Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4658/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4658/21 (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkili Vnun iştirakı ilə, Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5558/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadından ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "daşınar əşyanın sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1993/2021 saylı, 12.04.2021-ci il tarixli qərardadı ilə (hakim Günay Axundova) ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə isə ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması tələbi barədə mübahisə yaranmışdır. Belə ki, iş materiallarında da göründüyü kimi, gümüşəbənzər metaldan hazırlanmış 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulon 03.06.2009-cu il tarixdə başlanmış cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca qəbul edilmiş, 17.06.2020-ci il tarixdə cinayət işinin icraatına, 04.11.2020-ci il tarixdə isə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bu müddət ərzində daşınar əmlak üzərində sahiblik hüququnu həyata keçirmək imkanının olub-olmaması, yəni sözügedən daşınar əmlakın sahibsiz əşya hesab edilib-edilməməsi ilə bağlı mübahisə vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə ve rilməsi tələbi barədə ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 260.1, 306.2, 306.4-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 162, 184.1, 184.2-ci maddəsi və Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 1.2 və 1.5-ci bəndləri ilə əsaslandırmışdır. Qərardaddan narazı qalan ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi şikayət verərək, birinci instansiya məhkəməsinin 12.04.2021-ci il tarixli qərardadının ləğv edilib işə mahiyyəti üzrə baxılması barədə q ərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Akif İsgəndərov sədrlik edən və məruzəçi, Həmid Həmidov, Elşən Kazımov) 2(103)-5558/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi, ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə tələblərdən birini təşkil edən gümüş metaldan hazırlanmış əşyaların, yəni daşınar əşyaların sahibsiz hesab edilməsi barədə işə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Lakin hazırkı iş də bu tələb müstəqil şəkildə deyil, həmin əmlakların Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi tələbi ilə birlikdə verilmişdir. Yəni, ərizəçinin daşınar əşyaların sahibsiz hesab edilməsi barədə tələb irəli sürməkdə məqsədi həmin əmlakların Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasına nail olmaqdan ibarətdir. Göründüyü kimi, ərizəçinin tələbinin birinci hissəsi müstəqil olmamaqla tələbin ikinci hissəsinin əsasını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət Gömrük Komitəsi daşınar əşyaların sahibsiz hesab edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Lakin həmin daşınar əmlakların Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsini xüsusi icraat qaydasında tələb edə bilməz. Deməli, daşınar əşyaların sahibsiz hesab edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz və ona görə də elə bu əsasla hazırkı işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Dövlət Gömrük Komitəsi daşınar əşyaların sahibsiz hesab edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər və həmin ərizə təmin olunacağı təqdirdə sahibsiz hesab edilən əşyaların taleyi onlar Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməklə deyil, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 saylı qərarı ilə təsdiq olunmuş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəslik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3-c ü bəndində nəzərdə tutulmuş qaydada həll olunacaqdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (vəkili V) kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxış üçün yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının ərizəyə məhkəmədə baxılmalı olmaması barədə gəldiyi nəticə Azərbaycan Respublikası MPM-nin 305.1.4-cü maddəsinin tələbinə ziddir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlayarkən hüquq haqqında mübahisənin olmasına istinad etmişdir. Şikayətin əsasını isə h üquq haqqında mübahisənin olmaması təşkil etmişdir. Qənaətləri ondan ibarətdir ki, ərizəçinin şikayəti qismən təmin edilirdisə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək yenidən baxılması üçün qaytarılmalı idi. İşə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılarkən tələbin sahibsiz əmlakın Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi hissəsindən imtina oluna və ya həmin hissə ayrı icraata ayrıla bilərdi. Hansı prizmadan yanaşılsa da Bakı Apellyasiya Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Göründüyü kimi apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olan qərar qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirak çılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndəsi, mübahisə predmeti barəsində müstəüqil tələb irəli sürməyən 3-cü şəxslər X1, X2 və X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. İşə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayə tinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, daşınar əşyanın sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsini məhkəmə qaydasında tələb etmişdir ki, bununla bağlı da apelyasiya kollegiyası düzgün olaraq qeyd etmişdir ki, tələb edilən əmlakın Dövlət Gömrük Komitəsinə verilməsini xüsusi icraat qaydasında tələb edə bilməz. Çünki Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsində xüsusi icraat qaydasında baxılmalı olan işlərin dairəsi konkret olaraq göstərilmişdir. Odur ki, ərizəçinin kasasiya şikayəti apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ərizəçinin apelyasiya məhkəməsi bi rinci instansiya məhkəməsinin səlahiyyətinə aid olan qərar qəbul etməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, Mülki Porsessual Məcəllədə apelyasiya instansiya məhkəməsinin səlahiyyətləri dəqiq olaraq, yəni apelyasiya kollegiyasının iş üzrə icraata xitam vermək səlahiyyəti də göstərilmişdir ki, apelyasiya kollegiyası da iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərkən səlahiyyət həddini aşmamış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qərardad qəbul etmişdir. Ona görə də kasasiya şikayətinin göstərilən dəlili də qəbul edilmiş qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmama lıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5558/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.