Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4626/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın naturada bölünməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 7)-81/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evinin 2/3 və torpaq sahəsinin 10/18 hissəsi X2, torpaq sahəsinin 2/18 hissəsi X8 və fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 16/18 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. X1 xx.xx.2002-ci ildə, anası X11 isə xx.xx.2010-cu ildə ölmüşdür. 3. 15 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci ildə ölmüş X2 ünvan 1 ünvanında yaşayan qızı İddiaçı (bundan sonra-iddiaçı) (AZE 0* ******, xx/xx/2005-Balakən RPŞ FİN:) miras əmlakdan 1/3 hissədə irs almalıdır.
4. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə X4 verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 186.80 kv/m olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0,2479 ha olan torpaq sahəsinin mərhuma çatacaq 5/6 hissəsindən ibarətdir. 5. 15 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2010 X8 ünvan 1 ünvanında yaşayan qızı İddiaçı (AZE 0*******, xx/xx/2005-Balakən RPŞ FİN:) miras əmlakdan 1/3 hissədə irs almalıdır.
6. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə İddiaçı verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,2479 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/6 hissəsindən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətlərində olan 0.2479 ha torpaq sahəsindən ona məxsus 6/18 hissəsinin naturada ayrılması, payına düşən sahədən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallar ına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, valideynlərinin ölümündən sonra Balakən rayon Notariat Ofisində vərəsəlik işi açılmışdır. 15 noyabr 2019-cu ildə miras əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Miras əmlakın 1/3 hissəsi ona verilmiş, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi Cavabdeh2 oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Bundan sonra 24 yanvar 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsindən 0.2479 ha həyətyanı torpaq sahəsinin 6/18 hissəsinə və fərdi yaşayış evinin 1/3 hissəsinə reyestr nömrəsi **********73-10301 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu ümumi paylı mülkiyyətlərində olan 0.2479 ha torp aq sahəsinin 6/18 hissəsindən istifadə etməyə imkan vermir.
9. Balakən Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(019)-308/2020 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
10. Məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyi ilə müəyyən olunur ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Həmin torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti sxem 1-də göstərilm işdir. Yerləşmə vəziyyətinə uyğun olaraq torpaq sahəsi iki tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Bu səbəbdən İddiaçı 6/18 hissə payının naturada ayrılması mümkündür. Lakin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hüquqmüəyyənedici sənəddə göstərilən 0.2479 ha torpaq sahəsinin koordinatları əks olunmadığından, iddiaçıya ayrılacaq torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektar olmaqla cavabdehlər Cavabdeh1 və C avabdeh2 oğlunun bildirdiklərinə görə həmin torpaq sahəsini bütövlüklə özləri istifadə edirlər.
11. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu göstərərək, rədd olunmasını xahiş etmişdir.
12. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-19/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia tələbi təmin edilmiş, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsindən İddiaçı məxsus 6/18 hissəsinin məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılması, həmin 0.2479 ha torpaq sahəsinin İddiaçı payına düşən sahəsindən cavabd ehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun çıxarılması qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini, ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə İddiaçı 6/18 hissə payının naturada ayrılmasının mümkün olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia təmin edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, 29 maddəsi, «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın 1 saylı Protoko lunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-MM) 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 213.1, 213.6, 214.1, 220.1-220.3, 238.1, 238.2, 238.3, 239.2, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunl əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən yalnız İddiaçı təqdim etdiyi sübutlara əsaslanar aq qətnamə çıxarmışdır. Bununla da məhkəmə iddiaçının mülkiyyət hüquqlarının müdafiəsini qorumaqla yanaşı, digər paylı mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırmışdır. Hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar vardır. Məhkəmə işə baxarkən ekspertizanın rəyi ilə onu tanış etməmişdir. Məhkəmə iddia tələbinin təmin olunması üçün ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyi sübut növlərindən biri sayılır. Məhkəmə təkrar ekspertizanın keçirilməsini təmin etməmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
18. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Lakin iddiaçı və cavabde h ekspertiza keçirilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğ ödəmədiklərindən ekspert rəy verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı məhkəmə kollegiyasına ərizə də təqdim edərək ekspertiza xərcini ödəməkdən imtina etmişdir.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-81/22 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertiz anın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı məhkəmə kollegiyasına iddia tələbini sübut edəcək heç bir sənəd təqdim edə bilməmiş, həmçinin məhkəmə tərəfindən təyin edil miş ekspertizanın keçirilməsindən imtina etmişdir.
21. Apellyasiya instansiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 220.1, 220.2, 220.3, Torpaq Məcəlləsinin 65 və MPM-nin 14.2, 77.1, 76, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İdd iaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payın ın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Belə ki, birinci instansiya məhkəməsində sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********73-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 28 № reyestr kitabının 27 № vərəqində xx.xx.2020-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evinin 2/3 və torpaq sahəsinin 10/18 hissəsi X2, torpaq sahəsinin 2/18 hissəsi X8 və fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 16/18 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 28 mart 2010-cu ildə ölmüşdür. Məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyi ilə müəyyən olunur ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektardır. Həmin torpaq sahəsinin koor dinatları və yerləşmə vəziyyəti sxem 1-də göstərilmişdir. Yerləşmə vəziyyətinə uyğun olaraq torpaq sahəsi iki tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Bu səbəbdən İddiaçı 6/18 hissə payının naturada ayrılması mümkündür. Lakin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hüquqmüəyyənedici sənəddə göstərilən 0.2479 ha torpaq sahəsinin koordinatları əks olunmadığından, iddiaçıya ayrılacaq torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçülə ri 0.3341 hektar olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun bildirdiklərinə görə həmin torpaq sahəsini bütövlüklə özləri istifadə edirlər. Eyni zamanda birinci instansiya məhkəməsində o da müəyyən edildi ki, İddiaçı qızma ayrılacaq 6/18 hissə torpaq sahəsinin koordinatları şimaldan 22 metr, qərb və şərq 61.43 metr, cənubdan 19.72 metr olmaqla torpaq sahəsi iki tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuş və həmin ərazinin ümumi sahəsi 1114 kvm-dir. Həmin sahəni əks etdirən sxem isə iş materiallarına əlavə edilmişdir. Beləliklə birinci instansiya məhkəməsində iddia tələbinin predmetini təşkil edən torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq, real bölgüsünün naturada aparılmasının mümkünlüyü müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi MPM-i n sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə hazırki işdə ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Lakin qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bildiririk ki, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşmalı və hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməli idi. Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan ə şya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
29. Maddə
215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi.
30. Maddə Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
31. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşd ıra bilməzlər:
32. Əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti;
33. Əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.
34. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə raz ılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münas ibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmış dır. Belə ki, iddiaçı kasasiya şikayətində ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bildiririk ki, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşmalı və hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməli idi.
48. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühə ndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Həmin torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti sxem 1-də göstərilmişdir. Yerləşmə vəziyyətinə uyğun olaraq torpaq sahəsi iki tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Bu səbəbdən İddiaçı 6/18 hissə payının naturada ayrılması mümkündür. Lakin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hüquqmüəyyənedici sənəddə göstərilən 0.2479 ha torpaq sahəsinin koordinatları əks olunmadığından, iddiaçıya ayrılacaq torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır. Az ərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektar olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun bildirdiklərinə görə həmin torpaq sahəsini bütövlüklə özləri istifadə edirlər.
49. Göründüyü kimi ekspert rəyi natamam verilmişdir. Ona görədə apellyasiya instansiya məhkəməsi haqlı olaraq məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, lakin iddiaçı və cavabdeh ekspertiza keçir ilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğ ödəmədiklərindən ekspert rəy verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı məhkəmə kollegiyasına ərizə də təqdim edərək ekspertiza xərcini ödəməkdən imtina etmişdir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı məhkəmə kollegiyasına iddia tələbini sübut edəcək heç bir sənəd təqdim edə bilməmiş, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsindən imtina etmişdir.
50. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, iddiaçı istinad etdiyi halları, sübut edə bilməmiş, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişd ir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
51. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlaka X3 fərdi yaşayış evinin 2/3, torpaq sahəsinin 10/18, X8 torpaq sahəsinin 2/18, İddiaçı fərdi yaşayış evinin 1/3, torpaq sahəsinin 6/18 payları müəyyən edilmişdir. X11 və X7 öldüklərindən onların vərəsələrinin mübahisəli əmlakda olan paylarının bölüşdürülməsi tam şəkildə həyata keçirilməmişdir.
52. Mübahisəli əmlak hazırda miras əmlak olaraq vərəsələrə keçmiş əmlakdır və ilk növbədə, qanun üzrə vərəsəliyə çağırılmalı olan vərəsələrin payları əmlaka əlavə edilməli və bütün vərəsələr arasında paylar mütənasib surətdə bölüşdürülməlidir. Vərəsələr özlərinə düşən payı müəyyən etdikdən və müvafiq olaraq dövlət reyestrində qeydiyyatdan keçirdikdən sonra hazırki iş üzrə İddiaçı payına düşən hissəsinin naturada ayrılmasına hüquqi qiymət verilə bilər.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 81/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.