Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4661/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Mahmud qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4661/21 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil3, Cavabdeh: Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(103)-1772/2021 saylı qətnam əsindən İddiaçı kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, 27 mart 2018-ci il və 02 may 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi; Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evə; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinə; ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinə; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən fərdi yaşayış e vi üzrə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər qardaş-bacıdırlar və onların atası Mahmud İsmayılov 03 noyabr 2014-cü ildə, anası Valiya İsmayılova isə 09 sentyabr 2017-ci ildə ölüblər. 27 mart 2018-cı il və 02 may 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə əsasən mərhum Valiya İsmayılovadan miras qalmış Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 saylı evdə; ünvan 2 ünvanda yerləşən evin ümumi sahəsi 0,06 ha olan torpaq sahəsində; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsində; ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 69,9 kv.metr olan fərdi yaşayış evində; ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsində hər birinin payı ½ hissədə müəyyən edilib. Bundan sonra, 04 may 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan ½ hissəsini (34,95 kv.metr) Cavabdeh bağışlayıb. 04 may 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus ½ hissəsini (0,015 ha) Cavabdeh bağışlayıb. 04 may 2018-ci il tarixli bağı şlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 saylı evin paylı mülkiyyət üzrə ona məxsus ¼ hissəsini Cavabdeh bağışlayıb. 22 iyun 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan ½ hissəsini Cavabdeh bağışlayıb. Beləliklə Cavabdeh iddiaçının doğma bacısı olması və onların mənşəyinin, yəni valideynlərinin eyni olması mülki iş materialları ilə tam təsdiq olunur. İddiaçı özü də bu faktı mübahisləndirmir. Bu baxımdan cavabdehin doğum haqqında akt qeydi kitabında adının “Günay”, “Doğum haqqında” Şəhadətnamədə isə “Günel” kimi qeyd edilməsi, sonradan aparılmış bu dəyişikliyin qeydiyyat orqanında qeydə alınmaması, onun başqa şəxs o lması anlamına gəlmir. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 26.1, 26.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə əsasən dəyişdi rilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 26.1, 26.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil3 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişidirləmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisi məhk əmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 16.2-ci maddəsində göstərilir ki, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəz ifələrə xitam vermir və ya bunları dəyişdirmir. Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətna mənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bu dəlillərlə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər qardaş-bacıdırlar və onların atası Mahmud İsmayılov 03 noyabr 2014-cü ildə, anası Valiya İsmayılova isə 09 sentyabr 2017-ci ildə ölüblər. 27 mart 2018-cı il və 02 may 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə əsasən mərhum Valiya İsmayılovadan miras qalmış Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 saylı evdə; ünvan 2 ünvanda yerləşən evin ümumi sahəsi 0,06 ha olan torpaq sahəsində; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsində; ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 69,9 kv.metr olan fərdi yaşayış evində; ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsində hər birinin payı ½ hissədə müəyyən edilib. Bundan sonra, 04 may 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan ½ hissəsini (34,95 kv.metr) Cavabdeh bağışlayıb. 04 may 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus ½ hissəsini (0,015 ha) Cavabdeh bağışlayıb. 04 may 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 saylı evin paylı mülkiyyət üzrə ona məxsus ¼ hissəsini Cavabdeh bağışlayıb. 22 iyun 2018-ci il tarixli bağış lama müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan ½ hissəsini Cavabdeh bağışlayıb. Hazırda iddiaçı, bacısının əsl adının Günay olduğunu, bu gün də Güneli Günay deyə çağırdığını, Günayın adını qanuna müvafiq surətdə Günel adına dəyişdirdiyini, etibarından suiistifadə edərək Günayın bu barədə ona heç bir sənəd təqdim etmədiyini və sair göstərib, iddia tələblərinin təmin edilməsini iddia edir. Cavabdeh isə doğum haqqında akt qeydi kitabında adının “Günay”, “Doğum haqqında” Şəhadətnamədə isə “Günel” kimi qeyd edilməsi, sonradan aparılmış bu dəyişikliyin qeydiyyat orqanında qeydə alınmaması, onun başqa şəxs olması anlamına gəlmədiyini göstərib, iddiaya etiraz edir. Mülki Məcəllənin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 16.2-ci maddəsində göstərilir ki, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, sadalanan m addələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, cavabdehin iddiaçının doğma bacısı olması və onların mənşəyinin, yəni valideynlərinin eyni olması mülki iş materialları ilə tam təsdiq olunur. İddiaçı özü də bu faktı mübahisləndirmir. Bu baxımdan cavabdehin doğum haqqında akt qeydi kitabında adının “Günay”, “Doğum haqqında” Şəhadətnamədə isə “Günel” kimi qeyd edilməsi, sonradan aparılmış bu dəyişikliyin qeydiyyat orqanında qeydə alınmaması, onun başqa şəxs olması anlamına gəlmir. Kassasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətinin dəlillərini təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(103)1772/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4661/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4661/2021
07.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver