Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4645/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4645/20 (Açar sözlər: borcun və debitor borcun ödənilməsi) Bakı şəhəri, 12 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı xxx oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli, 2(103)2091/2020 nömrəli qətnaməsindən İddiaçı İB-nin vəkili Vəkil verilmiş kassasiya şikayətinə 12 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda da yaşayır. 2. xx.xx.2017-ci il tarixli, 14591 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir.
3. Həmin ünvana "İddiaçı" İB-nin Bakı xxx tərəfindən **********20000 hesab nömrəsi verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4122,6 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4152,6 manat məbləğində pulun « tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh təbii qazdan sayğacdan kəna r boru xətti vasitəsilə qeyri-qanuni istifadə edir.
6. Sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı cavabdeh xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,8 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 98,8 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 154,4 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 134,6 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 88,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsaında 492,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 162,6 manat, 10,07.2017-ci il tarixli, ******* saylı akt əasında 84,8 manat, xx.xx.2017–ci il tarixli, ******* saylı akt əsasında 163,2 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 772,8 manat, xx.xx.2018-ci il tarixli, ****** * saylı akt əsasında 313 manat və xx.xx.2018–ci il tarixli, ******* saylı akt əsasında 331,8 manat olmaqla, "İddiaçı" İB-yə cəmi 2970,4 manat maddi ziyan vurmuşdur.
7. Cavabdehin sayğac üzrə borcu 1152,2 manat təşkil edir.
8. Hazırda cavabdehin sayğac və aktlar üzrə ümumi 4122,6 manat debitor borcu vardır.
9. Cavabdeh iddiaya etiraz olaraq, borcun çox hesablanmasını bildirmiş və bunun üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə borcun məbləği ilə bağlı ekspertiza təyin edilmişdir.
11. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilib ki, borc qalığı abonentin saldosu cədvəlində göstərilən borc qalığının yalnız sayğac göstəricilərinə uyğundur. 4122,6 manat borcun düzgün hesablanmasını müəyyən etmək ekspertizanını predmetinə aid deyil.
12. Cavabdeh məhkəmə baxışında iddia tələbini qismən, yəni 1152,20 manat sayğac borcu hissəsində etiraf etmiş, həmin hissədə iddianın təmin edilməsinə etiraz etməmişdir.
13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-88/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 1152,20 manat pul və 8.40 manat dövlət rüsumu olmaqla, cəmi 1160,60 manatın “Azərqaz” İstehsalat Birliyinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Zeynəb Axundova)
14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh təbii qazdan istifadəyə görə 1152,20 manat sayğac bo rcu, tərtib edilmiş aktlara əsasən isə sayğacdan kənar isitfadə ilə bağlı 2970,40 manat olmaqla, ümumilikdə 4122,60 manat borc hesablanmışdır.
15. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təbii qazdan istifadəyə görə yaranmış 1152,20 manat borc hissəsində cavabdeh tərəfindən etiraf edildiyindən, iddia da həmin hissədə təmin edilməlidir.
16. İddia tələbinin aktlara əsasən sayğacdan kənar istifadə ilə bağlı hesablanmış 2970,40 manat borcun tutulması hissəsinə münasibətdə məhkəmə müəyyən etmişdir ki, cavabdehin qanunsuz xətdən istifadə etməsi faktı öz təsdiqini tapmamış, təbii qaza müdaxilə halı aşkar edilməmişdir.
17. Eyni zamanda təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlar cavabdehin iştirakı olmadan tərtib edilmiş, aktların surətləri cavabdehə təqdim edilməmi şdir. Bununla da, iddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur.
18. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri də izah edə bilməmişdir.
19. Məhkəmə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 217-ci maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı qətnamədən apelyasiya şikayəti verib.
21. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, lakin məhkəmə heç bir hüquqi əsas olmad an cavabdehin yalnız sayğaca görə hesablanmış borcu etiraf etməsinə əsaslanaraq İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır.
22. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2091/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-88/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Elnur Həsənov(sədrlik edən və məruzəçi) Xumar Mərdanova, Fuad Babayev )
23. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılanda cavabdehə məxsus yaşayış sahəsinə baxış keçirilmiş, qanunsuz xətdən istifadə olunmasına dəlalət edə biləcək hər hansı sübut aşkar edilməmişdir.
24. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı İB ca vabdehin evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir.
25. İstinad edilən aktlar isə cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğuna görə sözügedən aktlar mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.
26. Apelyasiya məhkəməsi vurğalamışdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu s übut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır.
27. Apelyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı xxx qətnamədən kassasiya şikayəti verib.
29. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmayıb.
30. Aktlar yazıldığı tarixə cavabdehin qazdan istifadəyə görə nə qədər pul ödəməsi araşdırılmayıb.
31. Qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında İddiaçı İB-nin vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmasını xahiş etdil.
34. Cavabdeh məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Qanun Maddə 13, 8-ci hissə. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etmə lidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Bənd 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırı lması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini n qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5 və 6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəym iş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin dəlillərindən görünür ki, qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilir. Buna görə də apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
39. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi cavabdehin təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi barədədir.
41. Borc məbləği iki hissədən – qeyri-qanuni qoşulma nəticəsində aktlar əsasında hesablanmış 2970,4 manat maddi ziy an və 1152,2 manat sayğac borcundan ibarətdir.
42. Cavabdeh sayğac üzrə 1152,20 manat borcunu etiraf etdiyi üçün həmin hissədə təmin olunan tələb mübahisə predmeti deyil.
43. İddiaçı qeyri-qanuni qoşulma nəticəsində aktlar əsasında hesablanmış 2970,4 manat maddi ziyanın tutulmamasından narazıdır.
44. Apelyasiya məhkəməsi iddiaçının həmin hissədə sübut kimi istinad etdiyi aktları mötəbər sübut və hesablanmış cərimə məbləğinin qanuni əsası kimi qəbul etməmişdir. Çünki aktlar təritb edilən zaman cavabdehin və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Üstəlik, işə birinci instansiya məhkəməsində baxılanda cavabdehə məxsus yaşayış sahəsinə baxış keçirilmiş, qanunsuz xətdən istifadə olunmasına dəlalət edə biləcək hər hansı sübut aşkar edilməmişdir.
45. Aktlar əsasında hesablanmış 2970,4 mana t maddi ziyan hissəsində iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi qeyd etmişdir ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının aktlar əsasında hesablanmış 2970,4 manat maddi ziyan hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halla rı sübut etməməsinə əsasən həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.
47. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehin sayğacdan kənar boru vasitəsinə təbii qazdan istifadə etməsi və bunun nəticəsində 2970,4 manat maddi ziyan dəyməsini bildirsə də, həmin hissədə istinad etdiyi halları təsdiq edə bilməmişdir. HalbukiMülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
49. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, aktlar əsasında hesablanmış 2970,4 manat maddi ziyan hissəsində iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, bu hissədə iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməyən hissəsində tətbiq edilən maddi hüquq normları işin müəyyən edilmiş hallarına uyğundur.
51. Apelyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
52. Aktların yazıldığı tarixə cavabdehin qazdan istifadəyə görə nə qədər pul ödəməsinin araşdırılmaması barədə dəlil əsassızdır, çünki aktlar əsasında hesablanmış 2970,4 manat maddi ziyan tələbinin təmin və ya rədd edilməsi baxımından işin bu halının araşdırılmasının heç bir əhəmiyyəti yoxdur.
53. Qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməməsi barədə dəlilə gəldikdə, iddiaçı ekspertiza ilə bağlı apelyasiya şikayətində ümumiyyətlə, hər hansı dəlil irəli sürməmiş, belə bir vəsatətlə çıxış etməmişdir. Belə olan halda, apelyasiya şikayətində irəli sürmədiyi dəlilin apelyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2091/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.