Məhkəmə qərarları › İş №2(102)-4637/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4637/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4637/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2(103)13897/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(001)6080/2019 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh 4128 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ve rilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(103)-13897/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(001)6080/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxxkassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(103)-13897/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kass asiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Cavabdeh kassasiya şikayətini bunun üçün qanunla müəyyən olunmuş müddəti ötürməklə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə tərəflərin, o cümlədən cavabdehin iştirakı ilə elan edilmiş və qətnamənin əsaslandırılmış surəti cavabdehin ünvanına göndərilməklə, 16 dekabr 2019-cu il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. Həmçinin müəyyən olunur ki, cavabdeh 31 yanvar 2020-ci il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin bitməsinə 15 gün qalmış apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, onun dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qərardadı ilə ərizə t əmin edilmişdir. İş materiallarında olan vəkil orderindən həmçinin müəyyən olunur ki, cavabdehə Sumqayıt Regional Vəkil Bürosu tərəfindən 20 fevral 2020-ci il tarixdə vəkil təyin edilmişdir. Lakin cavabdeh həmin tarixdən hesablanmaqla, nəinki prosessual müddətin bitməsi üçün qalan 15 gün müddətində, hətta ağlabatan digər müddətdə kassasiya şikayəti verməmiş, şikayətini bilavasitə Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlayaraq 22 may 2020-ci il tarixdə poçt-rabitə xidmətinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)-13897/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxxtərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar