Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4656/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əqdin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3741/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X4 arasında bağlanmış hesab edilməlidir, faktiki Cavabdeh Levon Ağacanyana özlərinin mövcud olmayan evlərinin dəyişməsi ilə bağlı formal olaraq etibarnamə vermişdi. İlkin sənədləşmə Cavabdeh adına aparıldığına görə və eyni zamanda Cavabdeh erməni Levon Ağacanyandan öz şəxsi vəsaiti hesabına satın aldığı cavabdeh və ailəsinə heç bir aidiyyatı olmayan 2 saylı fərdi yaşayış evi ilə bağlı cavabdehin onlara nə vaxtsa hər hansı bir problem yaradacağını heç vaxt ağıllarına gətirmədiklərinə görə o, 2 saylı fərdi yaşayış evini xx.xx.2003-cü ildə Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırm a və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində Cavabdeh adına qeydiyyatdan keçirib onun adına qeydiyyat vəsiqəsi almışdır. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinin ona məxsus olmasını və onun adına rəsmiləşdirilməsini iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar həmin evin sahibi olmuş X4 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin və həmin əqd əsasında 2 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsindən Cavabdeh adına verilmiş Seriya FM, 016770 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanı nda yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X4 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evini o, 1989-cu ilin yanvar ayında tam olaraq öz şəxsi vəsaiti hesabına erməni milliyyətindən olan X2 satın almışdır. Alınan gündən indiyə kimi həmin bu fərdi yaşayış evi faktiki ona və ailəsinə məxsusdur və onların mülkiyyətindədir. 2 saylı fərdi yaşayış evini satın alan zaman evin hüquq müəyyənedici sənədi olmamışdır. X2 2 saylı fərdi yaşayış evini satın alan zaman evin ümumi sahəsi 48,5 kvadrat metr o lmuşdur. Bu faktı 59 saylı Mənzil İstismar Kontoru tərəfindən Levon Ağacanyana xx.xx.1989-cu ildə verilmiş arayış da tam təsdiq edir. Həmin arayışda qeyd olunmuşdur ki, Levon Ağacanyana məxsus olan və ünvan 1 ünvanında yerləşən 3(üç) otaqlı evin sahəsi 48,5 kvadrat metrdən ibarətdir, o və cavabdeh əslən Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndindəndirlər. Eyni zamanda həm də qohumdurlar. Onun xalası qızı Şəraiyyə Yusubova Cavabdeh qardaşı Ellaz Yusubovun həyat yoldaşıdır. Həm də onun atası Cavabdeh əmisi ilə bacanaqdır. 1971-ci ilə kimi Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində yaşamışlar. Sonra isə ailəlikcə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. Cavabdeh isə valideynləri ilə birlikdə 1988-ci ilin sonuna kimi Saral kəndində yaşamışlar. Milli münaqişə zə minində azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulmasından sonra onlar 1988-ci ilin sonunda yaşamaq üçün Bakı şəhərinə köçüb gəlmişlər. 1971-ci ildə onlar ailəlikcə Bakı şəhərinə köçüb gələndən sonra valideynləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ailəsinə mənzil almış və onlar ailəlikcə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata düşməklə yaşayırdılar. O, 1980-ci ildə Bakı şəhərində ali məktəbi bitirəndən sonra həmin il Təhsil Nazirliyinin göndərişi ilə əmək fəaliyyətinə başlamış və iş yerində gənc mütəxəssis kimi mənzil bölməsinə qəbul olunmuşdu. Milli münaqişə zəminində 1988ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması başlayandan sonra Bakıda yaşayan ermənilər də evlərini satıb Bakıdan köçüb getməyə başlamışdır. Bunları görəndən sonra o, ail əsinin normal şəraitdə yaşaması üçün evə olan təlabatlarını təmin etmək məqsədilə 1989-cu ilin yanvar ayında ünvan 1 ünvanda yerləşən, erməni milliyətindən olan Levon Ağacanyana məxsus 3(üç) otaqdan ibarət, 48,5 kvadrat metr sahəsi olan 2 saylı fərdi yaşayış evini atasının dostlarının iştirakı ilə özünün şəxsi vəsaiti hesabına almışdır. Həmin evin alınmasında maddi cəhətdən atası da müəyyən qədər ona kömək etmişdir. Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evində onunla bərabər, bacısı Əliyeva Sadəgülün və qardaşı Əliyev Bəxtiyarın ailəsinin də bu evdə yaşamaları nəzərdə tutulurdu. Daha sonra Levon Ağacanyanın qonşusu Aşotun da evinin bir hissəsini öz şəxsi vəsaiti hesabına satın aldılar və 2 saylı fərdi yaşayış evinə qatdılar. Həmin vaxtdan öz şəxsi vəsaiti hesabına Levon Ağa canyandan satın aldığı 2 saylı fərdi yaşayış evində və qonşusu Aşotdan satın aldığı evin bir hissəsində təmir-tikinti və yenidənqurma işləri apararaq otaqların sayını artırdılar və uyğun şərait yaradıb üç ailə bu evdə yaşamağa başladılar. Aşotdan aldığı evin bir hissəsini Levon Ağacanyandan aldığım fərdi yaşadıqları 2 saylı fərdi yaşayış evinin mövcud olan 9(doqquz) otaqdan ibarət olan 126,7 kvadrat metr yaşayış sahəsi və 161,7 kvadrat metr ümumi sahə əmələ gəlmişdir. O zaman respublika rəhbərliyinin göstərişinə əsasən Ermənistandan gələn qaçqınlarla Bakıda yaşayan ermənilər evlərini formal olaraq etibarnamə ilə də dəyişə bilirdilər. O, gənc mütəxəssis kimi iş yerində ev növbəsində qeydiyyatda idi. Yaxın vaxtlarda da ona mənzil verilməli idi. İş yerindən ona veriləcək mənzilin əldən çıxmas ın deyə valideynlərinin məsləhəti ilə Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evini səmimiyyətinə, düzgünlüyünə inandıqları və tam etibar etdikləri qohumları Cavabdeh adına sənədləşdirmək qərarına gəldilər. Ona görə ki, həmin vaxt qüvvədə olan qanuna görə hər bir adamın, hər bir ailənin yalnız bir evi ola bilərdi. O da həmin vaxtı subay idi və ailə üzvü kimi valideynlərinin üstündə gedirdi və onlarla birgə Əhmədlidəki mənzildə yaşamaqla eyni ünvanda pasport qeydiyyatında idi. Ailəsinin öz şəxsi mənzili olduğundan ailə üzvü kimi onun ikinci evi öz adına və ailə üzvlərindən birinin adına ala bilməzdi. Cavabdeh valideynlərinin tapşırığı ilə 2 saylı fərdi yaşayış evinin sənədləşməsini aparmaq məqsədi ilə Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində qaçqın düşənə kim i, yəni 1988-ci ilin sonlarına kimi özünün, valideynlərinin və qardaşı Səlimxanın ailəsi ilə birgə yaşadıqları evlərini Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evi ilə dəyişmək üçün sonuncuya 1989-cu il tarixdə Bakı şəhərindəki 13 saylı notariat kontoru vasitəsilə formal olaraq etibarnamə vermişdir. Halbuki, Cavabdeh və ailə üzvlərinin onun Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evinə heç bir aidiyyatı olmamış, həmin evin alınmasına hər hansı məbləğdə vəsait xərci çəkməmişdilər. Digər tərəfdən, həmin etibarnamə verilən zaman Cavabdeh və ailə üzvlərinin qaçqın düşənə kimi yaşadıqları Ermənistan Respublikasının Spitak rayonu Saral kəndindəki evləri və əmlakları 07 dekabr 1988-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmış və daha sonra da ermənilər tərəfindən ta mamilə dağıdılmış və məhv edilmişdir. Faktiki Cavabdeh Levon Ağacanyana özlərinin mövcud olmayan evlərinin dəyişməsi ilə bağlı formal olaraq etibarnamə vermişdi. İlkin sənədləşmə Cavabdeh adına aparıldığına görə və eyni zamanda Cavabdeh erməni Levon Ağacanyandan öz şəxsi vəsaiti hesabına satın aldığı cavabdeh və ailəsinə heç bir aidiyyatı olmayan 2 saylı fərdi yaşayış evi ilə bağlı cavabdehin onlara nə vaxtsa hər hansı bir problem yaradacağını heç vaxt ağıllarına gətirmədiklərinə görə o, 2 saylı fərdi yaşayış evini xx.xx.2003-cü ildə Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində Cavabdeh adına qeydiyyatdan keçirib onun adına qeydiyyat vəsiqəsi almışdır. Evə Cavabdeh adına qeydiyyat vəsiqəsi alan zaman onlara bildirmişdir ki, nə vaxt i stəsə, evi öz adına və ya ailə üzvlərinin birinin adına keçirə bilər və ya satıb başqa yerdən ev ala bilər. Bu işdə onun tərəfindən onlar üçün heç bir problem olmayacaqdır. O və ailə üzvləri də onun dediklərinə tam inanmış və ona etibar etmişlər.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə yazılı vəsatət (ərizə) təqdim edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Nəsimi Rayon Məhkəməsinin 2(006)-588/2023 saylı 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim-N.Tağıyeva) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmı şdır ki, iddiaçı əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
7. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi tələbi»nə dair iddiası təmin edilməməlidir.
8. Digər iddia tələbləri ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, həmin tələblər ilkin tələblə bağlıdır və həmin tələbin təmin olunub-olunmamasından asılıdır. Əqdin etibarsız hesab edilməsi tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 354.1,372.1, 372.2 və 375-ci maddələrinə və eyni zamanda Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına, xx.xx.2007-ci il tarixli Qərarına, İnsan Hüquqları üz rə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. İdddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əqdlərin etibarsız hesab olunması üçün müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürməsi barədə səhv və yalnış nəticəyə gələrək iddia tələbinin təmin olunmaması haqqında əsassız qətnamə çıxarmışdır. O qeyd etmişdir ki, Cavabdeh adına 2 saylı fərdi yaşayış evinə olan qeydiyyat vəsiqəsinin tam formal bir sənəd olması və onun 2 saylı evlə bağlı hüquqlarının Cavabdeh tərəfindən pozulduğunu 2022-ci ilin aprel ayının sonlarında bilməyi və hüququnun pozulduğunu bildiyi vaxtdan MM-nin 354.1-ci maddəsinə uyğun olaraq 1 illik iddia müddətini ötürmədən məhkəmədə Cavabdeh qarşı iddia qaldırmağı aparılmış məhkəmə araşdırması ilə tam sübut olunmuşdur.
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 14.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhramzadə) 2(103)3741/2023 saylı 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-588/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhramzadə) 2(103)-3741/2023 saylı 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)627/2023 saylı 26 yanvar 2023-cü il tarixli, qətnaməsi tamamilə ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə X4 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin və əq din onunla X4 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi hissələrində iddia tələbi rədd edilməlidir.
17. İş materiallarından görünür ki, iddiaçının tələbləri aşağıdakılardan ibarət olmuşdur. 1) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar həmin evin sahibi olmuş X4 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin etibarsızlığı, 2) Həmin əqd əsasında 2 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsindən Cavabdeh adına verilmiş Seriya FM, 016770 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, 3) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X4 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi.
18. Kollegiya qeyd etmişdir ki, tələbin İİ hissəsi üzrə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsindən Cavabdeh adına verilmiş Seriya FM, 016770 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi hissəsində icraata xitam verilməsinə dair xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilmişdir.
19. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab etmişdir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi tələbin İ və İİİ hissələri üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməlidir.
20. Belə ki, iş materiallarından görünür ki, i ddia tələblərinə əsasən işin araşdırılmış hallarına görə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu il tarixdə evin sahibi ilə cavabdeh arasında bağlanmış əqd əsasında alınmış, sonradan xx.xx.2003-cü il tarixdə isə həmin mübahisəli ev Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir, hazırda iddiaçı həmin əqdin, həmin əqd əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini, həmçinin mübahisəli evlə bağlı bağlanmış əqdin cavabdehlə deyil, onunla bağlanmış hesab edilməsi və onun adına yeni çıxarışın verilməsini tələb edir.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının tələbin İ hissəsi üzrə subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir.
22. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
23. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması demək dir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.
24. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
25. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subye ktiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
27. Göründüyü kimi, qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun.
28. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirdiyi əqdin tərəfi olmamışdır. Belə olan halda isə onun həmin əqdi mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışdır.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının subyektiv hüququ olmuş olsa idi belə, iddiaçının tələbinin İ hissəsi üzrə, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar həmin evin sahibi olmuş X4 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin etibarsızlığına təqdim etdiyi dəlillər heç bir mötəbər və tutarlı sübut növləri ilə təsdiqlənmir. Başqa sözlə, iddiaçı bu müqavilənin tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin hansı tələblərinə uyğun olmadan bağlanmasını sübut edə bilməmişdir.
30. Belə ki, istər tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin tələbləri baxımından bağlanmış əqdin etibarsızlığına dair əsasların (sübutların) təqdim edilməsi hazırda qüvvədə olan MPM-nin tələbləri baxımından iddiaçının birbaşa vəzifəsi idi.
31. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, iddiaçı iddia tələbinin İ hissəsi üzrə subyektiv malik olmuş olsa və bu tələbin əsaslandığı hallar üzrə müəyyən sübutlar təqdim etmiş olsa idi belə o, xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən iddia müddətini ötürmüşdür.
32. Hətta birinci instansiya məhkəməsi də iddiaçının tələbini yalnız iddia müddətinin keçməsi ilə bağlı rədd etsə də, bununla bağlı maddi qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir.
33. Belə k i, birinci instansiya məhkəməsi iddiaçının əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirməsi nəticəsinə gələrkən xx.xx.2000-ci ildən sonra qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1, 372.1, 372.2, 375.-ci maddələrinə, eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarına istinad etmiş, bu nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi tələbi»nə dair iddiası təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən əqdin X4 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlandığı üçün iddia tələbinin İ hissəsinə Azərbaycan Respublikasının MPM-ni 217.2-ci maddəsinin tələblərinə uyğun tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövr, yəni xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından (maddə 73, 76-82) hüquqi qiymət verilməli idi.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin İ hissəsinə xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından (maddə 73, 76-82) iddia müddəti ötürüldüyündən iddianın İ hissəsi rədd olu nmalıdır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək iddiaçının mübahisəli evlə bağlı hüquqlarının Cavabdeh tərəfindən pozulduğunu 2022-ci ilin aprel ayının sonlarında bilməyi və hüququnun pozulduğunu bildiyi vaxtdan MM-nin 354.1-ci maddəsinə uyğun olaraq 1 illik iddia müddətini ötürməməsinə dair dəlilinə qiymət verərək əsassız sayır.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsinə sorğu əsasında 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş mübahisəli mənzilin özəlləşdirilməsinə dair sənədlərdən görünür ki, iddiaçı mübahisəli fərdiyi yaşayış evinin həyat yoldaşı, yəni cavabdeh X1 adına özəlləşdirməsinə xx.xx.2002-ci il tarixdə razılıq ərizəsi vermişdir.
38. Məhkəmə kollegiyası iddia tələbinin İİİ hissəsi ilə bağlı hesab edir ki, həmin tələb İ İ tələbin təmin olunub-olunmamasından asılıdır.
39. Belə ki, tələbin İİ hissəsi üzrə icraata xitam verildiyindən və həmin tələb üzrə inzibati qaydada baxılaraq yekun məşkəmə qərarı qəbul edilmədiyi və mübahisələndirilən mənzilə dair çıxarış hazırki vaxta kimi qüvvədə olduğundan İİİ tələb, yəni, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X4 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı (vəkil-Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(103)-3741/2023 saylı qətnaməsinin ləğv edilməsini və mülk işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən etibarnamə birtərəfli əqd hesab olunur.Belə ki,şəxsin öz iradə ifadəsinə əsasən başqasına etibarnamə verməsi birtərəfli əqd hesab olunur. Qanunun mənasına və xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44-cü maddəsinə görə əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan,yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Cavabdeh adından 2 saylı fərdi yaşayış evinin sahibi Levon Ağacanyana verilmiş xx.xx.1989-c u il tarixli etibarnamə birtərəfli əqd hesab olunur.Həmin etibarnamənin İddiaçı tərəfindən Levon Ağacanyana verilməməsinin səbəbi iddiaçının qaçqın statusunun olmaması,özünə və ailəsinə məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində şəxsi evlərinin olması, həmin dövrün qanunlarına əsasən bir ailənin yalnız bir ev və ya mənzilə sahib ola bilməsi faktı və iddiaçının iş yerində ev növbəsində olması və yaxın vaxtlarda iş yerindən ona evin verilməsi və iş yerindən veriləcək evin əldən çıxmaması olmuşdur.İddiaçı və ailəsinin xahişi ilə Cavabdeh qaçqın statusu olduğuna görə sonuncunun adından, iddiaçı tərəf və ailəsinin qarşısında 2 saylı fərdi yaşayış evi ilə bağlı heç bir tələb və şərt qoyulmadan Levon Ağacanyana etibarnamə verilmişdir. Verilmiş həmin etibarnamə formal xarakterli bir sən əd olmuşdur.Həmin etibarnamənin verilməsində Cavabdeh özü belə iştirak etməmiş və etibarnaməni belə imzalamamışdır.Etibarnaməni imzalayan şəxs İddiaçı özü olmuşdur.Apellyasiya məhkəməsində də işə baxılan zaman bu faktı da məhkəmənin nəzər və diqqətinə çatdırmış,həmin imzanın Cavabdeh,yoxsa başqa şəxsə məxsus olmasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması barədə yazılı şəkildə məhkəməyə vəsatət də vermişlər.Lakin apellyasiya məhkəməsi tam qanunsuz və əsassız olaraq verdikləri vəsatəti təmin etməmişdir.Həqiqətdə 2 saylı evlə bağlı evin sahibi Levon Ağacanyana etibarnamə verən və həmin etibarnaməni imzalayan və evin pulunu Levon Ağacanyana tam şəkildə verən və satın alan şəxs İddiaçı olmuşdur.Cavabdeh adından Levon Ağacanyana 2 saylı evin alınması ilə bağlı xx. xx.1989-cu il tarixdə verilmiş etibarnamə xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləninn 44-cü maddəsində göstərildiyi kimi bu Məcəllənin tələblərini pozmaqla bağlanmış etibarsız əqd olmuşdur.Cavabdeh adından Levon Ağacanyana verilmiş etibarnamə həqiqətdə 2 saylı fərdi yaşayış evi ilə bağlı Cavabdeh üçün heç bir hüquq və vəzifələr yaratmamışdır.Verilmiş xx.xx.1989-cu il tarixli etibarnamə ilə həqiqətdə və faktiki 2 saylı fərdi yaşayış evinə İddiaçı hüquq və vəzifələr əldə etmişdir.Həm birinci instansiya məhkəməsində,həm də Bakı Apellyasiya Məhkəməsində aparılmış məhkəmə araşdırmaları ilə bu faktlar tam olaraq öz təsdiqini tapmışdır.Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi bu faktların heç birini qətnamə çıxararkən qanunsuz və əsassı z olaraq nəzərə almamışdır.Ona görə də hər iki məhkəmənin çıxarmış olduğu qətnamələr qanuni və əsaslı sayıla bilməz. Cavabdeh adından 2 saylı evin sahibi Levon Ağacanyana verilmiş xx.xx.1989-cu il tarixli etibarnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan,yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd kimi bağlanmışdır. 2022-ci il aprel ayının sonuna kimi 2 saylı fərdi yaşayış evi ilə bağlı İddiaçılə Cavabdeh arasında heç bir problem yaşanmamışdır.Bu müddətdə Cavabdeh tərəfindən İddiaçı qarşı heç bir tələb, iddia irəli sürülməmiş və aralarında 2 saylı fərdi yaşayış evi ilə bağlı hər hansı bir mübahisə və münaqişə olmamışdır.2022-ci ilin aprel ayının sonlarında İddiaçı 2 saylı e vi satmaq istəyəndə heç gözləmədiyi halda Cavabdeh buna etiraz etmişdir.Bu faktın özü də onu göstərir ki, İddiaçı və ailəsinin tam şəkildə inanıb,etibar etdikləri Cavabdeh onların xahişi ilə xx.xx.1989-cu ildə 2 saylı fərdi yaşayış evinin sahibi Levon Ağacanyana öz adından etibarnamə verməyə razılıq verəndə İddiaçı və ailəsini aldatmışdır.İddiaçı isə aldadıldığını yalnız 2022-ci ilin aprel ayının sonlarında Cavabdeh 2 saylı evin satılması ilə bağlı fikrini bildirəndə bilmişdir.Belə olan halda xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 78-ci maddəsinə əsasən iddiaçı kimi İddiaçı xx.xx.1989- cu ildə 2 saylı evin sahibi Levon Ağacanyana Cavabdeh adından verilmiş etibarnaməni mübahisələndirmək və həmin əqdi və onun əsasında verilmiş çıxarışın etibarsız sayılmasını tələ b etmək hüququ ilə bağlı iddia müddətinin axımı 2022-ci ilin aprel ayından hesablanmalıdır. İddiaçı də apellyasiya məhkəməsinin qətnaməsində qeyd etdiyi kimi Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan 1(bir) illik iddia müddətini ötürmədən tam vaxtında Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır.Apellyasiya məhkəməsinin çıxarmış olduğu qətnamədə İddiaçı Cavabdeh tərəfindən hüquqlarının pozulmasını 2022-ci ilin aprel ayının sonlarında bilməsi və Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməməsi barədə yazdıqlarına qiymət verərək əsassız saymasını tam qanunsuz və əsassız hesab edir və apellyasiya məhkəməsinin bu mövqeyini tam səhv və yanlış hesab edirlər.Apellyasiya məhkəməsinin 1 illik iddia müddətini İddiaçı tərəfindən ötürülməməsini əsassı z sayarkən sorğu əsasında 1 saylı Bakı Ərazi İdarəsindən mübahisəli evin özəlləşdirilməsinə dair sənədlərə istinad edib İddiaçı mübahisəli 2 saylı fərdi yaşayış evinin Cavabdeh adına özəlləşdirilməsinə xx.xx.2002-ci ildə razılıq verməsinə əsaslanması və hüquqlarının həmin vaxtdan pozulmasını bilməsi kimi nəticəyə gəlməsi tam yanlış və səhv olmuşdur.Belə ki, bir daha yazaraq bildiririk ki, mübahisəli 2 saylı fərdi yaşayış evi ilə bağlı İddiaçılə Cavabdeh arasında 2022-ci ilin aprel ayının sonlarına kimi heç bir mübahisə və problem olmamışdır.Onların və ailələrinin münasibətləri həmişə normal və mehriban olmuşdur.Cavabdeh 2 saylı fərdi yaşayış evi ilə bağlı İddiaçı üçün yalnız 2022-ci ilin aprel ayının sonlarından başlayaraq tam qanunsuz və əsassız olaraq problemlər yaratmağa başlamışdır.Cav abdeh tərəfindən ona mübahisəli evlə bağlı problemlər yaratmasını biləndən sonra dərhal İddiaçı iddia müddətini ötürmədən vaxtında cavabdehə qarşı Bakı şəhəri Nəsimi rayon məhkəməsində iddia qaldırmışdır.Apellyasiya məhkəməsinin xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 78-ci maddəsinə istinad edib iddia müddətinin İddiaçı tərəfindən ötürməsi qənaətinə gəlməsi və bu səbəbdən də verdiyimiz iddianı təmin edilməməsi barədə qətnamə çıxarması tam qanunsuz və əsassız olmuşdur.Ona görə də həmin qətnamə ləğv edilməlidir. Hər iki məhkəmə instansiyasında aparılmış məhkəmə araşdırmarı ilə tam müəyyən edilmişdir ki,Cavabdeh adından 2 saylı fərdi yaşayış evi ilə bağlı ev sahibi Levon Ağacanyana verilmiş və birtərəfli əqd hesab olunan xx.xx.1989-cu il tarixli etibar namə uydurma bir əqd olmuşdur.Uydurma əqd isə MM-nin 340.1-ci maddəsində qeyd olunduğu kimi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir.Çox böyük əfsuslar olsun ki,qeyd etdiyimiz hallar və faktlar məhkəmə araşdırmaları zamanı Bakı Apellyasiya Məhkəməsində də tam təsdiqini tapmasına baxmayaraq onların heç birini nəzərə almamış və verilmiş iddia tələbinin təmin olunmaması haqqında qətnamə çıxarmışdır.Bu isə tam qanunsuzluqdur.
42. Bundan başqa apellyasiya məhkəməsinin Levon Ağacanyana verilmiş etibarnamə (bir tərəfli əqd) əsasında 2 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən Cavabdeh adına verilmiş Seriya FM,016770 saylı qeydiyyat vəsiqəsinin etib arsız hesab edilməsi barədə tələbinə mülki qaydada deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılıb qərar çıxarılması ilə bağlı mövqeyi ilə də qətiyyən razı deyillər.Apellyasiya Məhkəməsi belə nəticəyə gələrkən ona istinad etmişdir ki,mübahisələndirilən evə qeydiyyat vəsiqəsinin(çıxarışın) verilməsinə mülki-hüquqi əqd əsas olmamışdır.Həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 849 saylı protokolu ilə verilən razılıq olmuşdur.Apellyasiya Məhkəməsi də buna əsaslanaraq qeyd edir ki,iddiaçı özünün hüquqi marağına uyğun olaraq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir.Apellyasiya Məhkəmənin bu cür mövqedən çıxış etməsini tama milə qanunsuz və əsassız hesab edirik.Ona görə ki,cavabdehin adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən Seriya FM,016770 saylı qeydiyyat vəsiqəsinin verilməsi üçün yeganə əsas Cavabdeh adından mübahisəli 2 saylı fərdi yaşayış evinin sahibi X3 xx.xx.1989-cu ildə verilmiş etibarnamə (bir tərəfli əqd) olmuşdur.Həmin etibarnamə mülki qanunvericiliyə görə bir tərəfli əqd hesab olunduğundan işə də inzibati məhkəmə icraatı qaydasında deyil,mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Belə ki,həmin etibarnamə ( bir tərəfli əqd) olmasaydı,Cavabdeh nə mübahisəli 2 saylı evə yaşayış yeri üzrə əvvəlcə müvəqqəti,daha sonra daimi qeydiyyata düşə bilməzdi və nə də onun adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüq uqlarının Qeydiyyatı İdarəsindən Seriya FM,016770 saylı qeydiyyat vəsiqəsi verilməzdi.Cavabdeh adına Seriya FM,016770 saylı qeydiyyat vəsiqəsinin verilməsi üçün yeganə əsas da Cavabdeh adından mübahisəli 2 saylı fərdi yaşayış evinin sahibi X3 xx.xx.1989-cu ildə verilmiş etibarnamə(bir tərəfli əqd) olmuşdur.Həm birinci,həm də apellyasiya instansiyası məhkəməsində hazırkı mülki işə baxılan zaman bu fakt tam olaraq öz təsdiqini tapmışdır.
43. Məhkəmə sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçı tərəf olaraq İddiaçı qarşı tam qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, iddiaçı tərəf olaraq dedikləri nin və qeyd etdiklərinin heç birini qətnamə çıxararkən nəzərə almamış, onlara heç bir əhəmiyyət verməmiş, cavabdeh tərəfin dedikləri və qeyd etdiyi şər və böhtan xarakterli, heç bir həqiqətə uyğun saxta və qondarma fikirlərini mütləq həqiqət kimi qəbul etmiş,qətnamə çıxararkən yalnız cavabdeh tərəfin dediyi və qeyd etdiyi şər və böhtan xarakterli, həqiqətdən tam uzaq olan fikirlərini əsas kimi qəbul etmişdir.
44. Məhkəmə eyni zamanda mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, bunun marağında olmamış, bunun üçün lazimi şərait yaratmamışdır. Apellyasiya Məhkəməsində aparılmış məhkəmə araşdırması ilə də tam təsdiq və sübut olunmuşdur ki, xx.xx.1989-cu il tarixli etibarnamə Cavabdeh adından 2 saylı evin sahibi Levon Ağacanyana verilsə də,faktiki və həqiq ətdə isə həmin etibarnaməni verən,onu imzayan, 2 saylı evi faktiki alan,onun dəyərini Levon Ağacanyana tam şəkildə ödəyən İddiaçı olmuşdur.Həmin evin alınmasına Cavabdeh və ailə üzvlərindən kimsə bir manat da olsa pul verməmişdir.Alınan gündən də bu evdə İddiaçı, bacısı Sadəgül Əliyeva və qardaşı Bəxtiyar Əliyev ailələri ilə birgə yaşayırlar.Cavabdeh və ailə üzvlərindən kimsə bu evdə bir gün də olsa yaşamamışdır.Verilmiş həmin etibarnamə formal xarakterli bir sənəd olmuşdur.Əslində isə İddiaçı 2 saylı evin pulunu tam şəkildə evin sahibi Levon Ağacanyana verməklə həmin evi satın almışdır.Cavabdeh adından Levon Ağacanyana 2 saylı evin alınması ilə bağlı verilmiş etibarnamə xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləninn 44-cü maddəsində göstərildiyi kimi bu Məc əllənin tələblərini pozmaqla bağlanmış etibarsız əqd olmuşdur.2 saylı ev alınan zaman 48,5 kv metr olmuşdur.İddiaçı həmin evi alan zaman eyni zamanda Levon Ağacanyanın qonşusu Aşotun evinin də bir hissəsini də alaraq 2 saylı evə qatmış və təmir-tikinti və yenidənqurma işləri apararaq evin yaşayış sahəsini 9 (doqquz) otaqdan ibarət olmaqla 126,7 kv metrə, ümumi sahəsini isə 161,7 kv metrə çatdırmışdır.Bu təmir tikinti və yenidənqurma işlərini də İddiaçı öz şəxsi vəsaiti hesabına görmüşdür. Cavabdeh bu işlərin görülməsinə də hər hansı məbləğdə vəsaiti xərcləməmişdir. 2022-ci il aprel ayının sonuna kimi 2 saylı fərdi yaşayış evi ilə bağlı İddiaçılə Cavabdeh arasında heç bir problem yaşanmamışdır. Cavabdeh tərəfindən İddiaçı və həmin evdə yaşayanlara qarşı heç bir tələb və iddia irəli sürülməm iş və aralarında hər hansı bir mübahisə və münaqişə olmamışdır.İddiaçı tərəflə cavabdeh tərəf və ailələri arasında həmişə səmimi və mehriban münasibətlər olmuşdur.Cavabdeh tərəfindən 2 saylı fərdi yaşayış evi ilə bağlı ona heç vaxt hər hansı bir problem yaradılmayacağına, Cavabdeh tam inandığına və ona etibar etdiyinə görə İddiaçı xx.xx.2003-cü ildə 2 saylı evə özü Cavabdeh adına qeydiyyat vəsiqəsi almışdır. Apellyasiya məhkəməsində də hazırkı mülki işə baxılan zaman tam təsdiq olunmuşdur ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə verilmiş etirazda yazılanlar da tamamilə şər və böhtan olmaqla ağ yalandır. Belə ki,İddiaçı Cavabdeh ilə rəsmi nikahları olsa da, ancaq onlar heç vaxt ailə qurmamış, bir yerdə, o cümlədən mübahisəli 2 saylı evdə bir gün də olsa bir yerdə yaşamamış, birgə təsə rrüfat aparmamışlar. Qeyd olunan bütün bu faktları Nəsimi rayon məhkəməsinə ərizə göndərmiş şahidlər, o cümlədən Cavabdeh iki doğma qardaşı və məhkəmədə dindirilmiş şahidlər, o cümlədən şahid kimi dindirilmiş Cavabdeh qardaşları Ellaz Yusubov və Səlimxan Qəhrəmanov da tam təsdiq etmişlər. Bundan başqa Nəsimi rayon məhkəməsinə təqdim etdiyi yazılı sənədlər də qeyd olunan faktları tam təsdiq etmişdir. Apellyasiya Məhkəməsi isə bütün bunları nəzərə almayaraq qətnamə çıxararkən işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmiş,cavabdeh tərəfə xüsusi himayədarlıq etmiş, yalnız cavabdeh tərəfin maraqları nöqteyi-nəzərdən hərəkət etmiş,cavabdeh tərəfin izahat verərkən dediyi şər, böhtan xarakterli, əsassız və heç bir reallığa söykənməyən ziddiyyətli fikirləri ni və verdiyi etirazda yazılan eyni xarakterli fikirlərini mütləq həqiqət kimi qəbul etmiş və onlara əsaslanmışdır.İddiaçı tərəf olaraq dediklərini, şahidlərin dediklərini, təqdim etdikləri sənədləri, qeyd etdikləri halları və faktları isə apellyasiya məhkəməsi qətiyyən nəzərə almamış və sadəcə nəzərə almaq istəməmişdir. Təkcə bir faktı qeyd etmək istəyir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində izahat verən zaman İddiaçılə 1992-ci ildə ailə həyatı qurandan sonra onunla birlikdə mübahisəli 2 saylı evdə cəmi-cümlətanı 1(bir) il ər-arvad kimi bir yerdə yaşadığını göstərdiyi halda, apelyasiya məhkəməsində izahat verən zaman, eyni zamanda apellyasiya şikayətinə verdiyi etirazda isə ailə həyatı qurandan sonra 1(bir) il mehriban yaşadıqlarını,2-3 il isə dava-dalaşla mübahisəli evdə yaş adığını və sonra ayrılıb bacısıNailənin onu yanına apardığını bildirmişdir. Cavabdeh tərəfə evin harada yerləşməsi, qonşularının kimlər olması,əgər mübahisəli evi atası ona almışdırsa və ev ona məxsusdursa, nə səbəbə 30 ilə yaxın müddətdə həmin evə köçürülməsi, əmlak bölgüsü, İddiaçı və ailə üzvlərinin və həmin evdə yaşayan digər şəxslərin həmin evdən çıxarılması barədə məhkəməyə iddia qaldırmaması və digər dövlət orqanlarına şikayətlər etməməsi barədə verilən suallara heç bir cavab verə bilməmişdir. Bundan başqa cavabdeh tərəf ona əgər İddiaçılə həqiqətən ailə qurub bir yerdə yaşamışlarsa, hərisinin alınması, nişanı və toyu ilə bağlı, İddiaçılə, ailə üzvləri, yaxın qohumları ilə çəkilmiş hər hansı bir fotoşəklini, video çəkilişi və digər hər hansı bir sübutu məhkəməyə təqdim etmək barədə verdikləri suala da cavab verə bilməmiş və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunlar da cavabdeh tərəfin dediklərinin və qeyd etdiklərinin tamamilə şər və böhtan,yalan və həqiqətdən uzaq olduğunu sübut etmişdir.Apellyasiya məhkəməsi isə bu faktların üstündən də sükutla keçmiş, qeyd olunan bu faktların da heç birini nəzərə almamışdır.
45. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi də birinci instansiya məhkəməsinin qətnaməsi kimi iş üzrə müəyyən edilmiş işin faktiki hallarına və həqiqi hallara uyğun deyildir və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırlmamışdır. Eyni zamanda apelyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Bu səbəbdən də həmin qətnamə qanuni və əsaslı qətnamə hesab edilə bilməz və ləğv edilməlidir.
46. Apellyasiya məhkəməsində də işə baxılan zaman işin faktiki halları ilə şahid ifadələri, şahidlərin məhkəməyə təqdim etdikləri ərizələrlə, məhkəməyə təqdim etdikləri sənədlərlə və eyni zamanda iddiaçı tərəf kimi verdikləri izahatlarla da tam sübut və təsdiq olunmuşdur ki, 2 saylı fərdi yaşayış evini Levon Ağacanyandan faktiki alan, onun dəyərini tam şəkildə ödəyən, həmin evin ümumi və yaşayış sahəsin genişləndirən və bununla bağlı aparılmış bütün təmir-tikinti işlərini özşəxsi vəsaiti görən İddiaçı olmuşdur. Həmin evin alınmasına və orada aparılmış təmir-tikinti işlərinə Cavabdeh və ailəsindən kimsə 1 manat da olsa pul xərcləməmişdir.2 saylı fərdi yaşayış evində alınan gündən indiyə kimi yaşayan da onun qardaşı Bəx tiyar və bacısı Sadəgül Əliyevanın ailələridir. Cavabdeh və ailə üzvlərindən bir gün də olsa bu evdə yaşayan olmamışdır. Cavabdeh mübahisəli evin harada yerləşməsini və yolunu belə bilmir.2 saylı evlə bağlı Levon Ağacanyana Cavabdeh adından etibarnamənin verilməsinin səbəbləri də yuxarıda göstərdiyimiz əsaslar olmuşdur.xx.xx.2003-cü ildə də 2 saylı evə Cavabdeh adına qeydiyyat vəsiqəsinin alınmasının səbəbi də Levon Ağacanyana onun adından etibarnamənin verilməsi olmuşdur. Əgər mənimlə Cavabdeh arasında veridiyi etirazda göstərdiyi kimi münasibətlər pozulmuş olsaydı, bizim aramızda mübahisəli 2 saylı fərdi yaşayış evi ilə bağlı hər hansı bir mübahisə, münaqişə olmuş olsaydı, o, heç vaxt mübahisəli evin onun adına rəsmiləşdirilməsi üçün Bakı şəhəri Texniki İnventarlaşma və Mülkiyyət Hüquqla rının Qeydiyyatı İdarəsinə razılıq ərizəsi verməzdi. Bunu nəinki o, heç kəs verməzdi. Bu qədər faktın qabağında apellyasiya məhkəməsinin onun Cavabdeh qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamağını qeyd etməsi, arxasınca da belə hüququm olmuş olsa idi belə,xx.xx.1989-cu ildə ev sahibi Levon Ağacanyanla Cavabdeh arasında bağlanmış əqdin etibarsızlığı ilə bağlı təqdim etdiyi dəlilləri mötəbər və tutarlı sübut növləri saymaması tamamilə qanunazidd bir haldır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Cavabdeh (nümayəndə və vəkil Nümayəndə) kassasiya şikayətinə qarşı etiraz göndərərək İddiaçı kassasiya şikayətinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq xx.xx.2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcə llə 48. 44-cü maddənin İ hissəsi. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır.
49. Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi iddia müddəti 3 il müəyyən edilir.
50. Maddə
76. İddia müddətinin keçməsindən asılı olmayaraq pozulmuş hüququn müdafiə olunmasına dair tələb baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir.
51. Maddə
77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur.
52. Maddə 78 İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnu pozulmasını bidiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
53. Maddə
82. İddia qaldırılana qədər iddia müddətnin keçməsi iddianı rədd etmək üçün əsasdır. Mülki Prosessual Məcəllə
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya mə hkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Kassasiya şikayətinin apellyasiya məhkəməsinin Levon Ağacanyana verilmiş etibarnamə (bir tərəfli əqd) əsasında 2 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İd arəsindən Cavabdeh adına verilmiş Seriya FM,016770 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə tələbinə mülki qaydada deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılıb qərar çıxarılması ilə bağlı mövqeyi ilə də qətiyyən razı olmamaları, həmin tələb üzrə işə də inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasına dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki 2(103)-3741/2023 saylı 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsi üzrə mülki işin icraatına iddia tələbinin həmin hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.Həmin qərardaddan ayrıca kassasiya şikayəti veri lməsi imkanı nəzərdə tutulduğu halda, iddiaçı həmin qərardaddan kassasiya şikayəti verməmiş, həmin qərardadla razılaşmaması ilə əlaqədar dəlilini apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsindən verdiyi kassasiya şikayətinə daxil etmişdir.Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, göstərilən dəlil apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilməsi, həmin qətnamə ilə maddi yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması barədə olmadığından araşdırılıb hüquqi qiymət verilməməlidir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 sentyabr 2023-cü il tarixli 2(103)-3741/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.