Məhkəmə qərarları › İş №2(102)-4640/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4640/2020

17.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4640/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızının cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4640/20 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdeh MMC-nin nümayəndəsi X3, Cavabdeh MMC-nin vəkili X5, üçüncü şəxs Vəkil Sarıxan qızının nümayəndəsi X1 iştir akları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-268/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC və üçüncü şəxs Vəkil Sarıxan qızı tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 17 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ünvan 1 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində yerləşən (yaşayış hissəsindən 16-cı mərtəbə, qeyri-yaşayış sahələri də nəzərə alındıqda 18-ci mərtəbə) sahəsi 157,6 kv.m olan 3o taqlı 96 saylı mənzilindən istifadəsinə o, cümlədən mənzilin təmirinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması və bu cür maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim etdiyi ilkin iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi ilə yanaşı, Cavabdeh MMC-nin rəhbərliyinin sənədlərin saxtalaşdırılması əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvan 1 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində yerl əşən (yaşayış hissəsindən 16-cı mərtəbə, qeyriyaşayış sahələri də nəzərə alındıqda 18-ci mərtəbə), sahəsi 157,6 kvadrat metr olan, 3 otaqlı, 96 saylı mənzilindən istifadəsinə, o cümlədən mənzilin təmirinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması və bu cür maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, cavabdeh «xxxx» MMC ilə müstəqil tələb irəli sürən Nərminə Əliyeva arasında bağlanmış müqavilənin uydurma və yalan əqd hesab edilməklə etibarsız sayılmasına dair qətnamə qəbul edilməsi ilə yanaşı, Cavabdeh MMCnin rəhbərliyinin sənədlərin saxtalaşdırılması əməllərinə hüquqi qiymət verilməsi xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıx an qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12.08.2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov, iş № 2(011)-136/2018) İddiaçı iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilinə dair Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25.01.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı ünvan 1 ünvanda 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində yerl əşən 3 otaqlı 96 saylı mənzilindən istifadəsinə, mənzilin təmirinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulması və həmin mənzildən istifadəyə, mənzilin təmirinə maneələr yaratmaq Cavabdeh MMC-yə qadağan edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızının-cavabdehlər İddiaçı ilə Cavabdeh M.MC arasında bağlanmış 12.08.2011ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə iddia tələbi təmin edilməmiş, Cavabdeh MMC-dən 141.840 (bir yüz qırx bir min səkkiz yüz qırx) manat alınaraq Vəkil Sarıxan qızına ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 436.65 (dörd yüz otuz altı manat altmış beş qəpik) manat Cavabdeh MMCdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh MMC ilə alıcı İddiaçı arasında 12.08.2011-ci il tarixdə bağlanmış 142 saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə görə, satıcı ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı mənzil nömrə 96-nı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş 12.08.2011-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətinə görə, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdeh MMC ilə alıcı Vəkil Sarıxan qızı arasında 25.01.2008-ci il tarixdə bağlanmış müqaviləyə görə, satıcı ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı mənzil nömrə 96-nı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışına görə, ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı mənzilin pay dəyəri Vəkil Sarıxan qızı tərəfindən tam ödənilmişdir. Cavabdeh MMC tərəfindən 12.08.2011-ci il tarixdə verilmiş kassa mədaxil orderinə görə, İddiaçı tərəfindən F.Bayramov 1156 ünvanda tikilən yaşayış binasında 157.6 kv.m 3 otaqlı 96 saylı mənzil üçün 63040 manat pay ödənişi edilmişdir. Cavabdeh MMC tərəfindən 25.01.2008 -ci il tarixdə verilmiş kassa mədaxil orderinə görə, X10 tərəfindən F.Bayramov 1156 ünvanda tikilən yaşayış binasında 157.6 kv.m 3 otaqlı 96 saylı mənzil üçün 141840 manat ödəniş edilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «Mətanət A» şirkətinin təsisçisi və direktoru İddiaçı göndərdiyi 03.10.2017-ci il tarixli xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx nömrəli məktubuna görə, məktubda Cavabdeh MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx nömrəli cinayət işinin istintaqının aparıldığı, istintaq materiallarında Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində yerləşən sahəsi 157.6 kv.m olan, 3 otaqlı 96 saylı mənzilin iki və daha artıq şəxslərə satılması ilə bağlı müraciətin olmadığı, bu səbəbdən də həmin mənzilin mübahisəli olubolmamasının araşdırılmadığı göstərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12.01.2018-ci il tarixdə verilmiş RX seriyalı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə görə, ünvan 2, ev 3, mənzil 96 İddiaçı xüsusi mülkiyyətindədir. 08.09.2017-ci il tarixdə X7, X16, X8, X22, X6, X19 və X13 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 3 ünvanında «xxxx» MMC-nin inşa etdiyi yaşayış kompleksində İddiaçı məxsus, bina 3, 16-cı yaşayış mərtəbəsi, 3 otaqlı, 157.6 kv.m sahəli, 96 saylı mənzilə, «xxxx» MMC-nin işçiləri mənzil sahibini xəbərdar etmədən, məhkəmə qərarı olmadan, qeyri-qanuni şəkildə, icazəsiz olaraq mənzilə soxulmuş, mənzilin 2500 manatlıq qıfılla bağlı metal-seyf giriş qapısını sındıraraq sökmüş və naməlum yerə atmışlar. Binanın komendantı Piriyev Ramazan bildirir ki, qapını xxxx MMC-nin icraçı direktoru Adil Hüseynovun göstərişi ilə sökmüşlər. Bildirmişlər ki, bu əməl qeyri-qanunidir, buna görə cavab verəcək, Ramazan Piriyev demişdir ki, lazım olursa cavab verərlər. Bütün bu danışıqlar Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin sahə müvəkkili Polis baş leytenantı Əhmədov Kamranın yanında baş vermişdir. Onlar «xxxx» MMC rəhbərliyinin və işçilərinin bu qanunsuz hərəkətlərini İddiaçı Konstitusiya hüquqlarının və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirmişlər. Belə ki, konstitusiyaya görə vətəndaşların şəxsi əmlakları (mə nzil, metal-seyf qapı və s.) toxunulmazdır və qanunlar tərəfindən qorunur. Məhkəmə Ekpertiza Mərkəzinin 19.02.2018-ci il tarixli 114/15/16 saylı rəyinə görə, ünvan 2 ünvanda inşa edilən 3 saylı yaşayış binasına dair layihə sənədləri təqdim olunmadığı üçün neçə mərtəbədən ibarət olduğunu müəyyən etmək mümkün olmadı. Lakin mövcud vəziyyəti üzrə 3 saylı yaşayış, 24 mərtəbədən (22 yaşayış, 2 qeyri-yaşayış mərtəbəsində) ibarət olduğu müəyyən edilmişdir. İddiaçı Cavabdeh MMC arasında bağlanmış 12.08.2011-ci il tarixli 142 saylı müqaviləyə əsasən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 157.6 ibarət olan 3 otaqlı 96 saylı mənzilin və Vəkil Sarıxan qızı ilə Cavabdeh MMC arasında bağlanmış 25.01.2008-ci il tarixli müqaviləyə əsasən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilin tədqiq olunan binaya dair layihə sənədləri təqdim olunmadığı üçün hansı mərtəbədə yerləşdiyini, eləcə də eyni mənzillər olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd olunur ki, ekspertə təqdim olunmuş Vəkil Sərxan qızının istifadəsində olan mənzilin faktiki olaraq 3 saylı yaşayış binasının ümumi mərtəbənin 18-ci mərtəbəsində, yaşayışın isə 16-cı mərtəbəsində yerləşdiyi müəyyən edildi. Məhkəmə Ekpertiza Mərkəzinin 17.05.2018-ci il tarixli 8500 saylı rəyinə görə, təqdim edilmiş Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilədəki «Satıcı» hissədə olan imza və Vəkil Sarıxan qızının adına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan «Direktoru» yazısının qarşısında olan imza bir b aşa qələmlərlə icra olunmuşdur. Təqdim edilmiş Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilədə Vəkil Sarıxan qızının adına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksi relyef klişe vasitəsilə vurulmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 12 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik nüsxəsində (kserosurətində) və İddiaçı adına yazılmış 12 avqust 2011-ci il tarixli maliyyə arayışının reproqrafik nüsxəsində (kserosurətində) olan möhür əksinin izləri, Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilədə və Vəkil Sarıxan qızının adına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksləri 878/971 nömrəli «28» fevral 2018-ci il tarixli ekspert rəyi üzrə 2(0 11)-1399/2017 nömrəli mülki işin 17-ci vərəqində olan Cavabdeh MMC-nin icraçı direktoru A.M.Hüseynov tərəfindən verilmiş 068 nömrəli 01 sentyabr 2017-ci il tarixli etibarnamədəki və mülki işin 35-37-ci vərəqlərində olan Cavabdeh MMC-nin icraçı direktoru A.M.Hüseynov tərəfindən verilmiş 19 oktyabr 2017-ci il tarixli iddia ərizəsinə etirazdakı “xxxx“xxxxAzərbaycan Respublikası Bakı şəhəri xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti “Sahıl-D” Kompani” məzmunlu möhür əksinin sərbəst nümunələri ilə eynilik təşkil edirlər. Təqdim olunmuş Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilənin birinci və ikinci vərəqlərində olan çap mətnləri fərqli üsullarla icra olunmuşdur, müqavilənin birinci vərəqindəki mətn axınlı printerdə, ikinci vərəqindəki mətn lazer print eri vasitəsilə çap edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 22.05.2018-ci il tarixli 8501/8884 saylı rəyinə görə, ekspertizaya təqdim edilmiş mülki işin 7-8-ci vərəqələrində olan ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 16-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilə dair «xxxx» MMC (MMC-nin direktoru X14) ilə İddiaçı arasında olan 12.08.2011-ci il tarixli müqavilənin kserosurətinin 1-ci vərəqəsində solda əks olunmuş imza, 2-ci vərəqəsində «Direktor: Cəfərov M.İ.» qrafasında əks olunmuş imza; 9cu vərəqəsində olan İddiaçı adına tərtib olunmuş 12.08.2011-ci il tarixli maliyyə arayışının kserosurətində «Cəfərov M.İ.» yazısından əvvəl əks olunmuş imza; mülki işin materiallarında olan ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış binasının 18-ci mərtəbə sində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilinə dair Cavabdeh MMC (MMC-nin direktoru X14) ilə Vəkil Sarıxan qızı arasında olan 25.01.2008ci il tarixli müqavilədə «Satıcı» qrafasındakı imza - X14 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin materiallarında olan Vəkil Sarıxan qızının adına tərtib edilmiş tarixsiz maliyyə arayışında «Cəfərov M.İ.» yazısından əvvəlki imzanın-X14 tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-8-ci vərəqələrində olan ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 16-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilə dair Cavabdeh MMC (MMC-nin dir ektoru X14) ilə İddiaçı arasında bağlanmış 12.08.2011-ci il tarixli müqavilənin kserosurətinin 1-ci vərəqəsində solda əks olunmuş imzada, 2-ci vərəqəsində «Direktor: Cəfərov M.İ.» qrafasında əks olunmuş imzada; 9-cu vərəqəsində olan İddiaçı adına tərtib olunmuş 12 avqust 2011-ci il tarixli maliyyə arayışının kserosurətində «Cəfərov M.İ.» yazısından əvvəl əks olunmuş imzada; mülki işin materiallarında olan ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 18-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı 96 saylı mənzilinə dair «xxxx» MMC (MMC-nin direktoru X14) ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25.01.2008-ci il tarixli müqavilədə «Satıcı» qrafasındakı imzada-imzaların qəsdən dəyişdirməklə icra olunma əlamətləri müşahidə olunmadı. Birinci instansiya məhkəməsi müəyy ən etmişdir ki, mübahisəli 96 nömrəli mənzil Cavabdeh MMC tərəfindən 12.08.2011-ci il tarixdə bağlanmış 142 saylı müqaviləyə əsasən İddiaçı, 25.01.