Məhkəmə qərarları › İş №2(102)-4656/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4656/2020

27.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4656/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10142/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1561/2019 saylı mülki işi üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və 54 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1561/2019 saylı mülki işi üzrə xx xxxxx 2019-cu il tarixli qərtnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, şikayətin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və 54 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında imza lanmış və cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən göstərdiyi ünvanda o və ailə üzvləri yaşamır. Onun ünvanı Nərimanov RPİ olduğundan və məhkəmə bildirişlərini a la bilməyəcəyindən ünvan sahibindən həmin ünvanın istifadə edilməsi ilə bağlı razılığa gəlmişdir. Sonradan ünvan sahibi olan tanışı narazılığı bildirmiş və hər hansı bir məhkəmə sənədinin gəlməsi barədə ona məlumat verməmişdir. Məhkəmə iclaslarında bu barədə məlumat vermiş, həmin ünvanda yaçamadığını bildirmişdir. Lakin məhkəmə buna baxmayaraq həmin ünvandan məhkəmə sənədinin rəsmi qəbul edilməsinə istinad edərək ona məhkəmə qətnaməsinin rəsmi qaydada verilməsi nəticəsinə gələrək prosessual normaların tələbərini pozmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin rədd edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X3 mə hkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontorunun nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə həmin cavasbdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kass asiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnamə rəsmi qaydada verildiyi gündən 30 gün müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəf indən geri qaytarılır. İş materiallarında (iş v. 89) mövcud olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, qətnamə iddiaçının iş materiallarında ünvanı olaraq qeyd edilən ünvan 1 mənzil 2 ünvanına rəsmi qaydada göndərilmiş və xx.xx.2019-cu il tarixdə imzalanmaqla alınmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin rəsmi qaydada verilməsi tarixi xx.xx.2019-cu il tarixi qəbul edilməlidir. Bu halda İddiaçı qətnamədən şikayət vermə müddəti də məhz həmin tarixdən hesablanmalıdır. Apellyasiya şikayətinin məhkəməyə göndərildiyi zərfin üzərindəki möhürdən görünür ki, apellyasiya şikayəti xx.xx.2019-cu il tarixdə poçta təqdim edilmişdir. Belə olan halda İddiaçı qətnamədən qanunla müəyyən edilmiş şikayət vermə müddətini 28 gün ötürmüşdür. Apelyasiya inst ansiyası məhkəməsi hesab etimşdir ki, İddiaçı tərəfindən şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, apellyasiya şikayətinə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və bununla da ötürülmüş müddətin bərpası məsələsi həll olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1561/2019 saylı mülki işi üzrə xx xxxxx 2019-cu il tarixli qərtnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətyi qeyrimümkün hesab edilərkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdiril məsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının kassasiya şikayətində qeyd etdikləri öz təsdiqini tapmır. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərisəzində rəsmi yaşayış yeri kimi ünvan 2 mənzil 2 ünvanını göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə sənədləri iddiaçının qeyd edilən ünvanına göndərilmiş və iddiaçı məhkəmə iclaslarında iştirak etmişdir. İddiaçı kassasiya şikayətində həmin ünvanda sənədləri qəbul etməməsini, bu barədə məhkəməyə məlumat verdiyini qeyd etmişdir. Lakin işdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli hazırlıq iclasında iştirak etmiş, lakin ünvanının dəyişdirməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bundan sonra iddiaçı məhkəmənin xx.x x.2019-cu il tarixli iclasında iştirak etmiş, bu iclasda da ünvanının dəyişməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. İddiaçının vəsatətinə əsasən məhkəmənin xx.xx.2019-cu il tarixli iclası təxirə salınmış və iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim etmişdir. (iş v. 62). Bu ərizədə də iddiaçı rəsmi yaşayış yeri kimi həmin ünvanı göstərmişdir. İddiaçı məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında (qətnamə qəbul edilən iclas) iştirak etmiş, bu iclasda da ünvanının dəyişdirilməsi barədə məhkəmədə hər hansı bir izahat verməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni də həmin ünvana göndərmişdir. Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməy ə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10142/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar