Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-464/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ilk; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi tələbi, zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6560/2022 nömrəli iş üzrə 25 oktyabr 2022-ci il tar ixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 19 sentyabr 2018-ci il tarixdə Cavabdeh QSC-də “Təchizat üzrə menecer” vəzifəsinə qəbul edilmiş və həmin tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
2. İddiaçı 01 mart 2019-cu il tarixdə “Yerli satınalma mütəxəssisi” vəzifəsinə, 04 dekabr 2020-ci il tarixdə isə “Yerli satınalma üzrə baş mütəxəssis” vəzifəsinə keçirilmişdir.
3. Cavabdeh QSC-nin 30 sentyabr 2021-ci il tarixli, HR/İÇ-2021/81 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “c” bəndində göstərilən hala – təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasına görə) əsasən xitam verilməklə, həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir.
4. Əmrin əsası kimi göstərilmiş 20 sentyabr 2021-ci il tarixli Aktda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdən etibarən aparılan Satınalma Departamentinin daxili auditi nəticəsində aşkar olunmuşdur ki, Cavabdeh QSC-nin çalışdığı təchizat şirkətləri tərəfindən verilən endirimlər və bonuslar Satınalma Departamentinin “Yerli Satınalma üzrə baş mütəxəssisi” Elmar Sadıqov tərəfindən mənimsənilmişdir. Belə ki, 2018-ci ildən "xxxx" şirkəti tərəfindən Cavabdeh QSC-yə hər ay alışların və ödənişlərin məbləğinə adekvat olaraq 2%, 5% və 7% həcmində bonuslar geri ödənilmişdir. "xxxx" şirkətinin nümayəndəsinin şifahi açıqlamasına gö rə, müntəzəm olaraq Elmar Sadıqov özü şəxsən müvafiq cədvəlləri imzalayaraq bonus məbləğlərini hər ay məsul şəxs qismində çıxış edərək təhvil almışdır. İddiaçı isə hər ay “nə olduğunu bilmədiyi” sənədə imza atdığını, amma heç bir ödəniş qəbul etmədiyini bildirərək absurd açıqlama vermiş və "xxxx" şirkətinin nümayəndəsi üzləşmə üçün Cavabdeh QSC-nin ofisinə dəvət olunduğu gün müxtəlif bəhanələrlə görüşdən yayınmışdır. "xxxx" şirkətinin tətbiq etdiyi bonus sistemi əsasında aparılan maliyyə hesablamalarına əsasən bu müddət ərzində (2018-2019-2020 və 2021-ci ilin yanvar ayı) Cavabdeh QSC-уə çatmalı olan və sözügedən şəxs tərəfindən mənimsənilən məbləğ təxminən və ya ən azı 40.000 manat təşkil edir.
5. Akta qeyd olunan məsələlərlə bağlı Audit şöbəsinin rəhbəri tərəfindən Şirkətin direktoruna xx.xx.2021-ci il tarixli xidməti yazı ünvanlanmış və xx.xx.2021-ci il tarixli audit rəyi tərtib olunmuşdur.
6. Cavabdeh QSC-nin direktoru İddiaçı işdən azad etməzdən əvvəl aktda qeyd olunan hallarla əlaqədar polisə müraciət etmiş, Bakı şəhər Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsinin 25 iyul 2021-ci il tarixli qərarı ilə toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
7. Bundan sonra, İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər Ərazi İdarəsinə müraciətlər etmiş və adı çəkilən İdarə tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “araşdırma zamanı “Antaris" QSC-nin rəhbərliyi tərəfin dən təqdim edilmiş sənədlərdən Cəmiyyətin direktorunun xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdən əmək qanunvericiliyinin tələbləri pozularaq işdən kənarlaşdırıldığınız və həmin dövr ərzində əmək haqlarınızın ödənilmədiyi məlum olmuşdur. Bununla bağlı Cavabdeh QSC-nin rəhbərliyinə keçən dövr üçün ödənilməmiş əmək haqlarınızın Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsinin təmin edilməsi barədə məktub göndərilmişdir. Həmçinin, əmək haqlarınızın və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsində qanun pozuntusuna yol verildiyindən, müəssisənin vəzifəli şəxsi barəsində inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh verinə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə aparılan Satınal ma departamentinin daxili auditi nəticəsində Cəmiyyətin çalışdığı təchizat şirkətləri tərəfindən verilən endirimləri bonusları məsul şəxs qismində çıxış edərək mənimsəməyiniz barədə “Antaris" QSC-də xx.xx.2021-ci il tarixli Akt tərtib edilmiş, bu səbəbdən sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Razılaşmadığınız təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli əmrin qanunsuz sayılması və ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqının, iddiası üzrə ona dəymiş zərərin, yəni işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqının, eləcə də mənəvi zərərin əvəzi olaraq 30.000 manatın və mediasiya xərci olaraq ödədiyi 50 manatın cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Şirkət tərəfindən ona guya Şirkətə çatası hansısa pul məbləğlərini mənimsədiyi bildirilmişdir. Onlara belə bir hal olmadığını bildirmiş və onu hansı əsasla günahlandırdıqlarını soruşmuşdur. Cavabdehin mal aldığı firmalardan biri bildirmişdir ki, borclar yığılıb pul ödənişi edə bilmir. O təklif etmişdir ki, aldıqları malları ondan alsınlar, çünki malları ucuzdur, əvəzində hətta bonuslar belə verəcək. Şirkətin rəhbərliyinə təəccüblə başqa firmalardan bonus alıb-almadıqlarını soruşmuş, Şirkət rəhbərliyi Maliyyə şöbəsi ilə maraqlandıqda bonus olaraq heç bir məbləğ verilmədiyi bildirilmişdir. Şirkət tərəfindən bir neçə firmadan bonusla bağlı sorğu aparılsa da, heç bir nəticə əldə etməmişlər. Sonda "xxxx" şirkətindən maraqlandıqda, oradan bildirmişlər ki, qeyri-rəsmi olaraq bonus sistemi var və hansısa sənədi göstəriblər ki, guya o, 6000 manat götürüb imza atmışdır. Həqiqətdə isə belə bir məbləğ götürməmişdir. Bunu görən Şirkətin nümayəndələri onun illər ərzində külli miqdarda pul mənimsədiyini düşünmüşlər. Bundan sonra araşdırmalar getmiş, sorğu-suallar aparılmış, mart ayının axırlarında onu iclas otağına dəvət edərək, hədə-qorxu gəlmişlər ki, “nə qədər pul götürmüsənsə, könüllü gətirib qaytar ki, işin yüngül olsun”. O isə bildirmişdir ki, heç bir pul almamışdır, elə hallar olmuşdur ki, pul məbləğinə tənasüb olan bonus vermək istəyəndə mal şəklində, yaxud endirim şəklində istifadə olunmuşdur. Bir neçə gündən sonra yenidən keçirilən görüşdə təkrarən bildirmişdir ki, heç bir məbləğdə pul götürməmişdir. Cavabdeh tərəfindən isə bildirilmişdir ki, “səni tutduracayıq”, səndən şikayət edəcəyik, cinayət törətmisən, əgər sübuta yetirməsək, işində qalacaqsan, səndən üzr istəyib, kompensasiyanı da verəcəyik”. Araşdırma müddətində işə gəlməməsini bildirmişlər. Bir müddət keçdikdən sonra, cavabdehin şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinə çağırılmış, orada araşdır ma aparıldıqdan sonra, materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilmiş, xx.xx.2021ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. X2 Xidməti Bakı Şəhər Ərazi İdarəsinin etdiyi şikayətlərə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubu da Şirkət tərəfindən əmək hüquqlarının pozulduğunu təsdiq edir. Cavabdeh tərəfindən prinsipal olaraq ona qarşı olan bu haqsızlığın əsas səbəbini başa düşə bilmir. Onunla işləmək istəmirdilərsə, ərizəsini yazıb işdən çıxa bilərdi. Onu aylarla gözlədib sonra heç bir əsas və sübut olmadan işdən pozuntu ilə çıxarmaq şəxsi qərəzlikdir. Cavabdehin bu haqsızlığı nəticəsində aylarla ailəsi və övladları maddi və mənəvi sıxıntı keçirmişlər.
