Məhkəmə qərarları › İş №2(102)-466/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-466/2023

25.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-466/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti və X1 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız etibarsız edilməsi, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququna xitamın kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4425/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən i ddiaçı Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli 430 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədi ilə 3,82 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilmişdir.

2. Qeyd edilən ərazidə yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 9, mənzil 2 açıq hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə 89250 manata "xxxx" ASC tərəfindən əldə edilmişdir.

3. Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə əlaqədar Cavabdeh1 MMC 2018-ci il tarixdə həmin ərazidə çoxmərtəbəli yeni yaşayış binalarının tikintisinə başlamaq məqsədilə söküntü işləri aparmış və qeyd edilən mənzil də sökülmüşdür.

4. Mübahisəli ünvanda söküntü işləri aparıldıqdan sonra X2 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə sökülmüş mənzilə (mövcud olmayan əmlak) dair müqavilə bağlanmış və mənzil X1 130000 manata satılmışdır.

5. Cavabdeh2 ilə X3 xx.xx.2004-cü il tarixdən rəsmi nikahdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi (sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı şəhəri, Nərimanov Rayon Mə hkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6138/2014 nömrəli icra sənədi üzrə tutma obyekti olan mübahisəli mənzilinin satışı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraclar keçirilmiş, alıcı olmadığından mərkəz qeyd edilən əmlakı banka təklif etmiş və təklif qəbul edilmişdir. Bununla bağlı 18 yanvar 2018-ci il tarixdə Hərrac Mərkəzi hərracın nəticələri haqqında yekun protokol və müvafiq qaydada “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilə bağlamışdır. Mənzil Bankın xüsusi mülkiyyətinə keçmişdir.

8. Həmin mənzilin söküntü zon asına düşdüyünü nəzərə alaraq ödəniləcək təzminatın köhnə mülkiyyətçiyə deyil, yeni mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyətinə və Cavabdeh1nə 22 noyabr 2018- ci il tarixli xx.xx-4078 nömrəli məktub göndərilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən banka iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə 01 mart 2019-cu il tarixli, 2(005)1185/2019 nömrəli məhkəmə bildirişi göndərilmişdir. Sözügedən iddia ərizəsi və ərizəyə verilmiş etirazla tanış olarkən, iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında 16 noyabr 2017-ci il tarixli, 164 nömrəli müqavilə bağlanmışdır. Halbuki mübahisəli mə nzil bankla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 dekabr 2010-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq həmin tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh2 məlumatı olmasına baxmayaraq, müqavilə bağlandığı zaman sözügedən mənzilin özəlləşdirilmədiyini, həmin mənzilə çıxarışın alınmadığını bildirməsi səbəbindən ondan əmlakın yüklü olmaması barədə arayış tələb edilməmişdir. Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2014 nömrəli qətnaməsinin icrasını ləngitmək məqsədilə əsassız iddialar və şikayətlər vermişdir. Bu səbəbdən də, qətnamənin icraya yönəldilməsi prosesi uzanmışdır.

9. Cavabdeh1 MMC də qarşılıqlı iddia ərizəsi (tələbin artırılması barədə ərizə) verərək, “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrin ə 89250 manat məbləğində pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mənzilə mülkiyyət hüquqlarının itirilməsi, eyni zamanda "xxxx" Bank ASC ilə X2 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov rayon icra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası nəticəsində qəzalı və yaşamaq üçün yararsız vəziyyətdə olan mübahisəli mənzil 2017-ci ilin noyabr ayında sökülmüş və İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli məktubu Cavabdeh1 MMC-yə daxil olandan sonra Cavabdeh1 MMC Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2lə bağlanmış müqavilənin etibarsız hesab edi lməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mənzil 2017-ci ilin noyabr ayında sökülmüş və hal-hazırda həmin mənzil mövcud deyildir. Belə olan halda, qanunvericiliyin tələbinə müvafiq olaraq mənzilə "xxxx" ASC tərəfindən mülkiyyət hüququ itirilmişdir. Hazırkı işə baxılarkən məhkəmənin iclası zamanı məlum olmuşdur ki, "xxxx" Bank ASC qanunvericiliyin tələblərini kobud surətdə pozaraq xx.xx.2022-ci il tarixdə mövcud olmayan, sökülmüş mənzilə dair X2 ilə alqı- satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticəsi yoxdur.

11. İddiaçı ASC ilə X2 arasında bağlanmış xx.xx.2021 -ci il tarixli müqaviləyə əsas ən satıcı mübahəsili mənzili xx.xx.2022-ci il tarixinədək alıcının faktiki sahibliyinə verilməsini öz öhdəsinə götürmüşdür. Açıq-aydın görünür ki, satıcı tərəfindən mövcud olmayan, sökülmüş mənzilin alıcının faktiki sahibliyinə verilməs qeyri-mümkündür. Belə olan halda, mənzil mövcud olmadığından, "xxxx" ASC-nin həmin mənzilə mülkiyyət hüququ itirilmişdir və mübahisəli mənzil “Əmlak İxtisaslaşdırılmış Hərrac Mdrkəzi’ MMC tərəfindən müəyyən olunmuş 89250 manat məbləğində satış qiymətinə “Azər-Türk Bank’ ASC-yə verildiyindən, həmin məbləğ banka ödənilməklə, daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlarına xitam verilməli, eyni zamanda, mövcud olmayan mənzilə İddiaçı ASC-nin mülkiyyət hüququ itirildiyindən, həmin mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi və onun əsasında 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarış etibarsız hesab edilməlidir.

12. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 340, 568.1 və 646.2-ci maddələrinə istinad edilmişdir.

13. İddiaçı ASC-nin nümayəndəsi ərizə verərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair 16 noyabr 2017-ci il tarixli müqavilənin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə etibarsız hesab edilməsini göstərərək, iddia tələblərindən imtina etmələrini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahil etmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilk iddiadan imtinası qəbul edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavab deh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia üzrə icraata xitam verilmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 (bir yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi, "xxxx" Bank ASC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, qalan hissədə qarşılıqlı iddia təmin olunmamışdır. (hakim Gültəkin Əsədova)

16. Birinci instansiya məhkəməsi müəyyən etmiş dir ki, qeyd edilən ünvanda söküntü işləri aparıldıqdan sonra X2 ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə sökülmüş mənzilə (mövcud olmayan əmlaka) dair müqavilə bağlanmış və mənzil X1 130000 manata satılmışdır.

17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, qeyd olunan alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəf olmasa belə, bağlanmış müqavilə birbaşa MMC-nin maraqlarına toxunduğundan, həmin əmlakın yerləşdiyi ərazi tikinti üçün onlara ayrıldığı və həmin ərazidə yeni bina inşa etdiklərindən sökülmüş əmlakın dəyəri mülkiyyətçiyə ödənilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 5.3, 16.1, 152.6, 560-cı, Mənzil Məcəlləsinin 5.3, 18, 152.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat.

19. Qarşılıqlı iddiaçı Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin MMC-dən İddiaçı ASC-nin xeyrinə 130000 manat pulun tutulması hissəsində ləğv edilməsi, MMC-dən İddiaçı ASC-nin xeyrinə 89250 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehlər "xxxx" ASC və A.Babayeva da qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərə k, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv, həmin hissədə qarşılıqlı iddianın rədd ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. Qarşılıqlı iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, "xxxx" MMC tərəfindən mənzilin 89250 manat satış qiyməti müəyyən olunmuşdur. Mənzilin 89250 manata saılması nəzərə alınmamışdır.

22. Cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılıb ki, qarşılıqlı iddiaçı daşnmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsinə, mənzilin hansı tarixdə sökülməsinə dair sübut təqdim edə bilməmişdir. İş üzrə 10 məhkəmə iclası keçirildikdən sonra cavabdeh qarşılıqlı iddia təqdim etmişdir. Məhkəmə prosessual pozuntuya yol verərək qarşılıql iddianı icraata götürmüşdür. Məhkəmə əmlakın real qiymətinin müəyyən edilməsi üçün heç bir tədbiı görməmiş, habelə Bank tərəfindən eyni şərtlərlə mənzilin alınmasına dair Müqavilənin bağlanmasının tələb edilməsinə münasibət bildirməmişdir.

23. Cavabdeh Aidə Babayevanın şikayətinin dəlilləri isə ondan ibarət olub ki, dəyərini ödəyərək aldığ əmlakının onun iradəsi ziddinə əlindən alınıb Cavabdeh1 MMC-yə verilməsinin heç bir hüquqi əsas yoxdur. Ona görə ki, ondan əvvəlki mülkiyyətçi onu qanuni əsaslarla əldə etmiş və qanunvericiliyə uyğun olaraq ona satmışdır. İddiaçı ASCnin öz mülkiyyətində olan əmlakını ona satması Cavabdeh1 MMC-nin hüquqlarını qətiyyən pozmur. Çünki, Cavabdeh1 MMC-yə istinad edilən Nazirlər Kabinetinin Qərarında və Rayon İcra Hakimiyyətinin Sərəncamında ayrılmış sahədəki mülkiy yətçilərin öz mülkiyyətlərini satmasına hər hansı bir formada qadağa qoyulmamışdır. Nə də iddiaçı şəhərin mərkəzində ayrılmış həmin sahədə mülkiyyətçilərə öz mülkiyyətləri üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdıran maddi hüquq norması tapıb istinad edə bilməyib. İddiaçının istinad etdiyi Mülki Məcəllənin 203-cü maddəsini hazırkı mübahisəyə tətbiq edilməsi üçün ilk əvvəl iddiaçı Cavabdeh1 MMC-nin subyektiv hüququ olmalıdır. Cavabdeh1 MMC-nin isə subyektiv hüququ yoxdur. Əmlak “X10” ASC-nin istəyi olmadan Banka qaytarılıb, bu dəfə də Bankın əvəzində Cavabdeh1 MMC-yə 130.000 manat müqabilində satılması barədə qətnamə qəbul edilib. “X10” ASC-nin nümayəndəsinin mənzili 130.000 manat qarşılığında Cavabdeh1 MMC-yə satmayacaqları barədə fikrini aydın bildirməsinə baxmayaraq, məhkəmə iddia tələbindən kənara çıxaraq qətnamə qəbul edib.

24. İşə apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən mənzilin real bazar dəyərinin müəyyən edilməsi məqsədilə 16 iyun 2022-ci il tarixli qərardadla qiymətləndimə təyin etmiş, mütəxəssis qarşəsnda mənzilin söküldüyü 2017-ci il tarixinə və sökülməsəydi hazırki dövrə real bazar dəyərinin nə qədr olması barədə suallar qoymuşdur. 25. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatına əsasən mənzilin söküldüyü 2017-ci il tarixinə real dəyəri 182000 manat, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri 205000 manatdır.

26. Qarşılıqlı iddiaçının sifarişi əsasında apellyasiya instansiyasına təqdim edilmiş "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən mənzilin söküldüyü 2017-ci il tarixinə real baz ar dəyəri 89000 manat, sökülmədiyi halda 09 sentyabr 2022-ci il tarixinə real bazar dəyəri 123000 manatdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4425/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC- nin xeyrinə 130000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgərdərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov)

28. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəf olmasa belə, bağlanmış müqavilə birbaşa onun maraqlarına toxunur. Belə ki, sökülmüş əmlakın yerləşdiyi ərazi tikinti üçün MMC-yə ayrılmış və həmin ərazidə MMC tərəfindən yeni bina inşa olunmuşdur. Bu baxımdan MMC hazırkı iddianı irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur.

29. İddianın mahiyyəti üzrə apellyasiya instansiyası məhkəməsi göstərib ki, alqısatqı müqaviləsinin etibarsızlığı tələbinə aid hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 203.1-ci maddəsi çıxış edir. Maddənin məzmununa görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Baxılan iş üzrə mübahisəli mənzilin söküldüyü, mövcud olmadı ğı işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisə alqı-satqı müqaviləsi bağlanan anda mənzilin mövcud olub-olmadığı ilə bağlıdır. 30. "xxxx" Bank ASC-nin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsinə dair işdə hər hansı sübut olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, rəsmi reyestrdə qeydiyyat yazısının ləğv edilməsi ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməsə də, işdə olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017- ci il tarixli, 164 №-li müqaviləyə əsasən Cavabdeh2 mübahisəli mənzili sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Aidə Babayeva xx.xx.2022-ci il t arixli məhkəmə iclasında verdiyi izahatında mənzilin 2-3 il əvvəl söküldüyünü, alqı-satqı zamanı mənzilin söküldüyünü bildiyini, söküntü işləri aparıldıqdan sonra onunla Bank arasında müqavilə bağlandığını, mövcud olmayan mənzili almağının səbəbinin əvəzinə təzə mənzil verilməsi olduğunu bildirmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, MPM-in 106.3-cü maddəsinə müvafiq olaraq tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mübahisə üzrə birinci instansiya məhkəməsindəki icraat, həmçinn apellyasiya baxışı zamanı cavabdeh Aidə Babayeva həmin məzmunda izahatını mübahisələndirməmiş, protokola qeyd verməmişdir. Buna görə də alqı-satqı müqaviləsi bağlandığı vaxt mübahisəli mən zilin söküldüyü həmin müqavilənin tərəfi olan cavabdeh Aidə Babayeva tərəfindən etiraf olunduğundan qarşılıqlı iddiaçı olan Cavabdeh1 MMC qanunun tələbinə əsasən bu faktları sübut etmə vəzifəsindən azaddır.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərlə əsasən "xxxx" Bank ASC ilə Aidə Babayeva arasında alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərib ki, Aidə Babayeva alqı-satqı müqaviləsi bağlanan zaman mənzilin mövcud olmamasından xəbərdar olmuş, mənzilə dair mülkiyyət hüququ, çıxarış əldə edə bilməmişdir.

33. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin olunan digər hissəsində, yəni "İnteks” MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.00 0 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmayarq göstərib ki, Cavabdeh1 MMC-nin həmin hissədə tələbi 89250 manat pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi barədədir. Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun itirilməsinin əvəzi kimi İddiaçı ASCyə təklif etdiyi 89250 manat mübahisəli mənzilin hərrac baş tutmadıqdan sonra İddiaçı ASC-yə təklif olunan və əldə olunan qiymətidir. Mənzilin hərracda ilkin satış qiyməti 140000 manat olmuşdur. Birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə kompensasiya məbləğini 130000 manat müəyyən etsə də, bu qənaətini, yəni nəyə görə məhz 130000 manat ödənilməli olmasını qanunla müəyyən olunmuş qaydada əsaslandırmamışdır. Cavabdeh İddiaçı ASC isə nə 89250 manat, nə də 140000 manat kompensasiya məbləği ilə razılaşmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi özünün aldığı qiymətləndirmə hesabatına istinadən vurğulayıb ki, mənzilin 2017-ci ilə olan real bazar qiymətini aydınlaşdırarkən onun həmin dövrdəki qiymətinin təxminən 182 000 manat olduğu, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri isə 205000 manat olduğu müəyyən edilmişdir ki, bu da iddiaçı tərəfindən təklif olunan 89250 manat mübahisəli mənzilin real bazar qiymətini əks etdirmir. Halbuki Mülki Məcəllənin 211-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.

35. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, mübahisəli mənzil 2017-ci ildə sökülmüş olsa da İddiaçı ASC mə nzilin mülkiyyətçisi kimi onun sökülməsi nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmamışdır.

36. Apellyasiya instansiyası məhkəməsi sonda belə qənaətə gəlib ki, "İnteks” MMC göstərilən hissədə tələbini sübuta yetirə bilməyib və buna görə də "İnteks” MMC-nin İddiaçı ASC-yə qarşı iddiası 89250 manat məbləğində pul vəsaiti ödənilməklə mülkiyyət hüququnun itirilməsi hissəsində əsaslı seyil.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.6, 203.1, 211, 337.1-337.4, 560.1, 560.2, 568.1, 646.1 və 646.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Qarşılıqlı iddiaçı Cavabdeh1 MMC kassasiya şikayəti verərək qətnaməsinin qismən – “Bakı şəhəri Nərimanov Ra yon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsinin qismən “İnteks MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 manat məbləğində pul vəsaiti ödənilməklə sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv olunması, iddianın həmin hissədə rədd edilməsi” hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi, yəni “İnteks “MMC tərəfindən İddiaçı ASCnin xeyrinə 89250 manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmış və şikayətdə əlavə olaraq aşağıdak ılar göstərilmişdir: - Bakı şəhərində köhnə evlərdə satılan mənzillərin 1 kvadrat metrinin qiyməti 13001500 manat təşkil edir və belə olan halda 87 kvadrat metrlik mübahisəli mənzilin qiyməti maksimum 130000 manat təşkil edə bilər. Həttə bu gün Cavabdeh1 MMC tərəfindən inşa edilib sakinlərə təhvil verilmiş təmirli mənzillər sahibləri tərəfindən 1 (bir) kvadrat metri 1500-1600 manatdan satışa çıxarılmışdır. Belə olan halda, "xxxx" MMC tərəfindən qəzalı və istismar üçün yararsız olan mənzilə dair verilmiş arayış həqiqəti əks etdirmir və apellyasiya instansiyası məhkəməsinin həmin arayışa əsaslanması prosessual qanunvericiliyin kobud surətdə pozulması deməkdir; - apellyasiya instansiya məhkəməsinə həm elektron məhkəmə sistemi vasitəsi ilə, həm də məhkəmə prosesi zamanı təqdim edilmiş və ekspe rt rəyləri arasında ziddiyətlər olduğundan, sökülmüş mənzilin 2017-ci il tarixə və bügünkü dövr üçün real bazar qiymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın keçirilməsi barədə Cavabdeh1 MMC vəsatət vermiş, lakin vəsatət məhkəmə tərəfindən heç bir əsas göstərilmədən təmin edilməmişdir; - apellyasiya instansiya məhkəməsinin əsaslandırılmamış və şişirdilmiş qiymətləri əks etdirən rəyə istinad etməklə çıxardığı qətnamə ləğv olunma hissəsində tam qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşılıqı iddia üzrə cavabdeh X5 yazılı etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarətdir ki, sökülmüş mənzil Bakı şəhəri, Nərimanov rayonunda, mərkəzdə olan “stalinka” deyilən layihəli, hündürmərtəbəli binanın 1-ci mərtbəsində yerləşirdi, Çıxarışda 87 kv.metr göstərilsə də, istifadəsində əlavə 30 kv.metr zirzəmi, 28 kv.metr həyətyanı sahə olub, mənzilin Yaşıl Bazara və Nərimanov Rayon İcra hakimiyətinin inzibati binasına çıxışı vardı. Qeyd edilən xüsusiyyətlər nəzərə alınaraq Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında hələ 2017-ci ildə bu mənzilin əvəzinə 125 kv.metr tam təmirli mənzil verilməsi barədə müqavilə bağlanmışdı. Cavabdeh1 MMC mübahisəli mənzilin əvəzinə 125 kv.metrlik tam təmirli mənzil verilməsi ilə razılaşarkən mənzilin yerləşdiyi ərazi, gələcək perspektivi, qeyri-yaşayış sahəsinə çevrilməsi üçün əlverişli mövqeyi, həyətyanı sahəsi və zirzəmini nəzərə almışdır. İddiaçı ASC ilə onun arasında mənzilin dəyərinin 130000 manat olmaqla aşağı qiymətə r azılşadırılması həmin mənzilin dəyərinin 130000 manat olması ilə deyil, bankla onun arasında uzunmüddətli əməkdaşlığın olması, onun maddi vəziyyətinin yaxşı olmaması ilə bağlı olub. Buna görə də Cavabdeh1 MMC-nin mənzilin qiyməti ilə bağlı təqidm etdiyi "xxxx" MMC-nin rəyi əsassızdır.

41. Kassasiya şikayətinə qarşılıqı iddia üzrə cavabdehİddiaçı ASC yazılı etiraz vermişdir. Etiraz onunla əsalandırılıb ki, Bank Cavabdeh1 MMC-yə məktub göndərib 125 kv..metr mənzil tələb edib. Mübahisədə adı keçən mənzilə görə Cavabdeh1 MMC-nin Banka 89000 manat və ya 130000 manat təklif etməsi Konstitusiya ilə qorunan mülkiyyət hüquqularının pozulması kimi qiymətləndirilməlidir. Çünki Bank həmin mənzilə mülkiyyət hüququ əldə etdiyi zaman daşınmaz əmlak mövcud idi, bankın razılığı olmadan mənzilin sonradan sp külməsi mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Mülkiyyət hüququnun ləğv edilməsi tələb edilirsə, bu halda həmin əmlakın bazar dəyəri ödənilməlidir. Bazar dəyəri isə hər kv.metr üçün 1300-1500 manat deyil, həm də Cavabdeh1 MMC həmin mənzilin əvəzində əvvəlki mülkiyyətçi Cavabdeh2 125 kv.metr sahədən ibarət mənzil təklif etmişdi. Deməli, bazar dəyəri məhz 125 kv.metr sahədən ibarət 3 otaqlı mənzilə görə müəyyən edilə bilərdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; b u zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtər əfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, b inanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə

18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğ una dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya mə hkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

43. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi qarşı lıqlı iddianın təmin edilməyən hissəsində – “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89250 manat məbləğində pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mənzilə mülkiyyət hüquqlarının itirilməsi – mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsinə düzgün nəticəyə gəlməyib.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 MMC-nin 89250 manat pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mübahisəli mənzilə mülkiyyət hüququnun itirilməsi barədə qarşılıqlı iddiasını təmin etməyərkən özünün təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq ona istinad edib ki, mənzilin 2017-ci ilə olan real bazar qiyməti 182000 manat olduğu, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri isə 205000 manatdır, bu da iddiaçı tərəfindən təklif olunan 89250 manat mübahisəli mənzilin real bazar qiymətini əks etdirmir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin dəyəri ilə bağlı bu nəticəyə gələrkən artıq etibarsız hesab edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Bank ASC-nin həmin mənzili X1 130000 manata satmasına diqqət yetirməmiş, Bankın özünün mənzili 130000 manat qiymətləndirməsi ilə bağlı işin hallarına qiymət verməmişdi r. Başqa sözlə, həmin mənzili 130000 manata satmasının həmin mənzilin mülkiyyətçi olaraq "xxxx" Bank ASC-nin qeyd edilən məbləği mənzilə mülkiyyət hüququnu itirməsi müqabilində adekvat qiymət olubolmamasına qiymət verilməyib.

48. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qərardadla mübahisədə adı keçən mənzilin real bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndimə təyin etmişdir. Həmin qərardad əsasında verilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatına əsasən mənzilin söküldüyü 2017-ci il tarixinə real dəyəri 182000 manat, sökülməsəydi hazırkı dövrdə real bazar dəyəri 205000 manatdır.

49. Qarşılıqlı iddiaçının sifarişi əsasında apellyasiya instansiyasına təqdim edilmiş "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən mənzilin söküldüyü 20 17-ci il tarixinə real bazar dəyəri 89000 manat, sökülmədiyi halda 09 sentyabr 2022-ci il tarixinə real bazar dəyəri 123000 manatdır.

50. Qarşılıqlı iddiaçının nümayəndəsi "xxxx" MMC-nin qiymətləndirmə hesabatına istinadən vəsatət verərək, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatında müəyyən edilən qiymətləri mübahisələndirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının nümayəndəsinin təkrar ekspertiza barədə vəsatətini protokol qaydasında rədd etsə də, vəstətəi nəyə görə rədd etməsini əsaslandırmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 102.3-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

52. Həmçinin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabatına istinad etməklə kifayətlənmiş, həmin hesabatı Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələbi baxımından qiymətləndirməmişdir. Halbuki prosessual qanunvericiliyin qeyd edilən normlarına görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

53. Bir halda ki, qarşılıqlı iddianın rədd edilən hissəsində apellyasiya instansiyası məhkəməsi təklif edilən məbləğin mübahisəli mənzilin real bazar qiymətini əks etdirməməsinə istinad edib və bu nəticəyə gəlmək üçün "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı hesabat ına əsaslanıb, belə olan halda, mənzilin real bazar dəyərinin müəyyən edilməsi üçün qarşılıqlı iddiaçının dəlillərinə də qiymət verməli idi.

54. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56. “Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

57. Yuxarıda şərh edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə əsaslı hesab edilə bilməz.

58. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89250 manat məbləğində pul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mənzilə m ülkiyyət hüquqlarının itirilməsi barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.

59. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4425/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89250 manat məbləğində p ul vəsaiti ödənilməklə İddiaçı ASC-nin mənzilə mülkiyyət hüquqlarının itirilməsi barədə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar