Məhkəmə qərarları › İş №2(102)-4649/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4649/2021

27.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4649/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru) «mirasın faktiki qəbul edilməsi və miras payının müəyyən edilməsi» tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: müddət bərpa edilmədiyinə görə kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1729/2020 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mirasın faktiki qəbul edilməsi və miras payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Davudov Mirqələm Miri oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.878 ha torpaq sahəsi və üzərindəki 46 saylı fərdi yaşayış evinin - miras əmlakın onun İddiaçı tərəfindən faktiki qəbul edilməsi, miras p ayının tam formada müəyyən edilməsi, əmlakın tam şəkildə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın faktiki qəbul edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia qismən təmin edilib, ünvan 2 ünvanı üzərində mülkiyyət hüququna dair 9251 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mərhum Mirqələm Miri oğlunun adına olan Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, 46 saylı miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi tanınmış və həmin əmlaka onun 1/6 payı müəyyən edilib, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikay əti verərək, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının(hakimlər T.Quliyev, G.Tağızadə, L.Məmmədova) 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(012)-317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(102)-2670/2021 saylı qərardadı ilə İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, işdə İddiaçı tərəfindən qətnamənin 27.11.2020-ci il tarixdə alınması barədə sübutlar mövcud olduğu halda, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prossesual müddətin ötürülüb-ötürülməməsi müzakirə edilmədən kassasiya şikayəti Ali Məhkəməyə göndərilmişdir. Kassasiya şikayətinin prossesual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmə iclası təyin edilmiş və kassator İddiaçı kassasiya şikayəti vermə müddətinin bərpasına dair məhkəməyə ərizə təqdim etm iş və qətnaməni aldığını xatırlamadığını göstərərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli 2(105)1729/2020 nömrəli qərardadı( hakimlər ) ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə müəyyən etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsinin surəti 25 noyabr 2020-ci rəsmi qaydada tərəflərə göndərilmişdir. İddiaçı qəbzə imza etməklə 27 noyabr 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsinin surətini rəsmi qaydada qəbul etmiş, lakin 01 fevral 2021-ci il tarixdə İddiaçı və onun vəkili Vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti 04 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı qətnaməni rəsmi qaydada qəbul etdiyi vaxtdan sonra 2 ay müddətində kassasiya şikayəti verməmiş və kassasiya şikayətini 4 gün gec təqdim etməklə prosessual müddəti ötürmüşdür. Müddətin bərpası barədə ərizəyə əlavə olunmuş “İntermed Plyus” diaqnostik mərkəz tərəfindən 29 dekabr 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı “İntermed Plyus” diaqnostik mərkəzdə müayinələrdən keçmişdir və hazırda ambulator müalicə alır. Məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı həmin müalicə müəsissəsində kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ərzində stasionar qaydada müalicə olunması öz təsdiqini tapmır. Ona görə də, onun Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası üçün əsas deyildir. Həmin qərardaddan narazı qalan İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1729/2020 saylı 11 noyabr 2020-ci il tarixli qətnaməsini rəsmi olaraq, 11 dekabr 2020-ci il tarixdə poçt vasitəsi ilə almış və kassasiya şik ayətini də prosessual müddəti ötürmədən 01 fevral 2021-ci il tarixdə poçt vasitəsi ilə göndərmişdir. Bununla bağlı müddətin bərpasına dair ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş və həmin ərizədə 26 noyabr 2020-ci il tarixdə ümumiyyətcə heç bir qəbzə imza atmadığını və qətnaməni götürmədiyini bildirməklə yanaşı, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1729/2020 saylı 11 noyabr 2020-ci il tarixli qətnaməsini rəsmi olaraq poçt vasitəsi ilə 11 dekabr 2020-ci il tarixdə (müddətin bərpasına dair ərizədə texniki səhv olaraq qətnaməni aldığı tarix 02 dekabr 2020-ci il kimi qeyd edilmişdir) aldığını qeyd etmişdir.. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündə n 2 ay müddətində verilə bilər. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişsə, kassasiya şikayəti geri qaytarılır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-1729/2020 saylı qətnaməsinin surətini İddiaçı qəbzə imza etməklə 27 noyabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul etmiş, 01 fevral 2021-ci il tarixdə İddiaçı və onun vəkili Vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti 04 fevral 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. İddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1729/2020 saylı 11 noyabr 2020-ci il tarixli qətnaməsini rəsmi olaraq, 11 dekabr 2020-ci il tarixdə poçt vasitəsi ilə aldığını qeyd etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Müddətin bərpası barədə ərizədə hər hansı üzürlü səbəb göstərilmədiyindən və bu barədə müvafiq sübutlar əlavə edilmədiyindən müddət bərpa edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1729/2020 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar