Məhkəmə qərarları › İş №2(102)-4639/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4639/2019

03.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4639/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh və onun vəkili GQnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(005)-4531/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Quliyev) iddia tə min edilmiş, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağanılmış 13 dekabr 2017-ci il tarixli, 83 saylı müqavilənin etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən, məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev, 2(103)-3053/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(005)4531/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin olunmamışdır. İşin halları İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağanılmış 13 dekabr 2017-ci il tarixli, 83 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı MTK apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili GQ kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edil məsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı Mənzil Tikinti Kooperativinin təsisçisilərin biridir. Şirkətlə vətəndaşlar arasında müqavilələrin hazır lanması onun səlahiyyətlərinə aiddir. O, Cavabdeh şəxsən tanıyır, sonuncu ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış müqaviləni o, imzalamışdır. Həmin müqavilədə ödəniləcək kirayə haqqı məbləği qeyd olunmadığı üçün, Cavabdeh ilə yeni müqavilənin bağlanması zərurəti yaranmış və sonuncuya müraciət edərək köhnə müqavilənin qaytarılmasını xahiş etmiş, lakin sonuncu müqavilənin surətini sonradan şirkətə təqdim etməmişdir. Əslində 83 saylı müqavilədəki səhv düzəldilmək üçün tərəfindən yeni müqavilə tərtib edilmiş, orada mənzil təhvil verilənə qədər aylıq 400 manat kompensasiya şəklində pulu cavabdehə ödəməsi şərtləri nəzərdə tutulmuş, lakin müqavilənin nömrəsi səhvən 82 göstərilmişdir. Hazırda isə faktiki olaraq 13 dekabr 2017-ci il tarixli 82 saylı müqavilədə göstərilənlər düzdür. 83 saylı müqavilə etibarsız sayılmalıdır. Belə ki, MTK tərəfindən cavabdeh qarşısında iki ayrı-ayrı 1 otaqlı mənzil verilməsi barədə razılıq olmamış, cavabdehə bir mərtəbədə üz-üzə olan iki 1 otaqlı mənzil verilməsinə dair vəd verilməmiş, ümumiyyətlə binanın layihəsinə nəzər yetirilsə də görünür ki, inşa olunacaq binanın heç bir mərtəbəsində üz-üzə olan iki 1 otaqlı mənzilin inşası nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan məlum olmuşdur ki, ünvan 1 ünvanında 2 (iki) otaq paylı mülkiyyət hüququ əsasında (yaşayış s ahəsi 30 kv.m.) Cavabdeh mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd etdiklərinə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir və onun tərəfindən müəyyən edilmiş kimi göstərilən iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin 13 dekabr 2017-ci il tarixli 83 saylı müqavilə imzalandıqdan sonra orada aylıq kompensasiyanın məbləğinin göstərilməməsi səbəbindən ikinci, 82 saylı müqavilənin imzalandığını, sonuncunun birinci müqaviləni ləğv edilməsi üçün qaytarmalı olduğu halda, iddiaçını aldadaraq müqaviləni özündə saxlamasını göstərsə də, həmin hallar iş üzrə hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə həmin qənaətə yalnız iddiaçı tə rəfin izahatları və şahid X1 ifadəsinə əsasən gəlmişdir. Halbuki, sonuncunun ifadəsi iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığı halda, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, FG özü ifadəsində göstərmişdir ki, o, İddiaçı MTK-nın təsisçilərindən biridir və mübahisələndirilən müqaviləni tərtib edilərək, iddiaçının adından imzalamış şəxsdir. Belə olan halda, işin nəticəsi onun maraqlarına toxunur. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1ci maddəsini şərh etməklə hesab etmişdir ki, cavabdehin mülkiyyətində olmuş mənzilə görə iddiaçının 2 müqavilə əsasında 2 müxtəlif 1 otaqlı mənzillərin verilməsinə dair iradə ifadəsi olmamış və bu səbəbdən bağlanılmış əqd etibarsız olmuşdur. Lakin məhkəmənin həmin nəticəsi də hər hansı mötəbər sübu tla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mülkiyyətində olmuş və onun tərəfindən sökülməsinə razılıq verilmiş mənzilin sahəsi 30 kv.m. olduğu halda, iddiaçı tərəfindən yeni tikiləcək binada cavabdehə 2 ayrı-ayrı 1 otaqlı mənzilin verilməsinin qeyri-mümkünlüyünə dair birinci instansiya məhkəməsinin qənaəti və bu qənaəti əsaslandırmaq üçün idd iaçı ilə Xocalı rayonundan məcburi köçkün olan, şəhid ailəsi ilə bağlanmış müqaviləyə, habelə yeni tikilən binanın layihəsində bir mərtəbədə iki ayrılıqda 1 otaqlı mənzilin olmamasına istinad etməsi də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyinin prinsiplərindən biridir. Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şə xsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilən in digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2) Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının başqa şəxslərlə onun üçün daha əlverişl i şərtlərlə müqavilə bağlaması cavabdehlə bağlanmış müqavilənin etibarsızlığının sübutu kimi qiymətləndirilə bilməz. Həmçinin cavabdehin mənzilinin yerləşdiyi ərazidə yeni tikiləcək binanın layihələndirilməsi və inşası iddiaçının üzərində olduğundan, həmin binada müqavilələrdə göstərilən mənzillərin nəzərdə tutulmaması cavabdehin hüquqlarının pozulmasına səbəb ola bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında məhz 2 müstəqil müqavilənin bağlanması və hər iki müqavilə bağlanılan anda tərəfələrin iradə ifadəsini əks etdirməsi öz təsdiqini tapmışdır. İddia tələbində göstərilənlərə zidd olaraq iş üzrə müəyyən olunmuşdur ki, tərəflər arasında 13 dekabr 2017-ci il tarixdə 82 və 83 saylı müqavilələr bağlanmışdır ki, birincisində tikinti şirkəti tərəfindən əm lak mülkiyyətçisinə yeni yaşayış binasının tikintisi zamanı aylıq 400 manat məbləğində kirayə haqqının kompensasiyasının verilməsi nəzərdə tutulmuşdur. İkinci müqavilədə isə iddiaçı tərəfindən təqdim etdiyi şahidin ifadəsində bildirdiyinə əksinə olaraq, kirayə haqqı sadəcə göstərilməmiş deyil, “ödənişsiz” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış pra ktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəsinə də düzgün hüquqi qiymət verilməmiş və maddi hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddi a tələbinin məzmunundan müəyyən olunmuşdur ki, iddiaçı tələbini vacib əhəmiyyətli yanılmanın təsiri altında müqavilə bağlanılması əsası ilə irəli sürmüşdür. Belə olan halda, o, hazırki iddianı mübahisələndirilən müqaviləni bağladığı tarixdən 1 ay ərzində qaldırmalı idi. Belə ki, 13 dekabr 2017-ci il tarixli, 83 saylı müqavilənin bağlanması elə həmin tarixdə iddiaçıya bəlli olması mübahisə edilməyən haldır. Lakin iddiaçı Azərbaycan Respublikası MM-in 354.2-ci maddəsinə zidd olaraq hazırki iddianı 13 yanvar 2018-ci il tarixə kimi deyil, 21 avqust 2018-ci il tarixdə birinci instansiya məhkəməsinə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin sökülməsi müqabilində iddiaçı tərəfindən tikiləcək yeni binada məhz iki a yrı-ayrı 1 otaqlı, hər biri 81 kv.m. olan mənzilin verilməsinə dair 13 dekabr 2017-ci il tarixli, 82 və 83 saylı müqavilələr bağlanılmış, həmin müqavilələr hər iki tərəfin, o cümlədən iddiaçının iradə ifadəsini tam əks etmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi icra edib, mülkiyyətində olan mənzili boşaldaraq iddiaçıya təhvil verməsindən və sonuncu tərəfindən həmin mənzil söküldükdən sonra iddiaçının müqavilələrin birinin etibarsızlığı ilə əlaqədar məhkəməyə müraciət etməsi mülki qanunvericiliyinin vicdanlılıq prinsipinə ziddir. Azərbaycan Respublikası MPM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüqu qa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar