Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4635/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, X1, İddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X11 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 30 yanvar 2019-cu il tarixli 2(103)-302/2019 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış 111 saylı mənzilinin alqı-satqısına dair 04 avqust 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzillə bağlı Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 000 evin 53 saylı mənzili İddiaçı1 mülkiyyətində olmuş və qızları İddiaçı2 və Cavabdeh1 həmin mənzildə qeydiyyatda olmuşlar. Onlar, 1990-cı ildən Rusiya Federasiyasında yaşamış, Bakı şəhərinə gedib-gəlmişdir. X12 arvadının bacısı, X15 isə sonuncunun oğludur və onlar da Rusiya Federasiyasında yaşamışlar. 2012-ci ildə qohumları Tatyana və Teymur yaşadığı evdə olan zaman Fərid və Fuad adlı şəxslərə çoxlu borclarının olduğunu, onlara borc pul tapmaqda köməklik etmələrini xahiş etmişdir. O, pulu olmadığını bildirdikdə Tatyana ondan özünə məxsus 111 saylı mənzilini banka girov qoyub pul götürərək onlara verməsini xahiş etmişdir. O, Teymura tanışları Fuad və Fəridə zəng vuraraq onlarla danışmasını, evi girov qoymaqda köməklik etmələrini bildirmişdir. Bundan sonra o, Rusiya Federasiyasından Bakı şəhərinə gələrkən Fərid lazım olan sənədləri hazırlayaraq imzalaması üçün onu g özləmişdir. Bundan sonra o, “EvroAzia” bankına getmiş, orada Fuad adlı şəxslə görüşmüş, sonuncu ona evi girov qoymaq üçün sənədləri hazırladığını və sənədləri imzalamaq üçün Bakı şəhəri 5 saylı notariat kontoruna getmələrini bildirmişdir. Sonra o, özünü bankın işçisi kimi təqdim edən Anar adlı şəxs və bankın tanımadığı hüquqşünası ilə birlikdə Vüsal adlı şəxsin idarə etdiyi avtomobillə həmin notariat kontoruna getmişlər və o, notariat kontorunda ona təqdim olunan sənədləri oxumadan imza etmişdir. Belə ki, o, bankın hüquqşünasından həmin sənədlər barədə soruşduqda sonuncu ona həmin sənədlərin girov müqaviləsi olduğunu bildirmişdir. Müqaviləni imzaladıqdan sonra ona heç bir ödəniş olunmamışdır. Bundan sonra o, Rusiya Federasiyasına qayıtmış, tez-tez Teymurla əlaqə saxlayaraq söz verilən pull arı banka ödəməyi və mənzilin girovdan azad olunmasını tələb etmişdir. Təxminən 2017-ci ilin axırlarında Azərbaycan Respublikasından tanımadığı mobil nömrədən ona telefon zəngi gəlmiş, həmin şəxs ona məxsus mənzilin satılması barədə məlumatının olub-olmadığını soruşmuş, o, isə mənzili satmadığını, girov qoyulduğunu bildirmişdir. Həmin şəxs ona evinin satışa çıxarıldığını, evi almaq üçün beh də verdiyini bildirmişdir. Buna görə o, dərhal Fuad, Fərid və Teymurla telefon əlaqəsi saxlamış və bu barədə soruşmuşdur. Həmin vaxt Fərid ona bildirmişdir ki, mənzili heç kəs satmır, borc ödənildikdən sonra mənzil geri qaytarılacaq. 2018-ci ilin yanvar ayında o, Azərbaycan Respublikası qayıdaraq mənzilinə getmiş, qapını tanımadığı bir nəfər oğlan açmış və evi 2017-ci ilin yay aylarında aldığını bildi rmişdir. Bundan sonra o, notariat kontoruna gedərək müqavilənin surətini tələb edərək götürmüş və tanış olarkən aldadıldığını, onunla alqı-satqı müqaviləsinin bağlandığını bilmiş və bundan sonra müxtəlif orqanlara müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin(hakim Fərrux Qasımov) 05 sentyabr 2018-ci il tarixli, 2(001)-6198/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Zaur Əliyev, Fuad Talışinski) 30 yanvar 2019-cu il tarixli 2(103)-302/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı1, İddiaçı2, Cavabdeh1 və onların v əkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli 2(103)-302/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini və saxta sənəd hazırlamış və ondan istifadə etmiş və bunun nəticəsində ədalət mühakiməsini yanıltmış Fuad və Bəxtiyar adlı şəxslərin əməllərinin araşdırılması üçün xüsusi qərar qəbul edərək prokurorluğa xəbər verilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual pozuntulara yol verilmişdir. Belə ki, X13 28 iyul 2012-ci il tarixdə notariat kontorunda əri İddiaçı1 mənzilin girov qoyulması ilə bağl ı razılıq vermişdir. İş materiallarında olan 5 saylı notariat kontorundan tələb olunan notariat işinin 5-ci səhifəsində Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş 27 iyul 2012-ci il tarixli arayışın xüsusi qeydlər hissəsində “arayış notariat kontorunda ipoteka rəsmiləşdirilməsi üçün verilmişdir ifadəsi qeyd olunmuş, daha sonra onun üzərindən xətt çəkilərək qələm ilə alqı-satqı ifadəsi” qeyd olunmuşdur. Arayışa düzəliş edilməsi barədə qələm ilə qeydiyyat aparılmış, möhür vurulmuş lakin düzəlişin hansı tarixdə olunduğu qeyd olunmamışdır. Bu hal bir daha sübut edir ki, iddiaçının ipoteka müqaviləsi bağlaması üçün arayış təqdim etmiş, lakin sonradan tarixi də qeyd edilməyən düzəliş edilərək alqı-satqı sözü əlavə olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılan zaman ətraflı araşdırma aparılmış və bütün bu qaranlıq məqamların ortaya çıxması məqsədilə, cinayət işinin başlanması üçün məhkəmənin xüsusi qərardadı qəbul edilmişdir. 18 iyul 2012-ci il tarixdə verilmiş Forma 2 arayışını və digər notariat sənətlərini Fuada məxsus bankın hüquqşünası və Anar adlı şəxs həll etdiyindən Forma 2 arayışında sözügedən mənzildə yeganə qeydiyyatda olan şəxsin İddiaçı1 olduğu qeyd olunmuşdur. Əks təqdirdə Notariat haqqında təlimatın 49-cu bəndinə uyğun olaraq notarius həmin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış İddiaçı2 və Cavabdeh1 razılığını almalı idi. İşə birinci instansiya məhkəməsində baxılan zaman ətraflı araşdırma aparılmış notariat işi 5 saylı notariat kontorundan tələb olunmuş və h əmin notariat işində olan ziddiyyətli məqamların araşdırılması məqsədilə məhkəmə prosesi dəfələrlə təxirə salınmışdır. Bu hallardan ən önəmlisi notariat işində adı çəkilən guya ki, notariusun depozit hesabından 90.000 (doxsan min) manat pulun götürülməsi üçün İddiaçı1 04 avqust 2012-ci il tarixdə X4 10 (on gün) müddətində etibarlı olan etibarnamə vermişdir. Digər bir məqam isə 21 yanvar 2019-cu il, 1900011/001-26/000252 saylı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş cavaba əsasən 07 avqust 2012-ci il tarixdə ölkəni tərk edərkən İddiaçı1 tərəfindən gömrük əməliyyatının aparılması qeydə alınmamışdır. Yəni əgər mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanmış olsaydı və onun dəyəri kimi 90000 (doxsan min) manat pul İddiaçı1 tərəfindən ölkədən gedən zaman mütləq Hava Nəqliyyatın da Baş Gömrük İdarəsi tərəfindən bəyannamədə qeyd edilməliydi. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş, X16 və X8 ifadələri işə baxan məhkəmə kollegiyası tərəfindən təhrif olunmuş formada qeyd edilmişdir. Bu barədə məhkəmə qətnaməsinin 9-10-cu səhifələri ilə tanış olduqdan sonra 09.04.2019-cu il tarixdə qeyd olunan şəxslər tərəfindən protokola dair qeydlə bağlı məhkəməyə yazılı müraciət olunmuşdur. İddiaçılar 2018-ci il tarixdə mənzilindən əşyalarının çıxarıldığını bilmiş və həmin müddətdən də, dərhal müqavilənin bağlanmış olduğu Notariat kontoruna getmiş notariat işini tələb etmiş və o zaman iddiaçıya məlum olmuşdur ki, onunla girov müqaviləsi deyil, aldadılaraq alqı-satqı müqaviləsi bağlanılmışdır. Daha sonra isə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Birin ci instansiya məhkəməsi qətnamə qəbul edən zaman Xüsusi qərardad qəbul etməsi doğru bir qərar idi. Bu iş üzrə konkret olaraq cinayət əlamətləri mövcuddur. Belə ki, Vüsal adlı şəxs məhkəmədə ifadə verən zaman Bəxtiyarı tanıdığını (hansı ki, 04.08.2012-ci il tarixdə guya İddiaçı1 tərəfindən etibarnamə verilmişdir ki, ona çatası pul məbləğini bankdan götürsün) və həmin şəxsin Fuad adlı şəxsə məxsus bankda kuryer işlədiyini demişdir. İddiaçı1 Azərbaycan Respublikasında yaxın qohumları yaşağı halda, tanımadığı (Bəxtiyar) şəxsə pul məbləğinin bankdan götürməsi üçün etibarnamə verməsi inandırıcı deyildiR. Həmçinin əgər doğurdan da tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdırsa İddiaçı1 qeyd olunan mənzili tam dolu vəziyyətdə qoyaraq açarları qonşusu Tahirə verərək Azərbaycan Respublikas ından getməzdi. Eləcə də mənzilin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdırsa Vüsal adlı şəxs 2012-ci il tarixdən 5 il sonra 2017-ci il tarixdə həmin mənzilin qapısını qıraraq İddiaçı1 və onun ailəsinə məxsus olan əşyaları oradan çıxarmışdır. Eyni zamanda Fuad adlı şəxslə İddiaçı1 arasında səs yazısından görünür ki, Fuad özü etiraf edir ki, bəli ev girov olaraq qoyulub. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili R.Mirzəyev kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili A.Şıxıyeva kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəb ərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prose ssual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materialları ilə müəyyən edilmişdir ki: - 111 saylı mənzili İddiaçı1 adına mülkiyyət hüququ üzrə 02 sentyabr 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 04 avqust 2012-ci il tarixli, AN-İ ******* nömrəl i daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan 111 saylı mənzili Cavabdeh2 satmışdır. X13 əri X19 tərəfindən 000 evin 53 saylı mənzilin satılmasına razılığını bildirmişdir. Notariat işində olan sənədlərlə müəyən edilmişdir ki, tərəflər mübahisəli mənzilin satılması ilə bağlı razılığa gəlmələrini, alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunduqdan sonra mənzilin dəyəri kimi razılaşdıqları 90000 manat pulun depozit hesab vasitəsilə ödənilməsi barədə qanunvericiliyin tələblərinin onlara izah edilməsini bəyan etmiş, 04 avqust 2012-ci il tarixli qəbzlə Cavabdeh2 90000 manat pulu «FFF» KB-nin hesabına ödənimişdir. İddiaçı1 “xxxx” ASC-dən notariusun depozit hesabından ona çatası 90000 manat məbləğində pulu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerin ə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi X3 etibar etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2013-cü il tarixli, 2(001)4671/2013 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı “istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddiası təmin olunmuş, cavabdeh İddiaçı1 000 evin 53 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus mənzildə saxlanılan bütün daşınar əşyaların, yəni ev əşyalarının həmin mənzildən çıxarılması, həmin ev əşyalarının cavabdeh həmin əşyaları təhvil alanadək müvafiq müvafiq icra şöbəsinin icra məmurunun müəyyən etdiyi saxlanc yerində saxlanılması və mənzilin açarlarının iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2013-cü il tarix li, 2(001)4671/2013 saylı qətnaməsi 14 oktyabr 2013-cü il tarixdə qanuni qüvvəsini almış, 12 dekabr 2013- cü il tarixdə icra olunmuş, bu barədə icra məmurlarının, hal şahidlərinin və tələbkarın iştirakı ilə akt tərtib olunmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(001)-5624/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin olunmuş, cavabdehlərin 000 evin 53 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2018-ci il tarixli, 2(103)-4786/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(001)-5624/2017 saylı qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı1 07 avqust 2012-ci il tarixdə ölkəni tərk edərkən sonuncu tərəfindən gömrük əməliyyatlarının aparılması qeydə alınmamışdır. - 27.05.2017-ci il tarixli 51 saylı notariat kontorunda bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 000 evin 53 saylı mənzili X17 105000 manata satmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün tam əsasdır. Apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsasla ndırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gələrkən, iddiaçının (satıcının) arvadı X9 mənzilin satılmasına razılıq ərizəsinin olmamasına əsaslanmasına baxmayaraq iş materiallarında, həmçinin notariat işində X9 əri X19 tərəfindən 000 evin 53 saylı mənzilin satılmasına razılığını ifadə edən notarait qaydasında təsdiq olunmuş 02 avqust 2012-ci il tarixli ərizəsi mövcud olmuşdur. İddiaçı1 mənzilini özgəninkiləşdirməsi elə alqı-satqı müqaviləsinin bağlanması anından məlum idi. Bu hal, həmçinin iddiaçının keçən 4 il müddət ərzində mənzilinə gəlib-getməməsi (ən azı 2013-cü ilin dekabr ayından etibarən mənzilin açarları dəyişdirilərək, cavabdehdə olmuşdur), ona sahiblikdən əl çəkməsi, hətta 2015-ci ildə belə ona qonşusu X14 tərəfindən telefon vasitəsilə məlumat veridikdən sonra belə hərəkətsizlik göstərməsi, yalnız 2018-ci ilin iyun ayında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi və s. işin digər halları ilə tam müəyyən olunur. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası məruzəçini, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya di gər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlə diyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin pozulması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə s übutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalı dır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən, yaşayış s ahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən əqd (alqı-satqı müqaviləsi) üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əgər iddiaçının niyyəti mənzilini girov (ipoteka) qoymağa yönəlmişdirsə, o zaman qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka müqaviləsi bağlaya bilərdi. Bu müqavilənin bağlanmasına iş üzrə heç bir maneə olmamışdır. İpoteka müqaviləsi hər hansı öhdəliyin icrasının təmini qismində çıxış edir (Mülki Məcəllənin 269.1, 460.1, «İpoteka haqqında» Qanunun 1.0.1-ci mad. və s.). Yəni, ortada hər hansı bir öhdəlik mövcud olmalıdır ki, həmin öhdəliyin icrasının təmini kimi də iddiaçı özünə məxsus əmlakı kreditor qarşısında ipoteka ilə yüklü etsin. İddiaçı tərəf isə mənzilin konkret olaraq hansı öhdəliyin (öhdəliyin yaranmasına əsas olmuş müqavilənin tarixi, mahiyyəti və s.) icrasının təmini kimi ipoteka qoyulmalı olduğunu əsaslandıra bilməmişdir. İşdə olan Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən təqdim olunmuş alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surətindən görünür ki, tərəflər öz iradələri ilə alqı-satqı müqaviləsi bağlamaqla, müqavilənin bağlanmasını arzu etmişlər və müqavilənin qiymətini müəyyən etməkdə sərbəst iradə nümayiş etdirmişlər. Notariat kontorunda alqı-satqı edilərkən, bağlanan müqavilənin mahiyyəti, hüquqi nəticələri, habelə satıcı nın hüquq və vəzifələri notarius tərəfindən ona izah edilmişdir (bu hal, alqı-satqı müqaviləsinin 20-ci bəndində də birbaşa göstərilmişdir). Notariat işində olan sənədlərdən həmçinin məlum olur ki, satıcı və alıcı (iddiaçı və cavabdeh) notariusa ünvanladıqları 04.08.2012-ci il tarixli ərizələrində də mübahisəli mənzilin satılması ilə bağlı razılığa gəlmələrini, alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunduqdan sonra mənzilin dəyəri kimi razılaşdıqları 90000 manat pulun depozit hesab vasitəsilə ödənilməsi barədə qanunvericiliyin tələblərinin onlara izah edilməsini bəyan etmişlər. Eyni zamanda, iş materialları ilə təsdiq olunur ki, alqı-satqı müqaviləsində qeyd olunmuş 90000 manat pul vəsaiti alıcı (cavabdeh) tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İd diaçı2 və Cavabdeh1 mənzildə qeydiyyatda olmalarına baxmayaraq alqı-satqı zamanı razılıqlarının alınmaması barədə dəlillərini apellyasiya məhkəməsi düzgün olaraq əsassız hesab etmişdir. Belə ki, notariat işində olan arayışda mənzildə İddiaçı1 tək qeydiyyatda olduğu qeyd edilmişdir. Bununla yanaşı, hətta onun yetkinlik yaşına çatmış uşaqları (iddiaçılar İddiaçı2 və Cavabdeh1) həmin mənzildə qeydiyyatda olsalar da belə, onların razılığının alınmaması mülkiyyətçinin əmlakını özgəninkiləşdirməyə maneə təşkil edən, həmçinin əqdin etibarsızlığına səbəb olan hal hesab edilmir. Çünki, əmlak mülkiyyətçisi orada qeydiyyatda olan şəxslərin razılığı olmadan da, mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirməkdə tam sərbəstir. Əks hal mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə b ilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisə predmeti olan mənzil 29.05.2017-ci il tarixdə X2. Mülki Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüq uqu müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. "X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin ) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”. Göründüyü kimi, hazırki vəziyyətdə məhkəmə qaydasında həmin mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçının mülkiyyətinə qaytarılması mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, alqı-satqı müqaviləsi 04 avqust 2012-ci il tarixdə bağlandığı halda, İddiaçı1 isə hazırki tələblə məhkəməyə 13 iyun 2018-ci il tarixdə, yəni 05 il 10 ay sonra müraciət etmiş, bununla da əqdin etibarsızlığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsi ilə müəyyən edilmiş 1 illik məhkəməyə müraciət etmə müddəti ötürüldüyündən bu halın özü də (iddianın əsassızlığı ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı) iddianın rədd olunması üçün qanuni əsas təşkil edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yuxarıda göstərilənlərə əsasən əsassız hesab edir və qeyd edir ki, satıcının (iddiaçı) satdığı əşyaya görə pul vəsaitinin alınmasını etibarnamə əsasında digər şəxsə (nümayəndə) həvalə etməsi özü-özlüyündə qanunvericiliyin tələblərinə zidd deyildir. Əgər satılmış əşyaya görə alıcı tərəfindən ödənilmiş pul vəsaiti nümayəndə B.Abdullazadə tərəfindən alındıqdan sonra iddiaçıya ödənilməmişdirsə, bu hal əqdin etibarsız sayılmasına deyil, həmin pulun nümayəndədən müstəqil qaydada tələb edilməsinə əsas ola bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsinə dair dəlili ilə b ağlı qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri də əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1. 4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il t arixli Qərarı). Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2(103)302/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4635/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4635/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver