Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4636/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3, Cavabdeh3, Bakı şəhəri 11 saylı Notariat Kontoruna və iddiaçılar X19, X17 və X11 cavabdeh "xxxx" KB ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4636/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və təhvil verilməsi) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2387/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin və həmin binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsinə dair X10 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri 11 saylı notariat konto runda təsdiq edilmiş 3M-1125 nömrəli “İlkin müqavilə”nin və 4Ə-451 nömrəli “Alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə, sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı və qeyrilərinin onun mülkiyyətində olan Bakı şəhəri, Esaylı qeyri-yaşayış binasından çıxarılmaları və qeyri-yaşayış binasının boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili V əkil1 iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ilk iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 dekabr 2018-ci il və 07 dekabr 2018-ci il tarixində Bakı şəhəri 11 saylı notariat kontorunda Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair “Qeyri-yaşayış binasının alqı-satqısına dair ilkin müqavilə” Reyestrdə 3M-1125 və “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” Reyestrdə 4Ə-451 qeydə alınmışdır. 2016-cı ildən bugünədək Azərbaycan Respublikasının Füzuli rayonundan olan qohumlar, ondan adı çəkilən mübahisəli qeyriyaşayış sahəsinin tikintisi üçün 200.000 manat pul alan şəxs X10, onun kürəkəni X14, “vəkil” Vəkil1 mübahisəli əmlakın formal alıcısı – “yeni mülkiyyətçisi” olan şəxs Cavabdeh1, yeni mülkiyyətçinin bacısı X9, onun yeznəsi X15 etibarından sui-istifadə edərək onu 200.000 manat pul xərcləməyə vadar etmişlər. Nəticə etibarı ilə külli miqdarda pulunu mənimsəmək və bu cinayət əməlini məhz “mülki xarakterli mübahisə kimi pərdələmək” məqsədilə Vəkil1 onu üç il davam edən uzun-uzadı məhkəmə çəkişmələrinə dartaraq, dəqiq faktları məhkəmələrdən gizlədərək, onları təhrif edərək ziyanına qanunsuz qətnamələr çıxarılmasına nail olmuş, pulunu həmyerliləri tərəfindən klassik dələduzluq yolu ilə ələ keçirilməsinə nail olmuş, habelə bu hadisələrdən məharətlə istifadə edərək, ondan alınan 250.000 pulun hesabına 1 mərtəbəli köhnə daxmanın yerində inşa edil ən 3 mərtəbəli müasir qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakı 07 dekabr 2018-ci il tarixində Bakı şəhəri 11 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdirmişlər. Belə ki, adı çəkilən daşınmaz əmlak bu gün də onun sərəncamındadır və onunla bağlı hal-hazırda məhkəmə çəkişmələri gedir. Yalnız onun vəkilinin sorğusuna əsasən 19 aprel 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisindən alınan rəsmi məlumat əsasında ona məlum olmuşdur ki, X10 mübahisəli 3 mərtəbəli yeni inşa edilmiş ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu, 28 noyabr 2018-ci il tarixində Seriya RX ******* saylı Çıxarış əsasında əldə etmiş və bundan daha bir həftə sonra 07 dekabr 2018-ci il tarixdə onu tələm-tələsik (tərəflər arasında məhkəmədə mübahisə gedən ərəfə də) guya 500.000 manata uydurma alqı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdirmişdir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında 3 il müddətində mübahisə predmeti olan, üzərində ilk olaraq həbs qərarı olan (vəkilin köməkliyi ilə iştirakı təmin olunmayan prosesdə xəbəri olmadan həbs qərarı üzərindən xəlvəti götürülən) mübahisəli qeyri-yaşayış sahəsinə X5 28.11.2018-ci il tarixində mülkiyyət hüququ əldə edilməsinə əsas olan, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11.08.2016-cı il tarixli, 2(005)- 3841/2016 saylı eyni məhkəmə qətnaməsinin qət etdi hissəsində X4 ona 200.000 manat ödənilməsi qət edilmişdir. Hal-hazırda belə adı çəkilən qeyri-yaşayış sahəsi faktiki olaraq onun istifadəsindədir və onun oradan çıxarılmağına dair məhkəmə çəkiş məsi getdiyi ərəfədə, guya bu əmlaka (əslində onu görmədən, içinə daxil olmadan və s.) kimsə 500.000 manat pul ödəyərək əldə edir. Bul hal elə bu hadisələrin uydurma, yalnız klassik dələduzluq əməlini pərdələmək niyyəti ilə baş verdiyinin bariz nümunəsidir. Bu arada sual olunur ki, yaxşı onda bu əmlakın satışından əldə olunan 500.000 AZN pul hardadır və cavabdeh icra məmuru 8 ay müddətində onun borcunu könüllü şəkildə niyə ödətdirməmişdir? Belə ki, bu fırıldaq “alqı-satqı” bağlanandan 2 ay sonra Rəhman Hüseynov ona olan borcu ilə bağlı 28 fevral 2019-cu il tarixdə Binəqədi rayon icra və probasiya şöbəsinin rəisi İ.Həsənovun adına pensiyaçı olması, onkoloji xəstə olması maddi durumunun ağır olmasını və s. səbəblərdən 200.000 manat pulun ona ödəyə bilməyəcəyi, bu məbləğin onun pensiyasından tutulmasının mümkün olması barədə fırıldaq izahat yazmışdır. Bu arada 07 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində X8 məxsus mübahisəli qeyri-yaşayış sahəsinin formal olaraq satılmasını göstərən faktlardan biri də odur ki, hazırda onun X8 qarşı borcun indeksasiyası nəticəsində sonuncudan əlavə olaraq pul tələbi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılan 2(007)-1450/19 saylı mülki iş üzrə X10 07.12.2018-ci il tarixli alqı-satqıdan 4 ay keçəndən sonra belə 22 aprel 2019-cu il tarixdə üzərinə məhkəmə tərəfindən 12 aprel 2019-cu il tarixdə həbs qoyulmuş qeyri-yaşayış sahəsinin üzərindən həbs götürülməsi barədə adı çəkilən vəkil vasitəsilə məhkəməyə şikayət ərizəsi təqdim etmişdir. Halbuki, o, bu əmlakı 07 dekabr 2018-ci il tarixində artıq Cavabdeh1 guya 500.000 m anata sataraq özgəninkiləşdirilmişdir və onun bu əmlakla bağlı heç bir subyektiv hüququ (marağı) da olmamalı idi. Bu arada şikayət ərizəsində X5 adından imza atan şəxs isə 07.12.2018-ci il tarixdə əmlakı onun adından etibarnamə əsasında satan (formal alıcının yeznəsi) Cavabdeh4 olmuşdur. Göründüyü kimi, alqı-satqı aparılarkən qanunvericiliyin tələbləri nəzərə alınmamış və onun hüququ kobudcasına pozulmuşdur. X5 həmin əmlakı özgəninkiləşdirməkdə məqsədi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən ona ödənilməli olan 200.000 manat məbləğində pul vəsaitini ödəməkdən yayınmaq olmuşdur. Belə ki, X5 nəğd pul vəsaiti olmadığından, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə tələb “İcra haqqında” Qanunun tələbinə uyğun olaraq qeyd olunan qeyri-yaşayış binasına yönəldiləcəkdi. X10 13 may 2019-cu il tarixdə vəfat etmiş və Bakı şəhəri, 44 saylı Notariat Ofisindən verilmiş 10 yanvar 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Cavabdeh3 onun vərəsəsi kimi tanınmışdır. Qarşılıqlı iddia tələbini Cavabdeh1 belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbini “faktiki hallarla” əsaslandırmağa, hüququ pozulmuş şəxs təsuratı yaratmağa çalışmışdır. İddiaçı iddia ərizəsində X5 iddiaçıdan mübahisəli qeyri-yaşayış binasının tikintisi üçün 200.000 manat pul aldığını, daha sonra isə ondan alınan 250.000 manat pulun hesabına 1 mərtəbəli köhnə daxmanın yerində 3 mərtəbəli müasir binanın inşa edilməsini vurğulamışdır. İddianın əsaslarından birini təşkil edən bu halın ağ yalan olması elə buradan, verdiyi pulun gah 200.000 manat, gah da 250 000 manat kimi qey d etməsindən də məlum olur. Digər tərəfdən, iddiaçı iddia ərizəsində qeyd edir ki, X2 daxmanın yerində müasir bina inşa etməsi məqsədi ilə ondan pul almışdır, daha sonra isə qeyd edir ki, bina hazırda onun sərəncamındadır. Bu bir etirafdır, özgənin əmlakını qanunsuz və əsassız şəkildə öz əlində saxlamasının etirafı. İddiaçı bu cür etirafı etməklə anlamalı idi ki, mülkiyyət hüququ üzrə ona məxsus olan əmlakı icazəsi olmadan və heç bir müqavilə əsası olmadan sərəncamında saxlaya bilməz. Əgər saxlayarsa bununla da ona ciddi əmlak ziyanı vurur və bu cür saxlamanın nəticəsində o, iddiaçıdan aylıq zərərin əvəzini tələb edərək ala bilər. Madam ki, iddiaçı bu əmlakın inşası üçün Pa yalnız pul vermişdir, əmlak almaq niyyəti olmamışdır və bunu özü etiraf edir, ona görə də qanuni və ya müqavilə əsası olmadan hər hansı əmlakı da öz sərəncamında saxlaya bilməz. Beləliklə, iddiaçının ona və qeyrilərinə qarşı qaldırdığı iddianın heç bir hüquqi və faktiki əsası yoxdur. Məlum olduğu kimi iddianın predmeti “qeyri-yaşayış binasının alqı-satqısına dair ilkin müqavilənin” və “daşınmaz əmlakın alqısatqı müqaviləsinin” etibarsız hesab edilməsindən ibarət olsa da, iddiaçı etibarsızlığın hüquqi əsasını ortaya qoya bilməmişdir. Çünki, iddiaçı iddiada Pa pul verdiyini, pulun ona qaytarılmadığını, müəyyən adamlar tərəfindən ona qarşı dələduzluq edildiyini və sair vurğulasa da, iddianın sonunda “xahiş edirəm” hissədə pul tələbi əvəzinə cavabdehlə P arasında bağlanmış ilkin müqavilənin və alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Pul tələbi ilə müqavilələrin etibarsızlığı tələbi arasında heç bir əlaqə yoxdur. İddiaçı 200.000 manat və ya 250.000 manat borcu ona yox, Pa vermiş (əgər həqiqətən vermişdirsə), buna görə də onun mülkiyətində olan əmlakın alqı-satqısının etibarsızlığı ilə bağlı iddia tələbini əsaslandırmaq üçün onun subyektiv hüquqi yoxdur, çünki ortaya qoyduğu əsaslar iddianın predmeti ilə uzlaşmır. Bundan əlavə qeyd etdiyi pulun alınıb ona verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi vardır. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası onun mülkiyyətində olsa da, faktiki olaraq iddiaçı əmlakı qanunsuz olaraq özündə saxlamış, onu kirayəyə verməklə əsassız varlanma şəklində gəlirlər əldə edir. Onda olan məlumata görə iddiaçı, qeyri-yaşayış binasını şəxsiyyəti ona məlum olmayan, özünü Qarabağ veterenları Cəmiyyətinin ü zvü kimi təqdim edən şəxslərə faktiki icarəyə vermiş, binanın yuxarı mərtəbəsi isə məktəbəqədər hazırlıq kursuna icarəyə vermişdir. Hələ xeyli əvvəl P tərəfindən həmin əmlakın iddiaçının qanunsuz sahibliyindən alınması və həmin əmlakın qanunsuz saxladığı müddətə görə vurulmuş zərər şəklində pulun iddiaçıdan alınaraq Pa ödənilməsi barədə iddia qaldırılmış və sonradan P vəfat etdiyi üçün onun vərəsəsi tərəfindən mülki iş Bakı Apellyasiya Məhkəməsində olarkən baxılmamış saxlanılmışdır. Beləliklə, iddiaçı yenə də həmin binada qanunsuz olaraq qalmaqda davam etmişdir. Bu isə onun əmlak mənafeyinə ciddi zərər vurmaqla, onu zərərə salır. Dəfələrlə əmlakı tələb etməsinə baxmayaraq iddiaçı onu qaytarmaqdan imtina etmişdir. İddiaçının və qeyri-yaşayış binasında yerləşmiş digər şəxslərin hazırkı tarix ədək qeyri-yaşayış binasını ona təhvil verməmələri onu mülkiyyətdən faktiki məhrum etməklə yanaşı, əldən çıxmış fayda, eləcədə həmin əmlakdan bəhrələnmək, gəlir götürmək hüququndan məhrum etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini “faktiki hallarla” əsaslandırmağa, hüququ pozulmuş şəxs təsuratı yaratmağa çalışmışdır. İddiaçı iddia ərizəsində X5 iddiaçıdan mübahisəli qeyri-yaşayış binasının tikintisi üçün 200.000 manat pul aldığını, daha sonra isə ondan alınan 250.000 manat pulun hesabına 1 mərtəbəli köhnə daxmanın yerində 3 mərtəbəli müasir binanın inşa edilməsini vurğulamışdır. İddianın əsaslarından birini təşkil edən bu halın ağ yalan olması elə buradan, verdiyi pulun gah 200.000 manat, gah da 250.000 manat kimi qeyd etməsində n də məlum olur. Digər tərəfdən, iddiaçı iddia ərizəsində qeyd edir ki, X2 daxmanın yerində müasir bina inşa etməsi məqsədi ilə ondan pul almışdır, daha sonra isə qeyd edir ki, bina hazırda onun sərəncamındadır. Bu bir etirafdır, özgənin əmlakını qanunsuz və əsassız şəkildə öz əlində saxlamasının etirafı. İddiaçı bu cür etirafı etməklə anlamalı idi ki, mülkiyyət hüququ üzrə ona məxsus olan əmlakı icazəsi olmadan və heç bir müqavilə əsası olmadan sərəncamında saxlaya bilməz. Əgər saxlayarsa bununla da ona ciddi əmlak ziyanı vurur və bu cür saxlamanın nəticəsində o, iddiaçıdan aylıq zərərin əvəzini tələb edərək ala bilər. Madam ki, iddiaçı bu əmlakın inşası üçün Pa yalnız pul vermişdir, əmlak almaq niyyəti olmamışdır və bunu özü etiraf edir, ona görə də qanuni və ya müqavilə əsası olmadan hə r hansı əmlakı da öz sərəncamında saxlaya bilməz. Beləliklə, iddiaçının ona və qeyrilərinə qarşı qaldırdığı iddianın heç bir hüquqi və faktiki əsası yoxdur. Məlum olduğu kimi iddianın predmeti “qeyri-yaşayış binasının alqı-satqısına dair ilkin müqavilənin” və “daşınmaz əmlakın alqısatqı müqaviləsinin” etibarsız hesab edilməsindən ibarət olsa da, iddiaçı etibarsızlığın hüquqi əsasını ortaya qoya bilməmişdir. Çünki, iddiaçı iddiada Pa pul verdiyini, pulun ona qaytarılmadığını, müəyyən adamlar tərəfindən ona qarşı dələduzluq edildiyini və sair vurğulasa da, iddianın sonunda “xahiş edirəm” hissədə pul tələbi əvəzinə cavabdehlə P arasında bağlanmış ilkin müqavilənin və alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Pul tələbi ilə müqavilələrin etibarsızlığı tələbi arasında h eç bir əlaqə yoxdur. İddiaçı 200.000 manat və ya 250.000 manat borcu ona yox, Pa vermiş (əgər həqiqətən vermişdirsə), buna görə də onun mülkiyətində olan əmlakın alqı-satqısının etibarsızlığı ilə bağlı iddia tələbini əsaslandırmaq üçün onun subyektiv hüquqi yoxdur, çünki ortaya qoyduğu əsaslar iddianın predmeti ilə uzlaşmır. Bundan əlavə qeyd etdiyi pulun alınıb ona verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi vardır. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası onun mülkiyyətində olsa da, faktiki olaraq iddiaçı əmlakı qanunsuz olaraq özündə saxlamış, onu kirayəyə verməklə əsassız varlanma şəklində gəlirlər əldə edir. Onda olan məlumata görə iddiaçı, qeyri-yaşayış binasını şəxsiyyəti ona məlum olmayan, özünü Qarabağ veterenları Cəmiyyətinin üzvü kimi tə qdim edən şəxslərə faktiki icarəyə vermiş, binanın yuxarı mərtəbəsi isə məktəbəqədər hazırlıq kursuna icarəyə vermişdir. Hələ xeyli əvvəl P tərəfindən həmin əmlakın iddiaçının qanunsuz sahibliyindən alınması və həmin əmlakın qanunsuz saxladığı müddətə görə vurulmuş zərər şəklində pulun iddiaçıdan alınaraq Pa ödənilməsi barədə iddia qaldırılmış və sonradan P vəfat etdiyi üçün onun vərəsəsi tərəfindən mülki iş Bakı Apellyasiya Məhkəməsində olarkən baxılmamış saxlanılmışdır. Beləliklə, iddiaçı yenə də həmin binada qanunsuz olaraq qalmaqda davam etmişdir. Bu isə onun əmlak mənafeyinə ciddi zərər vurmaqla, onu zərərə salır. Dəfələrlə əmlakı tələb etməsinə baxmayaraq iddiaçı onu qaytarmaqdan imtina etmişdir. İddiaçının və qeyri-yaşayış binasında yerləşmiş digər şəxslərin hazırkı tarixədək qeyri- yaşayış binasını ona təhvil verməmələri onu mülkiyyətdən faktiki məhrum etməklə yanaşı, əldən çıxmış fayda, eləcədə həmin əmlakdan bəhrələnmək, gəlir götürmək hüququndan məhrum etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2020-ci il tarixli 2(001)-2021/2020 nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 3 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və qeyd edilən qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 15 manatının İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İş materiallarından göründüyü kimi, satıcı X10 mülkiyyətində olan qeyri-yaşayış sahəsini notariat qaydasında təsdiqlənmiş 3M-1125 reyestr nömrəli “İlkin müqavilə” və 4Ə-451 reyestr nömrəli “Alqı-satqı müqaviləsi”nə əsasən alıcı - Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı tərəfindən həmin müqavilələrə əsasən 500.000 manat məbləğində vəsait notariusun bankda açdığı depozit hesabı vasitəsilə alıcıya ödənişmiş, habelə notarius tərəfindən 21.165,38 manat məbləğində vergi tutularaq Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ödənilmişdir. İddiaçı tərəfindən qeyd olunan müqavilələrin uydurma əqd olmaqla formal olaraq bağlandığı iddia edilsə də, məhkəmə qeyd edir ki, həmin müqavilələr qanunvericiliyin imperativ normalarına əsasən rə smiləşdirilmiş, müqavilə üzrə tərəflərin hüquqi nəticələr yaratmaq niyyətinin olmadığı isə iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsinin icrası mərhələsində məcburi icra tədbiri kimi üzərinə həbs qoyulmamış əmlaka dair borclu tərəfindən əqdlərin bağlanılması ilə bağlı qanunvericilikdə qadağa yoxdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan müqavilələrin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və bu tələbin təmin olunubolunmaması bi lavasitə iddia tələbinin “Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş 3M-1125 nömrəli “İlkin müqavilə”nin və 4Ə-451 nömrəli “Alqısatqı müqaviləsi”nin etibarsız hesab edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 375.2-ci maddələrinə əsasən iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir” 12 mart 2020-ci il tarixli qərarında Plenumun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericilikdə mübahisə edilən əqdlərin mübahisələndirilməsi kəsici müddətə tabe olmasına baxmaraq, əhəmiyyətsiz əqdlərə, təbiətləri etibarı ilə belə bir müddət şamil edilmir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin yuxarıda istinad edilən 354.1-ci maddəsinə əsasən “əhəmiyyətsi z əqdin etibarsızlığı”na deyil, bu cür əqdin “etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia”ya müddət şamil etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin “İddiaçı mübahisəli qeyri-yaşayış binasından çıxarılması və boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Esaylı qeyriyaşayış binasının faktiki olaraq iddiaçının istifadəsində olması etiraf edilmiş, habelə iddiaçı tərəfindən həmin əmlakın bir hissəsi Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra belə 01 avqust 2019-cu il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli qeyri-yaşayış binasına qanuni əsaslar olmadan sahiblik edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış binası Cavabdeh1 məxsus olduğundan və onun iddiaçının sahibliyində qalmasına hər hansı qanuni əsas olmadığından iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı ünvan 3 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsindən çıxarılmalı və qeyd edilən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh1 təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “qeyrilərinin mübahisəli qeyri-yaşayış binasından çıxarılması və boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, qarşılıqlı iddia tələbinin “qeyrilərinin mübahisəli qeyri-yaşayış binasından çıxarılması və boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” hissəsində tələb cavabdeh kimi işdə iştirak etməyən dairəsi qeyri-müəyyən olan şəxslərə yönəldilmiş və buna görə də məhkəmə hesab edir ki, qarşılıql ı iddia tələbi bu hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 152.1, 157.2, 337.1, 337.2, 337.4, 340.1, 354.1, 373.2, 416-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3, 77.1, 119.1, 149.2.3, 154.1, 217.4-cü maddələri və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinin ikinci abzası, 12-1-ci bəndi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilm əsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) 2(103)-2387/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2021/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Bundan əlavə qeyd edilməlidir ki, iddianın (apellyasiya şikayətinin) dəlilləri və apellyasiya icraatı zamanı izahatda iddiaçı tərəfindən əsas gətirilən dəlillər fərqlidir və yeni sübutların araşdırılmasını tələb edir. Əlavə faktlar və yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Qeyd edilməlidir ki, başqa məhkəmə qərarının icra edilməsi mümkünsüzlüyü ilə bağlı verilmiş tələbin səbəbi icra məmuru tərəfindən vəzifələrinin düzgün yerinə yetirilməməsi olmuşdur. Halbuki icra məmuru öz vəzifələrinə müvafiq icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməli; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməli; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin etməlidir. Ona görə, ilk iddia üzrə iddiaçının mülki, cinayət və inzibati səciyyəli digər (o cümlədən fərqli əsaslar üzrə eyni) tələblər əsasında yenidən iddia irəli sürmək hüquqları istisna edilmir. Kasasiya şikayətinin və ona etirazın dəlillə ri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə İddiaçı (vəkili Vəkil3) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiasının tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin mübahisəni həll edərkən gəldiyi nəticə qanuni və əsaslı deyildir. Aşağı instansiya məhkəmələri qətnamə qəbul etdiyi zaman nəzərə almamışdır ki, X1 Rəhman İsmayıl oğlu ilə alqı-satqı müqaviləsi X5 ona 200000 manatın ödənilməsinə dair icra vərəqəsinin dərhal Binəqədi rayon İcra şöbəsinə daxil olduqdan sonra bağlanmışdır. Bununla yanaşı məhkəmələr qeyd olunan alıq-satqıdan 2 il keçdikdən sonra qeyri-yaşayış sahəsinin boşaldılmasına dai r iddianın verilməsi məsələsini də araşdırmamış və bu səbəbdən düzgün nəticəyə gəlməmişlər. Göstərilənlərdən aydın olur ki, Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə c avabdeh İddiaçı, vəkili Vəkil3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh3, 11 saylı Notariat Kontorunun, ilk iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və “Qarabağ Qaziləri” İctimai Birliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2387/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tə rəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdi q edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinin ikinci abzasına əsasən pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Həmin Təlimatın 12-1-ci bəndinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin (alqı-satqı, bağışlama, dəyişdirmə, renta, habelə mülkiyyət hüququnun keçməsi ilə bağlı digər özgəninkiləşdirmə müqavilələri) notariat qaydasında təsdiqi zamanı notarius Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci, 220.8-1-ci və 220.8-2-ci maddə lərinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına təqdim etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ilk iddia tələbinin əsaslı olması, yəni etibarlılığı mübahisələndirilmiş alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmış, bu zaman hər hansı qqanunvericilik normasını pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, satıcı X10 mülkiyyətində olan qeyri-yaşayış sahəsini notariat qaydasında təsdiqlənmiş 3M-1125 reyestr nömrəli “İlkin müqavilə” və 4Ə451 reyestr nömrəli “Alqı-satqı müqaviləsi”nə əsasən alıcı - Cavabdeh1 mülkiyyətinə vermiş, alıcı tərəfindən həmin müqavilələrə əsasən 500.000 manat məbləğində vəsait notariusun bankda açdığı depozit hesabı vasitəsilə alıcıy a ödənilmiş, habelə notarius tərəfindən 21.165,38 manat məbləğində vergi tutularaq Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ödənilmişdir. İddiaçı tərəfindən qeyd olunan müqavilələrin uydurma əqd olmaqla formal olaraq bağlandığı iddia edilsə də, həmin müqavilələr qanunvericiliyin imperativ normalarına əsasən rəsmiləşdirilmiş, müqavilə üzrə tərəflərin hüquqi nəticələr yaratmaq niyyətinin olmadığı isə iş materialları ilə təsdiqini tapmamışdır. Ümumi kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətna mənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2387/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.