Məhkəmə qərarları › İş №2(102)-4672/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4672/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4672/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4672/21 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)2408/2021 sayl ı qətnaməsindən cavabdeh LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər LPO "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia qaldıraraq, “Maz-642208” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “Maz-953000-(010) markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun onun mülkiyyətinə keçirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, maddi zərərə görə 42.000 manat, mənəvi zərərə görə 10.000 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci ins tansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.A.Əsədova) iddia qismən təmin edilərək, “Maz-642208” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “Maz-953000-(010) markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçının şəxsi mülkiyyətinə keçirilməsinə əsas olan sənədlərin iddiaçıya verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış “Öhdəliklərin köçürülməsi haqqında” 16 may 2011-ci il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilənin imzalandığı günə lizinq obyektinin qalıq dəyəri 45.775 manat təşkil edir və lizinq müddəti 36 ay təyin edilib. İddiaçı lizinq müqaviləsi üzrə öhdəlikərini tam icra edib. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini icra etdiyini bildirir, cavabdeh isə iddiaçının icra edilməmiş öhdəliyinin olmasına dair heç bir sübut təqdim edə bilmir. Həmin Müqavilənin 2.5-ci bəndində qeyd olunub ki, bu müqavilənin 1.1-ci bəndində qeyd olunan lizinq müqaviləsi üzrə bütün lizinq haqları (o cümlədən yaranmış cərimə faizləri, əgər varsa) lizinq verənə tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçəcəkdir. O cümlədən Mülki Məcəllənin 748-2.5-ci maddəsinə görə maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Eyni zamanda iddia maddi zərərin əvəzinin ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 386.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təm in edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 748-2.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortal anması Fondu kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəfa Qədirov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəm ə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 748-2.5-ci maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Prosessual qanunvericiliyə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır (MP M-nin 217.3-cü maddəsi). Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudları nda tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın yuxarıda göstərilən hissədə təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bu dəlillərlə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, işin mübahisələndirilən hissəsində müəyyən etmişdir ki, hazırki mübahisə lizinq münasibəti ilə bağlıdır. Lizinq obyekti iki əşyadan, “MAZ-642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobildən və “MAZ 953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqudan ibarətdir. Cavabdeh1 ASC lizinq verən, iddiaçı isə lizinq alandır. Lizinq müqaviləsi 07 iyul 2008-ci il tarixdə bağlanıb, əvvəl lizinq alan başqa şəxs olub, sonradan, 16 may 2011-ci il tarixdə “Öhdəliklərin köçürülməsi haqqında” müqavilə bağlanıb və lizinq alanın öhdəlikləri iddiaçıya verilib. İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, yük avtomobili və yarımqoşqunun iddiaçının mülkiyyətinə keçirilməsi vəzifəsi cavabdehlərə həvalə edilsin, maddi zərərin əvəzi kimi 42.000 manat, mənəvi zərərin əvəzi 10.000 manat cavabdeh Əmanətlərin Sığortalanması Fondundan iddiaçının xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, “Öhdəliklərin köçürülməsi haqqında” 16 may 2011-ci il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilənin imzalandığı günə lizinq obyektinin qalıq dəyəri 45.775 manat təşkil edir və lizinq müddəti 36 ay təyin edilib. Hazırda iddiaçı, sözügedən lizinq müqaviləsi üzrə öhdəlikərini tam icra etdiyini iddia edir. Cavabdehlər isə buna etiraz edirlər, lakin cavabdehlər id diaçının icra edilməmiş öhdəliyinin olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma razılaşıb, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, “Öhdəliklərin köçürülməsi haqqında” 16 may 2011-ci il tarixli müqavilənin 2.5-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində qeyd olunan lizinq müqaviləsi üzrə bütün lizinq haqları (o cümlədən yaranmış cərimə faizləri, əgər varsa) lizinq verənə tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Eyni hüquqi mövqe Mülki Məcəllənin 748-2.5-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqavilə sində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin yenidən araşdırılmasına lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)-2408/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar