Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4684/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4684/20 (Açar sözlər: miras əmlaklara vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), X21 və X4 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili X17 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13396/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Miras qoyan X19 xx.xx.2016-cı ildə vəfat etmiş, onun birinci növbə vərəsələri – İddiaçı ilə rəsmi nikahından doğulmuş uşaqları - X9 və X10, habelə Cavabdeh1 ilə qeyri-rəsmi nikahından doğulmuş uşağı – X20 olmuşlar. Miras qoyan X11 İddiaçı ilə olan rəsmi nikahı xx xxxxxx 2015-ci ildə pozulmuş, Cavabdeh1 ilə rəsmi nikaha daxil olmamış, valideynləri - atası X13 xx.xx.1991-ci ildə, anası X1 isə xx.xx.2015-ci ildə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə vəfat etmiş X7 miras qalmış əmlaklara Bakı şəhəri, Sur axanı rayonu, Zığ qəsəbəsi, 0,02 ha torpaq sahəsinə və “Mercedes-Benz C200” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X19 ilə xx xxxxxxx 2000-ci ildə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X10 doğulmuşdur. Nikahları xx xxxxxx 2015-ci ildə pozulmuş, nikah pozulduqdan sonra mərhum X19 Cavabdeh1 ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş, onların X20 adlı uşaqları doğulmuşdur. X19 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Ölümündən sonra X11 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşə n 0,02 ha torpaq sahəsi və “Mercedes-Benz C200” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili miras qalmışdır. Yetkinlik yaşına çatmayan uşaqları X2 və X3 qeyd edilən miras əmlaklara qanun üzrə vərəsəlik hüquqlarının tanınması və müvafiq şəhadətnamələrin verilməsi üçün 2016-cı ilin noyabr ayında Bakı şəhəri 6 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş, xx xxxxxx 2016-cı ildə onun ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Lakin miras əmlakın bölünməsi ilə bağlı Cavabdeh1 ilə aralarında mübahisə olduğundan miras əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ağayev, iş № 2(010)-5086/2018) iddia ərizəsi təm in olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə və “Mercedes-Benz C200” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yetkinlik yaşına çatmayan X2 və X3, habelə yetkinlik yaşına çatmayan X12 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaklara payların X5 1/3 hissə, X6 1/3 hissə, X14 1/3 hissə olaraq müəyyən edilməsi qət olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, miras qoyan X11 vərəsələrindən – uşaqları yetkinlik yaşına çatmayan X2 və X3 anaları İddiaçı 2016-cı ilin noyabr ayında miras əmlaklara uşaqlarının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 6 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında xx xxxxxx 2016-cı ildə vərəsəlik işi açılmış, X9 və X10 miras qoyanın vərəsələri olaraq tanınmışdır. Cavabdehin nümayəndəsi İ.Hacıyevin İddiaçı notariat orqanının imtinası olmadan və müddəti ötürülməklə məhkəmədə iddia qaldırması ilə bağlı bildirdiklərini əsaslı hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 2016-cı ilin noyabr ayında, yəni qanunla müəyyən edilmiş müddətdə miras əmlaklara uşaqlarının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 6 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında xx xxxxxx 2016-cı ildə vərəsəlik işi açılmış, uşaqları X9 və X10 miras qoyanın vərəsələri kimi tanınmışdır. Belə olan halda İddiaçı mirasın qəbul edilməsi vaxtını ötürməmiş və müddəti ötürmədiyindən məhkəmədə müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı iddia qaldırmasına ehtiyac da yoxdur. İşin hallarından o da görün ür ki, Cavabdeh1 iddianı qəbul etmir, sözügedən miras əmlaklardan iddiaçının uşaqlarına pay müəyyən edilməsinə razı deyil. Belə olan halda miras əmlakın notariat kontorunda bölgüsünün mümkünsüzlüyü bəlli haldır və iddiaçı düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin arqumentləri ilə razılaşmır, onları əsassız hesab edir və həmin halları iddiaçının məhkəməyə müraciət etmək hüququna mane ola biləcək əsaslar kimi qiymətləndirmir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1145, 1146, 1159.1, 1160, 1243.1, 1243.2, 1246, 1321.1, 1322-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (h akimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski, iş № 2(103)-338/2019) cavabdeh X8 apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(010)-5086/2018 saylı qətnaməsinin - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə yetkinlik yaşına çatmayan X2 və X3, habelə yetkinlik yaşına çatmayan X12 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaka payların X5 1/3 hissə, X6 1/3 hissə, X14 1/3 hissə olaraq müəyyən edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı – «xx.xx.2016-cı ildə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə yetkin lik yaşına çatmayan uşaqları X2 və X3 vərəsəlik hüquqlarının tanınması» barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, vərəsələrin dairəsini müəyyənləşdirmiş və payları müəyyən etmiş, lakin miras əmlakın iddiaçı tərəfindən qəbul edilib-edilməməsi məsələsini tam və hərtərəfli araşdırmamış, ona hüquqi qiymət verməmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı verdiyi etibarnamə əsasında X18 xx xxxxxx 2016-cı il tarixdə yetkinlik yaşına çatmayan X2 və X3 adından ərizə ilə Bakı şəhəri 6 saylı notariat kontoruna müraciət edərək, mərhum X7 miras qalmış «Mercedes-Benz C200» markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə qanun üzrə vərəsəlik hüququ haqqında şəha dətnamə verilməsini xahiş etmişdir. Notariat orqanı tərəfindən miras əmlaka şəhadətnamə verilmədən, İddiaçı xx xxxxxx 2017-ci il tarixli ərizə ilə müraciət edərək, təqdim olunmuş sənədlərin əslinin ona qaytarılmasını xahiş etmiş, bu səbəbdən də sənədlər ona geri qaytarılmışdır (iddiaçı sənədləri aldıqdan təqribən 8 ay sonra hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir). Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, notariat orqanına 3 aylıq müddət ötürülməklə ərizə verilmiş, bununla yanaşı ərizədə torpaq sahəsinin qəbulu ilə bağlı qeyd olmamışdır (halbuki, MM- nin 1257.1-ci maddəsinə əsasən mirası qismən qəbul etməyə yol verilmir). Miras əmlak faktiki olaraq da qəbul edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, mirasın qəbulu ilə bağlı ərizədə avtomobilin qe yd edilməsi özü-özlüyündə həm də torpaq sahəsinin qəbul edilməsi anlamına gələ bilməz. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən miras əmlak iddiaçı tərəfindən faktiki də qəbul olunmamış, iddiaçı mirası faktiki qəbul etməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1244, 1246-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov, iş № 2(102)-5395/2019) İddiaçı kas sasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-338/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsi “Mirasın qəbul edildiyi müddət” adlanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsini düzgün təfsir etməmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həmin maddəyə görə: “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Həmin maddənin tələbinə görə vərəsə “vərəsəliyə çağırıldığı” halda 3 ay ərzində mirası qəbul etməlidir. Laki n iş materialları ilə “vərəsələrin vərəsəliyə çağırılması” təsdiq olunmur. (Vərəsələrin “vərəsəliyə çağırılmalı olması Mülki Məcəllənin 1300, 1301, 1317 və 1318-ci maddələrində də təsbit olunmuşdur”). Həmin maddənin ikinci cümləsinin tələbinə müvafiq olaraq mirasın açıldığı gündən 6 ay keçməmiş vərəsələrin qanuni nümayəndəsi tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət edilmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov, iş № 2(103)13396/2019) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5086/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnam əsi mübahisələndirilən hissədə (Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə yetkinlik yaşına çatmayan X2 və X3, habelə yetkinlik yaşına çatmayan X12 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaka payların X5 1/3 hissə, X6 1/3 hissə, X14 1/3 hissə olaraq müəyyən edilməsi hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı müddət ötürüldükdən sonra notariat orqanına müraciət etmiş, ərizəsində torpaq sahəsini göstərməmişdir. Apelyasiya instansiya məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, iddiaçının həmin vaxt torpaq sahəsinin mövcudluğundan məlumatı olmaması halı nəzərə alınmalıdır. İddiaçı n otariat kontoruna xx xxxxxx 2016-cı ildə vəfat etmiş X7 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş, ərizə əsasında xx.xx.2016-cı ildə vərəsəlik işi açılmış və X9 və X3 miras qoyanın vərəsələri olaraq tanınmış, bundan sonra, Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 2122 saylı məktubundan göründüyü kimi, notariat kontoru ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə sorğu ilə müraciət edərək, mərhum X11 adına olan hər hansı bir daşınmaz əmlakın olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli cavab məktubu ilə X11 adına Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi və haz ırda mülkiyyətində olması Notariat Kontoruna bildirilmişdir. İddiaçı mirasın qəbul edilməsi vaxtını ötürməmişdir. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1274, 1291-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X15) kassasiya şikayətini onunla əsaslandırmışdırla ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13396/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbu l edilməsini xahiş edirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili X24 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası q əbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. K assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər faktiki olaraq apelyasiya məhkəməsinin sonuncu icraatı zamanı araşdırılmış və qeyd edilmişdir ki, iddiaçı 2016-cı ilin noyabr ayında miras əmlaklara uşaqlarının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 6 saylı notariat kontoruna müraciət etmişdir. Cavabdeh iddiaçının həmin ərizədə torpaq sahəsini göstərməməsini vurğulayır. İddiaçının həmin vaxt torpaq sahəsinin mövcudluğundan məlumatı olmaması halı n əzərə alınmalıdır. İddiaçı notariat kontoruna xx xxxxxx 2016-cı ildə vəfat etmiş X7 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş, ərizə əsasında xx.xx.2016-cı ildə vərəsəlik işi açılmış və X9 və X3 miras qoyanın vərəsələri olaraq tanınmış, bundan sonra, Bakı şəhəri 6 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 2122 saylı məktubundan göründüyü kimi, notariat kontoru ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə sorğu ilə müraciət edərək, mərhum X11 adına olan hər hansı bir daşınmaz əmlakın olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli cavab məktubu ilə X11 adına Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması Notariat Kontoruna bildirilmişdir. İddiaçı mirasın qəbul edilməsi vaxtını ötürməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apel yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13396/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.