10. Cavabdeh QSC də öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 12.890 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçıla bağlanan əmək müqaviləsinə xitam verilməsinə əsas təqsirli hərəkətləri nəticəsində işəgötürənə maddi ziyan vurması olmuşdur. Cavabdeh ölkə üzrə dəftərxana və ofis ləvazimatlarının alğı-satqısını həyata keçirməkdədir. Əməkdaşlıq etdikləri çox saylı şirkətlərdən biri kimi "xxxx" MMC satdığı mallara dair müvafiq bonuslar təqdim etməkdədir. Təkrar satış məqsədilə həmin MMC-dən aldıqları mallara görə təqdim olunan bonus (keşbək) yerli satınalmalar üzrə baş mütəxəssis vəzifəsində çalışan E.Sadıqova nağd qaydada verilmişdir. Şirkətin kassasına mədaxil etməli olduğu bu məbləğ barəsində sonuncu heç kimə məlumat verməmiş, özünə götürərək mənimsəmişdir. Bu faktı "xxxx" MMC-nin müvafiq sahə üzrə məsul əməkdaşı təsdiq etmiş, bu məbləğlərin verilməsi rəsmiləşdirilmiş və ona imzalatdırılmışdır. İddiaçı isə izahatında hər ay nə olduğunu bilmədiyi sənədə imza atdığını, lakin ödənişləri qəbul etmədiyini bildirmişdir. Aydın məsələdir ki, bu cür əsaslandırma heç bir halda qəbul edilə bilməz və hər hansı əsaslılığı yoxdur. Hər bir yetkin şəxs ona təqdim olunan sənədi oxumaqla imzalayır və mümkün deyil ki, şəxs belə bir məsuliyyətli işə dair hər ay nə olduğunu bilmədiyi sənəd imzalasın. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə "xxxx" MMC ilə 108.693,02 manatlıq ticarət dövriyyəsinə görə Şirkətə 3674 manat bonus təqdim edilmişdir. İddiaçı işlədiyi dövrdə isə heç bir bonus məbləği mədaxil edilməmiş, bununla da o, Şirkətə maddi ziyan vurmuşdur. Bu tarixlər aralığında olan məbləği əsas götürsək, bonus məbləği dövriyyənin 3.4%-i deməkdir. E.Sadıqovun satınalma şöbəsinin əməkdaşı kimi çalışdığı dövrdə "xxxx" MMC ilə dövriyyənin 379122 manat təşkil etdiyini nəzərə alaraq, onun tərəfindən mənimsənilən məbləğin ən azı 12.890 manat olduğunu müəyyən etmək olar. Lakin qeyd edildiyi kimi, bu, minimal məbləğ olmaqla dəqiq rəqəm "xxxx" MMC tərəfindən bildiriləcəkdir.
12. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC-nin 09 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2019-2020-ci il tarixlərdə Cavabdeh QSC və "xxxx" MMC arasında alğı-satqı müqaviləsi mövcud olmuşdur. "xxxx" MMC "xxxx" MMC-yə qoşulmaqla fəaliyyətini dayandırmışdır. Hazırda "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi qismində çıxı ş edir. "xxxx" MMC-nin mühasibatlığına təqdim edilmiş məlumatlara əsasən müəyyən olunur ki, 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədi ilə onu təmsil etmiş nümayəndə İddiaçı ümumilikdə 4612 manat məbləğində vəsait ödənilmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1839/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) ilk iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 4612 manat tutularaq Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həqiqətən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Belə ki, polis şöbəsində verdiyi izahatda qeyd etmişdir ki, bonus qeyd edilmiş qəbzi imzalamış, lakin həmin bonusları almamışdır. "xxxx" MMC-nin əməkdaşı Səxavət Hüseynov isə polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh QSC-nin sifarişlərini həyata keçirmiş və bonus məbləğləri ona nağd formada Cavabdeh QSC-nin hesabına köçürülməsi üçün verilmişdir. Göründüyü kimi, İddiaçı bonus almağa dair sənədləri imzalamışdır. Həmin bonus məbləğlərini nağd almaması və həmin sənədləri formal olaraq imzalaması isə inandırıcı deyil. Odur ki, İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, bununla bağlı Cavabdeh QSC-nin nümayəndəsinin izahatı və təqdim edilmiş sübutlar inandırıcı sayılır. Buna görə də, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin Əmək Məc əlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi əsaslı olmuşdur.
15. Beləliklə, İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğvi tələbi rədd olunmalı, bu səbəbdən də ona bağlı olan digər tələblər (məcburi işburaxma müddəti üçün orta əmək haqqı, maddi və mənəvi zərər) də bu əmrin ləğv edildiyi təqdirdə əsaslı olduğundan təmin edilməməlidir.
16. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, Cavabdeh QSC iddia tələbində İddiaçı tərəfindən şirkətə 12.890 manat ziyan vurulduğunu iddia etmiş, lakin "xxxx" MMC tərəfindən məhkəmə sorğusuna cavab məktubunda 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədi ilə onu təmsil etmiş İddiaçı ümumilikdə 4612 manat verildiyi qeyd edilmişdir. Odur ki, qarşılıqlı iddia 4612 manat həcmi ndə təmin edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 443.1, 448.1, 448.2, 1096, 1097.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 42, 68, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 71.3, 72-ci maddəsinin “e” bəndinə, 186.1, 186.2, 187.1, 187.2, 311-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Şikayət ilk iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, qarşılıqlı iddiada qeyd edilənlər tam əsassızdır. Belə ki, digər şirkətlərlə bütün mühasibatlıq və s. əməliyyatlar köçürmə yolu ilə baş tutduğu təqdirdə, bonus ödənişlərinin nağd şəkildə ödənilməsi mümkün deyil. Bu fakt özü-özlüyündə qanunsuzdur və inandırıcı deyil. "xxxx" MMC-nin mühasibatlığına təqdim edilmiş məlumatlarla bağlı isə qeyd olunmalıdır ki, onun işlədiyi müəssisəyə nağd şəkildə hər hansı bir pul məbləği gətirib çatdırmaq öhdəliyi olmamışdır. Tərəflər arasındakı mübahisə istintaq orqanlarında araşdırılarkən müəyyən edilmişdir ki, işəgötürənin əməkdaşlıq etdiyi bütün şirkətlərlə hesablaşması nağd formada deyil, köçürmə yolu ilə həyata keçirilir. Dəfələrlə bildirmişdir ki, müəyyən sənədlərə imza çəkmiş, əvəzində onlara ya müəyyən məhsullar hədiyyə olaraq verilmiş, ya da hansısa məhsulların qiymətində endirimlər edilmişdir. Hər hansı şirkətin həm bonus olaraq pul ödəməsi, həmçinin hədiyyə verərək endirimlər etməsi mümkün deyil. Qeyd edilən məsələ ilə bağlı onun işlədiyi şirkət qarşısında belə bir öhdəliyi olmamışdır. Qeyri-rəsmi mühasibatlıq belə aparılırdısa belə, nə üçün şirkət həmin pullar barədə ona məlumat verməmiş və həmin pulları ondan tələb etməmişdir. Əgər şirkətin digər şirkət qarşısında belə bir öhdəliyi, yaxud borcu yaranmışdısa və pullar tələb olunurdusa, onda pulun həqiqətən də mövcudluğunu sübut etmək və həmin pulların qaytarılmasını tələb etmək "xxxx" MMC-yə məxsus olmalı idi. İstinad etdiyi halları sübut edən kifayət qədər əsas və sənəd təqdim etdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə qanunun tələbini pozaraq, ədalətsiz qərar qəbul e tmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6560/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin edilərək, Cavabdeh QSC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə HR/İÇ-2021/81 saylı, xx.xx.2021-ci il tarixli əmrinin qanunsuz sayılmaqla ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək haqqı hesablanaraq ödənilməsi vəzifəsinin Cavabdeh QSC-yə həvalə edilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə bütövlükdə rədd olunması qət edilmişdir.
21. Apellyasiya instansiya sı məhkəməsi ilk iddianın təmin olunan hissələrində mövqeyini belə əsaslandırmışdır ki, əmrin verilməsi üçün əsas olan aktda, həmin aktın verilməsi üçün əsas olan audit rəyində və audit rəyini tərtib etmiş şəxsin təşkilatın rəhbərinə yazdığı mülahizədə göstərilən məlumatları təsdiq edən sübutlar əlavə edilməmiş, həmçinin sözügedən aktda İddiaçı müəssisəyə vurduğu ziyanın məbləği təxmini müəyyən olunmuşdur. Eyni zamanda, tərəflər arasında əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilənin 3-cü bəndində işçinin əmək (vəzifələri) funksiyasının nədən ibarət olması müəyyənləşdirilmişdir. Həmin əmək müqaviləsində, həmçinin əmək müqaviləsinə əlavə olunan təlimatda işçinin əməkdaşlıq etdiyi təşkilatlardan bonus alacağı və həmin bonusu işlədiyi müəssisəyə təhvil verəcəyi barədə hər hansı bir öhdəlik mövcud olmamışdır. Bundan başqa, iş materiallarında Cavabdeh QSC-nin əməkdaşlıq etdiyi təşkilatlardan aldığı mallara görə bonus veriləcəyi ilə bağlı hər hansı bir razılaşmanın olması barədə sübut yoxdur.
22. Cavabdeh QSC bu barədə rəsmi sənəd olmasa da, işgüzar münasibətlərə istinad etmiş, lakin Məhkəmə kollegiyası həmin dəlilli əsaslı hesab etməmişdir. Belə ki, İddiaçı 2018-ci ildən həmin QSC-də işləmiş və işdən kənarlaşdırıldığı 2021-ci ilin aprel ayına kimi belə bir öhdəliyinin olması ona bildirilməmiş və ondan alınmış bonusları müəssisəyə təhvil verməməsinin səbəbləri aydınlaşdırılmamışdır. İddiaçı isə qeyd edilən məsələ ilə bağlı bildirmişdir ki, əməkdaşlıq etdikləri təşkilatlar bəzi vaxtlar satdıqları mallara müəyyən qədər güzəştlər etmiş və həmin güzəştlərin əvəzində əlavə mal vermişlər, o da aldığı bütün malları götürüb müəssisəyə təhvil vermişdir. Lakin nağd pul şəklində nə "xxxx" MMC, nə də başqa təşkilatlardan almamışdır. Cavabdeh QSC-nin sübut kimi istinad etdiyi "xxxx" MMC-nin nümayəndəsinin polisdə araşdırma aparılarkən alınan mallara görə İddiaçı nağd qaydada bonus verilməsi barədə izahatının isə sonuncunun öz əmək funksiyası ilə üzərinə qoyulan öhdəlikləri yerinə yetirməməsi, bununla da müəssisəyə maddi ziyan vurmasının təsdiqi kimi qəbul edilməsi mümkün deyil, ona görə ki, bonus formasında işçiyə hər hansı məbləğdə pul verilməsi və onun həmin pul vəsaitini qəbul etməsini təsdiq edən hər hansı bir mühasibatlıq sənədi təqdim edilməmişdir.
23. Qeyd edilənlərə əsasən Kollegiya hesab etmi şdir ki, İddiaçı tərəfindən əmək müqaviləsinə əsasən üzərinə düşən əmək funksiyalarını yerinə yetirməməsi və bunun nəticəsində işəgötürənə maddi ziyan vurulması mötəbər sübutlarla öz təsdiqini tapmamış, buna görə də, onun işdən azad olunması barədə əmr Əmək Məcəlləsinin tələblərinə cavab vermədiyindən qanunsuz olmuşdur. Odur ki, Cavabdeh QSC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmri qanunsuz hesab edilməklə, ləğv edilməlidir.
24. Kollegiya, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində qeyd etmişdir ki, İddiaçı işəgötürənin xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdırılmış və əmək funksiyasının icrasına buraxılmamışdır. Bununla əlaqədar iddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə X1 müraciətlər etmişdir. X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Cavabdeh QSC-nin rəhbərliyinin İddiaçı işdən kənarlaşdırılması barədə xx.xx.2021-ci il tarixli əmri qanunsuz hesab edilərək, ona həmin dövr üçün ödənilməmiş əmək haqqının hesablanıb ödənilməsi barədə məktub göndərilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə onun işdən uzaqlaşdırılması nəzərə alınıb, yalnız istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Lakin X2 Xidmətinin iddiaçının işdən kənarlaşdırılması barədə əmrinin qanunsuz olması və buna görə İddiaçı ödənilməmiş əmək haqqının ödənilməsi barədə göstərişi icra olunmamışdır. İddiaçı işdən azad edilməsi barədə əmri qanunsuz hesab edildiyindən iddia tələbi bu hissədə də təmin olunmalı və iddia çının işdən kənarlaşdırıldığı dövrdən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (iddia tələbi həddində) olan müddət üçün əmək haqqının ödənilməsi öhdəliyi işəgötürənin üzərinə qoyulmalıdır.
25. Məhkəmə kollegiyası qarşılıqlı iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı fəaliyyətinin yoxlanılması barədə tərtib edilmiş audit rəyində, həmin rəyin əsasında tərtib edilmiş aktda ziyanın məbləğinin 40.000 manat olduğu bildirilmiş, iddia tələbində isə ziyanın məbləği 12.890 manat qeyd edilmişdir. Hər iki məbləğin müəyyən edilməsi sübutlarla əsaslandırılmamış, yalnız mülahizə formasında təxmini hesablanmışdır. Bu hesablamalar "xxxx" MMC-nin nümayəndəsinin polis orqanlarında aparılan araşdırma zamanı izahatında göstərilən məlumatlara istinad edilmişdir. Birinci i nstansiya məhkəməsinin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş cavab məktubunda 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədilə onu təmsil etmiş İddiaçı ümumilikdə 4612 manat verildiyi qeyd edilsə də, həmin məbləğin verilməsini təsdiq edən hər hansı bir mühasibatlıq sənədi təqdim edilməmişdir.
26. Mülki qanunvericiliyin tələblərinə görə zərər tələb edən iddiaçı cavabdehdən həmin zərərin vurulmasına səbəb olan öhdəliyinin olması və zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsini sübuta yetirməlidir. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin əməkdaşlıq etdiyi təşkilatlardan bonus alacağı və həmin bonus məbləğlərini işlədiyi müəssisəyə təhvil verəcəyi barədə hər hansı bir öhdəliyi olması müəyyən olunmur. Qarşılıqlı iddia tələbində işç inin işəgötürənlə bağladığı “Tam maddi məsuliyyət haqqında” müqaviləyə istinad isə əsaslı hesab edilə bilməz. Belə ki, həmin müqavilə işçi ilə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyası ilə bağlı olmuşdur.
27. Kollegiya gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70, 71, 72-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 217, 218-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh QSC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Şikrət arasında bonus məbləğlərinin verilməsi ikitərəfli əqd münasibətləri əsasında deyil, həmin MMC tərəfindən birtərəfli qaydada müəyyən edilən daxili qaydalarına əsasən stimullaşdırıcı xarakter daşımışdır. Məhkəmənin bu münasibətə öhdəlik kimi yanaşması şirkətlər arasında yaranan münasibətlərin təbiətinə zidd olmaqla kökündən yanlışdır. Belə ki, "xxxx" MMC hansı ödənişlərə görə hansı qaydada bonus (kəşbek) verməsini, bonus məbləğini, müddətini və digər şərtləri özü müəyyən edir, şirkətin bu qaydalara təsir etmək və dəyişdirmək imkanı yoxdur. Buna görə də bonusla bağlı münasibətlər əqd əsasında həyata keçirilə bilməz. Bu iddia üzrə əsasaraşdırılmalı məqam həmin bonus məbləğlərinin həqiqətən də İddiaçı verilib-verilməməsi, e ləcə də verilən məbləğlərin şirkətə təhvil verilibverilməməsindən ibarətdir. "xxxx" MMC tərəfindən məhkəmə sorğusuna verilən cavab məktubunda qeyd edilmişdir ki, 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədi ilə İddiaçı ümumilikdə 4612 manat verilmişdir. İddiaçı özü də apellyasiya şikayətində etiraf etmişdir ki, müəyyən sənədlərə imza çəkib, əvəzində də, onlara ya müəyyən məhsullar hədiyyə olaraq verilmiş, ya da, hansısa məhsulların qiymətində endirimlər edilmişdir. Bununla da artıq sübuta yetirilir ki, "xxxx" MMC-dən İddiaçı şirkətə çatdırması üçün nə isə verilmişdir. Sonuncu bunun mallar olduğunu, şirkət isə pul vəsaiti olmasını iddia etmişdir. "xxxx" MMC özü isə bunun mal deyil, pul vəsaiti olduğunu bildirmişdir. Məhkəməyə təqdim olunan həm yerli satınalma üzrə mütəxə ssis vəzifəsi üzrə təlimatda, həm də İddiaçıla bağlanan tam maddi məsuliyyət haqqında müqavilədə ona verilən əmlakı, vəsaiti şirkətə çatdırması öhdəliyi kimi müəyyən edilmiş və özü tərəfindən də imzalanaraq, razılaşdırılmışdır. Belə olan halda, məhkəmənin “müəssisəyə təhvil verilməli olmasını təsdiq edən sübutlara istinad edilməmişdir” şəklində qeydi tamamilə əsassızdır.
30. Digər tərəfdən, əmək müqaviləsinin 5.1-ci bəndində, eləcə də tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci bəndində, həmçinin vəzifə təlimatının 2.11-ci bəndində işçinin bütün öhdəlikləri, o cümlədən əmlak və vəsaitlərin şirkətə təhvil verilməsi barədə öhdəliyi tam, aydın və dəqiq şəkildə müəyyən edilmişdir. İddiaçı yerli satınalma üzrə mütəxəssis kimi işlədiyi şirkəti üçüncü şirkətlər qarşısında təmsil etmiş, onlarda n mal-materialların alınmasını təşkil etmişdir. Bu alışlar zamanı həmin şəxsə pul vəsaitlərinin verilməsi tam normaldır və ümumi qəbul olunmuş əmək münasibətləri prinsiplərinə uyğundur. Belə ki, yerli satınalma üzrə mütəxəssis vəzifəsində çalışan işçi birbaşa bu proseslərdə iştirak edir, əsas vəzifə funksiyası da bununla əlaqədardır. Buna baxmayaraq, məhkəmə əsassız olaraq bu şərtləri nəzərə almamış, onun belə bir öhdəliyinin olmaması qənaətinə gəlmiş, həmçinin Əmək Məcəlləsinin 199-cu maddəsinin də tələblərini pozmuşdur.
31. Bundan başqa, məhkəmə əmək haqqı tələbi üzrə nəyə görə xx.xx.2021-ci il tarixədək olan müddəti təmin etməsi məlum deyildir. Çünki iddia tələbi bu tarixədək olan dövr üçün əmək haqqı barədə olsa da, buna dair hər hansı sübut təqdim edilməmişdir. Tərəflər arasında əmə k müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, İddiaçı hansı tarixdə yenidən işə qəbul olması isə məlum deyildir. Şirkətdə olan məlumata əsasən, onunla xx.xx.2021-ci il tarixdə yeni əmək müqaviləsi bağlanmış, lakin bu barədə hər hansı sübut yoxdur. Əgər belədirsə, xx.xx.2021-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı verilməsi işəgötürənin üzərinə qoyula bilməz. Çünki məcburi iş buraxma işçinin yeni əmək müqaviləsi bağlamasına qədər ola bilər, məhkəmə isə yeni əmək müqaviləsini hansı tarixdə bağlamasını müəyyən etmədən, bu barədə hər hansı sübut təqdim etmədən, bu faktı sübuta yetirilmiş hal kimi qəbul etmişdir.
32. Apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamə icra baxımından da mümkün deyildir. Belə ki, İddiaçı iddia tələbində öz xahişi ilə işdən azad olunma barə də hər hansı tələb irəli sürmədiyi, bu barədə keçmiş iş yerinə hər hansı ərizəsi olmadığı və yalnız əmrin ləğvini tələb etdiyi üçün əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi həmin şəxslə əmək münasibətlərinin davam etməsi deməkdir. Bu halda isə işçi başqa bir şirkətlə əmək müqaviləsi bağlamışsa, artıq həmin əmək münasibətləri davam edə bilməz. Bu baxımından, məhkəmənin verdiyi qərar qeyri-müəyyən, icrası mümkün olmayan nəticələrə yolaçacaqdır.
33. Ən əsası isə, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə toxunmamış, bununla da, kobud pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan əsaslardan çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.
36. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qor unan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
38. Maddə 72 (c bəndi). Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
39. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
40. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digəri nə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
41. Maddə
192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
42. Maddə 199 (1-ci hissə). İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə v erilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;
43. Maddə 200 (1-ci hissə). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətl ər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
44. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhk əmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunan hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
54. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən bu Məcəllənin 72-ci maddəsinin “c” bəndində göstərilən hala – təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasına istinad etmişdir.
55. Əmək qanunvericiliyinin tələbinə görə, tərəflərin (işçi və ya işəgötürən) birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti aşağıdakı şərtlərin hər üçü eyni zamanda olduqda yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Bu şərtlərin mövcudluğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin, hazırkı halda işəgötürənin üzərinə düşür.
56. Apellyasiya instansiyası məhkəməsi "xxxx" QSC-nin bu istiqamətdə təqdim etdiyi sübutlara və irəli sürdüyü dəlillərə münasibətdə qeyd etmişdir ki, əmrin verilməsi üçün əsas olan aktda, həmin aktın verilməsi üçün əsas olan audit rəyində və audit rəyini tərtib etmiş şəxsin təşkilatın rəhbərinə yazdığı mülahizədə göstərilən məlumatları təsdiq edən sübutlar əlavə edilməmiş, həmçinin sözügedən aktda İddiaçı müəssisəyə vurduğu ziyanın məbləği təxmini müəyyən olunmuşdur. Eyni zamanda, tərəflər arasında əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilənin 3-cü bəndində işçinin əmək (vəzifələri) funksiyasının nədən ibarət olması müəyyənləşdirilmişdir. Həmin əmək müqaviləsində, həmçinin əmək müqaviləsinə əlavə olunan təlimatda işçinin əməkdaşlıq etdiyi təşkilatlardan bonus alacağı və həmin bonusu işlədiyi müəssisəyə təhvil verəcəyi barədə hər hansı bir öhdəlik mövcud olmamışdır. Bundan başqa, iş materiallarında Cavabdeh QSC-nin əməkdaşlıq etdiyi təşkilatlardan aldığı mallara görə bonus veriləcəyi ilə bağlı hər hansı bir razılaşmanın olması barədə sübut yoxdur.
57. Həmçinin, "xxxx" MMC tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna verilmiş c avab məktubunda 2019-2020-ci illər üzrə Cavabdeh QSC-yə təhvil verilməsi məqsədilə onu təmsil etmiş İddiaçı ümumilikdə 4612 manat verildiyi qeyd edilsə də, həmin məbləğin verilməsini təsdiq edən hər hansı bir mühasibatlıq sənədi təqdim edilməmişdir.
58. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı tərəfindən əmək müqaviləsinə əsasən üzərinə düşən əmək funksiyalarını yerinə yetirməməsi və bunun nəticəsində işəgötürənə maddi ziyan vurulması mötəbər sübutlarla öz təsdiqini tapmamış, buna görə də, onun işdən azad olunması barədə əmr Əmək Məcəlləsinin tələblərinə cavab vermədiyindən qanunsuz hesab edilməklə, ləğv edilməli və məcburi iş buraxma müddəti üçün işçiyə əmək haqqı ödənilməlidir.
59. Kollegiya, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6560/2022 nömrəli iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.