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən isə Vəkil Sarıxan qızına satılmışdır. İddiaçı hazırda mübahisəli mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ rəsmi dövlət reyestrində qeydə alınmışdır. Mübahisə barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızı mübahisəli mənzilə dair müqavilənin İddiaçı daha əvvəl, yəni 25.01.2008-ci il tarixdə onunla bağlanmasına əsaslanaraq İddiaçıla bağlanmış müqavilənin etibarsız olduğunu, İddiaçı isə Nərminə Əliyeva ilə bağlanmış 25.01.2008-ci il tarixli müqavilənin saxta olduğunu göstərərək etibarsız olduğunu göstərir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında t ədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 17.05.2018-ci il tarixli 8500 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilənin birinci və ikinci vərəqlərində olan çap mətnləri fərqli üsullarla icra olunmuşdur, müqavilənin birinci vərəqindəki mətn axınlı printerdə, ikinci vərəqindəki mətn lazer printeri vasitəsilə çap edilmişdir. Digər tərəfdən, həmin müqavilədən görünür ki, müqavilənin əsas şərtlərini müəyyənləşdirən 1-ci vərəqi müqavilə tərəfləri, yəni Cavabdeh MMC və Vəkil Sarıxan qızı tərəfindən təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin Cavabdeh MMC tərəfindən Vəkil Sarıxan qızına 25.01.2008-ci il tarixdə satılması barədə bağlanmış müqavi lə özlüyündə etibarsız olan əqddir. Odur ki, İddiaçı iddia tələbi həmin müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Həmçinin Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25.01.2008-ci il tarixli müqavilə etibarsız olduğundan, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızınıncavabdehlər İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12.08.2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə iddia tələbi təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında təqdim edilmiş 25.01.2008-ci il tarixli kassa mədaxil orderi və Cavabdeh MMC-nin nümayəndəsinin izahatı ilə Vəkil Sarıxan qızının mübahisəli mənzilə görə 141.840 manat ödədiyi müəyyən edildiyindən və mübahisəli m ənzilə dair Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25.01.2008-ci il tarixli müqavilə etibarsız olduğundan, məhkəmə hesab edir ki, mübahisəli mənzilə görə ödənilmiş 141.840 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq Vəkil Sarıxan qızına ödənilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə o lunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Ko nvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelya siya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov, iş № 2(103)-11016/2018) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızı və Cavabdeh” MMC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 iyul 20218-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nətic ələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair həm İddiaçı, həm də Vəkil Sarıxan qızı tərəfindən məhkəməyə ayrı-ayrı müqavilələr təqdim edilmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızının iddiasına münasibətdə gəldiyi nəticə və yanaşması ilə razılaşmış və qeyd etmişdir ki, İddiaçı tərəfindən Vəkil Sarıxan qızının heç bir hüquqları pozulmamış, Nərminə Əliyevanın mübahisəli mənzilə dair hər hansı hüquq müəyyənedici sənədləri təqdim edilməmiş və bununla bağlı hüquqları da olmamış, hüquq müəyyənedici sənəd kimi istinad etdiyi 25 yanvar 2008-ci il tarixli alqı-satqı müqaviləsi isə formal və əhəmiyyətsiz olmaqla həmin müqavilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmamış, iş üzrə keçirilmiş 17.05.2018-ci il tarixli 8500 saylı ekspert rəyinə əsasən də müqavilənin birinci və ikinci vərəqlərində olan çap mətnləri fərqli üsullarla icra olunmuşdur, müqavilənin birinci vərəqindəki mətn axınlı printerdə, ikinci vərəqindəki mətn lazer printeri vasitəsilə çap edilmiş, eləcə də müqavilənin əsas şərtlərini müəyyənləşdirən 1-ci vərəqi müqavilə tərəfləri, yəni Cavabdeh MMC və Vəkil Sarıxan qızı tərəfindən təsdiq edilməmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, fiziki şəxs, müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızı ilə İddiaçı arasında hər hansı mülki münasibətlər mövcud olmadığından, Vəkil Sarıxan qızının iddiası və müvafiq olaraq verilmiş apelyasiya şikayətləri təmin edilə bilməz. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya baxışı zamanı işin faktiki hallarına əsasən bir daha təsdiq olundu kı, birinci instansiya məhkəməsi İddiaçı iddiasını təmin etməklə iş üzrə qanuni, əsaslı və obyektiv nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev, iş № 2(102)-1730/2019) cavabdeh “xxxx” Kompani MMC-nin və üçüncü şəxs Vəkil Sarıxan qızının kassasiya şikayətləri təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin, Vəkil mübahisəli mənzilə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edə bilməməsi, Vəkilın tərəf olduğu müqavilənin dövlət qeydiyyatına alınmamasına dai r ifadə etdiyi mövqe əsaslı sayıla bilməz. Belə ki, iş materiallarında mübahisəli mənzilin yerləşdiyi binanın dövlət komissiyası tərəfindən qəbuluna dair hər hansı sənəd mövcud deyildir. Eyni zamanda, nəzərə alınmalıdır ki, E. Bəşirov 14 sentyabr 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun mübahisəli mənzil üzərində mülkiyyət hüququ isə 12 yanvar 2018-ci ildə, yəni mübahisəyə baxılan müddətdə qeydə alınmışdır. İşdə E. Bəşirovun hüququnun qeydə alınmasının əsasına dair hər hansı sübut olmasa da, E. Bəşirovun mülkiyyət hüququnun qeydə alınmasının əsası məhz 12 avqust 2011-ci il tarixli müqavilə olmuşdur. Həmin müqavilə ilə N. Əliyeva və "Cavabdeh" MMC arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilə arasında forma baxımından hər hansı fərq yoxdur, yəni hər iki müqav ilə sadə yazılı formada bağlanmış, daşınmaz əmlak dövlət qeydiyyatına alınmadığı üçün notarial qaydada təsdiqlənməmişdir. Göründüyü kimi, apelyasiya məhkəməsi E. Bəşirovun tərəf olduğu müqaviləni hüquq müəyyənedici sənəd kimi qəbul etmiş, N. Əliyevanın tərəf olduğu müqaviləni isə qəbul etməmişdir. Halbuki apelyasiya məhkəməsinin həmin dəlili hər iki müqaviləyə münasibətdə də eyni olmalıdır və məhkəmə bu dəlili hansı səbəbdən yalnız N. Əliyevanın tərəf olduğu müqaviləyə münasibətdə tətbiq etdiyini əsaslandıra bilməmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işə baxan məhkəmələr İddiaçı əvvəl mübahisəli mənzilin Rəna Məmmədova adlı şəxsə məxsus olması halına da hüquqi qiymət verməmişlər. Halbuki E. Bəşirovun tərəf olduğu 12 avqust 2011-ci il tarixli müqavilədə mənzilin əvvəlki m ülkiyyətçisinin məhz Rəna Məmmədova olmasına dair qeyd vardır. Bu baxımdan işə apelyasiya qaydasında təkrar baxılarkən məhz bu hala da hüquqi qiymət verilməlidir. Çünki N. Əliyevanın əsas dəlili ondan ibarətdir ki, mübahisəli mənzili ilk o, əldə etmişdir. Bu mənada, işin ədalətli həlli üçün mübahisəli mənzilin R.Məmmədova tərəfindən alqı-satqısının tarixinin müəyyənləşdirilməsinə ehtiyac vardır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya məhkəməsi N. Əliyeva və "Cavabdeh" MMC arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilənin formal və əhəmiyyətsiz olduğunu qeyd etsə də, "formal və əhəmiyyətsizlik" dedikdə nəyi nəzərdə tutduğunu əsaslandırmamışdır. Belə ki, apelyasiya məhkəməsi "formal və əhəmiyyətsizlik" dedikdə, forma şərtinə əməl edilməməsini nəzərdə tutmuşdurs a, bu dəlil yuxarıda da qeyd edildiyi kimi əsaslı deyildir. Çünki E. Bəşirovun da tərəf olduğu əqd notarial deyil, sadə yazılı formada bağlanmışdır. Digər tərəfdən, apelyasiya məhkəməsi həmin ifadə ilə, N. Əliyevanın tərəf olduğu əqdin saxtalığını nəzərdə tutmuşdursa, bu dəlil də əsaslı deylidir. Ona görə ki, işdə bu barədə hər hansı sübut yoxdur. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin saxtalığı onun etibarsızlığına deyil, mövcud olmadığına (bağlanmadığına) dəlalət edir, başqa sözlə, bu halda, ortada hər hansı əqd olmadığından onun etibarsızlığından söhbət gedə bilməz. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi yalnız bağlanmış əqdin etibarsız hesab edilə biləcəyini nəzərdə tutur. Həmin maddəyə görə, bu Məcəllədə müəyyənləşdiri lmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırkı işdə isə apelyasiya məhkəməsi 25 yanvar 2008-ci il tarixli müqavilənin etibarsız hesab olunması haqqında birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla həmin müqavilənin saxtalığı ehtimalını istisna etmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya məhkəməsinin, 25 yavar 2008-ci il tarixli müqavilənin birinci və ikinci vərəqlərinin fərqli üsullarla çap edilməsi, habelə müqavilənin birinci səhifəsinin "Cavabdeh" MMC və N. Əliyeva tərəfindən imzalanmaması barədə mövqeyi də əsaslı deyildir. Belə ki, əvvəla, qüvvədə olan qanunvericilikdə müqavilənin hər səhifəsinin imzalanmalı olmasına dair hər hansı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-268/2020) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızı və Cavabdeh” MMC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 iyul 20218-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ekspertiza tədqiqatının dəyəri 227 (100+127) manat təşkil etdiyindən həmin məbləğin üçüncü şəxs Vəkil Sarıx an qızı və Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(103)-7211/2019 saylı qərardadı ilə sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza tədqiqatının nəticələrinə dair 24466 saylı 28.10.2019-cu il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, Cavabdeh MMC ilə Vəkil Sarıxan qızı arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilədə “Satıcı Cavabdeh MMC” qrafasındakı imza ilə Vəkil Sarıxan qızının adına verilmiş tarixsiz maliyyə arayışında “Cavabdeh MMC-nin direktoru:” qrafasındakı imza vəCavabdeh MMC-nin adından FHN-nin X25 Xidm ətinəünvanlanmış 11 nömrəli 20 iyun 2012-ci il tarixli məktubda “Cavabdeh MMCnindirektoru:” qrafasındakı imza - öz aralarında bir-birilə eyni şəxs tərəfindən icraolunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 142 nömrəli 12 avqust 2011-ci il tarixli müqavilədə “Satıcı Cavabdeh MMC” qrafasındakı imza ilə Cavabdeh MMC-nin adından FHN-nin X25 Xidmətinə ünvanlanmış 11 nömrəli 20 iyun 2012-ci il tarixli məktubda “Cavabdeh MMC-nin direktoru:” qrafasındakı imza - öz aralarında bir-birilə eyni şəxs tərəfindən icra olunmuşdur. İddiaçı adına verilmiş 12 avqust 2011-ci il tarixli maliyyə arayışının əsli təqdim edilmədiyindən həmin sənəd üzrə tədqiqat işi aparılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(103)-7211/2019 saylı qərardadı ilə məh kəmənin 27 avqust 2019-cu il tarixli 2(103)-7211/2019 saylı qərardadı sənədlərin texniki ekspertizasının 12.10.2011-ci il tarixli maliyyə arayışı hissəsində icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31217 saylı 29.12.2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh MMC ilə Vəkil Sanxan qızı arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli müqavilədə (c.1, i.v.76-77) və Vəkil Sarıxan qızının adına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında (c.1 i.v. 78) olan möhür əksləri aşınma dərəcəsi eyni olan möhürlə ilə vurulmuşdur. “Cavabdeh" MMC ilə İddiaçı arasında bağlanmış 12 avqust 2011-ci il tarixli müqavilədə (c.2 i.v, 85-86) və İddiaçı adına yazılmış 12 avqust 2011-ci il tarixli maliyyə arayışında (c.2 i.v. 113) olan möhür əksləri aşınma dərəcəsi eyni olan möhürlə ilə vurulmuşdur. Vəkil Sanxan qızının adına olan 25 yanvar 2008-ci il tarixli müqavilədə və Vəkil Sarıxan qızına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksləri İddiaçı adına olan 12 avqust 2011-ci il tarixli müqavilədə və İddiaçı adına yazılmış 12 avqust 2011-ci il tarixli maliyyə arayışında olan möhür əkslərinin fərqli olaraq daha çox aşınmış, yəni, daha uzun müddət istifadə olunmuş möhürlə vurulmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən isə fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllən in 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC ilə alıcı Vəkil Sarıxan qızı arasında 25.01.2008-ci il tarixdə bağlanmış mövcud olmasına və Vəkil tərəfindən müqavilə şərtlərinə əməl edildiyinə baxmayaraq, eyni əsaslarla Cavabdeh MMC ilə alıcı İddiaçı arasında 12.08.2011-cı il tarixli müqavilə bağlanmışdır. Lakin, məhkəməyə təqdim edilmiş ekspert rəyində qeyd olunmuşdur ki, Vəkil Sanxan qızının adma olan 25 yanvar 2008-ci il tarixli müqavilədə və Vəkil Sanxan qızına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksləri İddiaçı adına olan 12 avqust 2011-ci il tarixli müqavilədə və İddiaçı adına yazılmış 12 avqust 2011-ci il tarixli maliyyə arayışında olan möhür əkslərinin fərqli olaraq daha çox aşınmış, yəni, daha uzun müddət istifadə olunmuş möhürlə vurulmuşdur. Belə olan halda Cavabdeh MMC ilə E.Babayev arasındakı müqavilə Cavabdeh MMC ilə Vəkil arasında bağlanmış müqavilədən daha əvvəl bağlanmışdır. Göründüyü kimi mübahisəli mənzilin Cavabdeh MMC tərəfindən Vəkil Sanxan qızına 25.01.2008-ci il tarixdə satılması barədə bağlanmış müqavilə özlüyündə etibarsız olan əqddir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alı nanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Vəkil Sarıxan qızının mübahisəli mənzilə görə 141.840 manat ödədiyindən həmin məbləğin Cavabdeh MMC-dən alınaraq Vəkil Sarıxan qızına ödənilməsinə dair birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh MMC (vəkil X11) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)268/2020 nömrəli iş üzrə 18 mar t 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsini və müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkil Sarıxan qızının iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs Vəkil Sarıxan qızı (vəkil X17) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-268/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdehlər İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 avqust 2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Ka ssasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X11 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-268/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətlərinin təmin edilməsini xahiş edir. İddiaçının vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-268/2020 nömrəli iş üzrə 18 m art 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq üçüncü şəxs Vəkil Sarıxan qızının nümayəndəsi X1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları q ətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsin in səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Üçüncü şəxs Vəkil Sarıxan qızı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə və apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh MMC ilə alıcı Vəkil Sarıxan qızı arasında 25.01.2008-ci il tarixdə bağlanmış mövcud olmasına və Vəkil tərəfindən müqavilə şərtlərinə əməl edildiy inə baxmayaraq, eyni əsaslarla Cavabdeh MMC ilə alıcı İddiaçı arasında 12.08.2011-cı il tarixli müqavilə bağlanmışdır. Lakin, məhkəməyə təqdim edilmiş ekspert rəyində qeyd olunmuşdur ki, Vəkil Sanxan qızının adına olan 25 yanvar 2008-ci il tarixli müqavilədə və Vəkil Sanxan qızına yazılmış nömrəsiz və tarixsiz maliyyə arayışında olan möhür əksləri İddiaçı adına olan 12 avqust 2011-ci il tarixli müqavilədə və İddiaçı adına yazılmış 12 avqust 2011-ci il tarixli maliyyə arayışında olan möhür əkslərinin fərqli olaraq daha çox aşınmış, yəni, daha uzun müddət istifadə olunmuş möhürlə vurulmuşdur. Belə olan halda Cavabdeh MMC ilə E.Babayev arasındakı müqavilə Cavabdeh MMC ilə Vəkil arasında bağlanmış müqavilədən daha əvvəl bağlanmışdır. Göründüyü kimi mübahisəli mənzilin Cavabdeh MMC tərəfindən V əkil Sarıxan qızına 25.01.2008-ci il tarixdə satılması barədə bağlanmış müqavilə özlüyündə etibarsız olan əqddir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC və üçüncü şəxs Vəkil Sarıxan qızı tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-268/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar