Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4640/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4640/21 (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Bakı şəhəri, 07 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkili Vəkil iştirakı ilə, Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5573/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qərardadından ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "daşınar əşyanın sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməs i) 2(004)-2306/2021 saylı, 05.04.2021-ci il tarixli qərardadı ilə (hakim Gülnar Babazadə) ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə isə ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması tələbi barədə mübahisə yaranmışdır. Belə ki, iş materiallarında da göründüyü kimi, İran İslam Respublikası vətənd aşı X4 tərəfindən idarə olunmuş Mercedes-Benz C 230 markalı 5787GX qeydiyyat nişanlı nəqliyyat vasitəsi 07.03.2017-ci il tarixdə başlanmış cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca qəbul edilmiş, 12.06.2020-ci il tarixdə cinayət işinin icraatına, 04.11.2020-ci il tarixdə isə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bu müddət ərzində İran İslam Respublikası vətəndaşı X1 daşınar əmlak üzərində sahiblik hüququnu həyata keçirmək imkanının olub-olmaması, yəni sözügedən daşınar əmlakın sahibsiz əşya hesab edilib-edilməməsi ilə bağlı mübahisə vardır. İş materiallarından görünür ki, ərizəçi tərəfindən məhkəmə iclasında Mercedes-Benz C 230 markalı 5787GX qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin olmaması və ya məlum olmaması, yaxud keçmiş mülkiyyətçisinin sözügedən ə mlakdan imtina edibetməməsi barədə mötəbər subütlar, eləcə də həmin əmlakın sonuncu sahibi kimi bililən İran İslam Respublikası vətəndaşı X2 saxlancda olan əmlakın təhvil alınması ilə bağlı müraciətin olunub-olunmamasına dair sübutlar təqdim edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi tələbi barədə ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 260.1, 3 06.2, 306.4-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 162, 184.1, 184.2-ci maddəsi və Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 1.2 və 1.5-ci bəndləri ilə əsaslandırmışdır. Qərardaddan narazı qalan ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi şikayət verərək, birinci instansiya məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadının ləğv edilib işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Namiq Cəfərov sədrlik edən və məruzəçi, Elşən Kazımov, Xəyal Sarıyev) 2(103)-5573/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi, ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, avtomoibilin sahibsiz hesab edilməsi barədə işə xüsusi icraat qaydasında baxıla bilər. Belə ki, MPM-in 305.1.4cü maddəsinə görə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında işə xüsusi icraata qaydasında baxılır. Lakin avtomobil sahibsiz hesab edildikdən sonra Nazirlər Kabinetinin 18.04.2002-ci il tarixli, 69 №-li qərarı ilə təsdiq olunmuş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlan ması, istifadəsi və satışı barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmiş qaydada istifadəsi, satışı və verilməsi həyata keçirilməlidir. X3 Komitəsi avtomobilin sahibsiz hesab edilməsini istəyirsə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər, lakin avtomobilin Dövlət Gömrük Komitəsinə verilməsini xüsusi icraat qaydasında tələb edə bilməz. Beləliklə, daşınar əşyanın sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icrata xitam verilməlidir. Xitamın hüquqi əsası MPM-in 305 və 261.0.1-ci maddələrinin göstərişləridir. 305-ci maddə xüsusi icraat qaydasında baxılan işlərin dairəsini müəyyən edib, əgər iş həmin maddədə nəzərdə tutulmayıbsa, deməli, bu maddə həmin işə x üsusi icraat qaydasında baxılmalı olmadığını müəyyən edib. 261.0.1-ci maddədə isə qeyd olunub ki, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Birinci instansiya məhkəməsi ərizəni ona görə baxılmamış saxlayıb ki, hüquq haqqında mübahisə var. MPM-in 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Bu, düzgün əsaslandırma deyil, çünki həmin əsaslandırmadan belə başa düşülür ki, əgər hüquq haqqında mübahisə olmasaydı işə xüsusi icraat qaydasında baxıla bilərdi. Lakin hüquq haqqında mübahisənin olub-olmadığından asılı olmayaraq hazırkı işə xüsusi icraat a qaydasında baxıla bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (vəkili Vəkil) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxış üçün yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının ərizəyə məhkəmədə baxılmalı olmaması barədə gəldiyi nəticə Azərbaycan Respublikası MPM-nin 305.1.4-cü maddəsinin tələbinə ziddir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlayarkən hüquq haqqında mübahisənin olmasına istinad etmişdir. Şikayətin əsasını isə hüquq haqqında mübahisə nin olmaması təşkil etmişdir. Qənaətləri ondan ibarətdir ki, ərizəçinin şikayəti qismən təmin edilirdisə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək yenidən baxılması üçün qaytarılmalı idi. İşə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılarkən tələbin sahibsiz əmlakın Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi hissəsindən imtina oluna və ya həmin hissə ayrı icraata ayrıla bilərdi. Hansı prizmadan yanaşılsa da Bakı Apellyasiya Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Göründüyü kimi apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olan qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. İşə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icr aata xitam verir. Maddə 262.4. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas ola bilməz. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, daşınar əşyanın sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsini məhkəmə qaydasında tələb etmişdir ki, bununla bağlı da apelyasiya kollegiyası düzgün olaraq qeyd etmişdir ki, avtomobilin Dövlət Gömrük Komitəsinə verilməsini xüsusi icraat qaydasında tələb edə bilməz. Çünki Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsində xüsusi icraat qaydasında baxılmalı olan işlərin dairəsi konkret olaraq göstərilmişdir. Odur ki, ərizəçinin kasasiya şikayəti apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ərizəçinin apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olan qərar qəbul etməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, Mülki Porsessual Məcəllədə apelyasiya instansiya məhkəməsinin səlahiyyətləri dəqiq olaraq, yəni apelyasiya kollegiyasının iş üzrə icraata xitam vermək səlahiyyəti də göstərilmişdir ki, apelyasiya kollegiyası da iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərkən səlahiyyət həddini aşmamış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qərardad qəbul etmişdir. Ona görə də kasasiya şikayətinin göstərilən dəlili də qəbul edilmiş qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5573/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.