Məhkəmə qərarları › İş №2(102)-4651/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4651/2022

20.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4651/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və 14 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 14 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3599/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X5 xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.

2. Tərəflərin birgə nikahı dövründə, Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58-də yerləşən 53 saylı mənzil alınmış və mənzilə X2 mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-170/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsi il ə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 343/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə olan 4428,38 manat əsas borc, 3948,75 manat faiz borcu, ümumilikdə 48236,16 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.6 m2 olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş pul və saiti hesabına Cavabdeh1 borcunun ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, mənzilin satışından 1 ay sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, İddiaçı, X1 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması qət edilmişdir. 4. 22.07.2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. 5. "xxxx" ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx.xx.2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təh kim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 14 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58-də yerləşən 53 saylı mənzilə dair "xxxx" ASC-nin Gənclik filialının müdiri X4, Cavabdeh1 və X5 arasında 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2011-ci il tarixli, 40/161 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gənclik filialının müdiri X4, Cavabdeh1 və X5 arasında bağlanmış və 14 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə görə iddiaçının X7 ilə birgə nikahda olduğu dövrdə əldə olunmuş, hazırda pasport qeydiyyatında olmaqla yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 58-də yerləşən 53 saylı mənzil onun (iddiaçının) məlumatı olmadan Cavabdeh1 satılmışdır. Qeyd olunan mənzil “Zaminbank" ASCnin Gənclik filialında ipoteka ilə yüklü edilərək həmin mənzilin alınmasına Cavabdeh1 illik 8% olmaqla 300 ay müddətinə 50000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Əmlakın iddiaçı ilə cavabdeh X7 ilə birgə nikah dövründə əldə olunmasına və iddiaçının öz ailə üzvləri ilə birlikdə həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamağına baxmayaraq, əmlak satılan zaman iddiaçının məlumatı olmamış, əmlak satılan vaxt o nun razılığı alınmamışdır. Əmlakın satılması və ipoteka ilə yüklü edilməsi ilə bağlı məlumatı yalnız icra məmuru tərəfindən evə göndərilən icraata başlamaq haqqında qərarı aldıqdan sonra almışdır. Müqavilə bağlanan zaman mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.

8. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktuba əlavə olunan 4Ə-161 nömrəli notariat işinin surətinə əsasən məhkəmə müəyyən etmişdir ki, satıcı X5, ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış alğı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58də yerləşən 53 saylı mənzilini alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzili ipoteka ilə yüklü etməyi öhdəsinə götürmüşdürlər. Notariat işinə əlavə edilən sənədlərdən həmçinin müəyyən edilmişdir ki, İddiaçı X3 onun bütün əmlakını idarə etməyə və üzərində sərəncam verməyə və s. dair xx.xx.2021-ci il tarixdə xx.xx.2031-ci il tarixədək qüvvədə olan etibarnamə vermiş, həmin etibarnamə əsasında Ramin Hüseynov tərəfindən imzalanmış və notariat kontoruna ünvanlanmış ərizədən də görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşən 58 saylı evin 53 nömrəli mənzilinin satılmasına və ipoteka qoyulmasına etiraz etmir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-319/2022 saylı, 07 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı tələbini m übahisələndirilən alqı-satqı və ipoteka müqaviləsi bağlanarkən onun razılığının almadığı ilə əsaslandırır. Halbuki, iş materialları ilə həmin halın əksi, yəni alqı-satqı və ipoteka müqaviləsi bağlanan zaman onun razılığı olduğu təsdiq edilmişdir.

11. Hazırkı mübahisə üzrə isə bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmiş və iddiaçının tələbini əsaslandığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır.

12. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki işdə mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiy yətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6, 324.1, 337.1, 337.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamənin hüquqi əsası kimi Mülki Məcəllənin 359.1-ci maddəsində nəzərdə tutulmuş normaya istinad etmiş, qətnaməni onunla əsaslandırmı şdır ki, guya o, X3 onun bütün əmlakını idarə etməyə və üzərində sərəncam verməyə və s. dair xx.xx.2021-ci il tarixdə xx.xx.2031-ci il tarixədək qüvvədə olan etibarnamə vermiş, həmin etibarnamə əsasında Ramin Hüseynov tərəfindən imzalanmış və notariat kontoruna ünvanlanmış ərizədən də görünmüşdür ki, guya o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşən 58 saylı evin 53 nömrəli mənzilinin satılmasına və ipoteka qoyulmasına etiraz etməyib. Əvvala, X3 hər hansı etibarnamə verməyib. Məhkəmə qətnaməsində göstərilən etibarnamə mövcud olsa belə, həmin etibarnamə mənzilə dair "xxxx" ASC-nin Gənclik filialının müdiri X4, Cavabdeh1 və X5 arasında 14 saylı Notariat Ofisində xx.xx.2011-ci il tarixdə müqavilə bağlanan zaman qüvvədə olmamışdır. Bundan başqa etibarnamədəki imza on un imzası deyildir. Lakin buna baxmayaraq məhkəmə bu halları araşdırmamış, etibarnamədəki imzanın ona məxsus olub-olmaması üçün lazımı prosessual hərəkətlər etməmiş, iş üzrə müvafiq ekspertizalar təyin olunmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3599/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti olan mənzilin satılmasından və ipoteka qoyulmasından xəbəri olmadığını, X3 etibarnamə vermədiyini, etibarnamədəki imzanın ona məxsus olmadığını, eləcə də etibarnamə mövcud olsa da xx.xx.2011-ci il tarixdə, yəni müqavilə bağlanan zaman qüvvədə olmadığını bildirsə də, onun bu dəlilləri inandırıcı və ağlabatan hesab edilə bilməz. İddiaçının bu dəlilləri həm də ziddiyyətlidir. Çünki, bir tərəfdən etibarnamə vermədiyini və imzanın ona məxsus olmadığını göstərir, digər tərəfdən isə etibarnamə mövcud olsa da, müqavilənin bağlandığı zaman qüvvədə olmadığını bildirir. Yəni, etibarnamənin verilməməsi və imzanın iddiaçıya məxsus olmaması bir haldır, etibarnamə mövcud olsa və imzanın ona məxsus olduğu halda əqd bağlanan zaman qüvvədə olmaması isə başqa bir haldır. Bunlar fərqli əsasla hüquqi nəticə yarada bilən hallardır. Ancaq, ziddiyyətli olsa da şikayətində göstərdiyi bu hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bəyan etdiyi bu halları sübut etmək y ükü isə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.4-cü maddələrinə istinad əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətində qeyd etdiyi halları araşdırmamış, araşdırılmamasının səbəbini iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutların təqdim edilməməsi ilə əsaslandırmışdır. Etibarnamədəki imzanın şəx sə məxsus olubolmamasını araşdırmaq yalnız ekspertin səlahiyyətinə aid olan məsələdir. Bu sahə üzrə (məhkəmə xətşünaslıq ekspertizası üzrə) ekspert mütəxəssislər müstəqil ekspertiza fəaliyyəti ilə məşğul olan təşkilatlarda mövcud deyildir. Bu cür ekspertiza növü yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tərkibində mövcuddur ki, həmin ekspertlərin məhkəməyə dəvət olunması məhkəmənin müstəsna səlahiyyətləri sırasına aiddir. b)

21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.

25. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Ma ddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilm iş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 08 iyun 2011-ci il tarixdən (qətnamədə bu tarix yanlış olaraq xx.xx.2021-ci ilə kimi qeyd olunmuşdur) 08 iyun 2031-ci il tarixədək qüvvədə olan etibarnamə ilə əri Ramil Hüseynova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi və.s. hərəkətləri etməyi etibar etmişdir. Ramil Hüseynov da iddiaçının adından bu etibarnamə əsasında mübahisəli mənzilin satılmasına və ipoteka qoyulmasın a etiraz etmədiyinə dair notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Əgər bu etibarnamə müqavilə bağlanan zaman qüvvədə olmamışdırsa, demək bu halın həqiqiliyini iddiaçı sübut etməlidir. İddiaçının şikayətində göstərdiyi digər dəlillər də onun şikayətinin və iddiasının əsaslılığına dəlalət etmir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3599/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar