Məhkəmə qərarları › İş №2(102)-4669/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4669/2022

30.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4669/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı(41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 qarşı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs) “alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3860/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olmasalar da, faktiki ər-arvad münasibətlərində olmuş, 1988-ci il tarixdən başlayaraq 30 ildən çox bir yerdə yaşayaraq birgə təsərrü fat aparmışlar.

2. Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili 1997-ci ildən iddiaçının mülkiyyətində olmuşdur.

3. İddiaçı xx.xx.2006-cı ildə verdiyi etibarnamə ilə Cavabdeh1 onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, o cümlədən satmağı, bağışlamağı və digər hərəkətləri etməyi etibar etmişdir.

4. Cavabdeh1 iddiaçının adından hərəkət edərək təmsilçilik əsasında mübahisəli mənzili xx.xx.2007-ci ildə digər cavabdeh olan oğlu Cavabdeh2 satmış, həmin müqavilə əsasında sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101- 093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki,1988-ci ildə Cavabdeh1 ilə nikaha girmişdir. Belə ki, Cavabdeh1 həmin vaxt Abşeron rayon Polis İdarəsinin pasport-stol rəisi idi, rütbəsi də polis mayoru idi. Həmin vaxt o, nikahın bağlanılması barədə şəhadətnaməni ailəsinə göstərmiş, ailəsi də bu evlənməyə razılıq vermişdi. Həmin nikah kağızı da bir neçə gün onda qalmışdı. Beləliklə o, 1988-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş və orada ər-arvad kimi yaşamağa başlamışlar. Şahin Məmədovun 3 uşağı olmuşdur, onlar çox mehriban yaşamışlar və heç bir pis münasibət olmamışdır. 1997-ildə iddiaçının atası X1 elə həmin Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 saylı mənzili ilə üzbəüz yerləşən 1 otaqlı 42 saylı mənzilini onun adına al ğı-satqı yolu ilə bir rus qadından almış və onun adına mülkiyyət sənədi verilmişdir. Həmin mənzilə qeydiyyata düşmüşdür, hazırda da orada yaşayış yeri üzrə qeydiyyatdadır. 1997-ci ildə razılığa gəlmişlər ki, ona məxsus Teymur Elçin küçəsində yerləşən 6 saylı evin 42 saylı bir otaqlı mənzilini kirayəyə versinlər. Ona görə də Cavabdeh1 ona təklif etmişdir ki, bu işləri görmək üçün ona etibarnamə versin. O, Cavabdeh1 etibarnamə vermiş, həmin etibarnamə əsasında Cavabdeh1 42 saylı 1 otaqlı mənzili Filippin vətəndaşına 10 il müddətinə kirayəyə vermişdir. Kirayə haqqını ya özü, ya da oğlu Musa götürürdü. Hazırda da bu mənzil başqa bir qadına kirayəyə verilmişdir. Cavabdeh1 oğlu Cavabdeh2 evləndikdən sonra qərara gəlmişlər ki, Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 nömrəli mənzlini Mu saya versinlər, özləri isə Buzovna qəsəbəsində C.Mirzəyev küçəsi 20 saylı ünvanda yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinə köçsünlər. O, Cavabdeh1 Teymur Elçin küçəsində yerləşən ona məxsus 6 saylı evin 42 saylı mənzilinin mülkiyyət sənədini və nikah kağızını istəmiş, sonuncu müxtəlif bəhanələrlə onu verməkddən yayınmışdır. Mənzillə bağlı bütün sənədlər həmişə Cavabdeh1 olmuşdur. Bundan sonra o, Səbail rayon Qeydiyyat şöbəsinə nikahla bağlı müraciət etmiş, bu zaman məlum olmuşdur ki, xx.xx.1987-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində onun nikah haqqında akt qeydi aşkar edilməmişdir. Arxivə müraciət etmiş və məlum olmuşdur ki, Cavabdeh1 ona verdiyi etibarnamədən istifadə etməklə, 24 may 2007-ci ildə ona məxsus olan Bakı şəhəri Teymur Elçin küçəsi 6 saylı evin 42 sayl ı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata satmış, həmin vaxtdan da mənzil onun mülkiyyətinə keçmişdir. Əgər həqiqətən bu mənzil 25.890 manata “satılmışsa”, həmin vəsaiti Cavabdeh1 mənimsəməyə haqqı yoxdur, həmin vəsaiti ona verməyə borclu idi. Lakin belə bir alğı-satqı müqaviləsinin bağlanılması onu təsdiq edir ki, Cavabdeh1 məqsədi adı çəkilən mənzili onun mülkiyyətindən çıxarmaq və qanunsuz yolla oğlu Cavabdeh2 mülkiyyətinə keçirmək olmuşdur. Əslində həmin vaxt bu mənzlin dəyəri təxminən 70-80 min manat olmuşdur. 28 avqust 2006-cı il tarixli etibarnaməni Cavabdeh1 mülkiyyətində olan mənzili onun adından kirayəyə vermək məqsədi ilə verməsinə baxmayaraq, o, bu etibarnamədən istifadə etməklə, gizli olaraq, yəni aldatma yolu ilə mənzili oğlunun adına rəsmilə şdirmişdir. Qeyd olunan sənədləri son 3 ayda toplamışdır. Təxminən bir il əvvəl ünvan 2 ünvanda yaşayan zaman, Cavabdeh1 kiçik oğlu Mürsəl Məmmədov xırda bir münaqişə səbəbindən onu həmin evdən məcburi çıxarmışdır. Bir ilə yaxındır ki, müxtəlif qohumların evində qonaq kimi yaşamağa məcbur olmuşdur.

7. Cavabdehlər iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddiaçı nikahın qeyri-rəsmi olması və Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi ev 6, 42 saylı mənzilin cavabdeh tərəfindən alınması və sonra oğluna satılması barədə vaxtında kifayət qədər məlumatı olmuşdur. Həmin mənzil cavabdehin puluna alınmış, sadəcə həmin dövrdə cavabdehin “artıq” mənzilin mövcudluğu işlədiyi yerdə çətinliyə səbəb ola biləcəyi ehtimalına görə, mübahisələndirilən mənzil (əlbəttə, aralarında etibarlılıq olduğuna gö rə) əvvəl iddiaçının atasının, sonra isə iddiaçının adına köçürülmüşdür. Bunları iddiaçı yaxşı bilirdi və buna görə də müvafiq etibarnaməni, necəki daha bir uzun müddətli etibarnaməni cavabdehə vermişdir. Bundan başqa, nikahları formal cəhətdən qeydiyyatsız olsa da, necə ola bilər ki, 32 il birgə ailə münasibətində yaşayan, iddia ərizəsində qeyd etdiyi kimi, bütün xeyir-şər işlərində fəal iştirak edən iddiaçının adına alınmış və qeydiyyatda olduğu mənzilin aqibəti barədə - nəzərə alınsa ki, özü bildirdiyi kimi, heç kirayə haqqı ona çatmadığı halda - onun heç bir məlumatı olmasın? Bunun əyani sübutu kimi, cavabdeh tərəfi məhkəməyə müvafiq şahidləri təqdim edə bilər. Bundan başqa, həmin etibarnamə notariat orqanında cavabdehə verilərkən, qanunun bütün müddəaları və nəticələri iddiaçıya çatdı rılmışdır və buna görə o, xüsusi qaydada imzalanmışdır. Burada, qanunun tələblərinə tam şəkildə uyğun olaraq tərəflərin hərəkətləri həyata keçirilmişdir.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 nömrəli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007- ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavadehlərdən tutularaq İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, alğı-satqı müqaviləsi iddiaçının iradəsinə və mənafeyinə xidmət etməmişdir. Belə ki, həqiqətin Cavabdeh1 iddiaçının ona verdiyi 28 avqust 2006-cı il tarixli etibarnamədən istifadə etməklə 24 may 2007-ci ildə iddiaçıya məxsus olan Bakı şəhəri, Teymur Elçin kçəsi 6 saylı evin 42 saylı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata satmışsa, həmin vəsaiti iddiaçıya verilməli idi. Bu isə iş materialları ilə sübut olunmur.

10. Həmçinin məhkəmə o halıda qeyd etmişdir ki, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş alğı-satqı predmetinin qiymətindəndə görünür ki, müqavilə formal olaraq bağlanılmış, o cümlədən razılaşdırılmış məbləğ mülkiyyətçiyə ödənilməmişdir Göründüyü kimi hazırkı halda mübahisəli müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi mövcud deyildir.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337, 339.2, 339.3, 340.1, 354.1, 360.1, 404-cü maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 106.1, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmi şdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, öz iddia tələbləri ilə məhkəməyə müraciət edərkən, 15 il qabaq baş vermiş alğı-satqı müqaviləsi üzrə satış məbləği olan 25.890 manat pulu istəməsi barədə tələb qoymamış, hətta məhkəmə prosesi zamanı bu məsələyə heç bir istinad etməmiş, iddiaçıya həmin pulun tam, yaxud hər-hansı hissəsinin (razılaşma əsasında) verilib-verilməməsi barədə cavabdeh tərəfindən heç soruşulmamışdır. İddiaçı yalnız alğı-satğı müqaviləsinin etibarsız hesab edilməsi ilə mübahisələndirilən mənzilin öz adına olduğu qeyd yazıların bərpa edilməsini istəmişdir. Halbuki, əgər cavabdeh tərəfindən bu barədə soruşulsaydı, onda məhkəməyə iddiaçının adına xüsusi Respublika bankın kartının açılması ilə, 2020-ci ilin yanvar ayından başlayaraq hər ay 200 manat məbləğində pullar köçürülmüşdür və bu barədə əlavə sübutlar təqdim oluna bilərdi. Bütün bunlara baxmayaraq, mübahisənin xoşməramlı nəticə ilə bitməsini özünə zidd bilməyərək, iddiaçı ilə barışıq əldə etmək üçün, cavabdeh tərəfi iddiaçıya hətta rəsmən həmin pulun verilməsini təklif etmiş, lakin sonuncu buna razılaşmamışdır.

14. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz ərizəsi verərək etiraz ərizəsini onunla əsaslandırmışdır ki, apellyatorun məhkəmənin hər hansı maddi hüquq normasını pozması və ya onu düzgün tətbiq etməməsi barədə heç bir dəlili yoxdur. Bu fakt onu təsdiq edir ki, məhkəmə işin halları və tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətində guya Bakı şəhəri, Teymur Elçin küçəsi 6 saylı evin 42 saylı mənzilini öz vəsaiti hesabına aldığını, guya mübahisəli mənzili əvvəlcə iddiaçının atasının adına, sonra isə iddiaçının adına rəsmiləşdirilməsini onunla izah etmişdir ki, mənzilin alındığı vaxt Cavabdeh1 polis orqanında işlədiyi üçün adında “artıq” mənzillərin mövcudluğunun iş yerində bilinməsini istəməmişdir. Bu dəlillərin heç bir əsası yoxdur, belə ki, DƏDRX-nin Şükufə Allahverdiyevaya verdiyi mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə ona xx.xx.1997-ci ildə verilmişdir. SSRİ isə rəsmən 1991-ci ilin dekabr ayında dağılmışdır. Bütün bunlar təsdiq edir ki, cavabdehin mənzili guya onun puluna alınması barədə dəlillərinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə nəzərə almaq lazımdır ki, Şükufə Allahverdiyevanı aldadaraq saxta “nikah” sənədi hazırlayan, sonra onu məhv edən, 30 il ər-arva d olduqlarına inandıran, aldatdığı şəxsin adına mənzil almasını deməsinə heç sadəlövh insanlar da inanmaz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(103)-3860/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi qismən, iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində ləğv edilməs i, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsi” nin təmin edilməsi hissələrində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir.

16. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(103)3860/2022 nömrəli qərardadı ilə (hakimlər: Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş və mülki iş üzrə icraata iddia tələbinin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərp a edilməsinin təmin edilməsi hissəsində “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin etibarsızlığını və müqavilə bağlanarkən qanunvericiliyin tələblərinin pozulmasını iddia etməklə yanaşı, inzibati orqan tərəfindən həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) da etibarsız hesab edilməsini və eyni zamanda mənzil üzərində adına qeyd yazısının bərpa olunmasını xahiş edir. Bu baxımdan birinci instansiya məhkəməsi inzibati icraat qaydasında baxılmalı olan həmin tələbə mahiyyəti üzrə qiymət verməklə prosessual hüquq pozuntusuna y ol vermişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işdə mübahisəli əmlaka dair cavabdehin adına verilmiş çıxarışın etibarsız sayılması tələbi üzrə mübahisə inzibati mübahisədir. Ona görə də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2-ci, Mülki Prosessual Məcəllənin 31.1, 261.0.1, 262.3-cü maddələrinə, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şi kayəti verərək apelyasiya instansiyası məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır iddiaçı 24 may 2007-ci il tarixli alqısatqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında bu mənzil üçün Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsini mübahisələndirmişdir ki, belə işlərə də «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi həmin qərara istinad etsə də onu səhv tətbiq etmişdir. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı 27. 17-ci bənd “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövl ət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübah isələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə a ktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi inzibati icraat qaydasında baxılmalı olan tələbə mahiyyəti üzrə qiymət verməklə prosessual hüquq pozuntusuna yol vermişdir. Belə ki, hazırkı işdə mübahisəli əmlaka dair cavabdehin adına verilmiş çıxarışın etibarsız sayılması tələbi üzrə mübahisə inzibati mübahisədir. Ona görə də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında bax ıla bilməz.

32. Bununla bağlı qeyd edilməlidir ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarındakı hüquqi mövqeyə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki- hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşd irərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

33. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

34. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

35. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

36. İş materiallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən çıxarış İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi əsasında verilmişdir. Həmçinin iddiaçı çıxarışla birlikdə onun verilməsinə əsas olmuş müqavilənin də etibarsızlığını tələb etmişdir.

37. Göründüyü kimi mübahisəli çıxarışın verilməsinə əsas mülki-hüquqi əqd olmaqla həmin əqd də mübahisələndirilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına istinad etsə də işin hallarına düzgün hüquqi qiymət verməmiş, Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxar ışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə iddia tələbinə məhz mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda həmin hissəsdə iş üzrə icraata xitam verməklə düzgün olmayan qərardad qəbul etmişdir.

39. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmişdir.

40. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

41. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3860/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar