Məhkəmə qərarları › İş №2(102)-4655/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4655/2022

27.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4655/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xüsusi notarius İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı xüsusi notarius İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2927/2022 nömrəli mülki iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış «Təsis payının alqı-satqı» müqaviləsi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi notariusu İddiaçı tərəfindən təsdiq edilmişdir.

2. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış «Təsis payının alqı-satqı» Müqaviləsinin şərtlərinə əsasən- Cavabdeh1 satıcı qismində, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51800, VÖEN- ********** «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalının 50 manat nizamnamə kapitalındakı payı 50 pay, nizamnamə kapitalındakı faizi 50% olan paydan 40 manat məbləği, 40 %- i alıcı Cavabdeh2 mülkiyyətinə verir.

3. Sonuncu isə payı qəbul edir və bu razılaşmanın müqabilində razılaşdırılmış 40 manat məbləği satıcıya ödəyir. Notarius ofisində sənədlərin monitorinqi aparılmaqla, iş qovluqlarında olan sənədlərin cildlənməsi və siyahıların tərtibatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmaqla yüklü edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2882/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmuşdur. Deməli, Cavabdeh1 «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs olduğu ndan, yəni həmin pay yüklü olduğuna görə həmin payın özgəninkiləşdirilməsi müqaviləsi maddi hüquq normasının tələbinə müvafiq aparılmamışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Təsis payının alqı-satqı» Müqaviləsi məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli təsis payının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli «Təsis payının alqı-satqı» Müqaviləsindən görünür ki, alqı-satqı müqaviləsi Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, "X6 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə İdarədə olan reyestrdə heç bir məlumat yoxdur. -X2 və X3 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar “X6 TƏSƏRRÜFATİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Dövlət qeydiyyat nömrəsi (VOEN) **********) nizamnamə kapitalında Cavabdeh1 məxsus olan 50 payın satılmasına etiraz etmirlər.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 54 sayli notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli «Təsis payının alqı-satqı» Müqaviləsi Notarius ofisində təsdiq edilərkən, «Elektron notariat» informasiya sistemində «Qara inək X1 Məsuliyyətli Cəmiyyətinin adına Dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak barədə, eləcə də Cavabdeh1 MMC-nin nizamnamə kapitalındakı 50 payı üzərində məhkəmə qərardadı əsasında həbsin olması barədə məlumat aşkar edilməmişdir.

8. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək tələbin təmin edilməsini xahiş e tmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-5297/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia rədd edilmişdir. 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, alqı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə əhəmiyyətsiz əqd hesab edilməməlidir.

11. Məhkəmə qeyd edir ki, iddiaçının əmlaka dair hər hansı hüququ olmadığından, Təsis payına dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin İddiaçı Təsis payının alqı-satq ısından ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. 12.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329.1, 337-349, Ailə Məcəlləsinin 33.4, 37.1-cu və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması, müqavilə üzrə alıcının satıcıya cəmi 40 manat ödəməklə, əslində 700-800 min manat dəyərin də olan qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin notariat qaydada təsdiqlənməsinə nail olması, həmin əqdin açıq-aşkar yalan əqd olmasıdır. 15.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2927/2022 nömrəli iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını ar aşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

17. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 18.İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apel lyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 20.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 21.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 22.Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 23.Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 27.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. 28.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 29.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir. 30.Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası iddiaçı xüsusi notarius İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə barədə iddiasının rədd edilməsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq pozuntularına yol verməmişdir. 32.Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, alqı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə əhəmiyyətsiz əqd hesab edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilələrin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələri ilə tənzimlənir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmlaka dair hər hansı hüququ olmadığından, təsis payına dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin İddiaçı təsis payının alqı-satqısından ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir 34.Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi ilə, onun ləğv edilməsi ayrı-ayrı hüquqi anlayışlardır və onların hüquqi nəticələri də fərqlidir. Həmçinin müqavilənin ləğvini qanunla müəyyən edilmiş hallarda yalnız müqavilə tərəflərindən biri tələb edə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 36.Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qən aətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 37.Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xüsusi notarius İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2927/2022 nömrəli mülki iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar