Məhkəmə qərarları › İş №2(102)-462/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-462/2020

16.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-462/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1, onun və İddiaçı2 vəkili Vnun, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 və vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11292/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Ray on Məhkəməsinin (hakim E.Məmmədli) xx.xx.2019-cu il tarixli, 2(003)1256/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” ASC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka ipredmetinin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-11292/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1256/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı2 v ə İddiaçı1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” ASC-yə, Cavabdeh2 ASC-yə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində Bakı şəhəri 41 saylı Notariat Kontoru və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi) “xx.xx.2012-ci il tarixli, 02 saylı İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən (girovdan) azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə “xxxx” ASC arasında xx xxxx 2012-ci il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda bağlanmış və Notariat kontorunun xüsusi notariusu R tərəfindən təsdiq edil ərək 3M/03-527 nömrə ilə reyestrdə qeyd edilmiş 02 saylı İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə ipoteka yüklü edilərək girov qoyulmuş, İddiaçı1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti 9 A nömrəli binanın zirzəmisində yerləşən 160 kv.m. qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən (girovdan) azad edilməsi, Cavabdeh2 MMC-yə ödədikləri 109810,33 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq digər cavabdeh “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili V kassasiya şikayətini onunla əsasl andırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxslər və hazırki iş üzrə cavabdehlər olan Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı1 mülkiyyətində olan qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuş və nəticədə o, külli miqdarda dəyəri olan mülkünü itirmək təhlükəsində qalmışdır. İddiaçı qeyd edilən cavabdehlər tərəfindən aldadılmasa idi, sərbəst iradə ifadəsi ilə hərəkət etsə idi, heç bir zaman belə bir müqavilə bağlamazdı. İddiaçı1 ilə X.F.Sadıqov və F.F.Sadıqov arasında 100.000 manat pulun alınması ilə bağlı danışıqlar olmuş, o, qeyri-yaşayış sahəsini də məhz götürəcəyi pulun məbləği üçün ipoteka ilə yüklü etmiş, aldığı 100.000 manat pul əvəzində 109.000 manat pulu vaxtından əvvəl qaytarmışdır. İddiaçının cavabdeh “xxxx” ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış, xx.xx.2012-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən Bank “xxxx” MMC-ə dövriyyə vəsaiti olaraq 24 ay müddətinə nəqd və qeyri-nəqd şəklində istifadə olunmaqla 410.000.00 manat məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açılmasından xəbəri olmamışdır. O, 3-cü şəxslər tərəfindən aldadılmışdır. Bu aldadılma olmasaydı o, heç bir zaman belə bir müqavilə bağlamazdı. İpoteka müqaviləsi aldadılma nəticəsində bağlandığından İddiaçı1 hüquqlarının pozulmasını bildiyi gün, məhz onu aldadan təqsirləndirilən şəxslər barəsində məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gün, yəni Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, İddiaçı2 məhkəmə baxışı zamanı bilmişdir ki, onun adından kompyüterdə razılıq ərizəsi yığılmış və guya həmin ərizəyə o, imza edilmişdir. Həmin ərizənin surətinə baxan zaman imzanın ona məxsus olmamasını o, müəyyən etmişdir. Bu səbəbdən məhkəməyə yazılı vəsatət verərək onunla “xxxx” ASC arasında xx xxxx 2012-ci il tarixdə Bakı şəhəri 41 saylı Notariat kontorunda bağlanılmış və notariat kontorunun xüsusi notariusu R tərəfindən təsdiq edilərək 3MZ03-527 nömrə ilə reyestrdə qeyd edilmiş 02 saylı İpoteka müqaviləsinin notariat işində olan və onun adından kompyüterdə yığılmış “razılıq ərizəsinin” sonunda olan imza sözünün qarşısında olan imzanın kimin tərəfindən icra olunmasının müəyyən edilməsi üçün məhkəmə xəttşunaslıq ekspertizası təyin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmiş, məhkəmə onu iclasa belə dəvət etmədən vəsatətini tərəflərin iştirakı ilə müzakirə etmədən birtərəfli qaydada işə baxmış və yekun məhkəmə qətnaməsi çıxarmışdır. Apellyasiya kollegiyası iddiaçıların ekspertiza təyin edilməsinə dair dəlillərini ümumiyyətlə müzakirə belə etməmiş, bu dəlilin qəbul və ya rədd edilməsinin səbəbləri göstərilməmişdir. Həmçinin müddətin ötürülməsi dəlili ilə də razılaşma qolmaz, Ona görə ki, mülkiyyət hüquqlarının pozulması ilə bağlı mübahisə halında iddia müddəti tətbiq olunmur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (həmin şəxslər cəzaçəkmə müəssisəsində olduqlarından müvafiq müəssisələrə bildiriş göndərilmiş, adı çəkilən şəxslər məhkəmə iclasında iştirak etməklə bağlı iradə ifadələrini bildirməmişlər) məhkəmə iclasına gəlməmişdir. Cavabdeh2 MMC və müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi isə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs ünvan 1 ünvanlayaraq, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəx slərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun və digər iddiaçının vəkili V kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 və vəkili X9 şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-11292/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Azərbaycan Respublikası Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh5 məhkəməyə ərizə ünvanlayaraq, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11292/2019 nöm rəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, “xxxx” ASC ilə Cavabdeh2 MMC arasındaxx xxxx 2012-ci il tarixdə kredit müqaviləsi bağlanaraq MMC-nədövriyyə vəsaiti kimi 24 ay müddətinə nəğd və qeyri-nəğd şəklində istifadəolunmaqla 410 000,00 manat məbləğində və ya bu miqdara ekvivalent olan və tələb ediləndi gər valyuta növündə kredit xətti açılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı qismində İddiaçı1 məxsus Bakı şəhəri, Nərimanovrayonu, X14 prospekti 9 a nömrəli binanın zirzəmisindəyerləşən ümumi sahəsi 160.00 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş, İddiaçı2 xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi vəbu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn öhdəliklərin təminatı olaraqhəmin banka ipotekaya qoyulmasına etiraz etməmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixlihökmü ilə Cavabdeh3 CM-nin 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il müddətinə dö vlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh4 CM-nin 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh5 CM-nin 32.5, 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında mühasibatlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhk um edilmiş, zərərçəkmiş şəxs İddiaçı1 təqsirləndirilən şəxslərdən 109810,33 manat məbləğdə pul vəsaitinin alınaraq “xxxx” ASC-yə ödənilməklə, onun Bakı şəhəri, Nərimanov rayonu, X14 prosprekti ev 9 A saylı ünvandakı yaşayış binasının zirzəmisində yerləşən 160 kvadrat metrlik qeyri-yaşayış sahəsinin girovdan azad edilib özünə qaytarılması barədə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ izah olunmuşdur. Bakı Apellysiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilməmiş, həmin hökmlə Cavabdeh3 qəti olaraq 2 ilmüddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndanməhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cavabdeh4 qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəorqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cavabdeh4 qəti olaraq 2 ilmüddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndanməhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cavabdeh5 qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəorqanlarında mühasibatlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 ilmüddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh5cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı xx xxxxxx 2017-ci il tarixdənhesablanması, hökm qalan hissələrdə o, cümlədən məhkumlar Cavabdeh3 vəCavabdeh4 cəzalarının başlanğıcının xx xxxx 2016-cı il tarixdənhesablanması hissəsində verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişd irilmədənsaxlanılması qərara alınmışdır. Qanuni qüvvəsini almış sözügedən hökmlə müəyyən olunmuşdur ki, “xx xxxxxx 2011-ci il tarixdən Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləyən Cavabdeh3, MMC-nin təsisçisi və qardaşı olan Cavabdeh4 və MMC-nin baş mühasibi Cavabdeh5 xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə, qanunsuz olaraq bank fəaliyyəti ilə məşğul olmaq üçün dövriyyə vəsaiti kimi 24 ay müddətinə 190 000 manat məbləğində kredit alınmasına dair “xxxx” ASC ilə xx xxxx 2012-ci il tarixli 01 saylı kredit müqaviləsini bağlamaqla və öhdəliklərin icrasının təminatı üçün daşınmaz əmlakın girov qoyulması haqqında həmin bankla “FS” şirkəti a dından X7 ilə eyni tarixli 01 saylı ipoteka müqaviləsinin rəsmiləşdirilməsini təşkil etməklə, 24 ay müddətinə 410 000 manat məbləğində kredit alınmasına dair “xxxx” ASC ilə xx xxxx 2012-ci il tarixli 01 saylı kredit müqaviləsini bağlamaqla və öhdəliklərin icrasının təminatı üçün daşınmaz əmlakların girov qoyulması haqqında həmin bankla zərərçəkmiş şəxs İddiaçı1 arasında xx xxxx 2012-ci il tarixli 02 saylı, X10 ilə xx xxxx 2012-ci il tarixli 01 saylı, X11 ilə xx xxxx 2012-ci il tarixli 03 saylı ipoteka müqavilələrinin rəsmiləşdirilməsini təşkil etməklə, qeyd olunan bankdan xx xxxx 2012-ci il tarixdə aldıqları 190 000 manat pul vəsaitindən 100 000 manatını illik 17 faizlə 2 il müddətinə X5 və sonuncunun şəriki olduğu X2, xx xxxx 2012-ci il tarixdə aldıqları 150 000 manat pul vəsaitindən 100 000 manatını eyni şərtlərlə həmin ayda zərərçəkmiş şəxs İddiaçı1, xx xxxx 2012-ci il tarixdə aldıqları 90 000 manat pul vəsaitindən 60000 manatını eyni şərtlərlə həmin ayda X6 və xx xxxx 2012-ci il tarixdə aldıqları 145000 manat pul vəsaitindən 60 000 manatını eyni şərtlərlə X8 Cavabdeh2 MMC-nin adından kredit kimi vermişlər. X16, zərərçəkmiş şəxs İddiaçı1 və Əziz Novruzova 2012-ci ilin iyul ayında MMC-nin möhürü və mühasib Cavabdeh5 imzası ilə təsdiq olunmuş müvafiq olaraq saxta ödəniş qrafikləri, pul vəsaitləri kassaya mədaxil edilmədiyi halda, zərərçəkmiş şəxs İddiaçı1 1227,78 manatın ödənilməsi haqqında xx.xx.2012-ci il tarixli, 1416,67 manatın ödənilməsi haqqında xx.xx.2012–ci il tarixli, 1400 manatın ödənilməsi haqqında xx.xx.2012-ci il tarixli, 1435 manatın ödənilməsi haqqında xx. xx.2012-ci il tarixli, 1416 manatın ödənilməsi haqqında xx.xx.2012-ci il tarixli, 31000 manatın ödənilməsi haqqında xx.xx.2012-ci il tarixli, 957,44 manatın ödənilməsi haqqında xx.xx.2012-ci il tarixli, 5000 manatın ödənilməsi haqqında xx.xx.2012-ci il tarixli, 957,44 manatın ödənilməsi haqqında xx.xx.2013-cü il tarixli, 20000 manatın ödənilməsi haqqında xx.xx.2013-cü il tarixli, 25000 manatın ödənilməsi haqqında xx.xx.2013-cü il tarixli, 20000 manatın ödənilməsi haqqında xx.xx.2013–cü il tarixli cəmi 12 ədəd, Əziz Novruzova bir sıra məbləğlərin ödənilməsi haqqında müxtəlif tarixli 06 ədəd qeydiyyatı olmayan saxta “kassa mədaxil orderinin qəbzləri” Cavabdeh5 vasitəsilə təqdim edilərək, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, özünün borcunu tam şəkildə ödəmiş İddiaçı1 saxta sənəd verməklə ödənilmiş pul vəsaitlərini uçotdan gizlətmiş, nəticədə həmin hərəkətlərin yekunu olaraq İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 9A nömrəli binanın zirzəmisində yerləşən, 160 kv.metr sahəli, 240 000 manat dəyərində qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüquqlarına məhdudiyyət aradan qaldırılmamış və o, əmlakin itirilməsi riskinə məruz qalmış, bununla da İddiaçı1 və “xxxx” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin cinayət əməlləri ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, MMC-nin direktoru Cavabdeh3, sonuncunun qardaşı və MMC-nin təsisçisi olan Cavabdeh4 və MMC-nin baş mühasibi Cavabdeh5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni Fariz və Cavabdeh4 qar daşlarının birgə icraçılığı, Cavabdeh5 isə köməkçiliyi ilə “xxxx” ASC-yə məxsus olan 100 000 manat məbləğində pul vəsaitini 2012-ci ilin iyul ayında MMC-dən kredit kimi almış zərər çəkmiş şəxs İddiaçı1 MMC-nə qaytarılan bütün pul vəsaitlərinin banka tam olaraq ödəniləcəyinə inandırıb, İddiaçı1 pul vəsaitini ödədikdən dərhal sonra, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 9 a nömrəli binanın zirzəmisində yerləşən 160 kv.metr sahəli qeyri-yaşayış sahəsinin ipotekadan azad olunacağı barədə yalan vədlər verərək və əslində 2012-ci ilin iyul ayı ərzində MMC-nin sözügedən bankdan 410 000 manat kredit xətti üzrə aldığı 385 000 manat pul vəsaiti tam geri ödənildikdən sonra İddiaçı1 əmlakının girovdan çıxarılacağı barədə məlumatlandırmayaraq, həmçinin özgənin daşınmaz əmlakının bankda girov təminatı üçün yüklü edilmsindən istifadə edərək, İddiaçı1 MMC-nin ünvan 4 ünvanda yerləşən ofisində Cavabdeh5 vasitəsilə xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddətdə, qeyd olunan tarixlərdə və məbləğlərdə əsas və faiz borcun ödənişi adı ilə qəbul etdikləri cəmi 109 810,33 manat məbləğində pul vəsaitini “xxxx” ASC-nə təhvil verməməklə, Fariz və Cavabdeh4 qardaşları öz qulluq mövqelərindən istifadə etməklə, aldatma yolu ilə ələ keçirib külli miqdarda dələduzluq etmişlər. Cavabdeh5 isə qəbul etdiyi cəmi 109 810,33 manat məbləğində pul vəsaitini Fariz və Cavabdeh4 qardaşlarına verməklə, sonuncular tərəfindən həmin pul vəsaitlərinin “xxxx” ASC–nə kredit borcunun ödənilməsi üçün təhvil verilməməsini zərər çəkmiş şəxs İddiaçı1 gizlədərək, sonuncuya məxsus həmin pul vəsaitini n özgənin külli miqdarda əmlakının qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə, dələduzluq yolu ilə ələ keçirilməsində qeyd olunan vasitələri verməklə və mövcud maneələri aradan qaldırmaqla, əlverişli şərait yaradaraq köməkçi kimi iştirak etmişdir”. İddiaçılar, mübahisələndirdikləri ipoteka müqaviləsinin etibarsızlığını onu cavabdehlər tərəfindən aldadılmaları nəticəsində bağlamış olduqlarına istinadla irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə isə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vur maq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi, bu maddənin tətbiqedilən olması, kontragentin tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmış olmasından asılıdır; hazırkı işin halarına görə isə iddiaçı, ipoteka saxlayan tərəfindən hansı şəkildə aldadılmış olduğuna dair heç bir sübut təqdim etməmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, bank ipoteka müqaviləsi üzrə vi cdanlı tərəfdir və onun həmin müqavilədən irəli gələn hüquqları iddiaçıların iddiaları nəticəsində xələl görə bilməz. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən apellyasiya kollegiyası nəzərə almışdır ki, iddiaçıların Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən aldadılmış olmaları ipoteka müqaviləsinin etibarsız sayılmasına deyil, onların Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi ilə çıxış etmələrinə əsas yarada bilər. Kollegiya həmçinin hesab etmişdir ki, iddiaçılar tərəfindən əqdin mübahisələndirilm əsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüş və birinci instansiya məhkəməsi haqlı olaraq həm də bu əsasla iddianın təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apellyasiya kollegiyası Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əs as verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Gəldiyi qənaətə uyğun olaraq apellyasiya kollegiyası iddiaçıların digər tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamış və qeyd etmişdir ki, əqdlərin etibarsız hesab olunması tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn tələblərin dispozitiv şərtlərini istisna edir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. İddiaçıların müvafiq tələbləri isə prosessual qanunvericiliyin qeyd edilən müddəasına uyğun deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Q eyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Digər tərəfdən, bank ipoteka müqaviləsi üzrə vicdanlı tərəfdir və onun həmin müqavilədən irəli gələn hüquqları iddiaçıların iddiaları nəticəsində xələl görə bilməz. İddiaçıların Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən aldadılmış olmaları ipoteka müqaviləsinin etibarsız sayılmasına deyil, onların Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi ilə çıxış etmələrinə əsas yarada bilər. Həmçinin qeyd edilməlidir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi v ə prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11292/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar