Məhkəmə qərarları › İş №2(102)-4643/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4643/2022

03.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4643/2022 03.08.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dаir Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2169/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti Azərbaycan Respublikası MP M-nin 407-408-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti Vəkil3 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirsə də, bu barədə vəkilin səlahiyyətini təsdiq edəcək order kassasiya şikayətinə əlavə edilməmişdir. MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Göstərilənlərə əsasən, kassasi ya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1, 408.1.3, 408.1.4 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2169/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti icraata qəbul edilməsindən imtina olunsun və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar