömrəli ********** çıxarış ilə onun mülkiyyətinə Xaçmaz rayon Köhnə Xaçmaz kəndi ərazisində, Qudyalçay çaynın yaxınlığından 0.39 hektar torpaq sahəsi verilmişdir. 0.39 hektar torpaq sahəsi onun mülkiyyətinə verilməsinə baxmayaraq Cavabdeh onun mülkiyyətini əsassız və qanunsuz olaraq bugünki günədək istifadə edir. Odur ki, cavabdehin əsassız olaraq onun 0,39 hektar torpaq sahəsində apardığı tikintilərlə əlaqədar olaraq Xaçmaz rayon PŞ-də ərizəsi ilə 2005-ci ildə müraciət etmiş, 2005-ci ildə ca vabdehin barəsində cinayət işi də açılmışdır və zəbt olunmuş 0,39 hektar torpağın boşaldılması cavabdehə tövsiyyə olunmuşdur, lakin cavabdeh 2005-ci ildən bugünki günədək onun torpağından qanunsuz olaraq istifadə edir. Odur ki, cavabdehin yanına dəfələrlə gedərək cavabdehə bildirmişdir ki, ona məxsus mülkiyyətini boşaltsın və orada qanunsuz tikilmiş tikintilərini söksün lakin cavabdeh ona müxtəlif vədlər verərək onun mülkiyyətindən bugünki günədək istifadə edir. Cavabdeh onun mülkiyyətində olan əmlakını könüllü olaraq ona qavtarmadığı üçün onu məhkəməyə, müraciət etməyə məcbur etmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim X2) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Xaçmaz Rayon Məhkəməsinin 2 (067)-184/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1517/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X3) Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

11. Məhkəmə Apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, apellyasiya şikayətini n mümkünlüyü məsələsini açıq məhkəmə iclasında müzakirə etməyi zəruri hesab etmişdir.

12. Məhkəmə kollegiyası iş materialları əsasında apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlmişdir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür.

13. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qay tarılır.

14. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə isə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Yenə həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiy a şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı hazırkı iş üzrə apellyasiya şikayəti verilməsi üçün 50 manat məbləğində rüsum ödəməli olduğu halda 15 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, bu da hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün etmişdir.

15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş ap ellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPMnin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.

16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 361.1, 363.1.1-1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1517/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı (vəkili Nümayəndə2) kassasiya şikayəti vermişdir.

18. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmaması barədə nəticəyə gələrək apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyrimümkün hesab edilməsi barədə qərardad qəbul etmişdir. Mübahisələndirilən qərardadda göstərilmişdir ki, "İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı hazırkı iş üzrə apellyasiya şikayəti verilməsi üçün 50 manat məbləğində rüsum ödəməli olduğu halda 15 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, bu da haz ırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir." Kassator bildirmişdir ki, Apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razı deyildir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə qeyd olunan iddia tələbi ilə 01 oktyabr 2021-ci il tarixindən əvvəl müraciət etmiş və iddia ərizəsinin verilməsinə görə həmin vaxt qüvvədə olan dövlət rüsumu dərəcələrinə uyğun olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Daha sonra iddiaçı hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərkən iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə qeyd oluna maddi hüquq normalarını n tələblərini kobud şəkildə pozaraq apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi barədə əsassız qərardad qəbul etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

20. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

21. Maddə 366.2. Əgər apellyasiyanın mümk ünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

25. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qəraradadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, kassatorun ödəniş qəbzində istinad olunmuş “142214” büdcə təsnifat kodu apellyasiya və kassasiya şikayətləri üçün müəyyən edilmiş vahid koddur. Bu baxımdan rüsumun məhz hansı məhkəməyə şikayət verilməsi üçün ödənildiyi ödənişin təyinatı hissəsində müvafiq məhkəmənin adının konkret göstərilməsi ilə mümkünd ür. Əks halda rüsumun məhz şikayətin verildiyi məhkəməyə ödənildiyini müəyyən etmək mümkün olmadığı üçün həmin qəbz müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə isə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizən in, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Yenə həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı hazırkı iş üzrə apellyasiya şikayəti verilməsi üçün 50 manat məbləğində rüsum ödəməli olduğu halda 15 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, bu da hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mü mkün etmişdir.

31. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ödənilən dövlət rüsumu hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar