Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4646/2020 26.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X38, X8, X27, X31, X42, X32, X28, X24, X39 İddia tələbi: alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi Açar sözlər: əsl olmayan cavabdeh, iddia tələbinə cavab verməli olan şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X20, cavabdehin vəkili Vəkil Əmrxan oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-1211/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2012-ci il tarixdə faktiki ər-arvad münasibətlərinə daxil olmuş, nikahlarını xx.xx.2014cü il tarixdə rəsmiləşdirmişlər. Nikahdan iki uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X33 və xx.xx.2016-cı il təvəllüdlü X43 doğulmuşlar. Tərəflər xx.xx.2018-ci il tarixdə ayrılmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-167/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, azyaşlı uşaqlar analarının yanında saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-408/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının mənzilə köçürülmə barədə iddiası təmin edilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1132/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının qızıl-zinət əşyalarının qaytarılması barədə iddiası təmin edilməmişdir. “London Taxi 4” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən alınmış, həmin avtomobilə dair cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən başlanaraq xx.xx.2018-cu il tarixədək olan müxtəlif dövrlər üzrə Babayev Babaş Yarməmməd oğluna və X16 etibarnamələr verilmişdir. Avtomobil xx.xx.2018-ci il tarixdə X6, sonuncu isə xx.xx.2018-ci il tarixli “N əqliyyat vasitəsinin alğısatqı müqaviləsi” ilə həmin avtomobili X7 16.000 manata satmışdır. “Mersedes Benz C” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh xx.xx.2016-cı il tarixdə almış və xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən 28.000 manata X2. “London Taxi 4” markalı **-XP-*** nömrə nişanlı avtomobil cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə alınmışdır. Cavabdeh həmin avtomobilə dair xx.xx.2017-ci il tarixdən etibarən xx.xx.2019-cu il tarixədək olan müxtəlif dövrlər üzrə Babayev Babaş Yarməmməd oğlunun, X13, X9, X10 adına etibarnamələr vermişdir. Avtomobil xx.xx.2018ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi” ilə X31 tərəfindən X34 15.000 manata satılmışdır. “London Taxi 4” markalı **-MU-*** dövlət qeydiyyat niş anlı avtomobil xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən alınmış və həmin tarixdə də, cavabdeh bu avtomobilə dair X17 etibarnamə vermişdir. xx.xx.2018-ci il tarixdə həmin avtomobil X5, sonuncu tərəfindən bu avtomobil xx.xx.2018-ci il tarixdə X3. “London Taxi 4” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə alınmışdır. Cavabdeh bu avtomobilə dair xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə X11, X14, X12, X23 etibarnamələr vermişdir. xx.xx.2018-ci il tarixdə avtomobil X26 15.000 manata satmışdır. “Toyota Camry” markalı **-ZZ-*** nömrə nişanlı avtomobil cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə alınmış və avtomobilə dair onun tərəfindən xx.xx.2017-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək) “xxx” MMC-yə etibarnamə v ermişdir. Avtomobil xx.xx.2018-ci il tarixdə X1. Sonuncu isə həmin avtomobili X30 23000 manata satmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdiyi xx.xx.2018-ci il tarixdə alınmış “London Taxi 4” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı; xx.xx.2016-cı il tarixdə alınmış “Mercedes-Benz C” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı; xx.xx.2017-ci il tarixdə alınmış “London Taxi 4” markalı, 99-XP612 dövlət qeydiyyat nişanlı; xx.xx.2018-ci il tarixdə alınmış “London Taxi 4” markalı, 99MU-037 dövlət qeydiyyat nişanlı; xx.xx.2017-ci il tarixdə alınmış “London Taxi 4” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı; xx.x x.2017-ci il tarixdə alınmış “Toyota Camry” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində onun payının 1/2 hissədə müəyyən edilməsi; **- MR-***, **-XP-*** və **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli, 90-ZZ128 dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dar cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandır ılmışdır ki, münasibətləri pozulduqdan sonra cavabdeh iddia ərizəsində qeyd edilən avtomobilləri satmışdır. Avtomobillər birgə nikah dövründə əldə olunduğu üçün iddiaçı ilə cavabdehin birgə əmlakı sayılır və adi qaydada onların hər birinin həmin avtomobillər üzərində 1/2 hissədə mülkiyyət hüquqları vardır. Lakin cavabdeh avtomobilləri iddiaçının xəbəri olmadan satmışdır ki, bu səbəbdən də, cavabdehin həmin avtomobillərə dair bağladığı alğı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Cavabdeh iddia tələbinə etiraz etmiş, göstərmişdir ki, iddia ərizəsində qeyd edilən avtomobillər nikah pozulmamışdan xeyli əvvəl, yəni 2017-ci ildə iddiaçının məlumatı və razılığı əsasında satılmışdır. Avtomobilləri alan şəxslər onları bir müddət etibarnamə əsasında idarə etdikdən sonra adlarına rəsmiləşdir mişlər. Lakin avtomobillərin alğısatqısının rəsmiləşdiriməsindən də bir ildən çox vaxt keçmiş, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Nikah pozulmamışdan əvvəl iddiaçı 2018-ci ilin noyabr ayında artıq mənzil mübahisəsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı nikahın pozulmasını gözləmədən məhkəmə mübahisəsinə başlamışdırsa, qeyd olunan avtomobillərə dair iddia qaldıra bilərdi. Lakin həmin vaxt iddiaçı avtomobillərin razılığı ilə nikah dövründə satıldığını bildiyi üçün qeyd olunan əmlakların bölünməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etməmişdir. Bundan başqa, iddia ərizəsində tərəflər arasında münasibətlərin xx.xx.2018-ci ili tarixdə pozulduğu, həmin vaxtdan iddiaçının valideynlərinə məxsus evə getməsi göstərilir. Belə olan halda, iddiaçı 2018-ci ilin aprel ayından nikah dövründə əmlakların mübahisələndirilməsi, etibarsızlığı barədə iddia vermək hüququnu bilmiş, həmin vaxtdan hüquqlarının pozulduğu bilmiş və ya bilməli olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2529/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1211/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev)birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilməd ən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələri müəyyən etmişlər ki, cavabdehin adına cəmi 21 avtomobil olmuş və onlar cavabdeh tərəfindən müxtəlif vaxtlarda özgəninkiləşdirilmişdir. İddiaçı, cavabdehin adına olmuş 21 avtomobildən 6-nın onların birgə nikah dövründə əldə edildiyini, cavabdehlə faktiki ayrıldığı xx.xx.2018-ci il tarixdən sonrakı tarixlərdə satılmasını əsas gətirərək, həmin avtomobillərə dair bağlanılmış alğısatqı müqavilələrinin etibarsız hesab edilməklə onlara dair hər birinin 1/2 payının müəyyən olunmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsini, Ailə Məcəlləsinin 32.1, 36.3, 37.1-ci maddələrini tətbiq edərək qeyd etmişdir ki, tərəflər arasında mübahisəsiz olaraq qəbul edil ir ki, cavabdeh avtomobillərin alğı-satqısı fəaliyyəti ilə məşğul olur. Mübahisəli avtomobillərin dördü nikaha daxil olanadək, biri isə nikah dövründə özgəninkiləşdirilmişdir. Cavabdeh avtomobillərin alğı-satqısı fəaliyyəti ilə məşğul olduğundan avtomobillərin satışından əldə olunmuş vəsait hesabına yeni avtomobillər alaraq alış qiyməti ilə satış qiyməti arasında əldə etdiyi vəsaitlərdən gəlir götürməklə təlabatlarını təmin etmişdir. Onun avtomobilləri alaraq sonradan satmasında əsas məqsədi də gəlir əldə edilməsi olmuşdur. Mübahisə predmeti olan altı avtomobilin dördünün “London Taxi 4” markarlı avtomobillər olması da bir daha təsdiq edir ki, onlar sahibkarlıq məqsədi ilə alınıb satılmışdır. Onların əksəriyyətinin satılmasında cavabdeh iştirak etməmişdir. Həmçinin, iş üzrə üçüncü şəxs X 32 da, birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında mübahisələndirilən avtomobillərdən biri olan **-MU-*** markalı avtomobili (taksini) xx.xx.2018-ci ildə Cavabdeh deyil, XXXadlı şəxsdən şəxsi biznes məqsədi üçün almasını, həmin ilin dekabır ayının 20-də alğı-satqı müqaviləsi əsasında X4 bildirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən altı avtomobil tərəflərin birgə nikahı dövründə əldə olunsa da, birgə nikah dövründə əldə olunmuş vəsait hesabına əldə olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti işin müəyyən edilmiş hallarına uyğundur. Mübahisəli avtomobillər birgə nikah dövründə əldə edilmiş vəsaitlər hesabına əldə olunmuş əmlak kimi qiymətləndirilmədiyindən və mübahisə tərəfləri arasında bölünmədiyindən, Məhkəmə kollegiyası idd ia müddətinin tətbiqi ilə bağlı məsələyə birinci instansiya məhkəməsinin hüquqi qiymət verilməsinə lüzum görməməsi barədə qənaəti ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X35) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin avtomobillər birgə nikah dövründə cavabdehin qeyri rəsmi biznes fəaliyyəti nəticəsində əl də edilmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəm ə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi Maddə 32 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsin də əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. MPM Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci i nstansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçının pay hüququnu tanınmasını və barələrində bağlanmış müqavilələrin etibarsız hesab olunmasını tələb etdiyi avtomobi llərin cavabdehin deyil, üçüncü şəxs kimi işə cəlb olunmuş şəxslərin mülkiyyətində olduğu işin mübahisə olunmayan halıdır. Cavabdeh isə əvəllər həmin əmlakların mülkiyyətçisi və onlara dair bağlanmış müqavilələrin tərəfi (satıcı) olmuşdur. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində yalnız keçmiş əri Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. İşə birinci instansiya məhkəməsində və apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən başqa cavabdehlərin cəlb olunması və ya cavabdehin əsl cavabdehlərlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Buna baxmayaraq birinci və apelyasiya instansiya məhkəmələri tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələb inə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişlər. Nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş pozuntunun xarakterini, apelyasiya baxışı zamanı cavabdehin əsl cavabdehlə əvəz edilməsinin və ya əlavə cavabdeh cəlb edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında MPM-in 417.1.4-cü maddəsinə əsasən yeni qərar qəbul olunmasını mümkün hesab edir. Belə ki, hazırkı iş üzrə mübahisəli əmlakların mülkiyyətçiləri iddiaçı tərəfindən cavabdeh kimi cəlb olunmadıqlarından onların tərəfi olduqları müqavilələrin etibarsız hesab olunması və onların mülkiyyətində olan əmlaka payın müəyyən edilməsi tələblərinə iddianın əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz. Ona görə də iddia ona cavab verməli olan şəxslər cavabehlər kimi cəlb edilmədən verildiyi üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1211/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4646/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4646/2020
26.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver