Məhkəmə qərarları › İş №2(102)-4631/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4631/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4631/2021 14.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Ekspert rəyləri arasındakı ziddiyyətin səbəblərinin araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı X və Cavabdeh1 tərəfindən verilmiş kassasiy a şikayətlərinə dair işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X cavabdehlər Cavabdeh2-yə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2-dən 01.07.2011-ci il tarixli, 170/00/1110/11 saylı kredit müqaviləsi üzrə 1.873.299,37 manat və 69.998,45 ABŞ dollarıə əsas, 102.823,31 manat və 3.842,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.976.122,68 manat və 73.840,58 ABŞ dolları borcun, ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan xxx ünvanında yer ləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansarddan ibarət qeyri-yaşayış binasına yönəldilərək açıq hərracda satılması və boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, X ilə Cavabdeh2 arasında 01.07.2011-ci ildə kredit müqaviləsi və həmin kredit müqaviləsinə 13.06.2012-ci ildə 1 saylı, 01.07.2013-cü ildə 2 saylı, 09.06.2014-cü ildə 3 saylı, 04.03.2014-cü ildə 4 saylı əlavələr bağlanmışdır. 01.07.2011-ci il tarixli kredit müqaviləsinə və ona əlavələrə əsasən kreditor borc alana illik 16 faiz ödənilməsi və 1 iyul 2015-ci ilədək qaytarmaq şərti ilə, ******* manat və 120747 ABŞ dolları məbləğində kredit vermişdir.

3. Həmin kreditin təminatı kimi ipoteka saxlayan X ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 24.10.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyanın mülkiyyətində olan xxx ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 4. 09.10.2015-ci il tarixli maliyyə arayışından görünür ki, 01.07.2011-ci il tarixli, xxx kredit müqaviləsi və həmin müqaviləyə 04.03.2015-cı il tarixli, 04 saylı əlavə saziş üzrə Cavabdeh2-nin 17.09.2015-ci il tarixinə banka 1.873.299,37 manat, 102.823,31 manat cərimə olmaqla, cəmi 1.976.122,68 manat, 69.998,45 ABŞ dolları məbləğində əsas borc, 3.842,13 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 73.840,58 ABŞ dolları məbləğində borcu qalmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.01.2020-ci il tarixli məhkəmə-mühasibat lıq ekspertizası rəyinə ilə 01.07.2011-ci il tarixli, 170/00/1110/11 saylı kredit müqaviləsi üzrə Cavabdeh2-nin müqavilə müddətinin bitdiyi 01.07.2015-ci il tarixə banka olan borcu 1.595.887,81 manat və 69.998,45 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 6. "xxxx" MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair 01.10.2019-cuil tarixli rəy ilə ipoteka predmeti olan Cavabdeh1 məxsus xxx ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansarddan ibarət qeyri-yaşayış binası ******* manat məbləğində qiymətləndirilmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş 21.01.2021-ci il tarixli qiymətləndirmə hesbatında ipoteka predmeti olan Cavabdeh1 məxsus xxx ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansarddan ibarət qeyri-yaşayış binasının lik vid qiymətinın 2.600.000 manat olduğu müəyyən edilmişdir.

8. İddiaçı bildirir ki, X ilə Cavabdeh2 arasında bağlanmış 01.07.2011-ci il tarixli, xxx saylı müqaviləyə əsasən bank tərəfindən cəmiyyətə illik 16 faiz ödənilməsi şərti ilə 01.07.2015-ci il tarixinədək 1.873.300 manat və 120.747 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 özünə məxsus xxx ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m. olan 4 mərtəbə və mansarddan ibarət qeyri-yaşayış binasını 24.10.2012-ci il tarixli, xxx saylı sonrakı ipoteka müqaviləsinə 04.03.2015-ci iltarixli, 02 saylı əlavə sazişə əsasən bank qaışısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəlikiərini lazımınca icra etməmiş və bunun nəticəsi ndə 17.09.2015-ci il tarixinə onun banka 1.873.299,37 manat, 69.998,45 ABŞ dolları məbləğində əsas borc, 102.823,31 manat, 3.842,13 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1.976.122,68 manat və 73.840,58 ABŞ dolları məbləğində borcu qalmışdır.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cəmiyyətə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, 24.10.2012ci il tarixli, xxx saylı sonrakı ipoteka müqaviləsinə 10.06.2015-ci il tarixli, 01 saylı əlavə sazişin 1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 3.251.525 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

9. Cavabdeh1 bildirir ki, iddia əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 10 fevral 2020-ci il tarixli, 2(004)-1/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh2-dən 01.07.2011-ci il tarixli, xxxx saylı kredit müqaviləsi üzrə 1.595.887,81 manat əsas və 3000 manat cərimə borcu olmaqla, cəmi 1.598.887,81 (bir milyon beş yüz doxsan səkkiz min səkkiz yüz səksən yeddi manat səksən bir qəpik) manatın, 68.999,45 ABŞ dolları əsas və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 69.299,45 (altmış doqquz min iki yüz doxsan doqquz dollar qırx beş sent) (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dollarının və ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsinin iddiaçı ləğv prosesində olan X xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan xxx ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasına yönəldilərək ilkin satış qiyməti ******* (beş milyon yeddi yüz əlli doqquz min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, xxxx ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansardadan ibarət qeyri-yaşayış binasına tutma yönəldikdə və həmin qeyri-yaşayış sahəsi satıldıqda ən geci 1 ay ərzində boşadılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməs i qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.01.2020ci il tarixli, 23372 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə 01.07.2011-ci il tarixli, 170/00/1110/11 saylı kredit müqaviləsi üzrə Cavabdeh2-nin müqavilə müddətinin bitdiyi 01.07.2015-ci il tarixə banka olan borcu 1.595.887,81 manat və 69.998,45 ABŞ dollarıməbləğində müəyyən edilmişdir.

12. Bundan başqa kredit öhdəliklərinin ipoteka ilə təmin edilməsi təsdiq olunduğundan iddia tələbi həmin borcun Cavabdeh2-dən tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə və əmlakın açıq hərracdan satılaraq boşaldılmasına dair hissələrdə təmin edilməlidir.

13. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, borcun vaxtında ödənilməməsinə görə 102.803,21 manat və 3842,13 ABŞ dolları məbləğində cərimənin tutulması tələbi qismən təmin edilməlidir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə işin hallarını nəzərə alaraq belə bir nəticəyə gəlir ki, 102.803,21 manat və 3842,13 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab edilməli, müvafiq olaraq 3000 manat və 300 ABŞ dolları məbləğinədək azaldılmalıdır

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respu blikasının Mülki Məcəlləsinin 307.4, 319.1, 319.6, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 34, 39, 59-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov - sədrlik edən və məruzəçi, X.Cəmilova və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 10.02.2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, ilkin satış qiy məti 2.600.000 (iki milyon altı yüz min) manat müəyyən edilmiş, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, qiymətləndirmə xərci kimi 400 (dörd yüz) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmuşdur.

19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən olunub ki, 01.07.2015-ci il tarixə (kredit müddətinin sonuna) banka ödənilməli olan əsas borcun məbləği 1.595.887,81 manat və 68.999,45 ABŞ dolları təşkil edir. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib.

20. Kredit alan icranı gecikdirdiyinə görə birinci instansiya məhkəməsi düzgün olaraq cərimə tutulmasını qət edib və tənasübü nəzərə almaqla düzgün olaraq cərimənin məbləğini 3.000 manat və 300 ABŞ dolları müəyyən edib. Bu nəticə Mülki Məcəllənin 462 və 467-ci maddələrinin göstərişlərinə uyğundur.

21. Kredit alan öhdəliyi icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin tələblərinə uyğundur.

22. İpoteka predmetinə tutma yönəldilməsi barədə iddiaçının bildirişinin qeydiyyat orqanı tərəfindən qeydə alınması inzibati məhkəmə icraatı qaydasında qəbul edilmiş 10.01.2019-cu il tarixli qərarla qanunsuz hesab edilib və bu qeydiyyatın ləğv e dilməsi qərara alınıb (cild 1, iş v. 228). Qərar onunla əsalandırılıb ki, bildiriş ipoteka qoyana verilməyib, ona görə də bildirişin qeydə alınması qanunvericiliyə ziddir. Bu qərar kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb və qanuni qüvvəyə minib. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi bu halı əsas götürməklə iddia ərizəsinin baxılmamış saxlanılması barədə 12.06.2019-cu il tarixli qərardad qəbul edib (cild 1, iş v. 270). Lakin həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 30.07.2019-cu il tarixli qərardadı ilə ləğv edilib (cild 1, iş v. 309). Bakı Apellyasiya Məhkəməsi öz qərardadını belə əsaslandırıb ki, iddiaçı cavabdehin (ipoteka qoyanın) təqdim etdiyi ünvana bildiriş göndərib, yaşayış yerini dəyişən cavabdeh bu barədə iddiaçını məlumatlandırmalıdır, iddia ərizəsi 4 ildən artıqdır ki, məhkəmənin icraatındadır, əgər cavabdehin mübahisəni məhkəmədənkənar həll etmək niyyəti var idisə keçən müddət ərzində belə imkanı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadından sonra birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.

23. İpoteka predmetinin ilkin satş qiymətinə aid hissədə qətnamə dəyişdirilməli, ilkin satış qiyməti 2.600.000 manat müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC əmlakın orta bazar qiymətinin 5.759.000 manat olması barədə qiymətləndirmə hesabatı vermişdir. Qətnamədə bu qiymət ilkin satış qiyməti kimi göstərilmişdir. Lakin ilkin satış qiymətinin anlayışı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəs ində müəyyən edilib. Həmin anlayışdan görünür ki, ilkin satış qiyməti orta bazar qiyməti ilə deyil, likvid qiymətlə müəyyən olunur. Ona görə də apellyasiya icraatı zamanı likvid qiymətin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesbatında likvid qiymətin 2.600.000 manat olduğu müəyyən edilmişdir.

24. Məhkəmə ilkin satış qiytmətini müəyyən edərkən iddiaçının tələbindən asılı deyil. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Göründüyü kimi, ilkin satış qiymətini müəyyənləşdimək və qətnamədə göstərmək məhkəmənin vəzifəsidir. İlkin satış qiyməti müstəqil anlayış olmaqla “İpoteka haqqında” Qanun un 1.0.9-cu maddəsində müəyyən edilib.

25. İlkin satış qiymətinin 2.600.000 manat müəyyən edilməsi işin halları ilə ziddiyyət təşkil etmir. Belə ki, ipoteka müqaviləsinin 2.1-ci bəndində əmlakın dəyəri bundan da aşağı - 2.305.905 manat göstərilib, cavabdehlər müqaviləni imzalamaqla bu qiymətlə razılaşıb. Nəzərə alınmalıdır ki, ilkin satış qiyməti likvid qiymətdir, əmlakın bazar dəyərindən aşağıdır. Cavabdeh tərəf kredit alan zaman əmlakın dəyərinin hətta likvid qiymətdən də aşağı müəyyən edilməsi ilə razılaşıb, lakin kreditin qaytarılması zamanı işin yekunlaşmasını müxtəlif vasitələrlə yubadır. Hazırkı işi 6 ilə yaxındır ki, yekunlaşdırmaq mümkün olmayıb. Əgər həqiqətən də əmlakın dəyəri birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi 5.759.000 manatdırsa, bu o deməkdir ki, cavabdehin yalnız 1 əmlakının dəyəri borcun məbləğindən təxminən 3 dəfə artıqdır. Bu isə onu təsdiq edir ki, cavabdeh borcu ödəmək və ipotekaya xitam vermək imkanına malikdir, lakin bunu etmir, bankın pulunu özündə saxlayır. Əgər 2.600.000 manat aşağı qiymətdirsə, cavabdeh hərracda qalib alıcı kimi əmlakı həmin qiymətə ala bilər. Bu məbləğ bankın pulunun ödənilməsi üçün kifayət edəcək, nəticədə isə əmlak cavabehin özünə qalacaq, habelə borcdan artıq qalan məbləğ ona qaytarılacaq. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borc və cərimə tələbinin təmin edilməyən hisəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

28. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair 01.10.2019-cuil tarixli rəy ilə "xxxx" MMC tərəfindən verilmiş 21.01.2021-ci il tarixli qiymətləndirmə hesbatı arasında kəskin fərq olsa da, apelyasiya instansiyası məhkəməsi bu fərqin səbəblərini ar aşdırmamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. İddiaçının vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borc və cərimə tələbinin təmin edilməyən hisəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını m ümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

34. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

38. Hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

41. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

43. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Cavabdeh1 kassasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasi ya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildir. (30)

46. Apelyasiya instansiyasi məhkəməsi qəbul etdiyi qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən verilmiş 21.01.2021-ci il tarixli qiymətləndirmə hesabatında ipoteka predmetinin likvid qiymətinin 2.600.000 manat olduğu müəyyən edilmişdir.

47. Qeyd edilməlidir ki, iş materiallarında həmin hesabatla yanaşı "xxxx" MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair 01.10.2019-cuil tarixli rəy də mövcuddur.

48. Həmin rə ydən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus xxx ünvanında yerləşən ümumi sahəsi 2214.9 kv.m olan 4 mərtəbə və mansarddan ibarət qeyri-yaşayış binası ******* manat məbləğində qiymətləndirilmişdir.

49. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bu rəylər arasındakı kəskin fərqin səbəblərini qiymətləndirərkən onu əsas tutmuşdur ki, "xxxx" MMC-nin ekspertlərinin verdiyi rəylə əmlakın bazar qiyməti, "xxxx" MMC-nin əkspertləri tərəfindən verilmiş rəylə isə əmlakın likvid dəyəri müəyyən edilmişdir. 50. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinin müddəalarından göründüyü kimi məhkəmə ipoteka predmetinə tutma yönəldərkən onun ilkin satış qiymətini həmin əmlakın likvid dəyərinə əsasən müəyyən etməlidir.

51. Qeyd edilən normanı düzgün olaraq tət biq etməklə əmlakın ilkin satış qiymətini onun likvid dəyərinə istinad etməklə müəyyən edən apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əmlakın bazar qiyməti ilə likvid qiyməti arasında verilən ekspert rəyləri arasında kəskin fərqlər vardır.

52. Məhkəmə kollegiyası nəzərə alır ki, əmlakın likvid dəyəri bir qayda olaraq əmlakın bazar qiymətindən aşağı olmalı və bu hal kreditorun mənafeyinin qorunması baxımından ipoteka predmetinin hərraclarda daha tez satılmasına rəvac verməlidir.

53. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, ipoteka predmetinin likvid dəyəri müəyyən edilərkən ipoteka qoyanın da mənafeləri pozulmamalı və bu baxımdan müəyyən edilən likvid qiymət əmlakın bazar dəyərindən aşağı olsa da həmin əmlakın bazar dəyərinə yaxın bir qiymətə uyğun olmalıdır.

54. Bundan baş qa "xxxx" MMC tərəfindən verilmiş 21.01.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmetinin likvid qiyməti müəyyənləşdirilərkən ipoteka predmetinin yerləşdiyi ərazidə texniki göstəriciləri və tikinti parametrləri baxımından oxşar əmlakların qiymətləri ilə bağlı müqayisə aparılmamışdır.

55. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin həmin ərazidə yerləşən texniki göstəriciləri və tikinti parametrləri baxımından oxşar əmlakların qiymətləri ilə müqayisəli şəkildə müəyyənləşdirilməsi ekspert rəyinin mötəbər sübut kimi qəbul olunmasını kifayət qədər əsaslı edir.

56. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

57. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

58. Bununla yanaşı qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar