Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4643/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Vüqar Təvəkgül oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X4 və Cavabdeh1 vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1725/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2886/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) İddiaçı C avabdeh1 və digərlərinə qarşı “mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1725/2020 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilib, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 108 saylı evin 71-ci mənzilinə dair tərəflər arasında notarial qaydada bağlanmış xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Cavabdeh qətnamədən kasasi ya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 108 saylı evin 71-ci mənzilinə dair onunla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, i ddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili Fuad Bədəlov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Emin İsayev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Nigar İsmaylova, Bakı şəhəri 46 saylı Notariat Kontoru və üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazı mi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, bağışlama müqaviləsində hər hansı bir qeyd-şərt nəzərdə tutulmasa da, iddiaçı müqavilə bağlanması məqsədilə qardaşı Cavabdeh3 keçmiş arvadı Cavabdeh1 tərəfindən aldadılıb. Belə ki, mənzili ona bağışlaması qarşılığında Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin 1/2 hissəsini ona hədiyyə edəcəyinə iddiaçını inandırıb, lakin onun etibarından sui-istifadə edərək sonradan bağ evindəki hissəsini iddiaçıya bağışlamaqdan imtina edib. İşin bu halı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tərəflər arasında “Whatsapp” şəbəkəsi üzərindən aparılmış yazışmalar, səs yazıları və sair ilə də təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 339.1, 339.2, 404.1, 404.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İşdən görünür ki, xx xxxxxx 2009-cu il tarixdə iddiaçının qardaşı Cavabdeh3 rəsmi nikah əsasında cavabdehlə ailə qurub və onların birgə nikahından xx xxxxxx 2012-ci ildə Elif, xx xxxxxx 2014-cü ildə Uğur adlı iki uşaqları doğulub. Sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası qismən təmin edilərək, onlar arasında bağlanmış nikahın pozulması, uşaqların Cavabdeh1 yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh3 hər ay, hər uşağa görə 117 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh1 verilməsi, habelə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3 484 “C” saylı bağ evinin üzərində Cavabdeh1 1/2 hissədə pay hüququnun müəyyən edilməsi qət edilib. Həmçinin işdən görünür ki, xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh1 ərizə ilə Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, razılaşma əldə etdikləri üçün alimentdən imtina etdiyini və icra sənədi üzrə icraata xitam verilməsini xahiş edib. Eləcə də “mənzil bağışlama müqaviləsin”dən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 108 saylı evin 71-ci mənzili iddiaçının mülkiyyətində olub və sonuncu xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən həmin mənzili cavabdehə bağışlayıb. Bundan sonra, Cavabdeh1 “alimentin məbləğinin artırılması” barədə iddia ilə Bakı şəhəri, Nizami rayo n məhkəməsinə müraciət edib və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh3 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin tutulub Cavabdeh1 verilməsi qət edilib. Hazırda iddiaçı mülkiyyətçisi olduğu mənzili məhz Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin Cavabdeh1 məxsus 1/2 hissənin bağışlanması, habelə alimentdən imtinanın qarşılığında cavabdehə hədiyyə etdiyini iddia edir. Cavabdeh isə mənzilin hər hansı bir şərt əsasında bağışlanmadığını, bu halın bağışlama müqaviləsindən də aydın şəkildə göründüyünü, habelə iddiaçının cavabdehin uşaqlarının əmisi olması səbəbindən mənzilin heç bir şərt olmadan hədiyyə edilməsinin normal bir hal olduğunu bildirməklə iddiaya etiraz edib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, tərəflər sözügedən bağışlama müqaviləsi üzrə hüquq və vəzifələrinin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı etməyiblər və bu, müqavilənin məzmumundan da irəli gəlmir. Mülki Məcəllənin 328.1-ci maddəsində göstərilir ki, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı edərlərsə əqd şərtlə bağlanmış sayılır. Maddənin mənasına görə, “baş verib- verməyəcəyi məlum olmayan hallar” dedikdə həm hadisələr, həm də hərəkətlər başa düşülür. Həmin Məcəll ənin 14.2-ci maddəsində isə, hərəkətlər və hadisələr mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsası kimi nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi, bir tərəfdən bağışlama müqaviləsinin hər hansı bir şərtlə bağlanmadığını qeyd etdiyi halda, digər tərəfdən iddiaçının mülkiyyətçisi olduğu mənzili məhz Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin cavabdehə məxsus 1/2 hissəsini ona bağışlaması, habelə alimentdən imtinanın qarşılığında cavabdehə hədiyyə etdiyini qeyd etməklə sadalanan maddələrin tələblərini pozub və işin halları barədə ziddiyyətli nətcəyə gəlib. Belə ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddənin mənasına görə, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə görə, hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsini heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi hədiyyə verənin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Digər tərəfdən, mülki qanunvericilikdə bağışlamanın heç bir cavab xidməti ilə şərtləndirilməsinə yol verilmədiyi nəzərdə tutulsa da, Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yerilməsindən asılı edilə bilər. Göründüyü kimi müqavilə şərti və ya hər hansı öhdəlik yalnız müqavilə üzrə tərəflərin razılaşmaları nəticəsində qəbul edilə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə şərtləndirilmədiyindən, hədiyyənin cavabdeh tərəfindən qəbul edildiyi ehtimal olunur. Eyni zamanda, Mülki Məcəllənin 670.3-cü maddəsinin mənasına görə, bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və y a onun vərəsələri məhkəməyə o, vaxt iddia verə bilərlər ki, hədiyyə alan müqavilə üzrə götürdüyü öhdəliyi icra etməsin və ya lazımınca icra etməsin. Hazırki halda, cavabdehin bağaşlama müqaviləsinə əsasən üzərinə hər hansı öhdəlik götürməsi, habelə iddiaçının sözügedən mənzili cavabdehə məhz Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin ona məxsus olan 1/2 hissəsini ona bağışlaması, habelə qardaşı Cavabdeh3 qarşı olan “aliment tələbindən” imtina etməsi şərti ilə bağışlaması açıq-aşkar mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, aliment tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyi halda, iddiaçı mənzili xx xxxxxx 2018-ci il tarixdə, yəni sözügedən ər izənin verilməsindən 1 il, 1 ay sonra cavabdehə bağışlamışdır. Digər tərəfdən, mənzil cavabdehə bağışladığı halda, iddiaçının ötən 10 ay müddət ərzində Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin cavabdehə məxsus olan 1/2 hissəsini onun adına keçirməsi barədə məhkəmədə hər hansı mübahisə açmaması, hazırki iddia tələbi ilə məhkəməyə yalnız xx xxxxxxxx 2019-cu il tarixdə müraciət etməsi də iddianın əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Eyni zamanda, tərəflər arasındakı hazırki mübahisə daşınmaz əmlaka dair bağlanmış bağışlama müqaviləsinin etibarlılığı ilə bağlı yarandığından, MPM-nin 81-ci maddəsinin tələbinə əsasən, hazırki işin hallar başqa sübutlarla, o cümlədən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tərəflərin “Whatsapp” şəbəkəsi üzərindən apardıqları y azışmalar, səs yazıları və sair ilə təsdiq oluna bilməz. Çünki qeyd olunan maddənin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə, məsələn: notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi; hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışla təsdiq edilməli olan hazırki işin halları başqa sübutlarla, o cümlədən şahid ifadələri, “Whatsapp” yazışmaları, səs yazıları və sair ilə təsdiq oluna bilməz. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, iddiaçının bağışlama müqaviləsi bağlanması məqsədilə cavabdeh tərəfindən aldadıldığını göstərsə də, gəldiyi nəticəni qətnamədə kifayət qədər əsaslandırmayıb. Belə ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahi sələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Maddənin mənasına görə aldatma dedikdə- şəxsin əsl həqiqəti gizlətməsi, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etməsi anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Buna görə də belə əqdləri aldadılmış tərəf mübahisələndirə bilər. Müqavilənin etibarsızlığı dedikdə isə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüq uqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanunilyi; müqavilənin məzmununun qanunilyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanunilyi- müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə- müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Apelyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 337.1, 404.1 və 404.2-ci maddələrinin təfsirində səhvə yol verərək, bağışlama müqaviləsinin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də tərəflər arasındaki müqaviləyə qədərki danışıqları, yazışmaları nəzərə almadan, yalnız sözügedən müqavilənin bağlanmasından xeyli sonra tərəflər arasında və ya iddiaçı ilə cavabdehin anası arasında olan “Whatsapp” yazışmalarını, səs yazısını, şahid ifadələrini və sair əsas tutub 10 aydan sonra iddiaçının əqd bağlanması məqsədilə cavabdeh tərəfindən aldadılması nəticəsinə gəlmişdir. Halbuki, bağışlama müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə istisna edilməsin. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh et məli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya in stansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1725/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həm in məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4643/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4643/2020
27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver