Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-464/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Məmmədli Ənnağı Əbdül oğlunun, Cavabdeh, onun vəkili Cəfərov Ceyhun Bəykişi oğlunun, Üçüncü şəxs X16 və onun vəkili Məmmədəliyeva Sevinc Etibar qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9419/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı - ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət” X15, 52 saylı X24, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası, X23 və X21) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, mirasda vərəsələr X4, X5 və Cavabdeh qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsidə payı müəyyən edilməsi, Cavabdeh adına verilmiş xx xxxxxx 2014- cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin X6, X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, bunun hüquqi nətic əsi olaraq Cavabdeh adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilinə dair xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışı X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, Cavabdeh ilə X21 arasında xx xxxxxx 2018-ci il tarixli 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsini X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, X11 adına verilmiş xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarışın X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, X21 ilə X23 arasında 52 saylı DNK-da xx xxxxxx 2018-ci il tarixli 4Ə-1064 reyestr nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi və X16 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli dövlət re yestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzili keçmiş arvadı X9 xüsusi mülkiyyətində olmuşdur. Mənzil xüsusi mülkiyyət kimi xx xxxxxx 2000-ci ildə Elmira Babayevanın adına qeydiyyatdan keçmişdir. xx xxxxxx 2000-ci il tarixdə Elmira Babayeva ilə faktiki nikaha daxil olaraq ailə qurublar. 2000-ci ilin aprel ayında, toydan əvvəl 4 otaqlı ata evini sataraq mübahisəli evi alıblar. Qeyd olunan evdə 2000-ci ilin noyabr ayının 5-dən 2009-cu ilin əvvəlinə kimi yaşayıblar. Birgə nikahlarından xx xxxxxxxx 2001-ci il təvəllüdlü X12 və xx xxxx 2003-cü il təvəllü dlü X13 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan xx xxxxxxxx 2001-ci il təvəllüdlü X12 və xx xxxx 2003-cü il təvəllüdlü X5 onun yanında saxlanılması qət edilmişdir. X3 xx xxx 2014- cü il tarixdə vəfat etmişdir. Elmira Babayevanın qanun üzrə vərəsələri oğlanları X12 və X7r. Əbülfəz Ələkbərov və Elsevər Ələkbərov yetkinlik yaşlarına çatmadığı üçün qanuni nümayəndələri kimi mərhum Elmira Babayevaya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 37 saylı Notariat Kontoruna müraciət etmişdir. Məlum olmuşdur ki, xx xxxxxxxx 2014-cü il tarixdə 4 saylı Bakı "ASAN xid mət" mərkəzində miras açılmışdır. xx xxxxxx 2014-cü il tarixli X3nın anası Cavabdeh vərəsə kimi tanınmış və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən ona təqdim olunmuş sənədlər arasında Cavabdeh ərizəsi də var. O, ərizəsində göstərmişdir ki, "miras əmlakın sahibi mərhum qızı X18 vəfat etmişdir və məndən başqa vərəsə yoxdur". Elmira Babayeva vəfat edəndə, cavabdeh dəfələrlə demişdir ki, qızının vərəsələri onun övladlarıdır, məhz ona görə də, qızına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzil onun övladlarına məxsusdur. İddiaçı həmçinin qeyd etmişdir ki, o, xx.xx.2007-ci il tarixə qədər mərhum həyat yoldaşı Elmira Babayeva və azyaşlı uşaqları ilə birgə mübahisəli evdə yaşamışdır. 2008-ci ildə Elmira Babayeva ilə aralarında mübahisə yaranmış, nəticədə sonuncu evdən çıxmışdır. Elmira Babayeva evdən getdikdən sonra o, iki uşağı ilə birgə həmin evdə yaşamağa davam etmişdir. Daha sonra məhkəmənin qərarı ilə Elmira Babayeva həmin evə köçürülmüş, bundan sonra isə o, evdən çıxarılmışdır. Elmira Babayeva evə köçürüldükdən sonra 3 gün orada yaşamış, daha sonra evi kirayə verərək, anasının yanına köçmüşdür. 2014-cü ildə həyat yoldaşı Elmira Babayeva vəfat etmiş, lakin sonuncunun ailə üzvləri onun arasında uzun müddət davam edən mübahisə olduğundan, ona mərhumun yas mərasimlərində də iştirak etməyə imkan verməmişlər. Həyat yoldaşı Elmira Babayeva ilə aralarında mübahisə olmuş, lakin bu mübahsənin mövcudluğu uşaqların analarının mirasından pay almaq hüququndan mərh um edilməsinə gətirib çıxarmamalıdır. Mərhumun ölümündən sonra mübahisəli evdə heç kim yaşamamış, cavabdeh Cavabdeh evi kirayəvə vermişdir. Cavabdeh uşaqlara həmişə bildirmişdir ki, analarından miras qalmış mənzil onlarındır, analarının müalicəsi ilə bağlı yığılmış borcları olduğundan, evi müvəqqəti olaraq kirayəyə vermişdir, borcları ödədikdən sonra evi uşaqların adına keçirəcəkdir. Məhkəməyə müraciət etməzdən bir ay əvvəl onun və Elmira Babayevanın övladları olan Əbülfəz Ələkbərov və Elsevər Ələkbərov yetkinlik yaşlarına çatmadığı üçün qanuni nümayəndələri kimi o, mərhum Elmira Babayevaya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 37 s aylı Notariat Kontoruna müraciət etmişdir. Burada ona məlum olmuşdur ki, xx xxxxxxxx 2014-cü il tarixdə 4 saylı Bakı "ASAN xidmət" mərkəzində miras açılmış, xx xxxxxx 2014cü il tarixli X3nın anası Cavabdeh yeganə vərəsə kimi tanınmış və sonuncuya Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən ona təqdim olunmuş sənədlər arasında Cavabdeh ərizəsi də var. Cavabdeh qız ərizəsində göstərmişdir ki, "miras əmlakın sahibi mərhum qızım X18 vəfat etmişdir və məndən başqa vərəsə yoxdur". Yəni, cavabdeh notariat kontorunu aldadaraq, səhv məlumatlar verərək, yeganə vərəsə kimi tanınmış və bunun nəticəsi olaraq ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra Cavabdeh öz adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qə səbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilinə dair xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış əldə etmiş, evi kirayəyə vermiş, az bir müddət sonra isə mənzilə münasibətdə birdəfəlik olaraq uşaqların haqlarını itirmək məqsədilə, həmçinin, özünün və oğlu X11 yığılmış borclarının ödənilməsi məqsədilə xx xxxxxx 2018-ci il tarixli 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən mübahisəli öz oğlu X17 bağışlamış, sonuncu öz növbəsində, öz adına xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarış əldə etmiş və növbəti addım olaraq bu çıxarışa əsasən öz adına rəsmiləşdirmiş evi 52 saylı DNK-da xx xxxxxx 2018- ci il tarixli 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2, bütün bunların nəticəsi olaraq X16 adına x x xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış verilmişdir. Bu məlumatları o, məhkəməyə müraciət etməzdən bir ay əvvəl və məhkəmə prosesi gedişində əldə etmişdir. Beləliklə, müəyyən olmuşdur ki, Cavabdeh notariat kontorunu aldadaraq, yanlış məlumatlar verərək yeganə vərəsə kimi tanınmış, notariat orqanı isə digər vərəsələrin mövcudluğunu araşdırmadan, cavabdehə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh tərəfindən edilən sonrakı hərəkətlər və bu hərəkətlərin digər hüquqi nəticələri göstərilən qanunsuzluğun birbaşa hüquqi nəticələridir. Onunla mərhum həyat yoldaşı arasında münaqişə olduğundan, o, sonuncunun vəfatından sonra notariat orqanına müracət etməmiş, hazırki iş üzrə cavabdehə mənzilə dai r uşaqların haqları barədə müraciət etdikdə isə, cavabdeh ona bildirmişdir ki, narahatçılığa heç bir əsas yoxdur, ev onsuz da uşaqlarındır, müəyyən borcları olduğundan, evi kirayə vermişdir. Onunla mərhum həyat yoldaşı arasında münaqişənin olması, onun uşaqların qanuni nümayəndəsi olaraq vaxtında notariat orqanına müraciət etməməsi uşaqların öz mərhum analarının əmlakından mirasdan mərhum olmasına gətirib çıxarmamalıdır, uşaların payları tanınmalı və müdafiə olunmalıdır. Eyni zamanda, hesab edir ki, Cavabdeh da, düzdür saxta məlumatlar verməklə, hər halda özü də ərizə ilə notariat kontoruna müraciət etdiyindən, onun da payı tanınmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.F.İbrahimov) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında ye rləşən 6 saylı mənzilə dair X4, X5 və Cavabdeh qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə X6 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş, xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh ilə X21 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən xx x xxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsi X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X11 adına verilmiş xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarış X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X21 ilə X23 arasında 52 saylı DNK-da xx xxxxxx 2018- ci il tarixdə bağlanmış 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin mənzilə dair X16 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 da apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9419/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayətləri qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Gün əşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş, xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh ilə X21 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinin X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X11 adına verilmiş xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarış X4 və X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X21 ilə X23 arasında 52 saylı DN K-da xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin mənzilə dair X16 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia tələbi rədd edilmiş, qətnamə qalan hissələrdə yəni, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X4, X5 və Cavabdeh qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində payının müəyyən edilməsi və ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən, yəni X12 və X5 paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində d əyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9419/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Məmmədli Ənnağı Əbdül oğlu və Cavabdeh və vəkili Cəfərov Ceyhun Bəykişi oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Məmmədli Ənnağı Əbdül oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9419/2019 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımışdır. Bundan əlavə, cavabdeh qızının müalicəsi üçün yaran mış borcla əlaqədar evi satdığını qeyd etsə də, borcların mövcudluğu halı öz təsdiqini tapmır. Cavabdeh və vəkili Cəfərov Ceyhun Bəykişi oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9419/2019 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, X3nın vəfatından sonra iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası faktiki olaraq qəbul etməmiş, bu müddət ərzində həmin evdə bir gün də yaşamamışdır. Beləliklə, iddiaçı mirasın əmlakın qəbulu üçün mülki qanunvericilikdə imperativ norma kimi müəyyən edilmiş hərəkətlərin heç birini etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və vəkili Məmm ədli Ənnağı Əbdül oğlu məhkəmə iclasında iştirak edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh və vəkili Cəfərov Ceyhun Bəykişi oğlu məhkəmə iclasında iştirak edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Üçüncü şəxs X23 və vəkili Məmmədəliyeva Sevinc Etibar qızı qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət” X15, 52 saylı X24, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası və X21 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məh kəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halla rından göründüyü kimi, iş materiallarında olan AZ-İİ seriyalı, 070283 saylı və AZ-İİ seriyalı 070182 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və X9 birgə nikahlarından xx.xx.2001-ci ildə X12, xx.xx.2003-cü ildə X13 anadan olmuşlar. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-819/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Məhərrəm oğlunun cavabdeh X14 qarşı “daimi pasport qeydiyyatına alınma”ya dair mülki işə və İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 30-da yerləşən 6 saylı mənzildən çıxarılması, özünə məxsus bir ədəd qızıl zəncirinin və mənzilin sənədlərinin, çöl qapısının açarları və əşyalarla birlikdə ilkin iddiaçı tərəfindən ona təhvil verilməsi X9 qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı Məhər rəm oğlunun cavabdeh X14 qarşı daimi pasport qeydiyyatına alınmaya dair iddiası təmin edilməmiş, iddiaçı X9 cavabdeh İddiaçı Məhərrəm oğluna qarşı mənzildən çıxarılma və əşyaların tələb edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilmiş, İddiaçı Məhərrəm oğlu Bakı şəhəri. Yeni Günəşli qəsəbəsi. «V» yaşayış sahəsi, ev 30- da yerləşən 6 saylı mənzildən çıxarılması, Babayeva Elmiraya məxsus bir ədəd qızıl zəncir, mənzilin sənədləri, çöl qapısının açarları əşyalarla birlikdə İddiaçı Məhərrəm oğlundan alınaraq X14 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-1388/10 saylı qərarında müəyyən olunur ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-819/2008 nömrəli iş üzrə xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X22ma qarşı daimi pasport qeydiyyatına alınmaya dair iddiasının təmin edilməməsi, iddiaçı X9 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və əşyaların tələb edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 30-da yerləşən 6 saylı mənzildən çıxarılması, Babayeva Elmiraya məxsus bir ədəd qızıl zəncir, mənzilin sənədlərinin, çöl qapısının açarlarının əşyalarla birlikdə İddiaçı alınaraq X14 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2( 103)-1278/09 nömrəli iş üzrə xx xxxxx 2009-cu il tarixli qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsinin qismən, İddiaçı Məhərrəm oğlunun cavabdeh X14 qarşı daimi pasport qeydiyyatına alınmaya dair idd iasının təmin edilməməsi və qarşılıqlı iddianın İddiaçı Məhərrəm oğlunun Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 30- da yerləşən 6 saylı mənzildən çıxarılması hissələrində ləğv edilmiş, ilk iddianın təmin edilməsi, İddiaçı Məhərrəm oğlunun Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 30-da yerləşən 6 saylı mənzilə pasport qeydiyyatına alınması, qarşılıqlı iddianın İddiaçı Məhərrəm oğlunun Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 30da yerləşən 6 saylı mənzildən çıxarılmasına dair hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasıqət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2(102)- 2309/2009 nömrəli iş üzrə xx xxxxxx 2009-cu il tarixli qərarı ilə cavabdeh Babayeva Elmira Qadir qızının kassas iya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nm xx xxxxx 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)-4901/2009 nömrəli iş üzrə xx xxxxxx 2009cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli 2(010)-819/2008 saylı qətnaməsinin bir ədəd qızıl zəncir və ev əşyalarına aid hissədə ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddia ərizəsinin qərardadla baxılmamış saxlanılması, qətnamənin digər hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-13 88/10 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nm 2(103)-4901/2009 nömrəli iş üzrə xx xxxxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 70/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2001-ci ildə anadan olmuş X12 və xx.xx.2003-cü ildə anadan olmuş X13 ilə uşaqların hər biri on səkkiz yaşına çatana qədər hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 16:00-a qədər görüş təyin edilmiş, X14 uşaqların təhsili, tərbiyəsi, səhhəti və qidalanması barədə hər həftə məlumatlar verilməsi barədə İddiaçı vəzifəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil X9 adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli vərəqindən xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun 2V285 saylı vərəsəlik işinin surətindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X9 adına, xx.xx.2014- cü il tarixdə V-285 reyestr nömrəli vərəsəlik işi açılmışdır, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2014-cü il tarixdə, reyestrdə 2V\01- 285 № ilə qeyd alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli vərəqindən xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzili hədiyyə alan X11 mülkiyyətinə verir. Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil X11 adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli vərəqindən xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. AN-İ seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı X21 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzili 58500 manat qarşılığında alıcı X16 mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil X20 adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli vərəqindən xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil xx.xx.1996- cı il tarixdə X10 adına ilkin qeydiyyatdan keçmişdir, 34 saylı DNK-nın xx.xx.2000-ci il tarixli 3ma-2-273 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Babayeva Elmira Qadir qızının adına qeydiyyatdan keçmişdir, 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış 12.11,2014-cü il tarixli 2V01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir, 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir, 52 saylı DNK-nın 27.11,2018-ci il tarixli 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nət icəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzil X9 xüsusi mülkiyyətində olmuşdur. X18 xx xxx 2014- cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mərhumun uşaqları olan xx xxxxxxxx 2001-ci il təvəllüdlü X12 və xx xxxx 2003-cü il təvəllüdlü X13, həmçinin, mərhumun valideyni olan anası Cavabdeh mərhumun birinci növbəli qanun üzrə vərəsələri olmuşlar. Qanunvericiliyin tələblərinə əsasən onların hər biri bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Həmçinin müəyyən edilmişdir ki, X18 xx xxx 2014-cü il tarixdə vəfat edərkən, mərhumun uşaqları olan xx xxxxxxxx 2001-ci il təvəllüdlü X12 və xx xxxx 2003-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatmamışlar və ataları olan ha zırki iş üzrə İddiaçı himayəsində olmuşlar. Göründüyü kimi X3nın vəfatından sonra onun birinci növbəli qanun üzrə vərəsələri olan azyaşlı uşaqların bütün hüquqlarının müdafiə edilməsi və onların vəzifələrinin həyata keçirilməsi bütünlüklə İddiaçı üzərində olmuşdur. Bundan başqa iş materialları ilə müəyyən olur ki, yetkinlik yaşına çatmayan uşaqların atası (qanuni nümayəndəsi) olan hazırki iş üzrə İddiaçı ilə X18 arasında uzun müddət ərzində davam edən münaqişə, məhkəmə çəkişmələri olmuşdur. İddiaçı məhkəmədə izahat verərkən göstərmişdir ki, bu səbəbdən ona mərhumun yas mərasimlərində də iştirak etməyə imkan verməmişlər. Beləliklə, müəyyən olur ki, mərhumun birinci növbəli vərəsələri olan azyaşlı uşaqların atası (qanuni nümayəndəsi) bu və ya digər səbəblərdən mirasın qəbulu üçün qanunverici likdə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməsinə dair hərəkətləri etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, göstərilən hal uşaqların analarının mirasından pay almaq hüququndan mərhum edilməsinə gətirib çıxarmamalıdır. Digər tərəfdən müəyyn edilmişdir ki, iş üzrə Cavabdeh ərizə ilə 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etmiş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X9 adına, xx.xx.2014-cü il tarixdə V285 reyestr nömrəli vərəsəlik işi açılmış, mərhumun anası Cavabdeh vərəsə kimi tanınmış və ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə ünvanladığı bu ərizəsində göstərmişdir ki, miras əmlakın sahibi olan mərhum qızı X18 vəfat etmişdir və ondan başqa vərəsəsi yoxdu. Azərbaycan Respublikası Mülki Məcəlləsin in: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə m indiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh mirasın qəbulu ilə bağlı ərizə ilə 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edərkən, miras əmlakın sahibi olan mərhum qızı X9 ondan baş qa vərəsəsinin olmadığını göstərmiş, digər vərəsələrin mövcudluğu və onların miras açılanadək yaşayış yeri gizlədilmiş, notariat orqanı tərəfindən mərhumun vərəsələrinin dairəsinə digər şəxslərin də daxil olması araşdırılmamış, bununla da yuxarıda qeyd olunan qanunvericilik nomalarında və digər normativ-hüquqi aktlarda təsbit edilmiş qaydalara riyət edilməmiş, mirasın qəbulu ilə bağlı azyaşlı uşaqların adından ərizənin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində onların atası tərəfindən verilməli olduğu halda, belə bir ərizə vaxtında verilməmişdir. Bütün bu hərəkətlərin nəticəsi olaraq azyaşlı uşaqların vərəsəlik hüquqları pozulmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh mirasla bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etmişdir. Bu səbəb dən, onun da mərhum qızından miras qalmış əmlakda miras payı yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi X3ndan miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilindən birinci növbəli vərəsələr olan X4, X5 və Cavabdeh qanun üzrə vərəsə kimi miras əmlakda hər birinin 1/3 hissədə payları vardır və Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-01- 285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə X6, X5 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi hissəsində qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin hissələrdə iddia tələbinin rədd edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya kollegiyası vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı apelly asiya instansiya məhkəməsinin qənaətini ziddiyyətli və maddi hüquq normalarının tələblərinə zidd hesab edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instanisyası məhkəməsi bir tərəfdən mərhumun birinci növbəli vərəsələri olan azyaşlı uşaqların atasının (qanuni nümayəndəsi) bu və ya digər səbəblərdən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməsinə dair hər hansı hərəkət etməməsi qənaətinə gəlsə də, bu halın uşaqların analarının mirasından pay almaq hüququndan mərhum edilməsinə gətirib çıxarmamalıdır kimi ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofis inə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2012-ci il il tarixli Qərarına əsasən Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik h üququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. İstinad edilən maddi hüquq normalarından, habelə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, miras əmlaka hüququn yaranması onun rəsmi və yaxud faktiki qəbulu ilə şərtləndirilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd etdiyi yanaşma istinad olunan maddi hüquq normalarının tələblərinə tamamilə ziddir. Apellyasiya instansiyası məhkəməsi qərarında həmçinin qeyd etmişdir ki, iddianın tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin ləğv edilməsi eləcə də çıxarışların etibarsız hesab edilməsi tələblərinin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsini n qənaətini yanlış hesab etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh yuxarıda qeyd olunan qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən öz adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilinə dair xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış əldə etmiş və mülkiyyətində olan mənzili xx xxxxxx 2018-ci il tarixli 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən öz oğlu X17 bağışlamış, bunun hüquqi nəticəsi olaraq X21 öz adına xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarış əldə etmiş, daha sonra isə, öz növbəsində, özünün və anasının X9 uzun müddət davam etmiş müalicəsi bağlı yaranmış borclarının ödənilməsi məqsədilə bu evi 52 saylı DNK-da xx xxxxxx 2018-ci il tarixli 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2, əldə etdiyi pulla borclarını ödəmiş, bütün bunların hüquqi nəticəsi olaraq X16 adına xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda qeyd olunan əmlak son olaraq X1 ki, N.İmanova da vicdanlı alıcı olaraq qanunun tələblərinə əməl edərək, həmin mənzilə mülkiyyət hüququnu əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götü rdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib ə mlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Kassasiya kollegiyası iddianın müqavilələrin etibarsızlığı ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə birinci instansiya məhkəməsinin qətnaməsinin miras əmlaka iddiaçıların mülkiyyət hüquqlarının 1/3 hissədə tanınmasına dair hissəsini qüvvədə saxlamaqla bağlı qənaəti ziddiyyətidir. Belə ki, məhkəmə bir tərəfdən vicdanlı alıcı qismində əmlakı əldə etmiş şəxslərin mülkiyyət hüquqlarının qorunması prizması baxımından müqavilələrin etibarsızlığı tələblərini rədd edir, digər tərəfdən isə hal-hazırda mülkiyyətində olan əmlaka münasibətdə iddiaçıların mülkiyyət hüququnu tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüy ü kimi, nəticə etibarı ilə eyni əmlaka münasibətdə həm alıcının mülkiyyət hüququ saxlanılmış, həm də vərəsə qismində iddiaçıların mülkiyyət hüququ tanınmışdır. Kassasiya kollegiyası alıqı-satqı müqaviləsinin ləğvi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətini də qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe baxımından mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qald ırmış şəxsin bu iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Su byektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarı baxımından qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən müqavilə tərəflərinin müqavilə üzrə vicdanlılığına qiymət verməmişdən əvvəl iddiaçının müqavilənin ləğvi tələbini ümumiyyətlə qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasına qiymət verməmişdir. Halbuki, iddiaçının subyektiv hüququna qiymət verərkən məhkəmə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin ləğvi və yaxud dəyişdirilməsi qaydasını tənzimləyən 421.2-ci maddəsinə əsasən müqavilələrin etibarsızlığı iddialarından fərqli olaraq müqavilənin ləğvi tələbini irəli sürmə hüququ yalnız həmin müqavilənin tərəflərinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Yuxarıda istinad edilənlər baxımından, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman maddi və prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9419/2019 nömrəli qətnamə si ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-464/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-464/2020
22.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver