Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4633/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) 21.09.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3146/2020 nömrəli, 24.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC və payçı Cavabdeh arasında 02 sentyabr 2010-cu il tarixdə bağlanmış "Kooperativ binada mənzil tikintisi üçün” müqaviləyə əsasən icraçı ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3 blokunda mərtəbə 7-də 174 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 26100 manat təşkil edir. 02.09.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh aldığı həmin mənzilin dəyəri olan 26100 manat məbləğində pulu ödəməsinə dair şirkət tərəfindən maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC ("xxxx" MMC-nin hüquqi varisi) Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "Fuad-LTD” MMC arasında bağlanmış 02 sentyabr 2010-cıı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş elmişdir.
2. Sonradan iddiaçı "Abşeron LTD-2013” MMC iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “Fuad-LTD" MMC arasında bağlanmış 02,09.2010-cu il tarixli müqavilə və Cavabdeh həmin mənzilə görə "xxxx" MMC tərəfindən verilmiş 26100 manat pulun ödəməsi barədə maliyyə arayışının etibarsız, hesab edilməsi, həmçinin Cavabdeh Abşeron rayonu Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1-də inşa etdiyi 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində 2 otaqlı 87 kv.m sahəsi olan 174 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İd diaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC Cavabdeh "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan qəsəbəsi, Tağıyev küçəsi 1-də inşa eldiyi 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində 2 otaqlı 87 kv.m sahəsi olan 174 saylı mənzili tikib cavabdehə verməsi nəzərdə tutulmuş, 02 sentyabr 2010-cu il tarixli müqavilə və guya cavabdehin həmin mənzil görə "xxxx" MMC-yə 26100 manat pulun ödəməsi barədə maliyyə arayışı vermişdir. Lakin Abşeron Rayon İcra Hakimiyyətinin 2226 saylı 06.09.2017-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin ********* saylı 13 sentyabr 2017-ci il tarixli məktubunu aldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, əslində "xxxx" MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair 02 sentyabr 2010-cu il tarixli müqavilə və maliyyə arayışı qanunsuz olaraq verilmişdir. Belə ki, Cavabdeh Novruzəli qızı "xxxx" MMC-yə bir manat da olsun pul ödəməmişdir. İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin 2226 saylı 06 sentyabr 2017-ci il tarixli məktubuna və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ********* saylı 13 sentyabr 2017-ci il tarixli məktubunu aldıqdan sonra məlum olmuşdur ki, Cavabdeh adına yazılmış mübahisəli mənzilə görə "xxxx" MMC-yə pul ödəməmişdir. Cavabdeh mənzil üçün pul ödəmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan cinayət işində zərərçəkmiş qismində tanınmamışd ır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(006)- 4067/2018 saylı qətnaməsi ilə (hakim. P.Hüseynov) İddiaçı MMC-nin Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 354.1, 372.1, 372.2, 375.1, 375.2, 386.1, 390-cı maddələrinə istinad etmişdir.
6. İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.09.2020-ci il tarixli, 2(103)-3146/2020 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi T.Səmədov, hakimlər İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Nəsimi ra yon Məhkəməsinin hazırkı iş üzrə 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. İddiaçı MMC kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı MMC kasasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları a ydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
12. Əlavə olaraq kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir Həmçinin mübahisəli mənzil 2007-ci ildə başqa şəxsə satılmışdır. Məhkəmə bu hallara da düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.
15. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə icl asına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdləı mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
17. Maddə. 337.2 Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
18. Maddə. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
19. Maddə. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
20. Maddə. 372.1. Başqa ş əxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
21. Maddə.372.2. Hüququ pozulmuşşəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. Maddə. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
23. Maddə 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Maddə. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə.
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məlikəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələn dirilmir və yenidən sübut edilmir
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instan siyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Belə ki, məhkəmələr müəyən etmişlər ki, "xxxx" MMC və payçı Cavabdeh arasında 02 sentyabr 2010-cu il tarixdə bağlanmış "Kooperativ binada mənzil tikintisi üçün” müqaviləyə əsasən icraçı ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3 blokunda mərtəbə 7-də 174 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 26100 manat təşkil edir. 02.09.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh aldığı həmin mənzilin dəyəri olan 26100 manat məbləğində pulu ödəmişdir. Maliyyə arayışı "xxxx" MMC-nin sədri kimi göstərilən X3 tərəfindən imzalanmışdır və FUAD-LTD MMC-nin möhürü ilə təsdiq edilmişdi r. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC-nin təsisçilərinin 10.06.2013-cü il tarixli qərarı ilə adı İddiaçı MMC-yə dəyişdirilmiş, X3 25.12.2009-cu il tarixdən 05.03.2013-cü il tarixədək Cəmiyyətin rəhbəri olmuşdur. Maliyyə arayışı "xxxx" MMC-nin sədri kimi göstərilən X3 tərəfindən imzalanmışdır və FUAD-LTD MMC-nin möhiirü ilə təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC-nin təsisçilərinin 10.06.2013-cü il tarixli qərarı ilə adı İddiaçı MMC-yə dəyişdirilmiş, X3 25.12.2009-cu il tarixdən 05.03.2013-cü il tarixədək Cəmiyyətin rəhbəri olmuşdur.
33. Apellyasiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, iddiaçı mübahisələndirilən müqavilə üzrə "xxxx" MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışının qanunsuz olaraq verildiyini, Cavabdeh tərəfindən "xxxx" MMC-yə pulun ödənilmədiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, müqavilə tərəllər arasında imzalanmışdır, müqavilə üzrə pul MMC-yə ödənilmişdir, müqavilə və maliyyə arayışı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2Oİ 3 saylı 14 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçı X2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 02 sentyabr 2010-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün"xxxx"Fund LTD MMC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş iddia tələbi ilə razı olduğunu bildirərək, mə hkəməyə iddianın etirafı barədə ərizə təqdim etmişdir. Bundan başqa, həmin qətnamədən görünür ki, mübahisələndirilən müqavilə üzrə qeyd olunan mənzilə görə X2 tərəfindən "Fuad LTD” MMC-yə mənzilin dəyəri olan 26100 manat məbləğində pulun ödənilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir.
34. Kollegiya qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, dəlillərdə qeyd edilənlərə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya ş ikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3146/2020 nömrəli, 24.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.